Orxan Vəli

Türk şeirində böyük dəyişikliklərə imza atan əsas simalardan biri Orxan Vəlidir. Onu ən yaxşı Oktay Rifat izah edir: “Bir neçə nəslin ard-arda tamamlaya biləcəyi dəyişikliyi o bir neçə ilə tamamladı”.

Orxan Vəli şair deyiləndə kütlənin ağlına gələn ilk isimdir. Çünki o — "Üzərində ən çox durulmuş, zaman-zaman lağ edilmiş, zaman-zaman özünü qəbul etdirmiş, təkrar inkar, təkrar qəbul edilmiş; zamanında həm yaxşı həm pis şöhrətə nail olmuş bir şairdir” (Sait Faik).

Şeirlərindən bir nümunənin məktəb dərsliyinin ədəbiyyat kitablarında yer aldığı bir vaxtda tələbələr həmişə müəllimin bu şeiri oxutmasını həsrətlə gözləyirdilər. Lakin bu şeiri müəllimlər heç oxutmurdu. 
Yenə də İstanbul şeirləri arasında ən çox "İstanbulu Dinlyorum Gözlerim Kapalı" şeiri xatırlanır.

Sait Faik, Orhan Vəlini belə təsvir edir: "İki incəcik ayaq, qısaca bir trençkot, sarıbülbül sarısı bir şərf, üçbucaq formalı bir üz, şişirdilmiş bir sinəyə bənzəyən bir kürək,- Budur görünüşcə Orhan Vəli".

Əsl adı Əhməd Atasının adı Vəli olduğundan, soyadı qanunundan (1934) əvvəl Orxan Vəli olaraq tanındı. Eyni mənbəyə görə 13 aprel 1914 bazar ertəsi günü İstanbulun Beykoz səmtinə bağlı Yalıköydə yerləşən İshak Ağa yoxuşundakı Çayır küçəsində 9 nömrəli evdə doğulmuşdur. 

Məktəbə Beşiktaşda Akaretler İlkokulunda başlayıb, bir ildən sonra Galatasaray Liseyində təhsilini davam elətdirib. Atasının Ankaraya göndərilməsi Ankarada oxuyanda Ahmet Hamdi Tanpınarla Rıfkı Melul Meriçin şagirdi etdi. Məktəbi bitirdiyi il İstanbul Universitetində Fəlsəfə fakültəsinə girişi (Tələbə Cəmiyyəti Rəhbəri seçilməsi) mənbələrdəki tarix müxtəliflikləri ucbatından beyinlərdə suallar yaradır. Ona görə də özü yazdığı mənbədən istifadə daha məqsədəuyğundur — ”1 yaşımda qurbağadan qorxdum. 9 yaşımda oxumağa, 10 yaşımda yazmağa həvəsləndim. 13 yaşımda Oktay Rıfatı, 16-da Melih Cevdeti tanıdım”.

1936-cı ildə Varlıq jurnalına qrup şəklində göründülər: “Aşağıda dörd şeirini oxuyacağınız Orxan Vəli, indiyə qədər yazılarını nəşr etdirməməyinə baxmayaraq kamil bir sənət sahibidir. Gələcək buraxılışlarımızda onun və dostları Oktay Rifat, Melih Cevdet ve Mehmet Ali Sel’in şeirimizə gətirdikləri yeni dalğanı daha yaxşı müşahidə etmiş olacaqsız”.

Orxan Vəliylə birlikdə adı çəkilən Mehmet Ali Sel onun yenilik etdiyi şeirlərə atdığı imzadır. Bir il sonra qrupun şeirleri şairanəliyi və şeir sənətini rədd edən bir şeire çevrildi. Garip şeiri, küçə diliylə gündəlik mövzularda şeir yazılacağını müdafiə edir.

Ədəbiyyat dünyasının mənfi reaksiyaları inanılmazdır: “Vəzin getdi, qafiyə getdi, məna getdi… Türk şeirinin berceste misrası deyə, Yazıq oldu Süleyman əfəndiyə! — rəzalətini alqışladılar. (...) Ey Türk gəncliyi! Sizi bu həyasızlığın simasına tüpürməyə davam edirəm.” (Yusuf Ziya Ortaç, 28 Mart 1940, Akbaba) 

Orxan Vəli, Garipin ön sözündə bu mənfi yanaşmanı cavablandıracaq: “‘Nasır və Süleyman Əfəndi kəlmələrinin şeirə daxil olmasını həzm edə bilməyənlərsə şeiriyyətə dözə bilənlər, hətta onu axtaranlar, həm də xüsusilə axtaranlardır”.

‘Canan ki Degüstasyon’a gelmez’
Orxan Vəli’nin “Yazıq oldu Süleyman Əfəndi’yə” kimi dillərə düşmüş bir başqa misrası Ahmet Haşim’in “Göllərdə bu dəm bir qamış olsam” misrasını lağ edən “Rakı şişesinde balık olsam”ıdır. Bu tip sataşmalar, sataşdığı şeirlərlə birlikdə oxunmalıdır: “(...)/ Canan ki gündüzleri gelmez/ Akşam görünür hav(u)z üzerinde” (A. Haşim, Havuz). 

“Canan ki Degüstasyon’a gelmez/ Balık Pazarı’na hiç gelmez” (Orxan Vəli). Degüstasyon, meyhanelerin yer aldığı Balıq Bazarı’na yaxın, bir küçədə yerləşən lüks restorandır. 

1941’de Qərib adlı ortaq nəşr olunmuş bir kitab yayımlandı. Kitabın üz qabığında “Orxan Vəli, Garip, Şeir Haqqında Düşüncələr, Melih Cevdet, Oktay Rifat və Orxan Vəli’dən Seçilmiş Şeirler” yazılmışdı. Orhan Vəli, Önsöz’də, yeni şeirin bolluq içindəki sinifləri məmnun etməyəcəyini vurğulayır: “Bugünkü dünyanı dolduran insanlar yaşamaq haqqını mütəmadi bir didişmənin sonunda tapırlar. Hər şey kimi, şeir də onların haqqıdır, onların zövqünə xitab edəcəkdir. (...) Məsələ bir sinfin ehtiyaclarının müdafiə etmək deyil sadəcə zövqünü axtarmaq, tapmaq, sənətə onu rəhbər tutmaqdır.” Bu kitabın ikinci nəşrində yalnız Orxan Vəlinin şeirleri yer tutacaq. 

Orxan Vəli, 1945-ci ildə Təhsil Nazirliyinin Tərcümə Mərkəzi’ndə, adi bir tərcüməçi kimi işləməyə başlayır. Fransızca’dan tərcümələr edir, tərcümələr nazirliyin klassikləri arasında yayımlanır. Bir il sonra Nazir Hasan Ali Yücel’in yerine Şemsettin Sirer geldikdə hava antidemokratikleşir. Orxan Vəli, bir cümləlik ərizəylə istefa edir: “İşimdən əfvimi hörmətlə rica edirəm.” 



Tərcümə mərkəzindən ayrılan digər yazıçılarla birlikdə bir jurnal çıxartmağa qərar verirlər. 1 yanvar 1949-cu ildə Yarpaq dərgisi yayımlanmağa başlayır. Dərginin xərclərini bir dostları qarşılayacaqdı. “Yarpaq”ın sahibi və yazı işlərinə nəzarət edən isə Orxan Vəli idi. Bu məsuliyyət onun zaman-zaman palto, özünə hədiyyə edilmiş rəsmlər kimi pul edə bilən əşyaları satmasına gətirib çıxardı. Həmin günlərdə Oktay Rifat və Melih Cevdet ilə Nazım Hikmetin həbsdən azad edilməsi uğrunda aparılan kampaniyaya qoşularaq üç gün aclıq aksiyası etdi. Orxan Vəli, Garip şeirinin qaydalarının yayılmasının yozlaşmaya yol açmasına qarşı xəbərdarlıq yazıları yayımladı: “Gənc oxucu və yazarlar, hətta bu işlə məşğul olanlar, düşündülər ki şeir yalnız kiçik hadisələrin, yalnız adi bir dillə izahından meydana gelir. Bu cür bəsitlik, bu adilik şeirin bir hissədi, bir şərti oldu.”

İkinci kitabı ‘Vazgeçemediğim’dən (1945) artıq şeir tərzini də dəyişdirdiyi məlum oldu. Asım Bezirci bu dəyişikliyi belə izah edir: “Bəzi şeirlərdə ağıl sərhədindən duyğu sərhədinə sürüşür, yumor və çaşdırmalardan istifadə edir, söz təkrarlarından, musiqidən yararlanır. Hamsından önəmlisi, xalq şeirinin dil və dil dəyişiminə xüsusi diqqət yetirilir.”

Ən maraqlı isə odur ki, Orxan Vəli də kütlə şeirinə yaxınlaşır. 14 noyabr, 1950-ci ildə 36 yaşında vəfat edəndə mədəni vəziyyəti illər öncə əsgərlikdə olanda yazdığı kimi idi: “Çox aşiq oldum, amma heç evlənmədim.”

12 ədəd kitab formasında çap olunan tərcümələrindən əlavə biri uşaqlar üçün olmaqla 6 şeir kitabı vardı. Orxan Vəli, durmadan özünü yeniləyən bir şair idi. Oktay Rifatın sözləriylə “bir neçə nəslin ard-arda tamamlaya biləcəyi dəyişikliyi o bir neçə ilə tamamladı...”

Orxan Vəli’nin bəyənib ‘tel’ə oxuduğu 22 şeir
‘Beni Bu Güzel Havalar Mahvetti’ kitabı və bu kitabla birlikdə verilən CD, Orxan Vəli’nin çox köhnə bir qeyd etmə metodu olan ‘tel’ə oxuma ilə qeyd etdiyi səs qeydlərindən ibarətdir. Bu qeydlərdə Orxan Vəlinin öz səsindən dinləyəcəyimiz şeirləri və bir də Qaragöz oyunu yer alır. Bacısı Füruzan Yolyapan’ın illərlə saxladığı və klassik bantlardan da öncəki bir texnikayla ‘tel’ə oxuduğu qeydlərdə Orxan Vəli, ən çox bəyəndiyi 22 şeirini səsləndirir. Bir dostluq mühitində qeyd edilən bu şeirlər, ölümündən illər sonra, Orxan Vəli pərəstişkarları üçün işıq üzü görür. Orxan Vəlinin bacısı Füruzan Yolyapan, bu qeydlərin bir evdə, bir yeni il şənliyi ərəfəsində qeydə alındığını təxmin etdiyini, lakin bu haqda elə də məlumatı olmadığını, qeydlərin də ona kiçik qardaşı Adnan Veli öldükdən sonra onun yoldaşı olan Orxan Borandan qaldığını qeyd edir. “Beni Bu Güzel Havalar Mahvetti”de həmçinin, Orxan Vəlinin heç bilinməyən bir xüsusiyyətini, Qaragöz oyunlarına olan xüsusi marağımı, bu oyunda necə mahir olduğunu öyrənir, qısa bir Qaragöz muhavərəsini öz dilindən dinləyirik.



Rəfiqə Məmmədova
 

0 şərh