Yohan Volfqanq Höte-Faust

Alman ədəbiyyatının ensiklopediyası sayılan Faust faciəvi əsəri alman şair dramaturqu Yohan Volfqanq Höte tərəfindən 1774-cü ildə yazılmağa başlamış və Hötenin ölümündən bir il öncə yəni,1831 ci ildə bitmişdir.



Faust bilik uğrunda bütün ömrünü hədər vermiş lakin bundan heç bir nəticə əldə edə bilməmiş bir qocadır.O artıq tam başqa sahədə bilik əldə etmək qərarına düşür və cadugərliklə məşğul olmağa başlayır.
Elə bu zaman göydə Tanrı və şeytan arasında mübahisə gedir.Şeytan asanlıqla insanı əyri yola çəkə biləcəyini iddia edir.Tanrı isə insanın yaradılış etibarilə yaxşı olduğunu,bəzən səhv etdiyini yalnız bütün bunlara baxmayaraq şeytanın yoluna düşmədən doğru yola tapa biləcəyini söyləyir.Buna görə də şeytana Faust üzərində sınaq aparmağa icazə verir.

Faust artıq həyatdan bezir.Və cadugərlilkə məşğul olarkən ruh çağırmağa başlayır.Bu zaman Mefistofel peyda olur.Mefistofel ona parlaq vədlər verir.Onların arasında bir səaziş bağlanır.Faust deyir:əgər mən bütünlüklə xoşbəxt olsam və desəm ki:"Zaman dur keçmə,sən nə gözəlsən",elə bu zaman mən ölməyə hazır olacağam.



Bunda sonra Mefistofel işə başlayır.Ömür boyu kitabların içində qapalı halda qalmış Faustu bütün böyük və kiçik aləmlərdə dolaşdırır.Ən səfil meyxanalardan tutmuş,ən dəbdəbəli saraylara qədər onu gəzdirir.İçkilərə öyrəşdirir.Bir cadugərin hazırladığı eşq içkisini Fausta içirdərək qarşısına məsum Marqaritanı çıxardır.Faust 25 yaşındakı gənc kimi sevməyə başlayır.Qız da öz saf hissləri ilə bu sevgiyə cavab verir.Tək qalmaqları üçün Faust ona bir içki verir ki,anasına içirdib yuxuya getsin.Lakin Mefistofel onu aldadıb zəhər verir.Anası ölür.Marqarita Faustdan olan uşağını boğur.Mefistofel Faustu azdıraraq onu Marqaritanın qardaşını öldürməyə məcur edir.Hamı elə bilir ki,bunu Marqarita edir.Faust onu həbsxanadan qurtara bilmir.

Sonra araya yunan gözəli Yelena girir.Lakin Faust öz xoşbəxtliyini yenə də tapa bilmir.Bu zaman o İncildən olan bir söz haqqında düşünür.Görəsən yaradılışın ilk əsəri sözdür,mənadır,yoxsa fəaliyyətdir? Faust bəşəri xoşbəxtliyi fəaliyyətdə tapır.Öz istədiyinə nail olduqda deyir:"Zaman dur keçmə,sən nə gözəlsən".Bu zaman da dünyasını dəyişir.
Lakin mələklər Mefistofelə Faustun ruhunu ələ keçirtməyə imkan vermirlər.

Oxşar məqalələr

2 şərh

bloqçu

+ məndən! ))
Ümumiyyətlə ədəbiyyatı sevirəm və incəsənət adamlarının həyat və yaradıcılığı, əsərləri ilə də maraqlanıram. Əsəri «Urfaust» adı ilə başlayıb, demək olar ki, Hötenin həyatının bir çox ilini buna həsr etdiyi, canla-başla üzərində işlədiyi irihəcmli bir əsəri haqqında qısaca izahatını oxumaq da maraqlıdır. Təşəkkürlər.

Dior
Bu əsəri ilk dəfə olaraq 16-cı əsrdə ingilis dramaturqu Kristofer Marlo yazmışdır.