Niyə getdin? Niyə döndün? Niyə baxdın? - Hüseyn Cavid



Gəldin də, niçin pəmbə buludlar kimi axdın,

Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?

Şimşək kibi çaxdın da, niçin könlümü yaxdın,
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?

Sərpildi alev ruhuma süzgün baxışından,
Sarsıldı da həp bənliyim, ey afəti-devran.

Gəl, gəl, olayım səndəki hər cilvəyə qurban.
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
 

2 şərh

azadmamedov90
Gözəl sözlərdir, görən kimə deyibmiş..Hüseyin Cavid kimi insanlara məqbərə ucaldıldı, bu gün isə bəzi şou göstərənləri isə camaata sırıyırlar.
Kenan_Elxanoglu
Niyə dönüb baxacaq ay rəhmətliyin oğlu?! Baxıb ki, görsün niyyətin ciddidir, ya yox.