Akademik Həmid Araslı və Azərbaycan Nizamişünaslığı

Azər­bay­ca­nın gör­kəm­li ali­mi, klas­sik ədə­biy­ya­tı­mı­zın yo­rul­maz təd­qi­qat­çı­sı və na­şi­ri aka­de­mik Hə­mid Aras­lı­nın əvəz­siz xid­mət­lə­rin­dən bi­ri də onun XX əsr Azər­bay­can ni­za­mi­şü­nas­lı­ğı­nın in­ki­şa­fı­na ver­di­yi qiy­mət­li el­mi töh­fə­lər­dir.
Hə­mid Aras­lı­nın ilk gənc­lik döv­rü XX əs­rin 30-cu il­lə­ri­nə, yə­ni Azər­bay­can­da to­ta­li­tar so­vet re­ji­mi­nin ağır ke­çid mər­hə­lə­si­nə tə­sa­düf edir. Mə­lum­dur ki, 30-cu il­lə­rin so­nu­na doğ­ru dəh­şət­li rep­res­si­ya ma­şı­nı bir çox zi­ya­lı­la­rı, ədə­biy­yat xa­dim­lə­ri­ni küt­lə­vi tə­qib və məh­və mə­ruz qoy­du­ğu bir dövr­də, sağ qal­ma­ğa ma­cal ta­pan­lar Azər­bay­can xal­qı­nın mə­də­niy­yət və ədə­biy­ya­tı­nı ya­şat­dı­lar, təd­qiq və təb­liğ edə­rək, gə­lə­cək nə­sil­lə­rə ər­mə­ğan et­di­lər. O ağır 1937-39-cu il­lər­də bö­yük Azər­bay­can şai­ri Ni­za­mi Gən­cə­vi ir­si­nin öy­rə­nil­mə­si və təb­li­ği işi ədə­bi ic­ti­ma­iy­yə­tin qar­şı­sın­da du­ran əsas və­zi­fə­lər­dən bi­ri idi.
Hə­lə gənc yaş­la­rın­dan klas­sik Azər­bay­can poe­zi­ya­sı­nın vur­ğu­nu olan, xalq ədə­biy­ya­tı­nın in­cə­lik­lə­ri­ni də­rin­dən öy­rə­nən Hə­mid Aras­lı o ağır il­lər­də Ni­za­mi Gən­cə­vi­nin hə­yat və ya­ra­dı­cı­lı­ğı, təd­qiq və təb­li­ği işin­də mü­hüm iş­lər gör­müş, öz fəa­liy­yə­ti ilə Azər­bay­can ni­za­mi­şü­nas­lı­ğı­nın tə­şək­kül və in­ki­şa­fın­da əhə­miyy­yət­li rol oy­na­mış­dır.
Həmid Araslı
Xa­tır­la­daq ki, XX əs­rin əv­vəl­lə­rin­də Azər­bay­can ədə­biy­ya­tı­nın fars­dil­li nü­ma­yən­də­lə­ri­nə mü­na­si­bət də bir­mə­na­lı de­yil­di. Hə­lə o döv­rə qə­dər Av­ro­pa el­mi xə­bər­siz idi ki, X-XI əsr­lər­dən baş­la­ya­raq, Şərq xalq­la­rı­nın mə­də­ni in­ki­şaf ta­ri­xin­də müs­təs­na ro­lu olan fars­dil­li ədə­biy­yat tək­cə iran­lı­la­ra məx­sus de­yil­dir. O həm də di­gər müx­tə­lif si­vil xalq­la­rın mü­hüm iş­ti­ra­kı və fəa­liy­yə­ti ilə ya­ra­dıl­mış müş­tə­rək mə­də­ni sər­vət­dir və Ni­za­mi ya­ra­dı­cı­lı­ğı yük­sək sə­viy­yə­yə qalx­mış türk-Azər­bay­can mə­də­niy­yə­ti­nin zir­və gös­tə­ri­ci­si­dir. Be­lə bir za­man­da yal­nız Azər­bay­can ni­za­mi­şü­nas­la­rı­nın ağır zəh­mə­ti, sə­yi nə­ti­cə­sin­də hə­qi­qət dün­ya­ya yol aç­dı; Ni­za­mi şəx­siy­yə­ti­nin ye­tiş­mə­sin­də mü­hüm rol oy­na­mış mil­li-mə­də­ni zə­min təd­qi­qa­ta cəlb olun­du. H.Aras­lı Ni­za­mi ya­ra­dı­cı­lı­ğı­nın Azər­bay­can xal­qı­nın mil­li mə­də­niy­yə­ti zə­mi­nin­də for­ma­laş­dı­ğı­nı araş­dı­ra­raq ya­zır­dı: "...Ni­za­mi­nin əsas qüv­vət və qüd­rət mən­bə­yi şərq­şü­nas­lar üçün bu gü­nə qə­dər məc­hul ola­raq qal­mış­dır. Hət­ta şai­rin əsər­lə­ri­nə şərh ya­zan alim­lər be­lə onun əsas qüd­rət və qüv­vət mən­bə­yi olan oza­man­kı Azər­bay­can mə­də­niy­yə­ti ilə, onun adət və ənə­nə­lə­ri ilə ya­xın­dan ta­nış ol­ma­dıq­la­rın­dan, şai­rin ay­rı-ay­rı ifa­də və təş­bih­lə­ri­ni, iş­lət­di­yi söz­lə­rin mə­na­sı­nı be­lə doğ­ru, düz­gün izah edə bil­mə­miş­lər” .
H.Aras­lı­nın «Ni­za­mi və ya­ra­dı­cı­lı­ğı” (»Ədə­biy­yat” qə­ze­ti, 1939, 24 fev­ral), «Ni­za­mi və qa­dın ob­raz­la­rı” (»Azər­bay­can qa­dı­nı”, 1939, №10), «Ya­xın Şərq ədə­biy­ya­tın­da „Ley­li və Məc­nun” möv­zu­su” (“Ni­za­mi Gən­cə­vi” al­ma­na­xı, I ki­tab, Ba­kı, 1940), „Şai­rin hə­ya­tı” (Ba­kı, 1940), “Ni­za­mi­nin müa­sir­lə­ri” (Ba­kı, 1940), „Ni­za­mi əsər­lə­ri­nin el va­ri­ant­la­rı” (Ba­kı, 1941), “Ni­za­mi Gən­cə­vi” (Ba­kı, 1941), „Yed­di gö­zəl” və “Yed­di cam” əsər­lə­ri­nin mü­qa­yi­sə­si haq­qın­da. (»Ni­za­mi” al­ma­na­xı, III ki­tab, Ba­kı, 1941), «Ni­za­mi və və­tən” (Ba­kı, 1942), „Ni­za­mi. Hə­yat və ya­ra­dı­cı­lı­ğı” (Azər­bay­can” jur­na­lı, 1946, №10), “Ni­za­mi­nin Azər­bay­can müa­qib­lə­ri” (»Ni­za­mi Gən­cə­vi” (Mə­qa­lə­lər məc­muə­si), IV ki­tab, Ba­kı, 1947), «Ni­za­mi və Azər­bay­can xalq ədə­biy­ya­tı” (»Ni­za­mi Gən­cə­vi” (Mə­qa­lə­lər məc­muə­si), IV ki­tab, Ba­kı, 1947), «Ni­za­mi Gən­cə­vi” (Ba­kı, 1947) və sa­ir ki­tab və mə­qa­lə­lə­rin­də Ni­za­mi Gən­cə­vi­nin döv­rü, ədə­bi mü­hi­ti, hə­ya­tı və şəx­siy­yə­ti təd­qi­qat ob­yek­ti­nə çev­ril­di.
 XII əsr Azər­bay­can ədə­bi-mə­də­ni mü­hi­ti­nin, Ni­za­mi müa­sir­lə­ri­nin hə­yat və ya­ra­dı­cı­lı­ğı­nın öy­rə­nil­mə­si, qə­dim Azər­bay­can əra­zi­lə­ri­nə da­ir ta­ri­xi mən­bə­lə­rin təd­qi­qi və sa­ir mə­sə­lə­lər bu araş­dır­ma­la­rın əsas məq­sə­di­ni təş­kil edir­di.
Hə­mid Aras­lı­nın „Şai­rin hə­ya­tı” (Ba­kı, 1940) ki­ta­bı Ni­za­mi Gən­cə­vi­nin hə­ya­tı ilə bağ­lı mə­sə­lə­lə­ri əha­tə edən, o cüm­lə­dən bir çox ta­ri­xi fakt­la­rı özün­də əks et­di­rən, bə­dii-pub­li­sist dil­də ya­zıl­mış ma­raq­lı bir iş­dir. Ni­za­mi­nin tər­cü­me­yi-ha­lı, onun döv­rü, ədə­bi mü­hi­ti, ya­ra­dı­cı­lı­ğı haq­qın­da ge­niş oxu­cu küt­lə­si ara­sın­da olan mə­lu­mat az­lı­ğı ali­mi be­lə bir oxu­naq­lı əsə­ri yaz­ma­ğa va­dar et­miş­di. Hə­mid Aras­lı bu əsə­rin­də şai­rin müa­sir­lə­ri haq­qın­da da ge­niş mə­lu­mat ve­rir, ha­be­lə Ni­za­mi əsər­lə­ri­nin qı­sa məz­mu­nu­nu bə­dii-pub­li­sis­tik bir dil ilə o döv­rün oxu­cu­su­na çat­dı­rır. Bu əsər­də Ni­za­mi­nin tər­cü­me­yi-ha­lı­na da­ir bir çox mə­lu­mat­lar, uşaq­lı­ğı, Gən­cə­də baş ver­miş zəl­zə­lə tə­si­re­di­ci ştrix­lər­lə ve­ril­miş­dir. Be­lə ki, şai­rin hə­ya­tı ilə bağ­lı bir çox mə­qam­lar ömür­lük yad­daş­la­ra kö­çü­rül­müş­dür.
Hə­mid Aras­lı Ni­za­mi Gən­cə­vi döv­rü­nü və ədə­bi mü­hi­ti­ni ta­ri­xi mən­bə­lər əsa­sın­da diq­qət­lə öy­rən­miş, həm­çi­nin şai­rin özü­nün əsər­lə­rin­də hə­ya­tı haq­qın­da ver­di­yi mə­lu­mat­lar­dan fay­da­lan­mış­dır. Alim öz im­kan­la­rı­nı küt­lə­vi təb­li­ğat yo­lun­da sı­na­dı və nə­ti­cə­də Ni­za­mi­nin hə­ya­tı və döv­rü­nü ma­raq­lı bir üs­lub­da işıq­lan­dır­ma­ğa na­il ol­du.
Gör­kəm­li alim Ni­za­mi döv­rü­nü və ədə­bi mü­hi­ti­ni araş­dı­rar­kən, şai­rin müa­sir­lə­ri­nin bu ədə­bi kon­tekst­də ro­lu, XII əsr­dən baş­la­ya­raq ya­ran­mış Ni­za­mi ənə­nə­lə­ri­nin bu re­gi­on­da tə­si­ri­nin öy­rə­nil­mə­si və sa­ir mə­sə­lə­lə­ri əha­tə et­mə­li olur. Onun 1940-cı il­də nəşr etdirdi­yi “Ni­za­mi­nin müa­sir­lə­ri” ki­ta­bı­na qüd­rət­li sə­nət­kar­la ey­ni dövr­də ya­zıb-ya­ra­dan Azər­bay­can şa­ir­lə­rin­dən Əbü­lü­la Gən­cə­vi, Xa­qa­ni Şir­va­ni, Məh­sə­ti Gən­cə­vi, Qi­va­mi Mü­tər­ri­zi, Fə­lə­ki Şir­va­ni, İzəd­din Şir­va­ni, Mü­ci­rəd­din Bey­lə­qa­ni­nin hə­yat və ya­ra­dı­cı­lı­ğı haq­qın­da mə­lu­mat, qə­zəl və qə­si­də­lə­rin­dən nü­mu­nə­lər sa­lın­mış­dı. Alim özü­nün bu təd­qi­qat işin­də Azər­bay­can poe­ti­ka mək­tə­bi­nə xas olan əsas prin­sip­lə­ri nə­zər­dən ke­çi­rir, sə­nət­kar­la­rın fər­di ya­ra­dı­cı­lıq xü­su­siy­yət­lə­ri­ni araş­dı­rır və be­lə bir nə­ti­cə­yə gə­lir ki, „Çox qə­dim ta­ri­xi olan Azər­bay­can xal­qı­nın zən­gin ir­sə ma­lik bö­yük ədə­biy­ya­tı XII əsr­də, əsa­sən, iki xətt üz­rə in­ki­şaf edir­di. Bir tə­rəf­dən qə­dim nü­mu­nə­lə­ri bi­zə qə­dər gə­lib çat­mış olan “Də­də Qor­qud” das­tan­la­rın­da və Mah­mud Qaş­qa­ri­nin „Di­va­nü lü­ğət-it türk” əsə­rin­də­ki bə­zi par­ça­lar­da tə­sa­düf et­di­yi­miz xalq ya­ra­dı­cı­lı­ğı yük­sə­lir, o bi­ri tə­rəf­dən döv­rün rəs­mi ədə­bi di­li olan fars di­lin­də ya­ra­nan ya­zı­lı ədə­biy­yat in­ki­şaf edir­di”.
 
H.Aras­lı ni­za­mi­şü­nas­lı­ğın bu sa­hə­si­nə həsr olun­muş təd­qi­qat­la­rı­nı 1947-ci il­də “Ni­za­mi Gən­cə­vi” al­ma­na­xın­da çap et­dir­di­yi „Ni­za­mi­nin Azər­bay­can müa­qib­lə­ri” mə­qa­lə­sin­də da­ha ge­niş və mü­fəs­səl şə­kil­də da­vam et­di­rir. Onun təd­qi­qat­la­rı­nın üç mü­hüm te­zis əsa­sın­da qu­rul­du­ğu mü­şa­hi­də olu­nur:
 
  •  XII əsr Azər­bay­can ədə­bi mü­hi­ti;
  •  fəl­sə­fi-ic­ti­mai, poe­tik-es­te­tik prob­lem­lə­rin həl­lin­də yük­sək funk­sio­nal qa­ran­ta, ya­ra­dı­cı­lıq me­ya­rı­na çev­ri­lən Ni­za­mi sə­nə­ti;
  • şai­rin əsa­sı­nı qoy­du­ğu ye­ni poe­tik mək­təb və onun əsas xü­su­siy­yət­lə­ri. Bu ədə­bi mək­tə­bin Azər­bay­can ədə­bi mü­hi­ti çər­çi­və­sin­də həm fars­dil­li, həm türk­dil­li ədə­biy­yat­da tə­si­ri­nin nə­zər­dən ke­çi­ril­mə­si.
 
Bu­ra­da Ni­za­mi Gən­cə­vi möv­zu­su və üs­lu­bun­da ilk əsər ya­zan Azər­bay­can şai­ri Ma­ra­ğa­lı Əv­hə­di­nin “Ca­mi-cəm”, Arif Ər­də­bi­li­nin „Fər­had­na­mə”, Ha­cı Mə­həm­məd Əs­sa­rın “Mehr və Müş­tə­ri”, Ma­ra­ğa­lı Əş­rə­fin „Xəm­sə”si, Mah­mud­bəy Sa­li­min “Mehr və Və­fa”, „Ley­li və Məc­nun”, Hə­qi­ri­nin, Fü­zu­li­nin, Zə­mi­ri­nin, Ən­də­lib Qa­ra­da­ği­nin “Ley­li və Məc­nun”la­rı, Mə­si­hi­nin „Vər­qa və Gül­şa” əsə­ri və sa­ir Ni­za­mi ədə­bi mək­tə­bi­nə xas məs­nə­vi­lər təd­qi­qa­ta cəlb olu­nur”.
XII əsr Azər­bay­can ədə­bi mək­tə­bi, həm­çi­nin Ni­za­mi və onun müa­sir­lə­ri möv­zu­sun­da apa­rı­lan iş­lər­də ta­ri­xi-ədə­bi ma­te­ri­al­la­rın düz­gün el­mi-nə­zə­ri klas­si­fi­ka­si­ya­sı, xü­su­sən janr ba­xı­mın­dan, elə­cə də, for­ma və məz­mun­ca təs­ni­fa­tı və sa­ir mə­sə­lə­lər­də ni­za­mi­şü­nas­lı­ğın müs­tə­qil möv­qe­yi diq­qə­ti cəlb edir. H.Aras­lı­nın bu araş­dır­ma­la­rı gös­tə­ri­lən mər­hə­lə­də məd­hiy­yə ədə­biy­ya­tı ki­mi təq­dim olu­nan Xa­qa­ni, Mü­ci­rəd­din Bey­lə­qa­ni, Əsi­rəd­din Əx­si­kə­ti, Zə­hir Far­ya­bi, Əbul-Əla Gən­cə­vi, Fə­lə­ki Şir­va­ni və baş­qa­la­rı­nın ya­ra­dı­cı­lı­ğı­nın da­ha ge­niş as­pekt­dən nə­zər­dən ke­çi­ril­mə­si­nə zə­ru­rət ya­ra­dır.
Ədə­biy­yat ta­ri­xi­nə, onun prob­lem­lə­ri­nə ideo­lo­ji ya­naş­ma­nın çə­tin­lik­lə­ri­nə bax­ma­ya­raq, ilk qə­ti cəhd­lər aş­kar gö­rün­mək­də­dir. Məhz Azər­bay­can alim­lə­ri­nin, o cüm­lə­dən H.Aras­lı­nın sə­yi və araş­dır­ma­la­rı sa­yə­sin­də şərq­şü­nas­lıq­da möv­cud bir sı­ra te­zis­lər öz sta­bil­li­yi­ni iti­rir, Azər­bay­can poe­zi­ya­sın­da qə­si­də­nin məz­mun­ca növ müx­tə­lif­li­yi – məd­hiy­yə, di­ni qə­si­də­lər, mər­siy­yə nö­vü, su­fi-fəl­sə­fi məz­mun­lu qə­si­də­lə­rin möv­cud­lu­ğu, Xa­qa­ni­nin “Töh­fə­tül-İra­qeyn” əsə­ri­nin fəl­sə­fi qə­si­də­nin yük­sək nü­mu­nə­si ol­ma­sı və sa­ir mə­sə­lə­lər sa­ray ədə­biy­ya­tı adı al­tın­da ta­nın­mış bu zən­gin ir­sə tək­yə, məd­hiy­yə – pa­ne­qi­rik ədə­biy­yat nü­mu­nə­si ki­mi bax­ma­ğı bir kə­na­ra qo­yur .
40-cı il­lər­də Ni­za­mi ir­si­nin sis­tem­li şə­kil­də öy­rə­nil­mə­yə baş­lan­dı­ğı bir dövr­də XII əsr Azər­bay­can ədə­biy­ya­tın­da, elə­cə də Şərq­də uzun müd­dət poe­zi­ya di­li ki­mi iş­lə­nən fars di­li­nin möv­qe­yi, bu dil­də ya­zıb-ya­ra­dan sə­nət­kar­la­rın ya­ra­dı­cı­lıq­la­rı əsa­sın­da öy­rə­ni­lib təd­qiq olu­nur.
Bu mə­sə­lə­də ta­ri­xin öy­rə­nil­mə­si ön plan­da idi. Şərq xalq­la­rı­nın ta­ri­xin­də bö­yük Səl­cuq döv­rü­nün əsas cə­hət­lə­ri­nin ge­niş təh­lil olu­nub, XII əsr­də Hin­dis­tan­dan tut­muş Ki­çik Asi­ya­ya qə­dər ədə­bi dil ki­mi iş­lə­nən fars di­li­nin ya­yıl­ma sə­bəb­lə­ri­nin ay­dın­laş­dı­rıl­ma­sın­da şərq­şü­nas­lar­dan Y.N.Marr, A.Y.Ya­qu­bovs­ki, A.Y.Krıms­ki, Y.E.Ber­tels­lə ya­na­şı, Azər­bay­can alim­lə­ri­nin, o cüm­lə­dən Hə­mid Aras­lı­nın əmə­yi­ni qiy­mət­lən­dir­mə­mək ol­maz. Bu alim­lə­rin ta­ri­xi xid­mət­lə­ri­nin baş­lı­ca cə­hə­ti on­dan iba­rət ol­du ki, Av­ro­pa­nın „İran mə­də­niy­yə­ti” al­tın­da ta­nı­dı­ğı, əs­lin­də Ya­xın Şər­qin, Or­ta Asi­ya və Azər­bay­ca­nın bö­yük sə­nət­kar­la­rı tə­rə­fin­dən ya­ra­dı­lan mə­də­niy­yə­tin ma­hiy­yət və özəl­lik­lə­ri­ni aça­raq, fars­dil­li ədə­biy­yat haq­qın­da dün­ya şərq­şü­nas­lı­ğın­da yer al­mış yan­lış fi­kir­lə­ri ara­dan qal­dır­dı­lar.
Azər­bay­can ni­za­mi­şü­nas­la­rı­nın, xü­su­sən də Hə­mid Aras­lı­nın bu iş­də müs­təs­na pa­yı var­dır. Alim öz qar­şı­sı­na Ni­za­mi­nin Azər­bay­can xal­qı­na bağ­lı­lı­ğı­nı konk­ret fakt­lar­la sü­but et­mək ki­mi şə­rəf­li bir məq­səd qoy­du: O, Ni­za­mi ya­ra­dı­cı­lı­ğı və folk­lor mü­na­si­bə­ti­nin öy­rə­nil­mə­si­ni, şai­rin doğ­ma xal­qın tə­fək­kü­rü­nə ya­xın­lı­ğı­nın araş­dı­rıl­ma­sı­nı va­cib he­sab edə­rək xalq, və­tən qar­şı­sın­da öz öv­lad­lıq bor­cu­nu lə­ya­qət­lə ye­ri­nə ye­tir­di. Onu xü­su­si qeyd et­mə­li­yik ki, hə­lə o dövr­də də dün­ya ni­za­mi­şü­nas­lı­ğın­da gös­tə­ri­lən mə­sə­lə­nin həl­lin­də bi­lə­rək­dən səh­və yol ve­rən alim­lər var idi. Mə­sə­lən, məş­hur İran ali­mi Və­hid Dəst­gir­di öz araş­dır­ma­la­rın­da Ni­za­mi­ni fars mən­şə­yi­lə bağ­la­ma­ğa ça­lı­şır, əsər­lə­rin­də özü­nün türk soy-kö­kü­nü çox ay­dın şə­kil­də gös­tə­rən şai­rin fi­kir­lə­ri­nə bir­tə­rəf­li ya­na­şır­dı. İran ali­mi özü­nün məş­hur “Gən­ci­ne­yi-Gən­cə­vi”sin­də elə his­sə qa­pı­lır­dı ki, Ni­za­mi­nin və­tən­pər­vər­li­yin­dən da­nı­şar­kən be­lə, şai­rin öz əsər­lə­rin­də se­və-se­və tə­rən­nüm et­di­yi doğ­ma və­tə­ni
Gən­cə­yə mə­həb­bə­ti­ni bil­di­rən mis­ra­la­rı­nı bir kə­na­ra qo­yur, ta­ma­mi­lə mə­sə­lə­yə dəx­li ol­ma­yan mət­ləb­lər­dən da­nı­şır və şai­ri öz doğ­ma tor­pa­ğın­dan ayır­ma­ğa ça­lı­şır­dı.
Be­lə bir za­man­da Hə­mid Aras­lı Ni­za­mi Gən­cə­vi ya­ra­dı­cı­lı­ğın­da Azər­bay­can xal­qı­na xas mil­li sta­tus sə­viy­yə­li mə­sə­lə­lə­rin araş­dı­rıl­ma­sı­nı əsas məq­səd və baş­lı­ca və­zi­fə ola­raq qar­şı­ya qo­yur. Şai­rin əsər­lə­ri­nin xalq ya­ra­dı­cı­lı­ğı ilə sıx bağ­lı­lı­ğı­nı – Ni­za­mi şei­ri­nin türk­çü­lük məz­mu­nu­nu, möv­zu, sü­jet, dü­şün­cə tər­zi, fra­zeo­lo­ji ifa­də və bir­ləş­mə­lər, ata­lar söz­lə­ri və mə­səl­lər, o cüm­lə­dən Ni­za­mi­nin di­lin­də çox­say­lı Azər­bay­can söz­lə­ri­nin iş­lən­mə­si və sa­ir mə­sə­lə­lə­ri cid­di təd­qi­qa­ta cəlb et­mək­lə, elə qiy­mət­li təd­qiq­lər apa­rır ki, bu araş­dır­ma­lar ni­za­mi­şü­nas­lıq­da gü­nü­mü­zə qə­dər öz el­mi əhə­miy­yə­ti­ni sax­la­maq­da­dır.
Türk so­yun­dan, türk tə­fək­kü­rün­dən gəl­mə mə­nə­vi duy­ğu­lar har­mo­ni­ya­sı, doğ­ma Azə­ri türk­lə­ri­nin mil­li kö­kün­dən do­ğan bu har­mo­ni­ya­nın Ni­za­mi ya­ra­dı­cı­lı­ğın­da ək­si H.Aras­lı­nı hə­mi­şə dü­şün­dür­müş, ilk təd­qi­qat­la­rın­dan baş­la­ya­raq, bü­tün öm­rü bo­yu araş­dır­ma­la­rın­da bu möv­zu­nun ay­rı-ay­rı is­ti­qa­mət­lə­ri­ni öy­rən­miş­dir. Tə­sa­dü­fi de­yil­dir ki, 1941-ci il­də Ba­kı­da nəşr olu­nan „Ni­za­mi əsər­lə­ri­nin el va­ri­ant­la­rı” ki­ta­bı­na yaz­dı­ğı mü­qəd­di­mə­də H.Aras­lı Azər­bay­can xalq ədə­biy­ya­tı xə­zi­nə­sin­də Ni­za­mi­nin şəx­siy­yə­ti, qəh­rə­man­la­rı və əsər­lə­ri­nin sü­jet­lə­ri ilə bağ­lı ma­te­ri­al­la­rın top­lan­ma­sı­nı ni­za­mi­şü­nas­lı­ğın mü­hüm və­zi­fə­lə­rin­dən he­sab edir və bu ma­te­ri­al­la­rın “… müx­tə­lif va­ri­ant­la­rı­nın mü­qa­yi­sə və təh­li­li­nin is­tər şai­rin şəx­siy­yə­ti, is­tər­sə də onun doğ­ma xal­qı ilə mü­na­si­bə­ti­ni tə­yin et­mək üçün ən mü­hüm təd­qiq ob­yek­ti” ol­du­ğu­nu söy­lə­yir­di.
Bir qə­dər son­ra H.Aras­lı „Ni­za­mi­də xalq söz­lə­ri, ifa­də və zərb-mə­səl­lə­ri” və “Ni­za­mi və Azər­bay­can xalq ədə­biy­ya­tı” mə­qa­lə­lə­rin­də bu mə­sə­lə­lə­ri araş­dı­rır, Ni­za­mi­nin ye­ti­şib püx­tə­ləş­di­yi mü­hi­tin əsas xü­su­siy­yət­lə­ri­ni, onun xalq ya­ra­dı­cı­lı­ğı ilə bağ­lı­lı­ğı­nı və sa­ir mə­sə­lə­lə­ri izah et­mə­yə ça­lı­şır. Onun araş­dır­ma­la­rı sü­but edir ki, Ni­za­mi­nin ya­şa­dı­ğı mü­hit xalq tə­fək­kür tər­zi­nə əsas­la­nan das­tan­lar, əf­sa­nə­lər söy­lə­yən ozan­lar­la ərəb və fars di­lin­də ya­zan şa­ir­lə­rin qar­şı­lıq­lı fi­kir mü­ba­di­lə­si­ni özün­də bir­ləş­di­rir­di. Ali­min gəl­di­yi nə­ti­cə­yə gö­rə, o dövr Azər­bay­can­da möv­cud olan be­lə bir zən­gin ədə­bi mü­hit sə­nət­kar Ni­za­mi­nin ya­ra­dı­cı­lı­ğın­da mü­hüm rol oy­na­mış­dır .
Təd­qi­qat­çı Ni­za­mi sə­nə­ti­nə xalq­dan­gəl­mə möv­zu və sü­jet­lə­ri araş­dı­rır, şai­rin poe­ma­la­rı­nın xalq ya­ra­dı­cı­lı­ğı ilə bağ­lı əla­mət­lə­ri­ni aş­kar edir. Mü­qa­yi­sə­lə­rin apa­rıl­ma­sı üçün re­al əsas ol­du­ğu­nu ilk də­fə hiss edən H.Aras­lı Ni­za­mi və Azər­bay­can xalq das­tan və na­ğıl­la­rı pa­ra­lel­lə­rin­də xey­li təd­qi­qat­lar apar­mış­dır ki, on­lar bu gün də ni­za­mi­şü­nas­lı­ğın qiy­mət­li araş­dır­ma­la­rın­dan sa­yı­lır. Mü­əl­lif „Ki­ta­bi-Də­də Qor­qud” das­tan­la­rı­nın bə­zi boy­la­rı­nı Ni­za­mi poe­ma­la­rı­nın ay­rı-ay­rı his­sə­lə­ri ilə mü­qa­yi­sə edir. Bun­lar­dan “Xos­rov və Şi­rin” poe­ma­sı­nın baş­lan­ğı­cı­nı, yə­ni Xos­ro­vun do­ğul­ma­sı ilə „Ki­ta­bi-Də­də Qor­qud”da­kı “Bay­bu­ra oğ­lu Bam­sı Bey­rək” bo­yun­da­kı „Bey­rə­yin do­ğul­ma­sı” his­sə­lə­ri­ni tu­tuş­du­ra­raq, Ni­za­mi­nin bü­tün poe­ma­la­rın­da xalq ya­ra­dı­cı­lı­ğı­nın bir əsas xü­su­siy­yə­ti­nin – qəh­rə­ma­nın ata-ana­nın tək öv­la­dı olub çə­tin­lik­lə nə­zir-ni­yaz­la do­ğul­ma­sı fak­tı­nın sax­lan­ma­sı­nı xü­su­si qeyd edir.
Das­tan qəh­rə­man­la­rı­nın əsas xa­rak­te­rik xü­su­siy­yət­lə­ri­nin Ni­za­mi əsər­lə­rin­də­ki ob­raz­la­ra sıx bağ­lı­lı­ğı­nı gös­tə­rən təd­qi­qat­çı ya­zır: “On­lar bə­zən fi­zi­ki (Bey­rək, Bu­ğac, Şah İs­ma­yıl və sa­ir), bə­zən söz qüv­və­si (Qə­rib, Kə­rəm, Nov­ruz və sa­ir), bə­zən də əql və təd­bir (İl­yas) va­si­tə­si ilə mü­ba­ri­zə edir. Müa­sir­lə­rin­dən se­çi­lir, sə­da­qə­ti, gö­zəl­li­yi, qəh­rə­man­lı­ğı, əql və mərd­li­yi ilə üs­tün­lük qa­za­nır­lar. Bun­lar sev­gi­də də sa­diq, qəh­rə­man və na­mus­lu olur­lar”. Ni­za­mi­nin bü­tün bu xü­su­siy­yət­lə­ri öz qəh­rə­man­la­rı­na şa­mil et­mə­si­ni onun xalq ru­hu­na bağ­lı ol­ma­sı, zən­gin türk mə­nə­viy­ya­tı­nı ifa­də et­mə­si ilə əla­qə­lən­di­rən H.Aras­lı hə­lə o dövr­də or­ta əsr­lə­rin bü­töv Şərq ədə­biy­ya­tı zən­gin­li­yin­də struk­tur, sü­jet, ob­raz­la­rın ay­rı-ay­rı xü­su­siy­yət­lə­ri fo­nun­da mil­li bə­dii ədə­biy­yat­la­rın in­ki­şa­fı­nı iz­lə­mə­yə və bu sa­hə­də həl­le­di­ci iş­lər gör­mə­yə na­il olur.
 Bun­dan baş­qa, təd­qi­qat­çı Ni­za­mi ya­ra­dı­cı­lı­ğın­da Azər­bay­can xalq söz­lə­ri və ifa­də­lə­ri­nin də bol-bol iş­lən­di­yi­ni gös­tə­rir. Ümu­miy­yət­lə, mü­əl­lif şai­rin əsər­lə­rin­də çox­lu türk söz­lə­ri­ni aş­kar et­miş, bu­nun­la da gə­lə­cək sinx­ron təd­qi­qat­la­ra yol aç­mış­dır: xa­tun, ça­lış, sən­caq, qə­la­vuz, kü­lüng, gər­dək, qır­mı­zı, tu­tuq, ala­çuq, tut­mac, yay­laq və sa­ir .
 Nizami Gəncəvi
Ümu­miy­yət­lə, Şər­qin mə­nə­vi ma­te­ri­al­la­rı içə­ri­sin­dən yer­li ənə­nə­lə­ri se­çib ayır­maq, mü­rək­kəb bə­dii struk­tur və məz­mun da­xi­lin­də türk xal­qı­na məx­sus spe­si­fik xü­su­siy­yət­lə­ri öy­rən­mək mü­rək­kəb mə­sə­lə­dir. Ni­za­mi özü də „Xəm­sə”də bə­zi ta­le­yük­lü mə­sə­lə­lə­rə açıq-ay­dın mü­na­si­bət bil­dir­miş, öz mö­hü­rü­nü bü­tün əsər­lə­ri­nə əbə­di həkk et­miş­dir. Əs­lin­də ob­yek­tiv, öz xal­qı­nın mil­li şüu­ru­na bə­ləd olan təd­qi­qat­çı üçün bu prob­le­min araş­dı­rıl­ma­sı elə bir çə­tin­lik tö­rət­mir. La­kin ar­tıq yu­xa­rı­da qeyd et­di­yi­miz ki­mi, təh­rif­lə­ri ara­dan qal­dır­maq üçün da­ha ge­niş təd­qi­qat və da­ha in­cə mət­ləb­lə­rin çö­zül­mə­si la­zım gə­lir­di. Bu ba­xım­dan, H.Aras­lı­nın “Ni­za­mi­nin qa­dın ob­raz­la­rı” ad­lı sil­si­lə mə­qa­lə­lə­ri diq­qə­ti cəlb edir.
Alim mən­bə­lər və ədə­bi nü­mu­nə­lər əsa­sın­da, ənə­nə­vi Şərq psi­xo­lo­gi­ya­sı­nı və özəl əla­mət­lə­ri­lə se­çi­lən türk mil­li dü­şün­cə tər­zi­ni qar­şı­laş­dı­rır. Bu­ra­da ən ma­raq­lı və in­cə mə­qam Ni­za­mi sə­ləf­lə­ri­nin – Fir­dov­si və Sə­nai­nin Ni­za­mi­dən fərq­li ola­raq, qa­dı­na mü­na­si­bət­də qey­ri-si­vil möv­qe tut­ma­la­rı­nın nə­zə­rə çat­dı­rıl­ma­sı­dır. Fir­dov­si­nin „Şah­na­mə”sində: “Qa­dın və əj­da­ha hər iki­si yer al­tın­da yax­şı­dır. Dün­ya bu iki na­pak­dan pak ol­sa yax­şı­dır”  ifa­də­si­ni, həm­çi­nin Sə­nai­nin „Hə­di­qə­tül-hə­qa­yiq” əsə­rin­də qa­dın lə­ya­qə­ti­nə xə­ləl gə­ti­rən söz­lə­rin iş­lən­mə­si fak­tı­nı nü­mu­nə gə­ti­rən təd­qi­qat­çı gös­tə­rir ki, “azər­bay­can­lı­lar ta­ri­xən ki­şi­yə „ər ki­şi”, qa­dı­na isə “xa­tın ki­şi” söy­lə­yə­rək, onu uca tut­muş­lar. Fars­la­rın „zən”, yə­ni “vur” de­yə ad­lan­dır­dıq­la­rı qa­dın Azər­bay­can şə­rai­tin­də cə­miy­yə­tin hör­mət­li üz­vü ol­muş­dur. Mi­di­ya, al­ban or­du­la­rın­da Ba­bək hə­rə­ka­tın­da qa­dın­la­rın fə­al iş­ti­ra­kı­nı bü­tün Şərq və Av­ro­pa ta­rix­çi­lə­ri qeyd edir”  – de­yə alim „Də­də Qor­qud” das­ta­nı və Ni­za­mi­nin “Yed­di gö­zəl” əsə­ri üzə­rin­də qu­rul­muş mü­qa­yi­sə­lər əsa­sın­da şai­rin ge­ne­tik eru­di­si­ya­ya bağ­lı ya­naş­ma üsu­lu­nu, türk mil­li dün­ya­gö­rü­şü zə­mi­nin­də for­ma­la­şan fər­di dü­şün­cə tər­zi­ni, Şər­qin mür­tə­ce ənə­nə­lə­rin­dən se­çi­lən ori­ji­nal ba­xış­la­rı­nı gös­tə­rir.
Ni­za­mi­nin hu­ma­nizm ide­ya­la­rı­nın əsas və ön mə­sə­lə­lə­rin­dən bi­ri qa­dın, onun azad hə­ya­tı və xoş­bəxt­li­yi prob­le­mi­dir. Çün­ki qa­dın şai­rin se­və-se­və tə­rən­nüm et­di­yi, onun mə­nə­vi saf­lı­ğı­nı, ar­zu və ide­al­la­rı­nı yük­sək qiy­mət­lən­dir­di­yi bir var­lıq­dır. Qa­dın möv­zu­su Ni­za­mi poe­zi­ya­sı­nın ən ali və mü­tə­rəq­qi bir his­sə­si­dir.
Ni­za­mi­nin ya­rat­dı­ğı qa­dın ob­raz­la­rın­da bu yük­sək mə­nə­vi key­fiy­yət­lər ha­ra­dan­dı­r? Qa­dı­na ali mü­na­si­bə­tin şai­rin mil­li men­ta­li­te­tə bağ­lı ic­ti­mai-fəl­sə­fi dün­ya­gö­rü­şü ol­ma­sı fak­tı ni­za­mi­şü­nas­lı­ğı dü­şün­dü­rən bir prob­lem ol­muş­dur.
Diq­qə­ti H.Aras­lı­nın 1939-cu il­də yaz­dı­ğı „Ni­za­mi və qa­dın ob­raz­la­rı” mə­qa­lə­si cəlb edir. Mü­əl­lif Ni­za­mi əsər­ə­rin­də ve­ril­miş qa­dın ob­raz­la­rı­nın öz xü­su­siy­yət­lə­ri ilə Azər­bay­can xal­qı­nın zən­gin folk­lor ədə­biy­ya­tı ilə bağ­lı ol­du­ğu­nu gös­tər­mək­lə təh­lil­lər apa­rır, bu ob­raz­lar­da “Də­də Qor­qud” das­tan­la­rı­nda və bir sı­ra di­gər xalq das­tan və na­ğıl­la­rın­da­kı qa­dın si­ma­sı­nın aş­kar gö­rün­dü­yü­nü ya­zır .
H.Aras­lı „Ni­za­mi və Azər­bay­can xalq ədə­biy­ya­tı” möv­zu­sun­da sil­si­lə araş­dır­ma­la­rın­da prob­le­min uğur­lu həl­li üçün bü­tün müm­kün im­kan­lar­dan – et­nik-kultu­ro­lo­ji mən­bə­lə­rə bağ­lı ele­ment­lər­dən, üs­lu­bi-lek­si­koq­ra­fik əla­mət­lər­dən is­ti­fa­də et­mək­lə, prob­le­min həl­li­nə ça­lı­şır. Bu ba­xım­dan, at kul­tu­na, yu­xu ele­men­ti­nə bağ­lı araş­dır­ma­lar (“Ki­ta­bi-Də­də Qor­qud və Ni­za­mi „Xəm­sə”si əsa­sın­da) bu gün də öz əhə­miy­yə­ti­ni sax­la­maq­da­dır.
Alim “Ni­za­mi ya­ra­dı­cı­lı­ğı və Azər­bay­can şi­fa­hi xalq ədə­biy­ya­tı” möv­zu­su­na həsr olun­muş təd­qiq­lə­ri­ni Ni­za­mi ya­ra­dı­cı­lı­ğın­da poe­tik ob­raz sis­te­mi­nin tər­kib his­sə­lə­rin­dən bi­ri olan ata­lar söz­lə­ri və afo­rizm­lə­rin araş­dı­rıl­ma­sı ilə ye­kun­laş­dı­rır. Mü­əl­lif çoxəsr­lik ta­ri­xi olan Azər­bay­can afo­rizm­lə­ri­nin – „Do­şab al­mı­şam, bal çı­xıb”, “Ev oğ­ru­su­nu tut­maq ol­maz”, „Əy­ri otu­raq, düz da­nı­şaq”, “İsin­mə­dim is­ti­si­nə, kor ol­dum tüs­tü­sü­nə”, „Ot kö­kü üs­tə bi­tər”, “Pi­şik ba­la­sı­nı is­tə­di­yin­dən ye­yər”, „Sa­man al­tın­dan su ye­ri­dir”, “Öz­gə­si­nə qu­yu qa­zan özü dü­şər”, „Heç kəs öz ay­ra­nı­na turş de­məz”, “İla­nı öz­gə­nin əli­lə tu­tur”, „Qa­ra­dan ar­tıq rəng ol­maz”, “Sö­yüd ağa­cı bar gə­tir­məz” və sa­ir bu ki­mi şi­fa­hi ədə­biy­ya­tı­mı­zın sta­bil xa­rak­ter­li uni­kal fra­za­la­rı­nın Ni­za­mi ya­ra­dı­cı­lı­ğın­da də­qiq­lik­lə iş­lən­mə­si­nə mil­li tə­fək­kü­rün ifa­də­si­nin əsas at­ri­but­la­rın­dan bi­ri ki­mi ya­na­şır və haq­lı ola­raq bir mü­hüm mə­sə­lə­ni vur­ğu­la­yır ki, Azər­bay­can xal­qı­na xas bu özəl fra­zeo­lo­ji bir­ləş­mə­lə­ri çox vaxt İran və Av­ro­pa təd­qi­qat­çı­la­rı ba­şa dü­şə bil­mir, nə­ti­cə­də, şai­rin gö­zəl mis­ra­la­rı bu alim­lər tə­rə­fin­dən səhv şə­kil­də şərh olu­nur.
 
Ali­min Av­ro­pa və İran alim­lə­ri­nin fi­kir­lə­ri­nə el­mi pa­ra­doks təş­kil edən çox­say­lı mü­la­hi­zə­lə­ri var­dır. On­la­rın bi­ri­nin – „İs­kən­dər­na­mə” əsə­rin­də “Əz an piş ka­rət şə­bi­xun şi­tab; Çü dür­rac dər dəh sə­la­yi-kə­bab” – fik­ri­nin H.Aras­lı tə­rə­fin­dən iza­hı­na diq­qət ye­ti­rək: „Bey­tin mə­na­sı bu­dur ki, ça­lış ki, tu­rac ki­mi ka­bab­lıq­dan xə­bər ve­rə­sən. Şai­rin bu mis­ra­la­rı­nı şərh­çi­lər ba­şa dü­şə bil­mir və yan­lış izah edir­lər. “Nə üçün tu­rac ka­bab­lıq­dan xə­bər ver­sin” sua­lı­na ca­vab ve­rən yox­dur. Biz Azər­bay­can xal­qı­nın tu­ra­cın oxu­ma­sı­na ver­di­yi mə­na­nı öy­rə­nən­də bu beyt ta­mam ay­dın olur. Xalq ara­sın­da tu­ra­cın oxu­ma­sı­nın ahən­gi­nə gö­rə, aşa­ğı­da­kı söz­lə­ri de­di­yi söy­lə­ni­lir:
 
Dad məni tutdular,
Ətimi kabab etdilər,
 
– Ni­za­mi bun­dan is­ti­fa­də edib gös­tə­rir ki, sən də tu­rac ki­mi ölü­mü­nü qa­baq­ca­dan xə­bər ver” [1, s.26].
Qeyd edək ki, xalq ədə­biy­ya­tı və Ni­za­mi ir­si­nə də­rin­dən bə­ləd ol­du­ğu üçün bu sa­hə­də klas­sik təh­lil­lər apar­ma­ğa na­il olan H.Aras­lı­nın araş­dır­ma­la­rı ni­za­mi­şü­nas­lıq­da bu gün də mü­hüm əhə­miy­yət da­şı­yır.
Mə­lum­dur ki, Ni­za­mi öz əsər­lə­rin­də xalq nü­ma­yən­də­lə­ri­nin aşa­ğı züm­rə­si­nə mən­sub olan müx­tə­lif tip­lər qa­le­re­ya­sı ya­rat­mış­dır: ço­ban, kə­niz, kər­pic­kə­sən, mal­dar, bağ­ban, əkin­çi, əs­gər, za­hid və baş­qa­la­rı. Ni­za­mi poe­ma­la­rın­da XII əsr Azər­bay­ca­nın bü­tün ic­ti­mai tə­bə­qə­lə­rin­dən bəhs edil­di­yi fak­tı­na cid­di əhə­miy­yət ve­rən di­gər alim H.Aras­lı „Yed­di gö­zəl”də­ki ço­ban su­rə­ti üzə­rin­də da­ya­nır, Ni­za­mi­nin əmək­çi xalq­la şah ara­sın­da­kı mü­na­si­bə­ti ay­dın­laş­dır­ma­ğa, şai­rin bu mə­sə­lə ət­ra­fın­da öz möv­qe­yi­ni izah et­mə­yə na­il olur [7, s.2]. Ni­za­mi qəh­rə­man­la­rı­nı mü­qa­yi­sə edər­kən, şai­rin ya­rat­dı­ğı əmək­çi in­san su­rət­lə­ri­nin xalq rə­va­yət­lə­ri, das­tan­lar­la bağ­lı­lı­ğı­nı, həm­çi­nin Ni­za­mi ar­dı­cıl­la­rı­nın bu ob­raz­la­ra mü­na­si­bə­ti­ni iz­lə­miş olan H.Aras­lı hə­ya­tı­nın son dövr­lə­rin­də bir da­ha bu mə­sə­lə­yə qa­yı­dır və ax­ta­rış­la­rı­nın uğur­lu nə­ti­cə­si ola­raq be­lə bir qə­naə­tə gə­lir ki, Ni­za­mi­nin öz əsər­lə­rin­də əmək­çi in­san­lar içə­ri­sin­dən seç­di­yi qəh­rə­man­la­rı şah­la­ra qar­şı qoy­ma­sı onun poe­zi­ya­da et­di­yi cə­sa­rət­li bir dö­nüş idi. O, Fər­ha­dı Xos­rov­la qar­şı­laş­dı­rar­kən, iki mə­nə­viy­ya­tı üz­ləş­dir­miş, əmə­yin şah­lıq­dan üs­tün­lü­yü ki­mi cə­sa­rət­li bir fi­kir söy­lə­miş­dir. Hət­ta Ni­za­mi­dən son­ra Əmir Xos­rov Dəh­lə­vi, Arif Ər­də­bi­li, Nə­vai və baş­qa şa­ir­lər be­lə bir cə­sa­rə­ti et­mək­dən çə­kin­miş­lər və bu sə­bəb­dən də Fər­ha­dı şah­za­də ki­mi təs­vir et­miş­lər .
Mü­əl­lif ço­ban ob­raz­la­rı­nın Ni­za­mi­nin son iki poe­ma­sın­da mey­da­na çıx­ma­sı­nı tə­sa­dü­fi bir hal ki­mi qə­bul et­mir, haq­lı ola­raq, bu­nu şai­rin ic­ti­mai ide­al­la­rı­nın də­rin­ləş­mə­si, ye­ni-ye­ni ide­al­lar ax­ta­rı­şı ilə bağ­la­yır. Onu da qeyd et­mək la­zım­dır ki, təd­qi­qat­çı bu­ra­da Ni­za­mi­nin qə­lə­mə al­dı­ğı ço­ban ob­raz­la­rı­nı “Ki­ta­bi-Də­də Qor­qud”da­kı Qa­ra­ca ço­ban ob­ra­zı ilə mü­qa­yi­sə edə­rək əmək­çi in­sa­na mü­na­si­bət­də xal­qın tə­fək­kür tər­zi ilə Ni­za­mi dün­ya­gö­rü­şü­nü tu­tuş­du­rur və be­lə nə­ti­cə­yə gə­lir ki, xalq tə­fək­kür tər­zin­dən fay­da­la­nan Ni­za­mi öz ide­al­la­rın­da on­dan kə­na­ra çıx­ma­mış və bu ide­al­la­rı da­vam et­dir­miş­dir [7, s.2]. Ali­min Ni­za­mi qəh­rə­man­la­rı­na ver­di­yi yük­sək qiy­mət bu gün də prob­le­min öy­rə­nil­mə­sin­də əhə­miy­yət­li iş­lər­dən he­sab olu­nur.
Azər­bay­can xal­qı­nın hə­yat və məi­şə­ti­nə bağ­lı tə­fək­kür tər­zi ilə qi­da­lan­mış Ni­za­mi poe­zi­ya­sın­da bu uy­ğun cə­hət­lə­ri ax­tar­maq­da gör­kəm­li alim haq­lı idi. Bun­dan əla­və, o, gös­tə­ri­lən mə­qa­lə­də Ni­za­mi­nin dost­luq, sə­da­qət, doğ­ru­luq, düz­lük ki­mi əx­la­qi key­fiy­yət­lə­ri haq­qın­da fi­kir­lə­ri­ni təh­lil edir, şai­rin əx­la­qi gö­rüş­lə­ri­ni onun hu­ma­nist ide­ya­la­rı­nın əsas tər­kib his­sə­si ki­mi öy­rə­nir.
40-cı il­lər­də Azər­bay­can ədə­biy­yat­şü­nas­lı­ğın­da Ni­za­mi sü­jet­lə­ri­nin mən­bə­lə­ri­nin araş­dı­rıl­ma­sı üz­rə bir sı­ra ma­raq­lı, diq­qə­ti cəlb edən təd­qiq­lər apa­rıl­mış­dır. Bu araş­dır­ma­lar prob­le­min mü­hüm bir is­ti­qa­mə­ti­nin öy­rə­nil­mə­yə baş­lan­ma­sı üçün bö­yük im­kan ya­rat­dı. Be­lə ki, „Ley­li və Məc­nun” sü­je­ti­nin folk­lor mən­bə­lə­ri ilə əla­qə­si­nin öy­rə­nil­mə­si mə­sə­lə­si qar­şı­ya qo­yul­du və bu­nun­la da, çox mü­rək­kəb bir prob­le­min araş­dı­rıl­ma­sı yo­lun­da ye­ni fi­kir­lər söy­lən­di, bu gün də Azər­bay­can ni­za­mi­şü­nas­lı­ğın­da mü­hüm əhə­miy­yə­ti olan il­kin in­cə mət­ləb­lər or­ta­ya atıl­dı. Gö­rül­müş iş­lər içə­ri­sin­də H.Aras­lı­nın 1939-cu il­də çap et­dir­di­yi “Şərq­də „Ley­li və Məc­nun” möv­zu­su” ad­lı mə­qa­lə­si diq­qə­ti cəlb edir.
Av­ro­pa orien­ta­list­lə­ri və oza­man­kı so­vet şərq­şü­nas­la­rın­dan fərq­li ola­raq, Azər­bay­can ali­mi “Ley­li və Məc­nun” möv­zu­su­nun ilk mən­bə­yi ki­mi ərəb şi­fa­hi poe­zi­ya­sı­nı əsas gö­tü­rür. O, A.Y.Krıms­ki və di­gər alim­lə­rin Ley­li və Məc­nu­nun ta­ri­xi şəx­siy­yət­lər ol­ma­sı fik­ri­nə qar­şı çı­xır. Təd­qi­qat­çı Qa­hi­rə­də pro­fes­sor Ta­ha Hü­sey­nin çap et­dir­di­yi „Əmə­vi­lər döv­rün­də qə­zə­liy­yat” ad­lı mə­qa­lə­sin­də Məc­nu­nun ta­ri­xi şəx­siy­yət ol­ma­ma­sı ba­rə­də söy­lə­di­yi fi­kir­lə tam ra­zı­la­şır və onun he­ka­yə­çi­lər, ra­vi­lər tə­rə­fin­dən ya­ra­dıl­mış xə­ya­li bir şəx­siy­yət ol­du­ğu­nu qeyd edir.
Mü­əl­lif da­ha son­ra Ta­ha Hü­sey­nin gös­tə­ri­lən fik­ri­nə qar­şı çı­xan Mi­sir ali­mi Əb­dül­qa­dir Əl­mə­zi­ni tən­qid edə­rək, “Ley­li və Məc­nun” möv­zu­su­nun şi­fa­hi xalq ya­ra­dı­cı­lı­ğı­nın məh­su­lu ol­du­ğu­nu, onun xalq tə­rə­fin­dən ya­ran­dı­ğı­nı və ərəb şi­fa­hi poe­zi­ya­sın­da müx­tə­lif va­ri­ant­lar­da ya­yıl­dı­ğı­nı ya­zır [9, s.100].
H.Aras­lı çox haq­lı ola­raq, Ni­za­mi­nin özü­nün xalq ədə­biy­ya­tı­na fər­di mü­na­si­bə­ti­nə əsas­la­nır və onun bü­tün ya­ra­dı­cı­lı­ğı­nı, o cüm­lə­dən „Ley­li və Məc­nun” əsə­ri­nin əsl can­lı mən­bə olan folk­lor­la bağ­lı su­rət­də öy­rə­nil­mə­si­nin doğ­ru is­ti­qa­mət ol­du­ğu­nu bir təd­qi­qat­çı in­tui­si­ya­sı ilə hiss edir. O, ni­za­mi­şü­nas­lı­ğın in­ki­şa­fı­nı bu sa­hə­yə yö­nəlt­mək üçün ilk işıq yan­dı­ran­lar­dan bi­ri ol­muş, əgər be­lə de­mək müm­kün­dür­sə, hə­mən işı­ğın ucun­dan tu­tub, ye­ni mə­sə­lə­lə­rə – “Ley­li və Məc­nun”un Azər­bay­can folk­lo­ru ilə əla­qə­si­nin da­ha ge­niş as­pekt­dən öy­rə­nil­mə­si­nə zə­min ya­rat­mış­dır.
Mə­lum­dur ki, Ni­za­mi­nin əx­la­qi gö­rüş­lə­rin­də əsas yer­lər­dən bi­ri­ni onun təb­liğ et­di­yi və­tən­pər­vər­lik ide­ya­sı tu­tur və bu sa­hə­də apa­rı­lan ilk iş­lər sı­ra­sın­da H.Aras­lı­nın 1948-ci il­də çap olu­nan „Ni­za­mi və və­tən” ki­ta­bı ma­raq do­ğu­rur. Mü­əl­lif bu əsə­rin­də şai­rin özü­nün və­tən sev­gi­si, həm­çi­nin poe­ma­la­rın­da­kı qəh­rə­man­la­rın və­tən­pər­vər­li­yin­dən bəhs edir, on­la­rın sev­gi­si­ni, mü­ba­ri­zə­lə­ri­ni yük­sək qiy­mət­lən­di­rir. O, şai­rin öz qəh­rə­man­la­rı­nın qar­şı­sın­da və­tən uğ­run­da çar­pış­maq ki­mi ali bir məq­səd qoy­du­ğu­nu, on­la­rın və­tən və xal­qın səa­də­ti­ni tə­min edə bi­lən ka­mil şəx­siy­yət ola­raq tə­rən­nüm et­di­yi­ni ya­zır [10, s.28].
Ni­za­mi Gən­cə­vi­nin fəl­sə­fi gö­rüş­lə­ri­nin iza­hın­da da H.Aras­lı­nın özü­nə­məx­sus ya­naş­ma­la­rı var idi. Şai­rin son də­rə­cə mü­tə­rəq­qi fi­kir­lər məc­muə­si olan “Sir­lər xə­zi­nə­si”nin sırf su­fi, yə­ni o za­man bir sı­ra Av­ro­pa alim­lə­ri­nin təq­dim et­di­yi as­ket məz­mun­lu bir əsər ki­mi qiy­mət­lən­di­ril­mə­si H.Aras­lı­nın əks rə­yi­nə sə­bəb ol­muş­dur. O, „Sir­lər xə­zi­nə­si” əsə­ri­nin Sə­nai­nin “Hə­di­qə­tül-hə­qa­yiq” əsə­ri­nin sırf tə­si­ri­lə ya­zıl­mış su­fi­ya­nə bir əsər ol­du­ğu fik­ri­ni qə­bul et­mir, tu­tuş­dur­ma­lar apa­ra­raq, Ni­za­mi­nin əsər­lə­rin­də­ki tə­ri­qə­tə aid ter­min və ifa­də­lə­ri şai­rin öz fəl­sə­fi fi­kir­lə­ri­ni ifa­də et­mək üçün yal­nız ədə­bi pri­yom ol­du­ğu­nu gös­tə­rir. Mü­əl­li­fə gö­rə, Ni­za­mi xil­qət, in­sa­nın ya­ran­ma­sı, dün­ya­nın və­fa­sız­lı­ğı sər­löv­hə­si ilə ve­ri­lən mə­qa­lət­lə­ri nə­cib in­sa­ni si­fət­lə­ri təb­liğ et­mək və pis­lik­lər­dən uzaq­laş­ma­ğın müm­kün və zə­ru­ri ol­du­ğu­nu söy­lə­mək məq­sə­di ilə yaz­mış­dır [11, s.9]. Bu­nun­la be­lə, alim öz araş­dır­ma­la­rın­da şai­rin Gən­cə­də fəa­liy­yət gös­tə­rən əxi təş­ki­la­tı­na ya­xın ol­ma­sı­nı da təs­diq­lə­miş­dir.
 
Gör­kəm­li alim Ni­za­mi poe­zi­ya­sı­nın sə­nət­kar­lıq mə­sə­lə­lə­ri üzə­rin­də də da­yan­mış­dır. O, öz araş­dır­ma­la­rın­da Fir­dov­si – Ni­za­mi qəh­rə­man­la­rı pa­ra­lel­lə­rin­də mü­qa­yi­sə­lər apar­mış və be­lə nə­ti­cə­yə gəl­miş­dir ki, Ni­za­mi Fir­dov­si­dən fərq­li ola­raq bir sı­ra can­lı, də­rin psi­xo­lo­ji su­rət­lər ya­rat­mış, in­sa­nın mə­nə­vi tək­mil­ləş­mə pro­se­si­ni iz­lə­miş­dir. Şi­rin su­rə­ti­nin Dan­te­nin Be­at­ri­çe ob­ra­zı ilə mü­qa­yi­sə­si xü­su­si ma­raq do­ğu­rur. Ali­min mü­qa­yi­sə­li təh­li­lin­dən ay­dın olur ki, Dan­te­nin Be­at­ri­çe­si bə­zi xü­su­siy­yət­lə­ri ilə Şi­rin su­rə­ti­ni xa­tır­la­dır, o da öz sev­gi­li­si­nə doğ­ru yol gös­tə­ri­r, onu yük­səl­də­rək səa­də­tə çat­dı­rır. La­kin ali­min fik­rin­cə, mü­hüm bir fərq – Ni­za­mi qəh­rə­ma­nı­nı bir fərd ki­mi yük­səl­dir. „Ni­za­mi­nin Şi­ri­ni hə­yat qı­zı­dır, hə­qi­qət və mə­həb­bət rəm­zi­dir”, “Be­at­ri­çe isə ila­hiy­ya­tın, teo­lo­gi­ya­nın mü­cəs­sə­mə­si­dir”, – de­yən alim həm də be­lə qə­naə­tə gə­lir ki, Dan­te­nin „İla­hi ko­me­di­ya­”sın­da olan mis­ti­ka Ni­za­mi poe­ma­sın­da­kı də­rin hə­yat fəl­sə­fə­si­lə mü­qa­yi­sə edi­lə bil­məz [4, s.10].
H.Aras­lı Ni­za­mi­nin epik janr­da no­va­tor­lu­ğu mə­sə­lə­lə­ri­nə də diq­qət ye­tir­miş­dir. O, bu ori­ji­nal­lıq­la­rı gös­tər­mək üçün Ni­za­mi poe­ma­la­rı­nın sü­jet­lə­ri­ni “Də­də-Qor­qud” das­ta­nı­nın bə­zi sü­jet­lə­ri ilə bağ­la­yır. O, Ni­za­mi sü­jet­lə­ri­nin bit­kin­li­yi­nə, on­la­rın mü­kəm­məl iş­lən­di­yi­nə xü­su­si diq­qət ye­ti­rir. Ni­za­mi­nin ara­bir Fir­dov­si sü­jet­lə­rin­dən is­ti­fa­də et­mə­si­nə bax­ma­ya­raq, ye­ni, bit­kin, ma­raq­lı sü­jet qur­du­ğu­nu, əsər­lə­ri­nin can­lı kom­po­zi­si­ya ilə se­çil­di­yi­ni ya­zır. Ali­min araş­dır­ma­la­rın­dan be­lə mə­lum olur ki, Azər­bay­can ədə­biy­ya­tın­da ilk mən­zum ro­man mü­əl­li­fi olan Ni­za­mi o döv­rə qə­dər ya­yıl­mış olan sü­jet­lər­dən mə­ha­rət­lə fay­da­lan­mış­dır.
H.Aras­lı Ni­za­mi­nin epik poe­ma jan­rı qu­ru­lu­şun­da et­di­yi də­yi­şik­lik­lə­ri də qeyd et­miş­dir. Mə­lum­dur ki, XX əsr­də Av­ro­pa alim­lə­ri çox za­man bu mə­sə­lə­də yan­lış möv­qe tu­tur­du­lar. Be­lə ki, bə­zən Ni­za­mi­nin poe­zi­ya­ya gə­tir­di­yi ori­ji­nal­lıq in­kar olu­nur, onun qiy­mə­ti la­zı­mın­ca ve­ril­mir, fi­kir ay­rı­lıq­la­rı möv­cud idi. Mə­sə­lən, İ.Pit­si­yə gö­rə, „Ni­za­mi­də epos alın­mır. ...Onun qəl­bi epik ol­maq­dan zi­ya­də li­rik ol­muş­dur”. Baş­qa bir in­gi­lis ali­mi Q.Auzli­yə gö­rə isə, “Ni­za­mi Şər­qin ən bö­yük epik şai­ri­dir” [12, s.19]. Gö­rün­dü­yü ki­mi, Av­ro­pa şərq­şü­nas­lı­ğın­da fi­kir ay­rı­lı­ğı özü­nü gös­tə­rir­di. Bun­dan əla­və, epik janr de­dik­də, gös­tə­ri­lən mər­hə­lə­də Ni­za­mi şei­ri ən çox Fir­dov­si poe­zi­ya­sı ilə mü­qa­yi­sə olu­nur­du.
Be­lə bir za­man­da Hə­mid Aras­lı Azər­bay­can şai­ri Ni­za­mi Gən­cə­vi və öz­bək şai­ri Əli­şir Nə­vai, elə­cə də Əmir Xos­rov Dəh­lə­vi, Mək­tə­bi, Ha­ti­fi, Fü­zu­li əsər­lə­ri­nin mü­qa­yi­sə­si fo­nun­da sil­si­lə araş­dır­ma­la­rı ilə dün­ya ni­za­mi­şü­nas­lı­ğı­na ye­ni töh­fə­lər ver­di. „Əli­şir Nə­vai” (“Ədə­biy­yat” qə­ze­ti, 30 yan­var, 1939, s.3–5), „Nə­vai və Azər­bay­can ədə­biy­ya­tı” (“Re­vol­yu­si­ya və kul­tu­ra” jur­na­lı,1940, №7, s.83–94), „Ni­za­mi və Nə­vai” (“Ədə­biy­yat”qə­ze­ti, 6 sent­yabr, 1940), „Şərq­də Ley­li və Məc­nun” əsər­lə­ri” (“Ni­za­mi” al­ma­na­xı, I ki­tab, Ba­kı, Azər­nəşr, 1940, s.194–237), „Şərq­də “Ley­li və Məc­nun” te­ma­sı (»Ni­za­mi” al­ma­na­xı, II ki­tab, Ba­kı, Azər­nəşr, 1940, s.86–105), «Yed­di gö­zəl” və „Yed­di cam” əsər­lə­ri­nin mü­qa­yi­sə­si (“Ni­za­mi” al­ma­na­xı, III ki­tab, Ba­kı, Azər­nəşr, 1941, s.70–90), „Ni­za­mi müa­qib­lə­rin­dən Əs­sar Təb­ri­zi” (“Ədə­biy­yat” qə­ze­ti, 1947, 12 mart), „Əli­şir Nə­vai ya­ra­dı­cı­lı­ğı” (Nə­vai-500), “İn­qi­lab və Mə­də­niy­yət”,1948, №5, s.50–63), „Fər­had və Şi­rin”, Mü­qəd­di­mə (Nə­vai Ə. “Fər­had və Şi­rin”, Ba­kı, Azər­nəşr, 1948, s.5–13) və sa­ir iş­lə­rin­də Hə­mid Aras­lı Ni­za­mi Gən­cə­vi­nin Şərq­də epik jan­rın in­ki­şa­fın­da oy­na­dı­ğı mü­hüm ro­lu gös­tər­mə­yə ça­lı­şır­dı.
Ni­za­mi və Nə­vai əsər­lə­ri­ni möv­zu və ide­ya, poe­tik mə­na və üs­lub ba­xı­mın­dan mü­qa­yi­sə edən H.Aras­lı 1940-cı il­də yaz­dı­ğı „Ni­za­mi və Nə­vai” mə­qa­lə­sin­də Nə­vai “Xəm­sə”sin­dən „Fər­had və Şi­rin” məs­nə­vi­si­ni mü­qa­yi­sə­li təh­lil edir, Nə­vai əsə­ri­nin öz sə­lə­fin­dən fərq­li xü­su­siy­yət­lə­ri­ni gös­tə­rir [13, s.3]. Ali­min qə­na­ət­lə­ri­nə əsa­sən, Ni­za­mi “Xəm­sə»si­nin tə­si­ri­lə, Nə­vai öz us­ta­dı­nın poe­tik fi­kir­lə­rin­dən il­ham­lan­mış, əsər­lə­rin­də­ki hu­ma­nist ide­ya­lar­la Ni­za­mi sə­nə­ti­nə çox ya­xın­laş­mış­dır.
Alim Ni­za­mi əsə­rin­də­ki baş qəh­rə­man Fər­ha­dın hə­ya­tı, ide­al ob­raz ki­mi təs­vi­ri, hər iki Fər­ha­dın xa­rak­ter fərq­lə­ri, ar­zu və ide­al­la­rı tu­tuş­du­ru­la­raq, iki bö­yük sə­nət­ka­rın poe­tik süz­gə­cin­dən ke­çi­ri­lən su­rət­lə­rin da­xi­li alə­mi, yük­sək mə­nə­vi key­fiy­yət­lə­ri təh­lil olu­nur.
Fər­ha­dın baş qəh­rə­man ki­mi ön plan­da ve­ril­mə­si, per­so­naj­la­rın yer­lə­ri­nin də­yi­şil­mə­si, ha­di­sə­lə­rin tam baş­qa axın­da in­ki­şa­fı, bü­tün bun­lar Nə­vai poe­ma­sı­nı Ni­za­mi əsə­rin­dən ayı­rır. H.Aras­lı həm də bu əsas fər­qi qeyd edir ki, Ni­za­mi əsə­rin­də bi­rin­ci plan­da olan Şi­ri­nin əhə­miy­yə­ti bu əsər­də son də­rə­cə azal­dı­lır, onun qəh­rə­man­lıq və şü­caə­ti bu­ra­da gös­tə­ril­mir [8, s.3]. Bu mə­sə­lə­ni mü­əl­lif ic­ti­mai si­ya­si ha­di­sə­lər­lə, qa­dı­nın əsa­rət al­tın­da ol­du­ğu XV əsr öz­bək mü­hi­ti ilə bağ­la­yır.
Ali­min qə­na­ət­lə­ri­nə əsa­sən, Ni­za­mi «Xəm­sə”si­nin tə­si­ri­lə Nə­vai öz us­ta­dı­nın poe­tik fi­kir­lə­rin­dən il­ham­lan­mış, əsər­lə­rin­də­ki hu­ma­nist ide­ya­lar­la Ni­za­mi sə­nə­ti­nə çox ya­xın­laş­mış­dır [8, s.4].
H.Aras­lı öz təd­qiq­lə­rin­də Ni­za­mi və Nə­vai əsər­lə­ri ilə ya­na­şı, ey­ni möv­zu­lar­da əsər­lər yaz­mış Əmir Xos­rov Dəh­lə­vi, Mək­tə­bi, Ca­mi və Ha­ti­fi­nin „Ley­li və Məc­nun” əsər­lə­ri­nin məz­mu­nu­na da diq­qət ye­ti­rir və mü­qa­yi­sə­lər apa­rır [14, s.11; 1, s.104].
 Mə­sə­lə­nin bu şə­kil­də öy­rə­nil­mə­si, bü­töv­lük­də Ni­za­mi və Şərq ədə­biy­ya­tı­nın mü­na­si­bə­ti, da­hi sə­nət­ka­rın öz da­vam­çı­la­rı­na ide­ya, poe­tik fi­kir, üs­lub ba­xı­mın­dan gös­tər­di­yi çox­şa­xə­li tə­sir prob­lem­lə­ri­nin öy­rə­nil­mə­si­nə ge­niş pers­pek­tiv­lər aç­dı.
H.Aras­lı­nın Azər­bay­can ni­za­mi­şü­nas­lı­ğın­da xid­mət­lə­rin­dən bi­ri də Ni­za­mi Gən­cə­vi əsər­lə­ri­nin tər­cü­mə və nəş­ri sa­hə­sin­də ol­muş­dur. Bu sa­hə­də gö­rü­lən iş­lər­dən “Ni­za­mi. Li­ri­ka” (Sət­ri tər­cü­mə, tər­tib, mü­qəd­di­mə və şərh­lər. H.Aras­lı, Ba­kı, 1940) ki­ta­bı­nı gös­tə­rə bi­lə­rik.
1940-cı il­də ilk də­fə işıq üzü gö­rən bu „Li­ri­ka” ki­ta­bı son­ra­kı dövr­lər­də, əsas ba­za hə­min ilk tər­cü­mə­lər ol­maq­la, “Azər­nəşr” və „Gənc­lik” nəş­riy­ya­tları tə­rə­fin­dən bir ne­çə də­fə çap olun­muş­dur. Hə­mid Aras­lı­nın sət­ri tər­cü­mə­lə­ri və re­dak­tə­si əsa­sın­da ya­ra­nan bu ilk poe­tik tər­cü­mə­lər­də Ni­za­mi şei­ri­nin də­rin, la­kin sa­də və gö­zəl ifa­də olu­nan fəl­sə­fi mə­na­la­rı, sə­nət­kar­lı­ğı mü­əy­yən də­rə­cə­də ifa­də olu­nub xal­qa çat­dı­rıl­mış­dır. Bu ki­tab Ni­za­mi “Di­va­nı”nı bü­töv şə­kil­də əks et­dir­mə­sə də, gö­rül­müş iş son də­rə­cə əhə­miy­yət­li idi. Ki­ta­bın mü­qəd­di­mə­sin­də H.Aras­lı haq­lı ola­raq ya­zır: „Oks­ford, Ber­lin, Qa­hi­rə və Hin­dis­tan ki­tab­xa­na­la­rın­da “Ni­za­mi Di­va­nı” ad­la­nan əl­yaz­ma­la­r var­dır. La­kin bu vax­ta qə­dər bu əl­yaz­ma­la­r təd­qiq olu­nub çap edil­mə­di­yin­dən şai­rin qə­zəl­lə­ri elm alə­mi­nə bü­tün­lük­lə ta­nı­na bil­mə­miş­dir”. Qeyd edək ki, Ni­za­mi „Li­ri­ka”sı­nın ilk poe­tik tər­cü­mə­çi­lə­ri – Ə.Va­hid, C.Xən­dan, M.Dil­ba­zi, N.Rə­fi­bəy­li və O.Sa­rı­vəl­li ki­mi gö­zəl şa­ir­lə­ri­miz ol­muş­lar.
 Ni­za­mi­nin ilk “Li­ri­ka” ki­ta­bı­na qə­zəl­lər­dən əla­və, şai­rin qə­si­də­lə­rin­dən də nü­mu­nə­lər da­xil edil­miş­dir. Ni­za­mi Gən­cə­vi­nin fəl­sə­fi dün­ya­gö­rü­şü, ic­ti­mai-xəl­qi fi­kir­lə­ri, şəx­siy­yə­ti, sə­nət­kar­lı­ğı haq­qın­da oxu­cu­da ki­fa­yət qə­dər tə­səv­vür ya­ra­dan bu tər­cü­mə­lər in­di­yə­dək öz əhə­miy­yə­ti­ni sax­la­maq­da­dır.
 H.Aras­lı­nın müs­təs­na xid­mət­lə­rin­dən bi­ri də 1943-1944-cü il­lər­də nəşr olun­muş ikicild­lik „Müx­tə­sər Azər­bay­can ədə­biy­ya­tı ta­ri­xi”nin 1-ci cil­din­də yer alan “Ni­za­mi Gən­cə­vi” oçer­ki­dir. Alim 1960-cı il­də nəşr olu­nan üçcild­lik „Azər­bay­can ədə­biy­ya­tı ta­ri­xi” ki­ta­bın­da Ni­za­mi Gən­cə­vi­nin hə­yat və ya­ra­dı­cı­lı­ğı­nı əha­tə edən bu oçer­ki da­ha da ge­niş­lən­dir­miş, Ni­za­mi Gən­cə­vi­nin tər­cü­me­yi-ha­lı və ədə­bi ir­si haq­qın­da mü­fəs­səl mə­lu­mat ver­miş­dir.
 
Alim öz araş­dır­ma­la­rı­nı Azər­bay­can ni­za­mi­şü­nas­lı­ğı­nın son­ra­kı mər­hə­lə­lə­rin­də də yo­rul­ma­dan da­vam et­dir­miş, əsər­lə­ri­ni Ba­kı­da və bir sı­ra xa­ri­ci öl­kə­lər­də nəşr et­dir­miş­dir. Ni­za­mi Gən­cə­vi. “Sir­lər xə­zi­nə­si” (mü­qəd­di­mə, Ba­kı, „Azər­nəşr”, 1953, s.5–9), Ni­za­mi Gən­cə­vi. Qə­zəl­lər (mü­qəd­di­mə, Ba­kı, “Azər­nəşr”, 1953, s.3–14), Ni­za­mi Gən­cə­vi. Poe­ma­lar­dan par­ça­lar (mü­qəd­di­mə, Ba­kı, „Uşaq­gənc­nəşr”, 1954, s.5–18), Ni­za­mi Gən­cə­vi. “Xos­rov və Şi­rin” (mü­qəd­di­mə, Ba­kı, Azə­bay­can SSR EA nəş­riy­ya­tı, 1962, s.3–18), „Ca­mi və Azər­bay­can ədə­biy­ya­tı” (Əb­dür­rəh­man Ca­mi­nin ana­dan ol­ma­sı­nın 550 il­li­yi mü­na­si­bə­ti­lə “Ədə­biy­yat və in­cə­sə­nət”, 1964, 12 de­kabr), Ni­za­mi poe­zi­ya gün­lə­ri qar­şı­sın­da. (»Ədə­biy­yat və in­cə­sə­nət”, 1979, 20 may), Ni­za­mi Gən­cə­vi. «Xos­rov və Şi­rin” (mü­qəd­di­mə, Ba­kı, „Elm”, 1981, s.5–23), Ni­za­mi və Şərq ədə­biy­ya­tı (Ni­za­mi Gən­cə­vi­nin ana­dan ol­ma­sı­nın 840 il­li­yi mü­na­si­bə­ti­lə Azər­bay­can EA Xə­bər­lə­ri, Ədə­biy­yat, dil və in­cə­sə­nət se­ri­ya­sı, 1981, №4, s.3–9), Öl­məz mə­həb­bət das­ta­nı. Ni­za­mi Gən­cə­vi. “Xos­rov və Şi­rin” (mü­qəd­di­mə, Ba­kı, „Ya­zı­çı”, 1982, s.5–17) və baş­qa iş­lə­rin­də öl­məz şai­rin hə­ya­tı, ya­ra­dı­cı­lı­ğı, sə­nə­ti­nin tə­sir dai­rə­si ət­ra­fın­da el­mi təd­qi­qat­lar apar­mış­dır.
Gör­kəm­li ali­min el­mi əsər­lə­ri dün­ya­nın bir çox öl­kə­lə­rin­də, o cüm­lə­dən Mosk­va, An­ka­ra, Ka­bil, Daş­kənd, Tif­lis, Bağ­dad­da və baş­qa şə­hər­lər­də də­fə­lər­lə nəşr olun­muş­dur.
H.Aras­lı­nın Azər­bay­can ni­za­mi­şü­nas­lı­ğı­na ver­di­yi qiy­mət­li töh­fə­lə­ri bir mə­qa­lə­də əha­tə et­mək müm­kün de­yil­dir. O, öm­rü­nün so­nu­na qə­dər öz amal­la­rı yo­lun­da, Ni­za­mi Gən­cə­vi­nin hə­ya­tı­nın, şəx­siy­yət və ya­ra­dı­cı­lı­ğı­nın mü­kəm­məl araş­dı­rıl­ma­sı uğ­run­da ça­lış­dı. XX əs­rin 80-ci il­lə­rin­də Tür­ki­yə ar­xiv­lə­rin­də şai­rin vəq­fi­nə da­ir xü­su­si mül­kiy­yə­ti təs­diq edən sə­nə­din ta­pıl­ma­sı ilə əla­qə­dar H.Aras­lı “Ni­za­mi vəq­fi haq­qın­da ye­ni sə­nəd” ad­lı mə­qa­lə­sin­də mə­lu­mat ve­rir, şai­rin hə­ya­tı haq­qın­da o döv­rə qə­dər möv­cud bir çox do­la­şıq­la­ra son qo­ya­raq ya­zır­dı: „Ni­za­mi öl­dük­dən son­ra qəb­ri zi­ya­rət­ga­ha çev­ril­miş, onun öz kən­di­nin gə­lir­lə­rin­dən baş­qa bi­zə mə­lum ol­ma­yan hökm­dar­lar və ya bi­va­ris ölən adam­lar tə­rə­fin­dən bu məq­bə­rə­yə vəqf­lər edil­miş­dir. XVI əsr­də bu məq­bə­rə çox gə­lir­li vəq­fi olan, gə­lib-ge­dən­lə­rə və yox­sul­la­ra hər gün ye­mək ve­rən, mü­dər­ris­lə­ri tə­min edən bir xey­riy­yə oca­ğı ol­muş­dur” .
Aka­de­mik Hə­mid Aras­lı əsl elm fə­dai­si, dün­ya­da ta­nı­nan nü­fuz­lu alim, öz doğ­ma xal­qı­nın ədə­biy­yat və mə­də­niy­yə­ti­nin tü­kən­məz bi­li­ci­si və təb­li­ğat­çı­sı idi. O, Azər­bay­ca­nın da­hi klas­sik­lə­ri­nin, o cüm­lə­dən Ni­za­mi Gən­cə­vi ir­si­nin dün­ya­da ta­nın­ma­sı­na yo­rul­maq bil­mə­dən bir ömür sərf et­miş­di. Türk ali­mi Hü­seyn Ayan onun Azər­bay­can ədə­biy­ya­tı­nın təd­qiq və təb­li­ğin­də ro­lu­nu yük­sək qiy­mət­lən­di­rə­rək be­lə yaz­mış­dır: “Eğil­di­ği il­mi mev­zu­lar­da var­dı­ğı ne­ti­ce­le­ri, „ken­di­ne sak­la­ma­yan” Ha­mid Aras­lı, mil­li ve mil­let­le­ra­ra­sı kong­re ve kon­fe­rans­la­ra gö­tü­rüp ilim ale­mi­ne sun­muş­tur”.
 
Türk dün­ya­sı­nın bö­yük us­tad ali­mi Hə­mid Aras­lı­nın ru­hu­na Al­lah­dan rəh­mət di­lə­yi­rik!
 
 
 
Müəllif: Zəhra Allahverdiyeva
Mənbə: artkaspi.az
 

0 şərh