Roberto Bolanodan hekayə yazmaq istəyənlərə tövsiyələr

1. Hekayələri heç vaxt bir-bir yazma. Bunu edən şəxs, son nəfəsini verdiyi gün geriyə baxdığında yalnız bir hekayə ilə məşğul olduğunu görə bilər.

Roberto Bolano2. Ən yaxşısı hekayələri üç-üç, beş-beş yazmaqdır. Əgər enerjisinə güvənən varsa, hekayələri doqquz- doqquz, on beş- on beş yazsın.

3. Diqqət edilməsi lazım olan nöqtələrdən biri də hekayələri hətta iki-iki də yazılmamasıdır.

4. Quiragayı, Felisberto Hernandezi, Borqesi, Rulfoyu, Monterrosoyu, Qarsiya Markesi oxumaq lazımdır. Bu yazıçıların əsərlərinə az da olsa hörməti olan isə Cela və ya Umbralı heç vaxt oxumamalıdır. Onların yerinə Kortazarı və ya Bioy Casaresi əlbəttə oxumalı, Cela və Umbralı isə heç vaxt... 

5. Hekayə yazanların Petrus Boreli oxuduğunu deməklə öyünmələri tez-tez rastlanılan bir vəziyyətdir. Real olan budur ki, bir çoxu onu təqlid etməyə çalışır. Əslində onun geyim tərzini təqlid etməliydilər. Yazıçıların əksəriyyəti Petrus Borel haqqında yetəri məlumatlı deyil belə. Necə ki, onlar Gautier və ya Nerval haqqında bir şey bilmirlər.

6. Məsləhətim budur ki, Petrus Boreli oxuyun, onun kimi geyinin amma eyni zamanda Marcel Schwob, sonrasında isə Alfonso Reyesi və ardıcıllıqla Borgesi oxuyun.

7. Edgar Allan Poe hekayələrində isə bizi doyduracaq qədər «məhsul» var.

8. Xüsusilə qeyd edəcəyim digər oxunulması lazım olan yazılar isə Longinusun «on the Sublime»-ı, Filip Sidneyin şeirləri, Edgar Lee Mastersin «Spoon River Anthology»si və Enrique Vila Matasın «Nümunə İntiharlar»ıdır. 

9. Bu kitablarla yanaşı Çexov və Raymond Carveri də oxuyun. Deyə bilərəm ki, bu iki yazıçıdan biri bu əsrin ən yaxşısıdır. 

Tərcümə: Agshin Beynəlmiləl (Mustafayev)
 

0 şərh