Məhmət AkifF Ərsoy

Məhmət Akif XX əsrin ən böyük türk şairidir. Mən bir zamanlar Azərbaycan milli marşını yazmaq fikrinə düşdüm. Bunun üçün dünyanın nə qədər milli marşı varsa, hamısını diqqətlə oxudum, təhlil etdim. Nəhayət, qərara gəldim ki, Məhmət Akifin yazdığı milli marşa bərabər milli marş yoxdur. Hələ onun “Çanaqqala şəhidləri” şeirini demirəm. Dünyaya şəhidi ondan gözəl təsvir edən ikinci bir şair gəlməmişdir.
İSTİQLAL MARŞI
Qorxma, sönməz bu şəfəqlərdə süzən al bayraq;
Sönmədən yurdumun üstündə yanan ən son ocaq.
O mənim millətimin ulduzudur, parlayacaq;
O mənimdir, o mənim millətimindir ancaq.

Çatma, qurbanın olum, çöhrəni, ey nazlı hilal!
Qəhrəman xalqıma bir gül! Nə bu şiddət, nə cəlal?
Sənə olmaz tökülən qanlarımız sonra halal...
Haqqıdır, Haqqa tapan millətimin istiqlal!

Mən əzəldən bəridir hür yaşadım, hür yaşaram,
Hansı çılğın mənə zəncir vuracaqmış? Şaşaram!
Kükrəmiş sel kimiyəm, bəndimi çeynər, aşaram,
Yırtaram dağları, ənginlərə sığmam, daşaram.

Qərbin afaqını sarmışsa polad zirehli divar,
Mənim iman dolu köksüm kimi sərhədim var.
Ulusum, qorxma! Necə böylə bir imanı boğar,
“Mədəniyyət” dediyin tək dişi qalmış canavar?

Arkadaş! Yurduma alçaqları uğratma, saqın,
Sipər et sinəni, dursun bu həyasızca axın.
Doğacaqdır sənə vəd etdiyi günlər Haqqın...
Kim bilir, bəlkə, sabah, bəlkə, sabahdan da yaxın.

Basdığın yerləri “torpaq” deyərək keçmə, tanı:
Düşün altındakı minlərcə kəfənsiz yatanı.
Sən şəhid oğlusan, incitmə, yazıqdır atanı;
Vermə, dünyaları alsan da, bu cənnət vatanı.

Kim bu cənnət vətənin uğrunda olmaz ki fəda?
Şühəda fışqıracaq torpağı sıxsan, şühəda!
Canı, cananı, bütün varımı alsın da xuda,
Etməsin tək vətənimdən məni dünyada cüda.

Ruhumun səndən, İlahi, budur ancaq diləyi:
Dəyməsin məbədimin köksünə naməhrəm əli.
Bu azanlar ki şəhadətləri dinin təməli,
Əbədi yurdumun üstündə mənim inləməli.

O zaman vəcd ilə min səcdə edər varsa daşım,
Hər cərihamdan, İlahi, quruyub qanlı yaşım,
Fışqırır ruhi mücərrəd kimi yerdən nəşim;
O zaman yüksələrək ərşə dəyər, bəlkə, başım!

Dalğalan sən də şəfəqlər kimi, ey nazlı hilal!
Olsun artıq tökülən qanlarımın hamsı halal.
Əbədiyyən sənə yox, xalqıma yox, bil ki, zaval:
Haqqıdır, hür yaşamış, bayrağımın hürriyyət;
Haqqıdır, Haqqa tapan millətimin istiqlal!

Müəllif : Soltan Əliyev, Bilal Həsənov, Aynur Mustafayeva, Nuriyyə Verdiyeva, Sədaqət Məmmədova
Mənbə: Ədəbiyyat — 8 Ümumtəhsil Məhtəblərinin 8-ci sinfi üçün Ədəbiyyat fənni üzrə DƏRSLİK   
 

0 şərh