Neyl Qeymandan yeni yazarlara məsləhətlər

İngiltərədə anadan olmuş yazar, daha çox qısa hekayə müəllifi kimi tanınan Neyl Qeyman qorxu, fantastika janrında uğur qazanıb. O, “The Sandman”, “Stardust”, “Coraline” kimi bir çox kitabın müəllifidir. Yazarın gənc və həvəskar yazarlar üçün paylaşdığı məsləhətləri təqdim edirik.
• Yazın. 
• Sözbəsöz irəliləyin. Hər sözü hər yerdə işlətməyin, ən doğru sözü tapın, sonra yazmağa davam edin.
• Başladığın nədirsə, necədirsə olsun, amma onu tamamla. Onu tamamlamaq üçün nə lazımdırsa et, işə yaramayacağından əmin də olsan, tamamla.
• Onu uzun bir müddət gözdən uzaqda saxla, əgər bacarsan, başqa bir adamın yazısıymış kimi oxu. Bacarmasan, fikirlərinə və ədəbi zövqünə etibar etdiyin bir dostundan və ya ədəbiyyat adamından kömək istə.
Neyl Qeymandan yeni yazarlara maraqlı məsləhətlər

• Bir şeyi əsla unutmayın. Əgər kimsə, sizə nəyinsə yanlış olduğunu və ya əsərin hansısa hissəsini yaxşı yazmadığınızı, ya da tərzinizi əks etdirmədiyini iddia edirlərsə, əmin olun, əksər hallarda haqlıdırlar. Əgər nəyi necə düzəltməli, nəyi harada yazmalı olduğunuzla bağlı məsləhət verməyə cəhd etsələr, əsla dinləməyin, çünki hər zaman yanlış yönləndirəcəklər.
• Yazdıqlarınızın üzərində işləyin, düzəliş aparın. Mükəmməl olana çatana kimi siz heç nəyə fikir verməməli, durmadan yazmalı, nəşr olunan nə uğur qazanırsa, qazansın, dərhal yeni və daha uğurlu iş üçün qolları çirmələməlisiniz. Mükəmməllik axtarışı zehnin üfüqlərini axtarmaq kimidir.
• Sizi güldürən şeylərə zaman ayırın.
• Yazmağın, ümumiyyətlə, uğurun əsas şərti özünə inanmaqdır, bu varsa, nə istəsəniz, əldə edəcəksiniz. Necə yazmalı olduğunuzu düşünürsünüzsə, elə yazın, dürüst davranır. Oxucu sevərmi deyə düşünməyin.  

 Mənbə: Kaspi qəzeti

0 şərh