Yurda dönüş –Şiringül Musayeva

      

Əsl bəşəri məhəbbət olmadan əsl vətən məhəbbəti ola bilməz.- Anatol Frans.

 

Vətəni şücaətinizlə şöhrətləndirin .-Mixail Lomonosov.

 

İlk işə başlayan şəxslərin üzərinə həmişə çox böyük, şərəfli vəzifələr düşür .-Heydər Əliyev


  Bayırda bərk külək əsir, yağış yağır. Küləyin səsi ona keçmişdən bu günə kimi yaşayıb getmiş  bütün insanlığın səsini –ününü xatırladır .Ona elə gəlir dünyadan köçmüş insanların hamısının ruhu  küləyin səsinə hopub və ona görə də küləyin səsi belə qəmgin və uğultuludur ,- bir şeylər söyləyirmiş kimi. Sanki dünyadan perik düşmüş sərgərdan ruhlar bu yağış damlaları altında çırpınır, pəncərələri səsləndirir, işıqlı, isti otaqlarda oturmuş insanları dünya sirlərindən xəbərdar etmək  , onlara nələrsə söyləmək istəyir.Ya da insanlığı köməyə çağırır bəlkə bu səs ?

Səs bəzən o qədər tənha, köməyə çağırırmış kimi görünür ki, İbrahim ayağa durur pəncərəni açır və bayıra göz gəzdirir. Hər tərəf bombozdur, yağış neçə gündür ara vermədən yağdığı üçün ətraf su rənginə bürünüb, su qoxuyur. Pəncərənin qarşısında əkilmiş meyvə ağacları da, xiyaban  boyu sıralanmış sərv ağacları da eləcə yağış altında üşüyürmüş kimi görünür, yarpaqlarından su süzülür. Səki üzərində, ətrafda əmələ gəlmiş saysız gölməçələrdə yağış damlaları sürətlə atılıb- düşür. Ürəyi sızıldayır ...

Bəşəriyyətin bütün dərdləri, ağrıları məhz belə vaxtlarda çiyninə yüklənir, içində bayırdakı vurhavurla bir həmahənglik hiss edir .Haradasa uzaq diyarlardakı ac uşaqlar gözü önünə gəlir, toz- torpaq içində əlləşən, başında çırpı, ağac budağı daşıyan qadınlar xəyalında sıraya düzülür, soyuq,  şaxtalı dağlarda yaşamaq və işləmək zorunda olan kişilər, buzlu okeanlarda şütüyən gəmilər və onların gözləri dənizin buzlu sularına zillənən sərnişinləri...

Uca dağlar, yamyaşıl bağlar, sıldırım qayalar, zümrüd çəmənlər  , yağış altında islanan barılar, daş tökülmüş çınqıllı yollarda qaçışan  xırda uşaqlar və onların oxuduğu vaxtilə sevinc dolu, indisə ona kədər gətirən  mahnılar əl çəkməyir xəyalından.

 

Yağdı yağışlar,

Banladı quşlar...

Arpa yeməkdən

Saraldı quşlar...

 

 Quşlar və uşaqlar ...O günləri kədərlənmədən xatırlamır heç...Beləcə qayğısız günlərin birində müharibə başladı...Anlamırdılar müharibənin nə olduğunu.Amma ellərinə tez –tez şəhid gətiriləndə ağlayan nənələr, bibilər, xalalar onlara bir şeylər qandırırdı daha .Onların yanıqlı səsləri  musiqiyə oxşayırdı ,yanıqlı, kədərli musiqiyə...Bu səslər də o uşaqlığını xatırlayanda qulaqlarından çəkilməyir heç.

İnsan doğulduğu, böyüdüyü ev- eşiyi, küçəni,şəhəri, kənd –kəsəyi, gəzdiyi dağları, adladığı çəmənləri unutmazmış heç .Yediyi bütün meyvələrdə; nübar alçada, almada, armud və heyvada o dadı aradı tapmadı heç .Uşaqlıqda yediyin meyvə dünyanın ən dadlı meyvəsi imiş sən demə...

Necə oldu uşaqlığında çox sevdiyi, indi də unutmadığı nənələr, bibilər, xalalar, yeriyəndə yer tərpənən zəhmli babalar, bayramlarda onlara rəngbərəng konfetlər, manpasılar alan, təptəzə köynəklər alan gülərüzlü, şən, səxavətli, güclü, qolu qatlanmayan əmilər, dayılar? Dünya, nə etibarsızmışsan ...heç etibarın yoxmuş ...sən demə ...Bu etibarsız dünyada ...ölümlü- itimli dünyada hələ müharibə ağrı –acıları da varmış ...sən demə...

Nağıl kimi həyatları, allı- güllü ev -eşikləri, sevimli dostları, gül ətirli xalaları,  bibiləri, üzündən nur tökülən gül üzlü nənələri xatirəyə dönəcəkmiş sən demə...

Dünyada mövcud olan, uşaqlara sevinc paylayan, onları böyüdən, xoşbəxt yaşamasını təmin edən ay üzlü, xeyirxah qüvvələrlə bir arada qara üzlü, qara ruhlu xəbis ruhlar da varmış sən demə ...Onlar işıqlar, nurlar içində uyuyan, yaşayan dünyalarda belə iyrənc müharibələr hazırlayırmış sən demə...

Əzizim ağı bizdən ,

Belinin bağı bizdən .

Qoymayın yad ellini

Almağa bağı bizdən

Günlərin birində ...qaranlıq,- iblislərin hökm sürdüyü bir gecədə yük maşınlarına doluşub gecəylə ev — eşiklərindən, — güllü baxçalarından, hər tinində bulaqlar qaynayan  , o başında əmisi, bu başında dayısı evi yerləşən yurdlarından çıxmaq da varmış sən demə...Hər gün çiçəyini qoxladığı gül kolları ilə, nübarını yediyi ağaclarla vidalaşa bilmədi heç...

Qaranlıqda hey getdilər ...Qəlbində dəhşətli bir ağrı vardı...Başları üzərində nənəsinin nağıllarından çıxmış qorxunc divin durduğunu hiss edirdi. Div onları əsir almışdı və bilinməz, mübhəm, qaranlıq bir həyata aparırdı, əsir aparırdı...Bəs hardadır Məlikməmməd, Ağ atlı oğlan, Qoç Koroğlu, Xan Qazan?

Sonralar heç o xoşbəxtliyi duymadı .Daha yağışlar ona sevinc gətirmədi. Hər yağış yağanda eləcə qəmləndi, qəlbi mübhəm, srli bir kədərlə doldu .Uşaqlığının bər- bəzəyi, gül ətirli xalalar- bibilər hərəsi bir yerə düşdü.Arada, ən çox da yas məclislərində gördü onları .Üz gözləri cırmaq-cırmaq, göz yaşları içində və çox kədərli .Bütün bu kədərlər onun uşaqlığını aldı əlindən .Kədərli, qaşqabaqlı xalalar, bibilər, əmilər uşaqların dünyasını da kədərə bürüyürmüş sən demə...

Ah,  ey insan ...bu ölümlü –itimli dünyada nə hallara düşdün, nə zülümlər ayaqladın, tapmadınmı yaşamağın daha yüngül ,ağrısız çarəsini? Bir bax Təbiət çırpınır, sanki ağlayır, nələrsə anlatmaq istəyir .Dili yoxdur ki,  çatdırmaq istədiklərini insan kimi söyləsin .Bəlkə, üzərində can verən insanların dərdindən, əzabından gileylənir, bu yükü daha çəkə bilmədiyini söyləyir eləcə. Bir dinləsəniz...Dünyanın gərdişini nizamlayan, görəvlilər, bəşəriyyət qarşısında heçmi borcunuz yoxdur?

 

Qapı döyülür .Düşünür otel xidmətçisidir...qapını açır.

                                                                                                                                                                                                                                                                                                                   

 

Yapon dostu, iş yoldaşı  gümrah, enerji ilə dolu  Lui içəri daxil olur. İbrahimi qəmgin görüb təəccüblənir .

-Nə olub?

-Bir şey yoxdur ...Həmişəki halım .Yağış məni qəmləndirir.

-Boş-bekar qalmaqdandır. Mən də qəmlənirəm .Ən yaxşısı fikirləşməməkdir .Guya ,gəzməyə gəlmişik: üç gündür ki, bayıra belə çıxmırıq. Düşək səhər yeməyi yeyək .

Yemək zamanı bu gün gedəcəkləri yerləri müəyyənləşdirirlər. Otel xidmətçisi belə havada dağa, meşəyə, balıq tutmağa getməyin təhlükəli olduğunu deyir.

-Nə edək  bəs –Lui bikefləyir .

-Heç burada əyləşib söhbət edək, domino, şaşki oynayaq, ya da otağımıza qayıdıb küləyin və yağışın səsi altında xatirələrə dalaq .

-Yorulmadınmı xatirələrdən? Sən yazıçı olmalıymışsan .Gəlib politoloq oldun .

İbrahim gülümsündü-Yazıçı, ya da politoloq… hansı sənəti seçsəydim də heç biri insanlıq halımı dəyişməzdi ,yəqin  .

-Səni ağır işlərə göndərmək lazımmış; daş daşıyasan, yer belləyəsən, daha müasir: təyyarə sürəsən və yorulub əldən düşəsən, heç fikirləşməyə belə vaxtın qalmasın.

-O zaman ,bəlkə də, halımdan daha məmnun olardım ...Amma yox, möhtəşəm Yapon xalqını yaxından tanımağımdan çox məmnunam .Düşünürəm adi bir məmur da ola bilərdim.Amma indi dünyaya bir ölkənin yox, ölkələrin, bəlkə də dünyanın gözü ilə baxıram .

-Dünyaya nədən belə baxırsan bilirsənmi əcəba? –Lui soruşur .

-Nədən?

Keçmiş həyatında bir filosof olmusan, ya da ilahiyyatçı

-Bu fikri oxumuşam universitet vaxtı.

-Amma ,görürəm, inanmırsan .Əslində, inanmalısan.Görürsən, bəzən hansısa dəqiqələri, anları nə vaxtsa yaşamışıq kimi gəlir bizə. Bu doğrudur, biz nə vaxtsa yaşamışıq .Həyata yeddi dəfə gəlirik.Öz görəvlərimizi yerinə yetirməliyik.Hər dəfə fərqli şəkildə yaradılırıq, bəlkə görəvlərimizi yerinə yetirərik deyə.

-Eyni adam kimi gəlsəydik… səhvlərimizi təkrar etməzdik .

-Biz bunu bilmirik ,-nəyi düz, nəyi səhv edirik. Amma bu fikirdəyəm ki,insanın yetişdiyi mühit, ata –anası, ulu babaları, genlər vasitəsi ilə ona ötürülən məlumatlar insanın formalaşmasının təməlini qoyur .Əgər sənin yaxın baba- nənəndə olmayan xüsusiyyətlərin varsa, bu ulu əcdadlarında olmuşdur deməkdir .Hətta düşünürəm Təbiətin də ;axan çayların, dağların ,dənizlərin, kənd ,ya da şəhər mühitində böyüməsinin belə insanın formalaşmasında rolu var.

-Var ...Əlbəttə… Şəxsən mənim formalaşmağımda Təbiətin müstəsna rolu var. Ata -anamdan ,bacı –qardaşımdan çox Təbiət məni yetişdirdi. Gözəl və böyük bağçamız, kəndimizin dağlar qoynunda yerləşməsi ,hər məhlədə bir bulağın. çeşmənin olması mənim təbiətimin formalaşmasında izi oldu .Təbiətlə bir həmahənglik var içimdə .O ağlayanda mən də ağlayıram, güləndə isə gülürəm .

-Əslində bütün insanlarda var bu hallar; kimində çox, kimində az .Eləsi var bunlara elə də əhəmiyyət vermir .Sən isə hər anına taxılıb qalırsan .Cavanlıqdandır .Bir az yaşlan keçib gedəcək .-Lui gülür  

 

-Yaponlarla, onların mədəniyyəti ilə tanışlıqdan sonra görürəm onlar insanın lap xırdalığından  insan kimi yetişməsi qayğısına qalırlar. –İbrahim söhbəti dəyişir .

-Bizdə lap körpəlikdən Vətənə, millətə qarşı sevgi formalaşdırılır .Vətən bizim üçün hər şey deməkdir.Eyni zamanda biz çox zəhmətkeş xalqıq.Ver yeyim, ört yatım bizə yaddır .Biz işləməsək dayana bilmərik.

-Bizim camaat da işləkdir.Amma uşağın, gəncin daxili aləmi, onların lazımi şəxs kimi yetişdirilməsi bəzən nəzərimizdən qaçır .Deyim ki, bir az unutqan xalqıq ...Əlbəttə mən bunları bir politoloq kimi deməməliyəm .Amma sən də politoloq olduğun üçün bunları mən deməsəm də görürsən .Həm də mən bunu ikilikdə deyirəm .Böyük auditoriyada isə mən lazımi məsələləri qabardıram .

-Əlbəttə ...Mən isə otağa qayıtmaq istəmirəm .Heç yağış altında islanmamısan?

-İslanmışam .Yağış yağanda  ora — bura qaçışar, oxuyardıq :Yağdı yağışlar, banladı quşlar, arpa yeməkdən saraldı quşlar .

-Nədən məhz quşlar?

-Bilməm; yəqin ki, quşların evi, sığınacağı   olmadığı üçün .Onlar çox vaxt eləcə açıq havada keçinib gedirlər.Fikir vermisənmi yağış yağanda möhkəm civildəşirlər .

-Elədir ...gəlsənə gedək balıq tutmağa… belə havada balıq çox olur.Yağış altında islanmaq, mən də sənin kimi uşaqlığımı xatırlamaq istəyirəm .Yağış yağanda çox işimiz olurdu, xaralları, meşokları içəri daşıyırdıq .

İslanırdıq, saçımızı dəsmalla qurulayır, odun peçinin kənarında qızınırdıq, şabalıd qovururduq, çay içirdik .

-Bəlkə şabalıd qovuraq?

-Yox ,yağış altında islanaq, sonra baxarıq .Gedək balıq tutaq .Yağışlı havada balıq bol olur .Buraların balığı isə ələ düşməz, orqanikdir, gölməçə balığı deyil .Sonra geri qayıdar ya şabalıd qovurarıq, ya da balıq qızardarıq .

-Olar.

İbrahim Lui ilə birlikdə yaxınlıqdakı çayın sahilinə enir. Bələdçi götürmürlər.Lui deyir: bütün Yapon təbiəti ona doğmadır, bələdçiyə ehtiyac yoxdur.Yağış güçlənir, damlalar kofşionlarını döyəcləyir çayın sahilinə ,-dərəyə enirlər .Yer yaş olduğu üçün sürüşkəndir.

-Ehtiyatlı ol

-Uzağı çaya düşəcəyəm –İbrahim deyir– balıqları elə əlimlə tutub sənə ataram .

Lui dediyi kimi çay balıqları sahilə çox yaxın üzürdülər, yəqin hər tərəf su olduğu üçün çaşmışdılar .Lui tilovunu hazırlayıb çaya atdı.Çox keçmədi ki, bir balıq çəkib çıxartdı.İbrahim isə bir dürlü tilovu aça bilmirdi.

-Sən gözlə -Lui qışqırdı –yediyimiz qədər tutaq .Çox ziyan etməyək .

-Bu günkü fikirlərdən sonra balıq tutmaq mənə qəddarlıq kimi gəlir ...amma nə etməli .Allah nə buyurub onu da edirik.

-Əzizim, ət, balıq yeməsək normal bədən quruluşuna malik olmarıq.

Göy guruldayır .

-Lap yaz yağışına oxşayır .Hava heç soyuq deyil .Bir baxsana qızıl balıq da tutdum .Lui tutduğu rəngli fareli də otluğa atır .Bir az da tutaq ,mehmanxana işçilərinə verərik .

İbrahimin tilovu isə açılmadı

-Bu xarab tilovu da mənə sırıyanın ...

-Eyb etməz ...yetərincə tutdum .Bəsimizdir .

Tilovu yenə doludur .Balıqları səbətə yığıb dərədən çətinliklə çıxırlar .Ayaqları bir neçə dəfə sürüşür .

-Doğrudan, dərəyə düşmək təhlükəlidir .Sürüşüb çaya düşə bilərdik.Amma əla ov oldu .

-Sənin üçün  –Mən isə bacarıqsız oldum .-İbrahim deyir

 

-Heç nə olmaz  ,gəl sahildə gəzişək .

 Otluqda gəzişirlər ...Yağış heç dayanmır .

-Görən elə yer olarmı yağış həmişə belə yağsın, heç dayanmasın? Necə ki Antarktida həmişə qarlıdır, torpaq görünmür .–İbrahim soruşur.

-Əlbəttə var. Məsələn bizdə ...-Lui gülür –Naqasakidə çox vaxt yağış yağır.

-Sizin ölkə də lap möcüzədir .Nə istəsən var ...Naqasakidə həmişə yağış yağır .

Luinin üzünə geniş, parlaq bir ifadə yayılır

-Mənim ölkəm belədir .Gələn yay gedərik.Orada bütün günü  yağış altında gəzişərik.Bəlkə sənin də dərdinə əlac olar Yağışdan bezərsən, o sənə qəm-qüssə gətirməz .

-Olar .Yağış adiləşər mənim üçün ,əvəzindəsə yel xəstəliyi tutaram .

Lui gülür

-Nədənmiş o? Yaponların təbiətini bilməzmisən, elə otlardan çay dəmləyib içərik, yeməklərə elə ədviyyatlar vurarıq ki, heç bir xəstəlik yanımızdan yel olub keçə bilməz .

 Otelə dönürlər. Tutduqları balığı yaponlular sayağı közdə bişirib bol sousla yeyirlər. Yemək bişirmə işini Lui icra edir .

-Sizdə də belə bişirirlərmi? Bizim malikanəmiz, mənim ata-baba evim çay sahilində yerləşir. Evimizin yaxınlığından çay axır, sularında rəngbərəng farellər, müxtəlif balıqlar üzür .Günümüz o balıqları tutmaqla keçirdi. Qışa tədarük görürdük, balıqları duzlayıb, günəş altında qurudurduq, hisə verirdik ....Çayın bərəkətindən  bağ-bağçamız ,əkin sahələrimiz bol ruzili olur.İşimiz ancaq məhsul toplamaq, yerbəyer etmək, qışda da xımır-xımır yeməkdir.Düzdür, mən indi ora az-az gedirəm .Amma bilirəm ki, hər şey yerindədir və əvvəlki kimi gözəldir.

-Mənim kəndim, rayonum erməni tapdağındadır .Mən lap uşaq idim oradan çıxanda. Amma bəzi şeylər yadımda qalıb .Anam sac üstündə kətə bişirərdi, samovar çayı qaynadardı, Novruz bayramında səməni halvası bişirərdi, şəkərbura,paxlava bişirərdi .İndi o yeməklərin dadını heç nədə tapmayıram .Bunlar bir yana, Lui kimsə mənim kəndim, bizim malikanəmiz deyəndə çox qəmlənirəm, ağrıdan ürəyim sıxılır.Kəndim, uşqaqlıqda oynadığım o yerlər, yurdlar xəyalıma gəlir. Hər dəfə məni çağırırlarmış kimi hiss edirəm.Çox ilginc bir şey bu .İnsan ürəkdən gülə bilmir, sevinə bilmir, daim qəlbində bir sıxıntı hiss edir.

-Əziz dostum, bilirəm .Sənin kədərini hiss edirəm.Əlimdən gəlsə, Vətənini düşmən əsarətindən almaqda kömək edərəm.Bəlkə, bu nə vaxtsa mümükün olacaq .O zaman bil ki, sənin yanındayam

 

 Nahardan sonra İbrahim  və Lui yeni ofis axtarışına çıxdılar .Bir az darısqal və divanı azacıq bozarmış  ofis Luinin xoşuna gəlmədi. Lui geniş və şıq, mebelləri təzə ofis axtarırdı.Nəhayət ki tapdılar

 

...

Artıq yağış kəsmişdi

-Səhər hava yəqin ki açılar .-Lui dedi.Necədir buralar xoşuna gəlirmi?

-Haralar ?

-Bizim yerlər

-Yaxşıdır .Gözəldir.

-Həm də çox gözəldir.Sizin yerlər də gözəldir Amma çox kiçikdir.

 

-Necə yəni ?

-Hər şey şəhərlər, kəndlər, göllər çox kiçikdir.

İbrahim Luinin keçən il Göygölə gedərkən də belə dediyini xatırladı .Lui gözəllər gözəli Göygölə baxmış və demişdi: “Gözəldir, amma çox kiçikdir”.

-Lui ,Azərbaycan ,əslində, kiçik dövlət deyil, böyük dövlətdir.Bizim Azərbaycan tarixən çox böyük dövlət olub. Sadəcə hegemon dövlətlər onu parçalayıb, Cənubi Azərbaycan İran ərazisində, Şimali Azərbaycan isə Rusiya tabeliyində qalıb .Bunlar uzun söhbətdir. Tarixən müstəqilliyimiz olmayıb, amma heç nəyə baxmayaraq mübarizə əzmimiz qırılmayıb .Dünya şöhrətli şairlərimiz Şəhriyar, Bəxtiyar, Məmməd Araz zaman zaman bu xalqın dərdini dünyaya car çəkib, onu mübarizəyə səsləyib  . Lui mən bu fikirdəyəm ki qəhrəman igid oğulları xalq yetişdirir,- bu öz yeində, amma hər hansı bir xalqı da ağ günə qəhraman oğullar çıxardır.Məsələn Atatürk Türk xalqını çox çətin durumdan xilas etdi .Heydər Əliyev də Azərbaycanı  bir dövlət kimi dünya xəritəsindən silinməkdən xilas etdi.Qarabağı da xilas edəcəkdi, lakin ömür vəfa etmədi...Bu proses hələ ki gedir ,inanıram ki, İlham Əliyev bunları bacaracaq.Türkiyə bu gün dünyanın güclü dövlətlərindəndir.Əslində,  Azərbaycan da, başqa Türk xalqları da Böyük Türk xalqının dünyaya səpələnmiş  qollarıdır .Nə isə bunlar uzun söhbətlərdir...

-İbrahim tarix çox şeyi dəyişir. İndi əvvəlki dövlətlərin çoxu yoxdur, bir çox xalqlar da yer üzündən silinib.Mənim düşüncələrim xalqlarla bağlı deyil, Təbiətlə bağlıdır.Mənim  aləmimdə bütün bunlar göllər, çaylar, dənizlər böyük olmalıdır ki, onları seyr edəndə intəhasızlığı duya bilim Mənə belə gəlir :sizin dilinizdə Allah, bizim dilimizdə Təbiət hər şeydə bir harmoniya yaradıb Hər yerin özünə uyğun fizionomiyası var.Məsəla: xırda çaylarda xırda balıqlar yaşayır, nəhəng okeanlarda isə balinalar .Elə səhralar var orada piton ilanlar yaşayır,savannalarda fillər yaşayır, elə  meşələr var ayılar, aslanlar, meymunlar nə bilim nələr yaşayır .Xəzər dənizinin yerində okean ola bilərdimi əcəba?

-Okean ola bilməzdi .Dediyin kimi təbiətdə bir harmoniya var .Əgər Xəzərin yerində bir okean olsaydı, sunamilər, daşqınlar da olacaqdı, o zaman gərək İran bütün su altında qalaydı .Demək çox şey mövcud olmazdı .

-Amma Yaponiya hər tərəfdən okeanla əhatə olunub .

-Olunub .O, tarixən buna uyğun formalaşıb .Nə isə ...

-Mənə elə gəlir Tarixən məğlubedilməz, böyük dövlətlərin məğlubedilməzliyində onların yaşadıqları torpaqların müstəsna rolu var. –Lui davam etdi- Bu xalqlar çox əlverişli bir coğrafiyada yerləşib.Məsələn: Çin çox əlverişli coğrafiyada yerləşib.Bir tərəfini uca dağlar, sal qayalar, keçilməz sıldırımlar, bir tərəfinii okeanlar qoruyur. O üzdən onların torpaqlarını qəsb etmək çətin olub tarixən .Lap keçmişdə tez-tez türklər hücum edirmiş torpaqlarına.Xalq ayağa qalxıb qədim Çin səddini tikib, o da çox nəhəng bir tikilidir, hətta kosmosdan görünür. Çin səddinin tikilməsində bütün Çin xalqı iştirak edib, deyilənlərə görə, hətta pul belə almayıblar, amma necə ürəklə tikiblərsə, əsrlər belə toxunmayıb ona, bu gün də mövcuddur. Ümumiyyətlə Çin xalqı da çox zəhmətkeş xalq olub

— Bilirəm .Qədim Çin sənəti, heykəltəraşlıq, dulusçuluq və rəssamlığı barədə Nizaminin əsərlərində belə məlumat var. O dövrü biz tam bilmirik. Türklər Çinə basqın edirmiş ,-səbəbi o dövrün tələbatı olub. O dövrdə bir çox  xalqlar bunla məşğul olub. Barbarlıq dövrü, nə bilim nələr...Böyük fatehlər də  başqalarının torpağını qəsb etməklə məşğul olub. Amma indi Türklər ən sülhsevər xalqdır .Dünyada barış bərqərar ermək istəyir.Və dünya gücləri də onunla hesablaşır. Nə isə ...Bunları çox fikirləşmə ,Lui, tez qocalarsan.

Hər ikisi gülür.Bir azdan otelə qayıdırlar.

 

İbrahim də otağına qayıdır.Nədənsə  çox qəmlidir .Son vaxtlar qəm –qüssəsi azalmır heç.

...Dünya görəvlilərinə ünvanladığı sual içini göynədir.O yerinə yetirirmi öz görəvlərini? O da bir siyasətçidir, politoloqdur. Əlindən bir iş gəlirmi? Çox istəyir nələrsə etsin .Nələrsə etsin ...yağı tapdağında qalan obalarını- ellərini azad etsin .Hərdən ata evinə gedəndə pişvazına gələn el ağsaqqalları, keçmiş qonşuları ilə olan söhbətlərdə ona min bir ümidlə ünvanlanan suala ,- Qarabağın nə vaxt qaytarılması sualına “Elə bu günlərdə” cavabını versin .Versin ...Amma verə bilməyir .Qarabağ söhbəti acı bağırsaq kimi hey uzanır. Uzanır ...Və sanki onun xalqının beli əyilir .Xalqının kişiləri özünü alçalmış hiss edir. İbrahim özü də bunu hər addımda hiss edir. Hansısa tribunadan danışanda dediyi sözləri eləcə təkrar edir və nədənsə sıxılır ,istəyir ona verilən vaxt tez başa çatsın və o tribunadan düşüb sıralardan birində otursun. Lui ilə bu gün aralarında olan söhbətlər  onun qəlbini əzir .Luinin fəxrlə ata- baba yurdundan, evindən danışması içini xırpalayır .Necə məhəbbətlə “Evimiz” ,”Xalqım” deyir.Başqa ölkələrin qadınının belə hiss etdiyi fəxarəti o hiss edirmi ?

Nədən hiss etməyir? Bütün bunlara kimlər cavabdehdir? Əvvəlki nəsillərmi? Son nəsillərmi

 

 Keçmiş nəsillərin səhvi çox olub bunu İbrahim də, hər kəs də bilir. Necə etmək olar ki, artıq bu səhvlər təkrar olunmasın Bunun üçün hamı çalışmalıdır. İçdən, ürəkdən nələrsə etmək, Vətəni sevmək lazımdır...Sevmək lazımdır...

...

 Səhər Luinin zənginə yuxudan oyandı.Geyinib aşağı düşdü  Lui  şən və gümrah şəkildə dedi:

-Yağış kəsib .Yaxşı gəzməli havadır.

-Hələ səhər yeməyi yeyək .

-Bilirəm kişilərlə ac olduqda danışmaq belə mümkün deyil.

Səhər yeməyi soyutma yumurta, pendir, bal və qaymaqdan ibarət idi .Lui yerli qaymağı çox bəyənirdi.Yeməkdən sonra  çayın sahilindəki çəmənlikdə gəzişirdilər. Dünənki yağışdan sonra yer hələ qurumamışdı.

-Bəlkə, zooparka gedək .-Lui deyir.

-Yox zooparkı sevmirəm.

Lui gülür :

-Əslində burada zoopark yoxdur.Amma çayın o tayındakı meşəlikdə canavar, ayı və marallar yaşayır.Tam təbii zooparkdır .

-Eləysə gedək .Hər şeyin təbiisini xoşlamırsan? Təbii zooparkda da olaq .

 

-Yox canavarla vuruşa bilmərəm –Lui gülür .-Yaxşısı budur çayın sahilində gəzişək .

 

Çay boyu yamacda gəzişirlər. Arabir gözə dəyən kol –kosların budaqlarından hələ də su damır

-Gəlsənə bu kollardakı meyvələrdən yığaq  -xeyirli giləmeyvələrdir .Çay dəmləyib içərik, tam orqanikdirlər

Lui çantasından selofan paket çıxardır .Bir xeyli giləmeyvə yığırlar.

-Kənd təbiətini xoşlasam da bütün həyatı kənddə keçən insanlara acıyıram .Mən yaşaya bilmərəm.-Lui dedi-Dediyim kimi bizim ailə də kənddə yaşayır, çay kənarında böyük malikanəmiz var.Yaşadığımız yerin təbiəti hədsiz gözəldir.Meyvə bağımız, gül bağımız lap “Min bir gecə “nağıllarında təsvir olunan bağlar kimidir. Evimizdə ilin hər fəslində bolluq olur: yazda cürbəcür səbzələrdən tutmuş qışda hər dürlü meyvəyə qədər, hər vaxt təzə balığımız, ətimiz olub. Qış yazatan cürbəcür meyvə quruları ilə çay içərdik.Qışda da qarpız — yemişimiz olub hər vaxt .Anam, atam, bacı və qardaşlarım həmişə hallarından məmnun idi .Heç- biri bir dəfə də olsun- həyatlarından gileylənməz, başqa həyat arzu etməzdilər ...

 Mənsə bağımızda yüksək bir təpəcik vardı, onun üstünə çıxar, şəhərə tərəf gedən yola baxar, elə hey dərindən ah çəkərdim .

Nəhayət bir gün anam mənə möhkəm əsəbiləşdi

-Bu ah-ufunu yığışdır dedi-rədd ol get şəhərə, orada oxu, bir işə yara, ah-ufunla bizi güdaza vermə.Bu nə qaramatdır basıb səni .Gecə- gündüz ah –uf edirsən.Nə olub, nəyin kəmdir?

-Ana, deyə bilmirəm, çox darıxıram .Hər şey məni sıxır, ətraf məni sıxır, sanki nə isə elə hey mənə “Durma gəl “ deyir .O, sənin həyatın deyil ,sən orada yaşamalı deyilsən -deyir.

-Nədən elə darıxırdın ?

-Bilmirəm, İbrahim ...Hər şey birdən oldu .Bir yaz həmişəki kimi bağda işləyirdim.İstirahət vaxtı bağımızdakı təpəcikdə uzanmışdım .Oradan şəhərə gedən yol görünürdü .Yola baxrdım və nədənsə ürəyim qüssədən sıxılırdı. Sanki, yollar məni səsləyir, durma gəl deyirdi. O yolların sonunda nə isə qeyri adi bir həyat durduğunu hiss edirdim.Və o gündən elə hey darıxmağa başladım .Atalarda belə bir məsəl var: Yayından çıxan ox geri qayıtmır .Daha əvvəlki qız ola bilmədim heç. Nəhayət, şəhərə oxumağa getdim ,politologiya fakültəsinə daxil oldum, maraqlı tələbəlik illərim oldu .Və nəhayət budur, buradayam .

-Yaxşı ki buradasan .

-Bilmirəm, yaxşıdır, ya pis,- buradayam .Və əvvəlki kimi darıxmıram .Görürsən, darıxmaq tək sənə aid deyil .İnsan oğlu həmişə darıxır.Həyatında nə isə qaydasında olmayanda, insan yerində olmayanda darıxır.Əslində, insanın həyatı çox dəhşətlidir .Ölümü fikirləşsən dəhşətlidir .Biz onu nə qədər düşünməsək də o bizim şüuraltımızda yerləşib.Hər an onun barəsində danışmasaq da o bizim həyatımızda var .

-Yox sizin dininiz də maraqlıdır; yeddi dəfə dünyaya gəlmək; nəyi pisdir ki ...sadəcə hər dəfə dünyaya gələndə keçmişdəki özümüzü tanısaydıq maraqlı olardı.Həmin insan olardıq, yaşayardıq, amma səhvləri etməzdik .

-İbrahim, yeddi dəfə dünyaya gəlmək bizim dinimiz deyil. Bu da müəyyən qurup insanların bir fərziyyəsidir .Fərziyyələr isə bitməz – tükənməzdir.Nə qədər insan var, o qədər də fərziyyə var, deyərdim .Necə ki barmaq izləri təkrarsızdır, eləcə də fərziyyələr təkrarsızdır.Amma insan oğlu bütün fərziyyələri qəbul etmir .Yaxşı ki, etmir, yoxsa indi hamı fərziyyə yürütməklə məşğul olardı.Əslində, indi deyirlər yaponların hardasa dini yoxdur.Amma mən, eləcə də bir çox yapon yaradılışın kökündə möhtəşəm, mücərrəd, işıqlı bir nəsnə durduğunun fərqindəyik. Hər millət onu öz ağlı ilə fərqli düşünür və hiss edir.Əslində siz də, biz də Allaha inanırıq, amma onu öz bildiyimiz kimi, bacardığımız kimi təsəvvür edirik .Fərq budur. Biz işıqlı, xeyirxah bir qüvvənin dünyanı idarə etdiyinə inanırıq

-Bizim də dinimizdə Allahın qüsursuz, xeyirxah, ədalətli olması vəsf edilir. Onun hər bir yaratdığını sevdiyi vurğulanır.

— Elədir  .Həyat çox qarmaqarışıqdır. Bəzən səhvlərimiz özümüzdən asılı olmur .Bu üzdən ümidli insanlar düşünür ki, həyata yeddi dəfə gələcək ,nəhayət səhvsiz ömür sürəcək və Tanrının cənnətinə gedəcəklər.

-Çox möhtəşəm fərziyyədir .Əslində bizim dinimizdə də bu söylənilir:günahsız, adil, xeyirxah insan, qəlbində Allah xofu olan insan cənnətə gedəcək .

-Tanrı bizi yeddi dəfə ayrı-ayrı formada ,ayrı-ayrı həyatda yaradır, bizə şans verir, istəyir özümüzü doğruldaq, daha yaxşı insan olaq və o bizi cənnətinə alsın .Bu boyda sınaqdan düz çıxmasaq vay bizim halımıza .

Nə yaxşı ...Görürəm bu fərziyyəyə çox ümid edirsən.

-Mən əslində Allaha çox ümid edirəm, inanıram  və onun bizi sevdiyini düşünürəm.

— Burada quru kötüklərdən oturacaq var .Gəl bir az oturaq

-Oturaq

Əyləşirlər

Lui qədim bir yapon musiqisi qoşur

-Gözlərini yum, əllərini dizinə qoy, ya da yanına salla .Sənə necə rahatdır elə et, dərindən nəfəs al.Çalış ətrafdakı səsləri dinləyəsən, hisslərini başlı-başına burax

-Oldu.

-Nə hiss edirsən ?

-Ah, Lui, nə hiss etmirəm? Haradasa dənizlər dalğalanır,çaylar axır, bulaqlar şırıldayır, quşlar göy üzündə uçuşur,savannada marallar, zürafələr, fillər gəzişir.

-Daha sonra bəs uzaq qalaktikalar, ulduzlar, planetlər ,- onları hiss etmirsən ?

-Hiss edirəm, sonsuz kainatı hiss edirəm .

-Sanki sənin qoşduğun bu musiqi elə məni oralara aparır .

Qəlbim sinəmdən çıxmaq istəyir.

-İbrahim, dünyanı həmişə bütöv hiss et və özünün onun bir hissəciyi, parçası olduğunu qəbul et .Onda onu daha çox sevəcəksən.Başqa nə hiss edirsən?

-Kədər hiss edirəm .Haradasa solmuş çiçəklər, uçmuş barılar, bozarmış yurd evləri də sıralanır xəyalımda

-Ah İbrahim ...sənin kədərin bitməyəcəkmi? İbrahim bəzən nələrsə bizdən asılı olmur.Bizdən çox -çox əvvəl artıq məsələ həll olunub.

-Yox, Lui ,Qarabağ məsələsi həll olunmayıb.Biz onu həll edəcəyik .

-Mən buna çox şad olaram

Çayın kənarına enirlər .İki nəfər balıqçı balıq tutur.

-Gəlsənə balıq alaq .Bu gün də təzə balıq yeyək .

-Olar .İkisi bəsdir.

Bir neçə farel alıb otelə dönürlər .Balıqları aşbaza verib nahara yemək hazırlamağı tapşırırlar.

-          Başqa nə götürək –İbrahim soruşur .

-          Heç nə. Mən eləcə balıq yeyəcəm .Yeməkləri ,-xüsusilə ətləri bir-birinə qatmaq düzgün deyil. Balığın yanında göy-göyərti, nar sıxılmış soğan olsa, bəsdir.

-          Olar — İbrahim gülümsəyir. Daha məni də yaponski etmisən .

-          Hər ikisi gülür.

-           

...

-Axşama bir partiyə dəvət almışam Gedək orada maraqlı adamlar görəcəksən, -daha doğrusu möhtəşəm adamlar.-Lui deyir.

-İndi ki, parti keçirtməyə icazə yoxdur.

-Az adam olacaq.

 Cəmi on nəfərdən ibarət olan partidə Lui  bir nəfəri ona təqdim etdi:

 

-Bu mənim dostumdur, türkdür. O yeni silah icad edib. Həmin silaha da öz adını verib Bayraqdar .Bu yeni tipli silahdır dünyanın bundan xəbəri yoxdur.

-Hələ ki yoxdur.Amma çox yaxında dünya bu silahdan xəbər tutacaq.

-Nə gözəl .Tanışlığımızdan məmnun oldum. Umarım silahınız cahanşümul işlər bacaracaqdır .

-Bəli əfəndim, çox ümidliyik.Yaxında bütün dünya bunu biləcəkdir..Və silahlarımızdan yalnız haqq işlər üçün istifadə edəcəyik.Bu yolda geri dönməyəcəyik .

Necə ki Ahmet Kekeç deyib :

Hak bildiğindən geri dönməməli insan,

Konuştuğunda haqqı söyləməli,

Yazdığında hak namına yazmalı.

-Mən Türk millətini, türk şairlərini çox sevirəm .Nazim Hikmət...Duyğuları möhtəşəmdir, ümumbəşəridir.Təbiət tək- tək insanlara bu duyğuları belə möhtəşəm verir, onlar seçilirlər ;istər şair, istər yazıçı, istər siyasətçi, istər  də politoloq olsunlar .-Lui deyir

-Tanrı tərəfindən seçilən millətlər də var.Məsəla mən düşünürəm türk milləti Tanrı tərəfindən seçilən millətdir .Onun igid ruhunu öldürmək çox çətindir .Müəyyən məqamlarda məğlub olsalar da, yenə də dirçəldilər, çünki ruh ölmədi onlarda ,-qəhrəman, döyüşkən, məğlubedilməz ruh… –Bayraqdar dedi.

 

-Yapon xalqı da belədir ...-Lui güldü

-Əlbəttə ...sözsüz...

...-İbrahim heç nə demədi .

-Dostum, Azərbaycan da Türk millətinin bir qoludur. O da müəyyən məqamlarda məğlub olsa da sonunda sözünü deyəcək, qələbə çalacaq ,Mən buna əminəm .Eşitmisizmi, Sarıqamış faciəsi haqqında?  Doxsan min gənc türk əskəri donaraq öldü .Rusiya bir güllə atmadan, əziyyət çəkmədən Türk üzərində qələbə çaldı .Amma sonunda mərd Türk xalqı yenə də sözünü dedi, məğlubiyyəti öz tarixindən sildi, ayağa qalxdı və yenilməz bir dövlət oldu .Çox Şükür .Azərbaycan da belə olacaq .

-Bilirəm ...-İbrahim dedi

— Bu işlərdə görəvlilərin  xidməti danılmazdır .-Lui dedi

-Əlbəttə ...-İbrahim dedi- Amma görəvlilərin yetişməsi üçün də mühit gərək olsun.Bir var xalq neçə- neçə əsr müstəqil dövlət olsun, öz ordusu, öz silahı olsun .Azərbaycan otuz ildir ki Sovetlər İttifaqından, rus dövlətinin hegemonluğundan, əsarətindən xilas olub. Onun ən zəif çağında hiyləgər rus imperiyası Qarabağ davasını atdı ortalığa, eməniləri qızışdırdı, müharibə, zəif iqtisadiyyat Azərbaycanı çökdürdü  O zaman hakimiyyətdə olan müxalifətçilər də tamam səriştəsiz, dövlət işlərindən anlamayan biriləri idi. Üstəlik də öz aralarında da çəkişmələr vardı; pul, mənsəb, şöhrət davası aparırdılar. Viranələr üzərində qalan Azərbaycanı lap uçuruma yaxınlaşdırmışdılar ki, möhtəşəm siyasətçi, Azərbaycanın Atatürkü Heydər Əliyevin hakimiyyətə gəlməsi çox şeyi dəyişdi.Azərbaycan müstəqilliyini əldə etdi və ən ümdəsi saxladı. Azərbaycan dünya arenasında tanınmağa başladı.Başqa dövlətlərlə iqtisadi ,siyasi əlaqələr quruldu. Azərbaycan möhkəm güclü iqtisadiyyatı olan dövlətə çevrilməyə başladı.Bütün bu işləri ulu öndərin vəfatından sonra İlham Əliyev uğurla davam etdirdi.Qarabağ məsələsində də o…  çox şeyləri bacaracaq ...çox yaxında bunu bütün dünya biləcək, İlham Əliyəv güclü siyasətçidir...onun və atası Heydər Əliyevin  gücü xarabalıqlar üzərində çökmüş dövləti ayağa qaldırmağındadır.Xarabalıqlar bərpa olub .Qaldı qəsb edilmiş torpaqların geri alınması ...Onu da başaracaq ...

-İnşAllah

...

 

 

İbrahim otağında uzanıb.Televizorun kanalını dəyişir. Azərbaycanı göstərirlər .Aparıcı qız Azərbaycanda müharibənin başladığını söyləyir.Azərbaycan xalqının öz torpaqları uğrunda döyüşə atıldığını vuğulayır.

Demək belə ...Axır ki xalq ayağa durdu...eməni tapdağında qalan torpaqları azad etməyə başladı .Əgər onu məhz indi azad etməsələr, bir otuz il də əsarətdə qalacaq .Və indiki yaşlı nəsil ölüb gedəcək  , cavanlar yaşlanacaq, gənc yeni yaranan nəsillər də torpağı xatırlamayacaq .Həm də nə görmüş olacaqlar ki, onlarda yurd məhəbbəti də alovlansın .Yurdu tapdaq altında qalan kişilərin silaha sarılmaq əvəzinə başını başqa şeylərlə qatdıqlarınımı; alverlə, gülə- bülbülə şeir yazmaqla məşğul olduqlarınımı, Rusiyada baş girlədiklərinimi?

Kişilərin əlindən nə gəlirdi? Əslində, müharibədə uduzmağın bu kişilərlə heç bir əlaqəsi yoxdu.Birbaşa əlaqəsi yoxdu. Doxsanıncı illərdəki qarmaqarışıq vəziyyət, SSRİ- nin tərkibindən ayrılmış bir ölkənin zəif, iflic olmuş iqtissadiyyatı və səriştəsiz, dövlət işindən anlamayan birilərinin hakimiyyətə yiyələnməsi...-bütün bunlar ölkəni uçuruma sürüklədi və xain ermənilər, onların arxasında duran  qəsbkar Sovet  rusiyası Qarabağı qəsb etdi.Xalq, dövlət paramparça idi.

 Müharibə xırda uşaq oyun- oyuncağı deyil, burada bir yumruq kimi birləşmək və bir nöqtəyə vurmaq lazımdır.Mükəmməl ordu, ordunu idarə edən cəsur komandir lazımdır, dünyaya hökm edən qüvvələrlə bacarmaq, onları öz haqq işinə inandırmaq lazımdır. Müharibədə sənin haqq işinə kömək edəcək qüvvələr mütləq olmalıdır.

Çox, şükür… İlham Əliyev bütün bunları bacarmışdır .

...

-Lui, mən Azərbaycana gedirəm .Orada müharibə başlayıb .Ümid edirəm bu dəfə bacaracağıq .

— İbrahim ,əlbəttə, bacaracaqsınız  .Sadəcə hər şeyin bir zamanı var .

-Artıq səfərbərlik elan olunub .Ümid edirəm: bu dəfə ruslar ermənilərə kömək etməyəcək. Və biz qalib gələcəyik. Səhər yola düşəcəm .Xalqım ölüm-dirim mübarizəsinə qalxmışkən burada otura bilmərəm .Görürəm, hiss edirəm, bu dəfə başqa cür olacaq Demək, neçə illər bu müharibəyə hazırlıq gedirmiş .Bu çox gözəldir.

-İbrahim, sənin işin də vacibdir .Sən burada başqa millətləri öz haqq işinizə inandırırsan.Əvvəllər mən elə bilirdim ermənilər haqlıdır, öz ata –baba torpaqlarını alıblar .Amma indi bilirəm ki ,onlar qəsbkardır, sizin vətəninizi, dədə- baba yurdunuzu talan ediblər, mənimsəyiblər ...Eləcə də bütün yapon xalqı artıq həqiqəti bilir .

-Lui burada oturmaq, kənardan olanları seyr etmək mənim üçün çox əzablıdır .Mən hadisələrin içində olmalıyam .Əsgərlərin sırasında dayanmalıyam .

Bəs sənin buradakı işin nə olacaq ?

-Bu işi hələlik dondururam.

-Mən də səninlə gedirəm .

-Olmaz Lui .Sən öz işinə davam et

-Yox ,əzizim .Biz dostuq .Mən öz dostumu tək buraxa bilmərəm.

-Birdən müharibə uzandı? O zaman necə olacaq bəs?

-Buna sonra baxarıq .İndi isə biz birlikdə Azərbaycana gedirik.Politoloq olsaq da orada nə baş verir,- dəqiq bilmirik .Məsələni orada aydınlaşdırarıq  .

Kağız-kuğuz, sənəd işlərini həll etmək üç gün  vaxt apardı .Nəhayət İbrahim və Lui Azərbaycana yola düşdülər.

 

 

-Universiteti neçə ildir bitirmisiz ?- Ordu generalı  İbrahimdən soruşdu

-On ildir. –

-On il az müddət deyil .Bu illər ərzində çox şeyi yadırğamısınız .Hərb sənətini bizə burax .Biz nəyi neçə edəcəyimizi bilirik-- hər şeyi nəzarətə götürmüşük .Qərarı biz veririk .

-Deyirlər orduda satqınlar var. Hamısı zərərsizləşdirilməlidir.Elə doxsanıncı illərdə bu satqınlara görə müharibədə məğlub olduq

-Hamısı zərərsizləşdiriləcək. Artıq bəzi generallar zərərsizləşdirilib belə .Bizim güclü ordumuz var. Biz bu otuz ili güclü ordu yaratmaqla məşğul olmuşuq .Əlbəttə bunu bütün dünyaya car çəkməli deyildik .İndi zəmanə çox pisdir .Maraqları üst üstə düşməyən dövlətlər  o dəqiqə bir- birinə badalaq vurur.

— Güclü ordumuz var ...Neçə ili güclü ordu yaratmaqla məşğul olmuşuq ...- Bunlar məni inanılmaz dərəcədə sevindirir .

-Bəli özümüzə güclü müttəfiqlər də tapmışıq .Türkiyə ilə dostluğumuz bunu sübut edir.O bizə hərbi sursat da verir .Bayraqdar puaları haqqında məlumatınız varmı?

-Ah əfəndim ...Səlcuq Bayraqdarı şəxsən tanıyıram .Onunla səmimi görüşlərimiz olub.Pualar haqqında da məlumatım var .Amma bütün bu olanları bilmirdim.

-Bu dövlət sirridir .Artıq bu sirri gizləmirik, qoy bütün dünya bilsin ki, biz çox güclü hərbi sənayeyə malikik, bizimlə qarşı –qarşıya gəlmək hər oğulun işi deyil.

-Atmısız məni uzaq  Günəş diyarına .Ancaq onları xalqımın haqq işinə inandırmaqla məşğul olmuşam .

-İnandırmısınızmı ?

-Deyəsən, hə ...

-Hə ...Bu qız da elə bunun bariz nümunəsidir .Sizə qoşulub müharibədə iştirak etməyə gəlibsə ...

-Onlar ədalətli hiss etmədikləri heç nəyə qoşulmazlar ,əfəndim .Bilirlər ki, biz ədalətli bir işə başlamışıq, öz vətənimizi düşmən istilasından azad edirik.

-Çox gözəl .Amma mən bu qızı döyüş bölgəsinə buraxa bilmərəm .Allah eləməmiş  ölsə, yapon xalqını da müharibəyə cəlb etdiyimizi söyləyər ermənilər.O, burada gözləyəcək .Heç sizi də ora buraxmaq istəməzdim ...Amma israr edirsiniz. Nə isə… sizə bir həftə təlim keçəcəyik sonra döyüşdə iştirak edəcəksiniz

...

Artıq İbrahim döyüşdədir.Dəstələrində otuz nəfər əskər və bir komandir var. Komandirin və hər döyüşçünün öz həyat tarixçəsi, düşüncəsi var. Komandir Füzuli qaçqınıdır.On beş yaşı olanda Füzulidən çıxıb.Həyatını hərb işinə sərf edib .Və budur bu gün də buradadır.

 Əsgərlərdən mavi gözlü, xəyalpərəst, incəcik rəssam olan  Ənvər deyir:

-Həyatı boyu Qarabağı görməyib..amma haqqında çox eşidib ...Eşitdiklərinə görə güllü –çiçəkli, gözəl mənzərəli, cənnət misallı bir yerdi...

 Deyilənlər qədər varmış elə. Dağların gözəlliyinə bax ...duruşundan əzəmət tökülür.Hər tərəf yamyaşıldır, ağaclar, dağlar, düzlər bütöv bir kompozisiya kimidir. Yaşıllıq demək olarmı bu kompozisiyaya? Bu yaşıllıq günəş altında parlayır eləcə. Hərdən başını qaldırıb göy üzünə baxır, göy üzündə ağappaq buludlar süzür və sanki yumşaq –yumşaq  , mehriban — mehriban dağların çiyninə toxunur...

...Çox gözəlmiş...Gözəllikdən savayı nə isə bir sehr var buraların təbiətində, insanı özünə çəkir, ovsununa salır. Bülbülü, Xan qızı Natəvanı, Xan Şuşinskini yadına salır.Atası çox sevərdi Xan Şuşinskini.Əslində Bülbülü də, Xan Şuşinskini də, Natəvanı da atasının söhbətlərindən tanımışdı.Orta məktəbdə tarix, ədəbiyyat dərslərində müəllimlər də söhbət açmışdı onlardan.Deyirdilər çox yaxşı vaxtı olub Qarabağın ,Şuşanın .

 İndi isə burada müharibə gedir .Müharibə...

Əvvəllər atalar, babalar gedərdi müharibəyə...İndi nə isə fərqlidir.Atalar-babalar artıq yaşlaşıb, evdə oturub, cavanlar müharibəyə gəlib.

 Dilqəm adlı əsgər də söyləyir :

-Hər şey qəflətən oldu, müharibə birdən-birə başladı .Başladığı üç gün deyildi ki, onu səhər tezdən gəlib yatağından qaldırıb müharibəyə apardılar.

Xatırlamaq istəmir anasının qorxudan ağaran üzünü, böyümüş gözlərini, atasının həyəcandan titrəyən əllərini.Bunlar olmalıdır...adi insan hallları Amma müharibə sıradan bir şey deyilmiş sən demə...

 Adəm deyir :Gözlənilməz oldu müharibə.Bəlkə də, gözlənilirdi, neçə illər elə buna hazırlıq gedirdi. O nə bilsin axı, gəncdir.Dövlət bəzən öz sirrlərini gizli saxlayır, saxlamalıdır da .İndi dünya bir-birinə lüzumsuz dərəcədə açıqdır, burada tıq etdin səsi dünyanın o biri başında eşidilir. Və maraqları üst-üstə düşməyən dövlətlər hər an bir-birinə badalaq vurmağa çalışır.

 Atasını çox sevir, bilir atası da onu çox sevir.Atası heç vaxt hisslərini, həyəcanlarını, qorxularını biruzə verməz, kədərini gizləyər, nikbin, ümidli danışar.Allaha çox inanar və bunu əməllərində icra etməyə çalışar.

Anası da Allaha inanar.Amma çox emosional qadındır, bəzən kiçik bir şeydən aylarla iztirab çəkər.

Oğlunun müharibədə olması indi onun üçün əsl iztirab mənbəyidir, yəqin ki...

Yaxşısı budur bunları fikirləşməsin .

Buranı, müharibəni, əsgərləri, komandiri, bu əzəmətli dağları fikirləşsin.

 

Komandir əsgərlərə deyir:

-Otuz ildir düşmən tapdağında olan bu yerləri siz cavanlar xilas edəcəksiniz, siz qəhrəmansınız, siz cəngavərsiniz, siz yaşınızdan, başınızdan böyük bir missiyanı yerinə yetirirsiniz.

Hər dəfə komandir belə deyəndə ,əsgərlər sanki bir az böyüyür,sinələri genişlənir,boyları ucalır, içlərində daha sərt, daha vüqarlı, cəsarətli birisi dirçəlir.Artıq vuruşlarda ön sırada getməkdən  çəkinməyir heç biri .Turan deyir: Topun lüləsinə mərmini qoyur, düşmən postunu nişan alır və atır.İçində yenilməz bir bahadırın böyüdüyünü, boy atdığını hiss edir, hər dəfəsində öz ev eşiyini, yurdunu xilas edən Qazan xanın duyğuları culğalayır canını sanki .Tarix yaşadıb onları,Turanı da yaşadacaq, dostlarını da yaşadacaq

 Müharibədə ölüm də,  qorxu da adiləşir. İbrahim də, əsgərlər də yalnız uğrunda vuruşduğu torpaqları, tarixi missiyalarını düşünürlər.

 Artıq çox irəliləyiblər;  onların fəxr- fəxarət mənbəyi Bayraqdar puaları da bir əfsanə olub sanki. Göy üzündə süzən qartala bənzəyir bu pualar.Onların sevinc mənbəyi, düşmənin qorxulu kabusu...

 Komandir hər  kənd, rayon alınanda göz yaşlarını saxlamır belə; hönkürüb ağlayır, deyir: qalibiyyət duyğusundan gözəl bir duyğu yoxdur, bu haqq-ədalətə söykənəndə,vətənini düşmən tapdağından xilas edəndə daha möhtəşəm olur, bunu yaşamaq hər oğula, hər əsgərə, hər xalqa qismət olmur. Komandir deyir ki ,illərlə bir- birinə etiraf etməsələr də utancları böyük olub; bəzən kədərləniblər, bəzən ümidsizliyə qapılıblar, nədən belə bir taleyə məruz qaldıqlarını öz-özlərinə sual ediblər, bunun günahını öncəki nəsillərdə görüblər.

İndi isə bütün bu yaramaz, mənfur utanclar arxada qalır .Onlar, onların xalqı bu utancları geridə qoyur .Bunun nə demək olduğunu anlayırsızmı?- Əsgərlərə sual edir.

-Sizin hər biriniz mənim balamsınız, qəhrəman, igid balam, ağ saçlı anasını -Qarabağı mənfur düşməndən, ermənidən xilas edən balam ...Hamısını  tək –tək qucaqlayır, gözlərindən öpür.İbrahim hər dəfə komandiri dinləyəndə təəccüb edir; Komandir də eynən onun kimi düşünürmüş, o tək deyilmiş, onun xalqının mərd oğulları hamısı vətən həsrəti ilə qovrulurmuş..

  Qarşıda həlledici döyüşlər var, əsgərlər bunu bilir və heç biri döyüşdən qorxmur...Əvvəlcə pualar göy üzünə qalxır .Sanki  məğrur qartallar süzür göy üzündə .
-Ermənilərin içinə vic-vicə düşür .

-İndi sən başla işinə Turan! At igidim !-komandir əmr verir.

Turan mərmini topun lüləsinə qoyur və atır. Bir...iki...üç ...Artıq sayı itirib .Arada komandirin səsi eşidilir :

-Çal qılıncın, ağam Qazan yetdim –deyir.Bilirlər bu sözlər “Dədə Qorqud”dandır. Komandir hər birini bir Qazan Xan bilir .Bu sözlərlə hələ döyüşün bitmədiyini bildirir hər birinə, özü də yanlarında vuruşur .Onu hər an yanlarında hiss etmək əsgərlərə yenilməz güc, təpər verir.

Erməni postlarını pualar məhv edir .Pualardan canını qurtaranları da əsgərlər biçir. Bir onunu elə topla Turan vurub. Nəhayət döyüş başa çatır, tüstü yavaş –yavaş çəkilir.Bir-birinə biruzə verməsələr də gözləri sıraları axtarır ;kim var, kim yox?  Əkrəm və Nadir gözə dəymir .Düşüb axtarırlar.

Bir çökəklikdə tapırlar.Hər ikisi yaralıdır.Əkrəmin sağ qolundan qan fışqırır .İbrahim  hiss edir qorxuludur ,Turanla birlikdə qanı kəsməyə çalışırlar.Nəhayət bacarırlar, amma Əkrəm gözlərini yumub .

-Əkrəm, bala səni xilas edəcəyik, qorxma .Çalış dözümlü ol -komandir deyir.Əkrəm gülümsünür .Bayaqdan qan axan qolunu heysizcə tərpədir, yumruqları sıxılır.Dodaqları tərpənir

-Bilirəm deyir...

Nadirin yarası yüngüldür, deyəsən, qanaxması yoxdur, hər halda belədir .Boynunu tərpədə bilmir .Gözləri çox qızarıb .Bircə daxili zədəsi olmasın. Nəsə heç danışmır.İbrahim bilir: kontuziya alıb .Dili tutulub, qulağı batıb  Onları həsir xərəyə qoyub cəld aşağı yola düşürdürlər, təcili yardımı gözləyirlər.Nəhayət hərbi sanitar maşını görünür, yaralıları götürüb cəld uzaqlaşır.

Belə ...Bununla neçə döyüş yoldaşlarını yola salıblar.Qəribədir hələ ki onların komandasında birbaşa döyüş meydanında ölən yoxdur.Yaralılarla, onların olduqları xəstəxanalarla komandir əlaqə saxlayır, yeni məlumatları əsgərlərə çatdırır. Deyir ki, yaralıların vəziyyəti yaxşıdır, yaxınlarda döyüş meydanına qayıdacaqlar.

 Orxanın çox yaxşı səsi var

Hərdən oxuyur:

Hoydu, dəlilərim, hoydu

Yeriyin meydan üstünə.

Havadakı şahin kimi,

Tökülün al qan üstünə.

 İgidlik də bir sənətmiş ...Və beləcə döyüş meydanında yetişirmiş...sən demə.Birinə  güllə dəyir igidin, biri yaralanır, yarasından qan fışqırır, dodaqları gülümsəyir, birisi heç danışmayır, amma gözləri ilə ürək dirək verir, yaşadığını söyləyir, gedərsə onun üçün qəmlənməyin söyləyir.Vətən söyləyir ...

Artıq Füzuli ətrafındadırlar,- komandirin on beş yaşında tərk etdiyi Füzuli ətrafında. Döyüşə girmələrinə saatlar qalıb.Komandir əsgərləri başına toplayıb döyüş tapşırıqlarını verir.Yenə də hər birinin gözündən öpür

-Siz mənim igid qartallarımsınız ,-onu bilirsinizmi? –deyir. Vətən bizlərə əmanətdir- deyir. Bu uca dağlar bizim oylağımızdır, bura bizim evimizdir, biz bir ailəyik –deyir. Siz mənim oğullarımsınız deyir. Bu dağlar özü bizi qoruyacaq- deyir.

Göydən gedən beş durnalar,

Bizim ellər yerindəmi?

Bir birindən xoş durnalar,

Bizim ellər yerindəmi?

Döyüş başlayır...Hər tərəf barıt qoxuyur.Gurultudan bir –birini eşitmirlər belə .Tüstü aləmi bürüyüb.Pualar göy üzündə qanad çalır.Ardınca toplar guruldayır, snayperlər işə düşür.

-Çal qılıncın ağam Qazan yetdim deyir!-komandir.Haradasa buralardadır, sağdir .Bu gün onun vətənini azad edirlər.Güllü –çiçəkli vətənini .Nübar narlar, armudlar, heyvalar dururmu ola? Bircə döyüş bitsəydi çox susuzlayıblar, komandirin   ata baba yurdunda bir çay dəmləyib içsəydilər.Artıq öldürdükləri mənfur ermənilərin sayını itiriblər. Sağ cinahda duran sinayperçi Cəlalın səsi gəlir :”Vuruldum deyəsən “.İbrahim hücumu dayandırıb ona tərəf gedə bilməz ...Bu cinayətdir .Var gücüylə qışqırır

-Ənvər Cəlala bir bax vurdular deyəsən .Tüstülər, gurultular içərisindən səslər gəlir ...müxtəlif səslər .Görən Cəlalın vəziyyəti necədir ?

Narahat olur

Nəhayət –

-Çal qılıncın, ağam Qazan  yetdim, Cəlal mənim yanımdadır –Ənvərin səsini gurultular içərisində ayırır Ümidlənir, hər halda Cəlal tək deyil. O dayana bilməz, irəliyə getməlidir. Bu beş-altı erməni harayasa qaçır deyəsən .Bəlkə də bizimkiləri məhv etməyə tələsirlər.Komandir Turana əmr verir.Turan topun lüləsinə mərmini qoyur  və atır, tüstü çəkilir, ermənilər yerə sərilir.Biri topa tərəf nə isə atır  .Bir az keçir yaxınlıqda bərk gurultu qopur tankın qabaq tərəfində alov dilimləri görünür tank yanır ,Tural indi tankdan düşməlidir, komandir əmr verir.

-Tullan !

Turan həmin an hara isə qaranlığa yuvarlandığını hiss edir, deyəsən qaranlıq uçuruma yuvarlanır, hər tərəf qaranlıqdır, səslər kəsilir...

Nə qədər vaxt keçdiyini anlamır, çox susayıb...dodaqları susuzluqdan quruyub.Hardan isə su şırıltısı gəlir, suya tərəf can atır, Ənvərin səsi qulaqlarına gəlir

-Aç gözünü, ağam Qazan yetdim — deyir. Gözlərini açmağa çalışır Başı üzərində Ənvərin Qarabağ səmasını andıran göy gözlərini görür .

-Ayıldı  , şükür- əsgərlərin səsini eşidir.Cəld ayağa durur

Komandir  gülümsünür :

-Yaxşısanmı? Yaran — filan yoxdur ,Şükür. Döyüş qurtardı, Füzulini almışıq, ermənilər qaçıb, şəhəri tərk ediblər.

 

-Bəs Cəlal hanı ?-İbrahim soruşur

-Onu xəstəxanaya qaldırdıq, narahat olma, vəziyyəti yaxşıdır.

...-Bu Hilaldır, bu Müşfiqdir ...bu da Qafur ...hamı yerindədirmi?

— Üç nəfəri xəstəxanaya göndərdik  -komandir deyir.

-Bir su verin içim –Turan su ilə dolu parçı başına çəkir, beyni aydınlanır, özünə gəlir,ayağa durur .Komandir fərəhlə onları süzür:

-İndi isə mənim ata evimə doğru gedəcəyik –deyir-Hazırlaşın .

 Şəhərə daxil olurlar .Hər tərəfdən sıra ilə düzülmüş evlərlə əhatə olunmuş küçə ilə irəliləyirlər.Evlər necə də köhnəlmişdir...

-Yaşamadıqları  evləri, kəndləri, şəhərləri niyə zəbt elədi bu allahsızlar.Onlar üçün bunlar heç nədir ,bizim üçn isə saysız- hesabsız xatirə mənbəyi, hər daşı, guşəsi əziz olan vətən torpağı.

İyirmi səkkiz  illik ayrılığın kədəri çökmüşdür hər küçəyə, hər barıya. Bozarmış darvazalar, yıpranmış barılar, yabanılaşmış gül kolları, ağaclar.Qəribsəyiblər, elə bil ,igidləri görüb, bozarmış üzləri gülümsəyir sanki .

Komandir  danışır:

-Nə sevgilər, nə məhəbbətlər yaşanmışdı bu evlərdə, nə oğullar, nə qızlar böyümüşdü, nə analar, nə atalar oğul, qız boyu sevmişdi.İyirmi səkkiz il əvvəl çıxmışdıq buradan ...Sanki dünəndi ...dünən kimi görünür .Amma insan üçün uzun bir zaman ayrılığı.Ömür nədir ki...Bir su içimi...Bu ömrü badi-fənaya verəndə insan çox əzab çəkir, hansısa utancı daşıyanda yaşamır heç...İndi sizi öz evimizə aparacam .Bu Həmid dayının evidir ,- böyük aynabəndli evi göstərir.Aynabəndlər qırıq -qırıqdır, bəzi salamat şüşələr torpaq rəngindədir eləcə-vaxtilə kəndin ən görkəmli evi idi.Bu da  İsmət xalanın evi ,hamımıza, -bütün məhlənin uşaqlarına yumurta boyayardı, qovurğa qovurardı .

Bu da bizim darvazamız, evimiz -Komandir ağlayır, rəngi ağappaqdır

Köhnə bomboz bozarmış dəmir darvazanı itələyib açır, həyətə daxil olurular.Hər tərəf otluq və tikanlıqdır.Az qala adamboyu qalxmış otların arası ilə irəliləyirlər

Ehtiyatlı olun –Ənvər deyir –mina zad olar.

Komandir bozarmış divarları, yabanılaşmış gül kollarını, ağacları  öpür

-Vətən… Ah Vətən ...Sənsiz necə dözdük bu illəri.Qoynu gülşən vətənim.Çeşmələrin, çayların bizsiz yenə çağladımı, çiçəklərin güllərin hər bahar açıb bizi harayladımı? Dağlarına duman gəldimi, otluqları, çəmənləri şeh bürüdümü? Darıxdınmı bizim üçün .Mən indi hardan alım İsmət xalanı mənim üçün yumurta boyasın, hardan alım Fizzə bibini allı güllü qoğal bişirsin, qovurğa qovursun, mən hardan alım Qismət əmini bizim üçün qoç kəsib kabab bişirsin, şəhərdən bizə allı güllü qablarda manpası alsın

Komandir pillələri az qala uçaraq evlərinə qalxdı Otaqları fırlandı Köhnəlmiş, sahibsiz qalmış ev əşyaları bombozdu, çarpayılar, taxtlar, kitab, qab-qacaq şkafları bombozdu.Amma o bütün bu ev əşyalarını, qapı və pəncərələri elə məhəbbətlə öpürdü ki...

-Ərdoğanı, Bayraqdarı da gətirəcəyəm bura .Xızır kimi dadımıza yetişdilər, Ay yurdum, ay evim ....

Uşaqlığım burda keçdi… Səni bu gəncəcik oğlanlarla xilas etdim yağı tapdağından ay evim, ay yurdum Bax bu qartallarla ,hələ neçəsi burda yoxdur Amma sən onları da tanıyacaqsan ...

Komandir ağlayır, əsgərlərə üz tutub deyir

-Mənim ağlamağıma təəccüblənməyin .Mən ağladıqca illərlə hiss etdiyim utancdan, xəcalətdən yuyunuram.Siz xoşbəxt nəsilsiniz, müharibədən sonra utanc yox, qalibiyyət duyğuları yaşayacaqsınız

 Aynabənddə atılıb qalmış, toz basmış samovarı yuyub təmizlədilər, çay qaynatdılar.Komandir öz əlləri ilə nar, armud, heyva ağaclarından meyvə dərdi, gətirib süfrəyə qoydu. Çay da, meyvələr də bu dağların ab-havasını qoxuyurdu, bal dadırdı.

Gecəni komandirin ata yurdunda keçirdilər Komandir padvalda atılıb qalmış odun peçini tapıb qurmuşdu.Otağı xoş bir rayihə bürümüşdü.Komandir gülümsünür elə hey danışırdı .Səsi  nağıl söyləyən nənələrin səsini andırırdı lap.Bayırda isə külək əsir qaranlıqda ağac budaqları xışıldayırdı

-Çox xoşbəxtəm .Ata yurdumu gördüm axı...Ata evimdə sizi qonaqladım axı...Ah Vətən, Vətən...

Payız qışdan əzəldir

Yarpaq tökən xəzəldir.

Vətən viran olsa da...

O cənnətdən gözəldir.

Səhər əsgərlər komandirin səsinə yuxudan oyandılar.Komandir   çay qaynatmış, əsgərlər üçün süfrə açmışdı ,hardansa əsgərlər üçün isti çörək, yumurta gətirmişdilər.Deyəsən arxa cəbhədən yardımsevərlər gəlmişdi.Bir neçə səbətdə  isti geyim, papiros da  vardı

-Samovarın səsi, istilik, isti çörək ətri...lap evimizi xatırladım...-arıq və çəlimsiz Ənvər ləzzətlə yerində gərnəşdi.Bu nə xəcalətdir Komandir ,bizi nədən durğuzmamısınız.Biz qaynadardıq samovarı ...

-Qırışmal, samovarmı qaynatmısan ömründə? Mən cəkəcəyəm hər nazınızı.Siz gəncsiniz yatıb dincəlməlisiniz.Evimizdə sizi qonaqlamaq bilsəniz necə xoşdur...

Deyəsən, o yenə ağlayırdı..Kişinin, komandirin ağlamasının acizlik yox güc əlaməti olmasını əsgərlər ilk dəfə görürdülər.

Onlar süfrə başında əyləşib ləzzətlə səhər yeməyi yedilər.Yemək bitən kimi   komandir zənbillərdəki isti geyimləri, ayaqqabıları əsgərlər arasında bölüşdürdü.Əsgərlər evləri ,-valideyinləri ilə danışdıqdan sonra  yola düzəldilər...

Kimsəsiz küçələrlə şəhərin o biri başına tərəf yol aldılar.Küçələrdə tək –tək toyuq –cücə, sahibsiz it –pişik gözə dəyirdi...

-Bunları tutmağa vaxt tapmayıblar Əclaflar.Hər şeylərini aparıblar .Bizim camaat isə ayaqyalın, başaçıq çıxdı o vaxt, çox adamın ayağını don vurmuşdu- Komandir dedi

 

Artıq Füzuli şəhəri arxada qalırdı.Göy otluqla, təpələrlə irəliləyirdilər.

-Mən uşaq olanda elə bilirdim şəhərlər nə isə fərqlidir, onlar dağ qoynunda, hansısa bir yamacda yerləşməyir. Eləcə hər tərəfi saysız hesabsız evlər olur, asfalt küçələr olur, getdikcə gedirsən küçələr bitməyir-Ənvər dedi.

-Hə mən də elə fikirləşirdim.-Dilqəm söhbətə qoşuldu.Amma bütün şəhərlər eləcə yamaclarda, düzlərdə yerləşirmiş sən demə.

-Dağlarda da yerləşəni var- komandir dedi –İnşAllah Şuşanı görəcəksiniz ,-İbrahimin yurdunu eləcə dağın başında durur.Qala kimi...Bəlkə Koroğlunun oylağı Çənlibel elə Şuşadır,-düz dağın başında.

 

-İnşAllah oranı da alarıq.Orada da bir çay dəsgahı qurarıq deyilmi, İbrahim Neçə yaşın vardı ordan çıxanda?

On yaşım vardı.

Xatırlayırsanmı oraları ?

-Heç yadımdan çıxmadı ki...Siz Füzuliyə, ata evinə qayıdanda danışırdınız ha ,-elə bilirdim mənim könül pıçıltılarımdır.

 

 

 

Artıq Şuşa uğrunda,-İbrahimin ata yurdu uğrunda  döyüşlər gedir; addım-addım, dizin-dizin dağlara dırmaşırlar.Komandir deyir Şuşa gözəllər gözəlidir, divlərə əsir düşüb. O dağların başında sanki qaladır.Onun alınması şərəf və vicdan işidir.

 Dizin –dizin dağlara dırmaşmaq əsgərlərin əllərini və dizlərini yara edib.Bir tərəfdən də soyuq ,aravermədən yağan yağış əsgərlərin əhədini kəsib.Hava tutqun və bozumtuldur.Havanın belə olması bir tərəfdən xeyirdir –komandir deyir –düşmən əsgərlərimizin yerini dəqiq təyin edə bilməyir.

Əsgərlər dəstə ilə yox iki-iki, üç –üç irəliləyirlər. Komandir əsgərləri dörd, beş nəfərlik kiçik dəstələrə  bölüb.Dağa dırmaşmaq belə daha asan və təhlükəsizdir.- deyir. Dilqəm,Adəm, İbrahim və Ənvər bir irəliləyir.Erməni əsgərlərin başı üzərindən mərmi yağdırır.Artıq üç gündür yuxusuz olan əsgərlər hərdən azacıq nəfəs alıb yollarına davam edirlər .Əlləri qan içində olan Ənvər :Qayanın altında bir az nəfəs alaq –deyə söylədi. Təzəcə oturmuşdular ki dəhşətli bir gurultu qopdu, hər tərəfi tüstü və toz bürüdü.Az qala nəfəsi kəsilən İbrahim tüstü və duman kütləsindən kənara qaçmağa çalışdı.Tüstü çox acı və yandırıcı idi, az qala nəfəsi kəsilirdi.Əl atıb cürdəyini yoxladı, yerindəydi, sudan bir neçə qurtum aldı

-Dilqəm, Adəm ,Ənvər, hardasınız?-var gücüylə çığırdı Səs-səmir yoxdu...Ətrafı dolaşdı. Hardasa buralarda olmalıdırlar.Ola bilməz ki, yox olsunlar, indicə bir yerdə əyləşmişdilər.Tüstü yavaş –yavaş çəkilirdi.Budur, Ənvərin qan içində olan əli, torpaq kütləsinin altında tərpənir...Cəld yüyürüb torpağı təmizləyir Əl eləcə durur, bəs sahibi hanı? Ətrafa baxır...Hər şeyi anlayır Ənvər artıq yoxdur...Dəhşətə gəlir ...Ölüm ...öz sərt üzünü göstərdinmi?

Gözlərində yaş gilələnir...Bəs Adəm, Dilqəm ...Bir yerdəydilər axı ...Ətrafı axtarır ...Bir neçə ət parçasına rast gəlir...Qəlbinin yerində sanki daş hiss edir

...-Erməni, qanını içəcəyəm, erməni...Sənə heç rəhm etməyəcəm, erməni .Qorx məndən...

 Artıq yolu itirib .Hava bombozdur, yağış heç ara verməyir, pal –paltarı su içindədir, soyuq sümüklərinə işləyir, neçə gündür ki, acdır Heç nə fikirləşmir, keçmiş və gələcək öz mənasını itirib, yalnız bu an var .Və bu an kədər və nifrətdən ibarətdir, dəhşətdən ibarətdir. Kədər qəlbini çulğalayıb .Gənc və vəfalı dostlarının cəsədi belə qalmadı ki, kürəyinə alıb daşısın.Nə deyəcək  komandirə ,nə deyəcək?

Yağış güclənir, damlalar qayalara dəyib səslənir, qayalardan xırda çaylar axır sanki. Hər tərəf su qoxuyur, nəm qoxuyur.Artıq taqəti qalmayıb  .Susuzladığını hiss edir .İri bir yarpaq qırıb yağış damlalarının altına tutur, nazik şırnaqla axan sudan doyunca içir.Artıq gerçəklik duyğusunu itirib, azacıq mürgüləyir ...Budur  rahat, isti otağında uyuyur, yağış damlaları ona, otağına layla çalır sanki.Qapı açılır, Lui əlində kiçik padnos ona isti çay və mürəbbə, kökə gətirir Ah, bütün bunlar ...Qəfildən komandirin səsi gəlir qulaqlarına

-Çal qılıncın ağam Qazan, yetdim –deyir.Gözlərini açır. Heç kəs yoxdur.Hər tərəf yağış və sudur, soyuqdur.Anlayır buralarda ləngimək ölümə bərabərdir...Osa  Qarabağın azad olunduğunu görmək istəyir. Dilqəm, Adəm və Ənvərin qisasını almaq var hələ mənfur ermənidən .Bütün gücünü toplamalıdır...toplamalıdır...

-Ah, komandir ...bircə sizə yetsəydim...

Amma komandirə yox, erməniyə də rast gələ bilər .Hər şeyə hazır olmalıdır Qulağına səslər gəlir .

Artıq şəhərə qalxıb.Allı- güllü   yurdunun görüşünə gəlib. Budur, küçələr ...yağış altında nəğmə oxuyaraq qaçdığı küçələrə çox bənzəyir.Nə hündür barılardır, yaddaşındakı əzəmətli barıların özüdür sanki ...Amma diqqətli olmalıdır...çox diqqətli....tapançasını, avtomatını yoxlayır...Qarşıdan iki nəfər gəlir, cəld kolluqda gizlənir .Ermənilər öz aralarında danışaraq yanından ötür

-Bu Ənvər üçün, bu da Adəm  və Dilqəm üçün- tapança ilə nişan alır və atır.Hər iki erməni anındaca yıxılır.Bir də vurur, qoy cəhənnəmə tez vasil olsunlar.Artıq düşmən tərəfdə olduğunu bilir. Hündür barıların dibi ilə irəliləyir.Əfsanəvi Şuşa...xəyallarının oylağı, nağıllar yurdu...Nə qəribə görüşdür bu ,İlahi .Öz yurduna gizlin- gizlin  , əlində silah daxil olur, artıq bir neçə erməni öldürüb.İçində bir Qazan xan oyanıb sanki.Qazan xandan nəyi əskikdir onun? O da müasir Qazan xandır. Nə gözəldir bütün bunlar, xalqı hələ də Qazan xanlar yetişdirir.Bəlkə də, Koroğludur. Luiyə bütün bunları söyləyəcək ;içində Koroğlunun, Qazan xanın canlandığını ,onlar kimi düşündüyünü  ,zaman məhfumunun sanki yox olduğunu söyləyəcək. Özünün çox qəribə bir şəkildə Koroğlu ilə, Qazan xanla eyniləşdiyini söyləyəcək.

 Qarşısında  uzanan hündür barılara baxır. Sakitlikdir.Bu onu qorxutmur Deyəsən ,qorxu hissini itirib .İndi yalnız erməni öldürmək istəyi var içində. Aha, bu darvaza açıqdır .Ehtiyatla içəri daxil olur.Cəld özünü kolluğa atır.Azacıq özünə gəlib ətrafa baxır.Aman Allah, bu tanış ağaclar, bu kollar ...Yoxsa, öz evləridir? Özüdür ki var ...Sonra da deyirlər Allah yoxdur(Əstəğfürullah) Olurmu heç ...Allah onu sanki quş dimdiyində gətirib on yaşında tərk etdiyi həyətlərinə atıb,evlərinə atıb .Və sanki fövqəladə bir güç içini doldurub. Bir az da qalın kolluğa tərəf sürünür.Birdən səslər eşidir; çiyni avtomatlı ermənilər indicə onun girdiyi darvazadan bayıra çıxır ,sayır; düz on bir nəfərdir.Avtomatını yoxlayır, anındaca qərar verib barıya çox yaxın, tanış, əzəmətli  qoz ağaçına dırmaşır, Ermənilər ayaq saxlayıb öz aralarında nəsə danışırlar

-Nə nişangaha gəlirlər...-sadəcə çox diqqətli olmalıdır –atışı sərrast və öldürücü olmalıdır.Cəld və iti tərpənməlidir, onlar özlərinə gəlməmiş hamısını biçməlidir.Atır

-Bu bir...bu iki ...bu üç ...bu dörd ...-sonuncu ermənini də vurur...Bir də vurur… və bu arada evdən, aynabənddən qadın çığırtısı eşidir,  cəld ağacdan yerə atılır .Darvazanı arxadan bağlayıb ehtiyatla eyvana qalxır.Otaqları dolaşır, arxadan kiminsə ona yaxınlaşdığını hiss edir, əlində balta olan erməni qadını görür, başını cəld yana əyir baltanın zərbəsi havaya gedir Qadının qolundan yapışıb burur, baltanı

əlindən alır.Ondan müəyyən məlumatlar almaq olar, qadının siçan kimi ciyildəməyinə baxmır cəld onun əl- qolunu, ayağını  bağlayır, ağzına bir dəsmal  basıb,evə göz gəzdirir.Özüdür ki var ...Qəlbi həyəcandan titrəyir .Onların  evi, onların aynabəndi...Bu aynabənddə çox oynamış ,ailəlikcə bu stolun başında çox əyləşmişdilər...Gözlərindən yanaqlarına yaş süzülür.Ağladıqca içi yüngülləşir...

Nəhayət bir az sakitləşir.Stolun üzərinə göz gəzdirir. Süfrədə çörək, kolbasa, bişmiş yumurta, pendir var.Aclığı hiss etmir, amma dörd, ya beş gündür ki acdır, nəsə yeməlidir ki, dizlərində taqət, qollarında qüvvət olsun .Bir dilim çörək götürüb pendirlə yeyir,(Əziz evi onun beş gündür ki, ac olduğunu düşünüb onu süfrə ilə qarşılayıb)Gözlərindən yenə yaş süzülür .Lakin anlayır indi nostalji hisslər vaxtı deyil ...Sonra...sonra ağlayar, indi isə ...mümkün qədər erməni öldürməli, döyüşən ordularına kömək etməli, buradan sağ qurtulub, dəstələrinə yetişməlidir .Bütün diqqətini, gücünü cəmləməlidir.Soyutma yumurtadan da birini yeyir, özünə hələ soyumamış çaydan təmiz bir  fincana  süzüb içir ,həyətə düşür .

 Vurduğu ermənilər baş- başa uzanıb Biri deyəsən yaralıdır, ona baxıb nə isə deyir. Cəld avtomatını, silahını alır, əl qolunu bağlayır.O biri avtomatları da yığışdırır,həyətlərində gizləyir.Yaralı əsgərin vəziyyəti çox da ağır deyil.Onu sağ saxlamağın əhəmiyyəti varmı ?-düşünür.

 -Azərbaycanca bilirsənmi?- əsgərdən soruşur.

 ...-Əsgər “hə “mənasında başını tərpədir

-Danış görüm

-...-Əsgər heç nə demir ...

Tapançanı başına dirəyir

-Mənim atam azəri ...Mən azəri...Məni öldürmə ...-əsgər deyir.

-Azəri ...Eləysə nədən bizə qarşı vuruşursan?

-Bu əmrdir .Qarşı çıxsam məni öldürərlər.

-Buraları tanıyırsanmı?

-Bəli ...

-Eləysə, yolu mənə göstər. Bizimkilər hansı tərəfdədir?

Cəld ol, yalan desən səni vuracağam .

İrəliləyirlər.

— Onlar məcsid tərəfdədirlər .

-Şəhərdə erməni çoxdurmu?

-Var .Çoxu qaçır.

-Necə edək ki, bizimkilər bizi vurmasın .

-Ağ bayraq qaldıraq .

-Hardan alım ağ bayrağı ?

-Məndə var.

-Çox ehtiyatlısınız ...

-Nə edək ..Heç kəs ölmək istəmir...

-Ölmək istəmirsinizsə, başqasının torpağında nə gəzirsiniz?

-Bu sizdən, məndən çox-çox əvvələ söykənən bir problemdir.

-Başqasının torpağı insanı xoşbəxt etməz ,-bunu anlayın.İşğal etdiyiniz torpaqları viran qoymusunuz, çoxunda heç yaşamamısınız .Bir yer ki, sizin deyil, yaşamaq istəmirsiz  nədən qəsb edirsiniz ?

-Hamısını keçmiş  ermənilər edib.Sarsaq bir ideologiya ilə doldururlar cavanların başını.

Komandiri ermənilərin hiyləgərliyindən çox bəhs edib, dara düşəndə min hiyləyə əl atdıqlarını söyləyib, hər halda bu yalquzağa çox inanmamalıdır.

-Çatmışıq ...Bu barının o üzündəki tikilini görürsən? ...Sizinkilər oradadır -erməni deyir

-Yaxınlaş baxalım .

-İkilikdə yaxınlaşaq.

-Bəlkə, orada ermənidir. Nədən bilim doğru deyirsən? Sən tək yaxınlaş.

Erməni getmək istəmir.Avtomatı ona tuşlayır...Erməni əlində ağ bayraq irəliləyir.Osa kolluqda gizlənir .

Erməni tikiliyə daxil olur .Heç kəs bayıra çıxmır, dəqiqələr ötür...

-Baxalım məni aldatdın ya yox? Tikilidən azərbaycanlı, yoxsa erməni çıxacaq?-

Yerini dəyişir, ətrafına göz gəzdirir -Əgər erməni postu varsa orada ...- avtomatları, cibindəki qumbaraları  yoxlayır, hamısı doludir.Qəlbində qəribə bir hiss var, sanki erməni səsi gəlir qulaqlarına, cəld yerini dəyişir.Bayaqkı erməni əlində nə isə bayıra çıxır, atmaq üçün qolaylanır — Ah satqın, yaxşı ki vaxtında duyuq düşdü...- Anındaca ermənini nişan alır, mərmi   erməninin əlində partlayır, tikili göyə sovrulur.

-Belə ...özgəyə quyu qazan özü düşər ...atalar nə gözəl demiş .Görən orada erməni var idimi? Hər halda vardı...

Əslində o burada pis işləmir ...Erməniləri yaxşı qırır, sadəcə istəyir özününküləri tapsın, — öz komandirini, dəstəsini.Bu da onun qismətiymiş; belə mübarizə aparmaq, döyüşmək, yurdu ilə salamlaşmaq. İşğal altında olan yurdla necə görüşə bilərdi ki? Əsl kişiyanə, Koroğluyanə görüşdür, Qazan xan görüşüdür.

Burada gözləsin .Hər halda tikilidə postları varsa, indi ora ermənilər gələcək. Yaxınlıqdakı bir həyətə daxil olur. Həyətdəki hündür qoz ağacına çıxır .Həm evi, həm də göyə sovrulmuş tikilini nəzarətdə saxlayır.Aradan uzun bir müddət keçir, ağacdan düşüb kolluqda uzanır, qarnı acından guruldayır. Yerdə bir xeyli qoz olduğunu görür ,  cibinə yığıb, yaxınlıqdakı kolluğa tərəf sürünür, yerdən tapdığı daşla bir ikisini qırıb yeyir, cürdəyini çıxardıb bir az su içir.Ənvəri, Dilqəmi, Adəmi xatırlayır .Qəlbi kədərdən sıxılır, Ənvərin cızıq-cızıq olmuş, qanlı əllərini xatırlayır.Çoxmu ağrıtdı lənətə gəlmiş mina onu,- o ki əllərinin ağrısına dözmürdü heç...

 Yuxusu gəlir, azacıq yatsınmı? Yatsın, bir az güc toplasın, bəlkə, özününkülərə yetişmək bir neçə gün vaxtını aparacaq, belə ...çox çətindir, başında nə isə guruldayır, hər şeyi bir birinə qarışdırır, erməniləri qırmaq üçün sağlam baş lazımdır, diqqət lazımdır, diqqətini toplamaq üçün də bir az yatmaq ...Adam boyu qalxmış kolluğa tərəf irəliləyir, iri bir kolun altına girir .Uzanır, avtomatını da əlinin altına qoyur...Yuxu gözlərindən tökülür...Yatır...

Güllə səslərinə ayılır...Səs elə də uzaqda deyil. Şuşa kiçik şəhərdir, böyüklüyü ilə yox, gözəlliyi ilə məşhurdur.Artıq hava qaralır, bir azdan gecə düşəcək, dostlarından bircəciyi yanında olsaydı...Yerində gözləsinmi, səs gələn tərəfəmi getsin ?

Nəhayət, səs gələn tərəfə yaxınlaşır .Qarşıda çox da hündür olmayan  tikili var, arada erməni səsləri gəlir Deyəsən, hücuma hazırlaşırlar. Qaranlıqda pua qorxusu olmayanda  fəallaşırlar.

-Sizin puanız buradadır, yanınızda, azacıq gözləyin...

-Ara...ara- səslər gəlir ...

Bir neçə erməni tikilidən çölə çıxır Ətrafı yoxlayırlar .Azacıq keçmir ki, tanklar görünür.Şimal tərəfə gedirlər.Təxminən beş- altı tankdır. Tankların ardıyca getsinmi, tikiliyə yaxınlaşsınmı?

Sürünə- sürünə tikiliyə yaxınlaşır, çox da hündür olmayan barıya dırmaşır .İçəridə beş altı erməninin yatmağa hazırlaşdığını görür.Ermənicə nəsə danışırlar. Necə atsın qumbaranı ki, özünə ziyan dəyməsin ?

Atır və kənara sıçrayır. Sürətlə qaçır, qulaqlarını qapayır və yerə uzanır Arxasında tikilinin göyə sovrulduğunu hiss edir, dəhşətli bağırtılar gəlir.Yanına daş kəsək parçaları düşür, ayağa durur bir az da qaçır...

 İndi gedəcəyi səmti bilir ...Şimal tərəfə irəliləyir Çox keçmir ki, bayaqkı tankları görür, sıra ilə düzülüblər Deyəsən atmağa hazırlaşırlar ....Cibindəki qumbaraları yoxlayır.Bəs edər...Heç nə fikirləşmir, zərrə qədər ölümdən qorxmur, gözləri önünə arıq, çəlimsiz Ənvərin dağlara dırmaşmaqdan parça parça olmuş əlləri gəlir .Susuzluqdan dodaqları quruyan isti çay istəyən Dilqəmin qurumuş dodaqları gəlir...Qumbaraları atır Bir...iki ...üç… Tanklar alışıb yanır Ora -bura döyükən tək- tək ermənini də avtomatla biçir.Belə asan...erməniləri qırmağına təəccüblənir.Hansısa güc ona kömək edir, deyəsən .Bəlkə, elə şəhərin ruhudur onu qoruyan. “Dağların da ruhu var”- Lui deyirdi.Budur, dağların, yurdunun ruhu onu qoruyur ,o asanlıqla erməniləri qırır.Çox gözəldir...Evlərdən birinə girib bir az yatsın .Çox yorulub...

 Yaxın evlərdən birinə girir, səs- səmir yoxdur.Otaqları ehtiyatla dolaşır .Deyəsən burada yaşayış olub, çox da bərbad deyil.Yemək üçün  bir şeylər də var ,elektrik çaydanı da var .Yaxalayıb təmiz su ilə doldurur çay qoyur.Çay dəmləyib içir .Çörək qabında çox da boyat olmayan çörək də var, təzə konserva, qatılaşdırılmış süd qutuları var. Bir konserva açıb bir az yeyir.Qatılaşdırılmış südlə çay içir.Nə olar ,olar deyərək divana uzanır.Yuxu gözlərini örtür.Xeyli yatır

Artıq səhər açılır ...Yuxudan doyub  … Səhər- səhər çay qoyub içir… Yadına Dilqəm,Adəm və Ənvər düşür...Yaş gözlərindən süzülür...

Bizimkilərə  sağ olduğunu ,burada olduğunu necə xəbər versin? Paltar dolabını eşələyib ağ bir yastıq üzü tapır.Hər ehtimala qarşı özüylə götürür. Küçəyə çıxır.Şəhərdə erməni qalmayıb, deyəsən.

Şuşa elə  də böyük şəhər deyil… Burada dəstə ilə gəzməz döyüşçülər. İndi çoxu tək- tək küçələri dolaşır, yəqin. Bircə əsir düşməsin ...Əsirlikdən qorxur .

Kaş komandirə rast gələydi.

 Qarşıda bir nəfər irəliləyir .Deyəsən, onların döyüşçülərindəndir… Lap komandirə oxşayır.Nə olur olsun az qala komandirin  parola dönmüş sözlərini deyəcək :

-Çal qılıncın ağam ,Qazan, yetdim sənə !

Adam geri dönür...İlahi, belə də xoşbəxtlik olar? Komandirmiş...

-Ah, komandir...- gözlərindən yaş süzülür

Komandir onun boynunu qucaqlayır

-Sağsanmı? Şükür...Bəs əsgərlər?

 

-Ah komandir, Dilqəmlə Ənvər,Adəm minadan öldü ...tək qaldım  ...

-İgidlərim mənim ...komandir bulud kimi tutuldu.Ürək ağrısı ilə dedi:

Durna sanınnan keçər

Ötər sanınnan keçər.

İgid vətən yolunda

Ölər canınnan keçər...

-Neçə gündür ermənilərin içindəyəm...Eləcə təkbaşına döyüşürəm Bir əlli, bəlkə də yüz erməni öldürmüşəm.Bu tankları dünən vurdum ...

-Səndinmi onları vuran? Deyirəm də...Mən hazırlaşırdım ki, vurum .Bir də gördüm göyə sovruldular..Gedək posta.Artıq şəhərdə erməni qalmayıb, deyəsən. Bunlar qorxaq millətdir .Rus dallarında durmayınca cücə kimi qırıldılar və qaçmağa üz qoydular.

-Bəs əsgərlər haradadır?

-Burada ,-  yaxında postdadırlar. Mən sizi axtarırdım

-Şükür, sağdırlar. Komandir  , inanmayacaqsız, birinci öz evimizə daxil oldum.Darvazamızın ağzında on bir erməni vurdum.Evə qalxdım, orada bir qadının əl -qolunu bağlamışam.Vaxtım olmayıb geri qayıdım .

-Uşaqları götürək, gedib əl qolunu açıb əsir götürərik.Elə qalmasın, günah qazanmayaq .Həm də sən arxayın ata evinə doyunca bax

-Yaxşı olar...Komandir, inanın elə bil bir ucdan onları sehrli bir qüvvə nişangahıma gətirirdi .Nə qədər avtomat  yeri bilirəm, gizlətmişəm .

-İndi götürərik

Posta gedirlər.

İbrahim əsgərlərlə görüşür .

Bəs Nüsrət, Gəray hanı?

— Yaralanıblar, xəstəxanaya göndərdik .

 

-O biri dəstələrlə birləşməliyik .Məncə, daha Şuşada erməni qalmayıb — komandir onları tələsdirir.

 

-Şuşanı aldıq ya, daha bizə ölüm yoxdur- komandir deyir .İndi bizimlə birgə Şuşa üzərinə hücum edən xüsusi təyinatlılarla birləşməliyik. Budur gəlirlər.

Qarşıdan gələn Xüsusi təyinatlıların komandiri onları salamlayır

-Salam igidlər .Şuşa artıq bizimdir.Ermənilər  hamısı qaçıb dağılışdılar .Bunlar əslində belə qorxaq millətdir.Onlar müharibə aparsın, müharibədə qalib gəlsin, -olan iş deyil.Rus onlara kömək edirdi.Əslində ,rus Qarabağı bizdən alıb onlara vermişdi.İndi isə onlara kömək etmədi və biz ildırım surəti ilə irəlilədik .Sağ olsun Böyük Türk dövləti, xalqı bizə dar günümüzdə kömək oldu

Şuşa məcsidinin üzərinə Azərbaycan və Türkiyənin  bayraqlarını sancırlar.

Dost elindən əsən yellər

Bana şeir, salam söylər

Olsun bizim bütün ellər

Qurban türkün bayrağına

Yol ver türkün bayrağına

Komandir yenə ağlayırdı. Mən bu günləri çox gözləmişəm.Şuşanı,- bütün Qarabağı xəyalımda yaşatdım bu otuz ili .Hər gecə yuxularıma girdi bu dağlar.İllər uzandıqca həsrətim daha da böyüyürdü  Düşünürdüm  ikinci bir qara ləkəmi vuruldu taleyimizə, Qarabağ da Arazın o tayı kimi əlçatmazmı olacaq bizim üçün? Çox şükür ki, belə olmadı ,Qarabağa qovuşduq  .

Çırpınırdı qara dəniz

 Baxıb türkün bayrağına  .

Ah...deyərdim heç olmərəm

Düşə bilsəm ayağına

Yol ver Türkün bayrağına.

Xüsusi təyinatlıların komandiri gülümsünür :

-Sən möhkəm şairsənmiş, dostum.

-Bizim xalq şairdir ,əzizim .Bizim qəlbimizdə təmiz hisslər ölmədi heç.Biz vətəni ana kimi sevdik.Onu qoruya bilməyəndə kədər iliklərimizə çökdü. Lakin ümidimizi itirmədik heç .İnsan oğlunu yaşadan ümiddir, bir də ali hisslər .Vətən sevgisi olmasaydı dağlar başındakı bu qalanı geri ala bilərdikmi?

İndi isə gedək İbrahimin ata evinə .

-Şuşadandırmı igidimiz ?

-Bəli .İlk girdiyi ev ata evi olub .Həyətindəcə on ermənini öldürüb, birini əsir götürüb, iziylə daha nələr edib .Uzun söhbətdir...Əsl qəhrəmandır, Qazan xandır.Bizim igidlərimizin hamısı qəhrəmandır.

-Tamamilə doğrudur .Gedək İbrahimin ata yurduna, evinə.

Özü yox, sanki ayaqları ata yurdunu tapdı İbrahimin .Həyətin küçə qapısındakı meyidləri ikrahla süzən əsgərlər evə daxil oldular.

-Eviniz çox gözəlmiş-komandir İbrahimə tərəf çevrildi.

İbrahim göz yaşları içində

-Çox ...dedi

-Ağla igidim...ağla ...içindəki ağrıları azalt bir az ...-Komandir İbrahimin boynunu qucaqladı.

-Azalmır ki...İbrahim hönkürdü .Dostlarımın acısı qəlbimi parçalayır

-Azalacaq ...zamanla azalacaq .Bu evlər, küçələr yenilənəcək, təzələnəcək, bağında güllər, çiçəklər açacaq, həyat burada əvvəlkitək gözəl olacaq .

-İnşAllah .

İbrahim eynən komandir kimi otaqları, həyəti gəzir, az qala hər gül kolunu, ağacı öpür, oxşayırdı.Sanki ağaclarda, kollarda babasının, nənəsinin ətri qalmışdı.Barılarda, küçələrdə yağış altında qaçışan uşaqların xəyalı gizlənmişdi. İbrahim aynəbənddən həyətə baxaraq gülümsündü.Həmişə burada durub həyəti, küçəni seyr edərdim.Çox qəribədir ...Ömür keçir bir su kimi...

-Elədir.

-Çox istərdim bütün dostlar burda olsun .Onlara bir çay dəmləyim .

-Sən yenə də dəmlə.Mən çox ac və susuz, həm də yuxusuzam .

İbrahim çay dəmlədi, süfrə açdı, həyətdən qoz və cürbəcür meyvə yığdı

Əskərlər erməni qadının ağzını və əl və ayaqlarını açdılar. Erməni qadına da çay-çörək verdilər.Allah verəndən yeyib doydular. Erməni qadının əl ayağını təzədən bağlayıb, hərəsi bir tərəfdə uzandı.Aradan bir müddət keçdi.

İbrahim yuxudan gurultulu alqış səslərinə, hay –küyə oyandı

-Müharibə bitdi! –əsgərlər qışqırırdı.

Yəqin ki yuxu görür...Gözlərini bərk –bərk qırpır             

-Yox, deyəsən yuxu deyil.Komandiri axtarır .O bərk yatıb .Neçə günün yorğunluğu, yuxusuzluğu onu üstələyib .Nəhayət, o da oyanır.Xüsusi təyinatlıların komandiri səs gücləndirici vasitəsi ilə onları təbrik edir, müharibənin qələbə ilə bitdiyini elan edir, Pasinyan məğlub olmaq haqqında sənədi imzalamışdı. Televiziya dalğasını güc bəla ilə tutdular.Cənab prezident,- möhtərəm  İlham Əliyev artıq Qarabağın işğaldan azad olduğunu, bizimkilərdə olduğunu elan edir, xalqımıza gözaydınlığı verirdi.

Bizim Prezidentimiz, xalqımız, ordumuz, əsgərlərimiz, özü də gənc əsgərlərimiz Azərbaycanın yüz illərlə bacarmadığını bacardı .

-Bəli  , biz çox böyük işlər bacardıq .Yüz illərin utancına son qoyduq.Tariximizdə, həyatımızda dönüş başlandı.Bütün bunlar çox gözəldir, möhtəşəmdir .-komandir dedi.

Əzizim sözə qaldı,

Bir şirin sözə qaldı.

Yad qovuldu dağlardan,

El-oba bizə qaldı.

...

 

Lui İbrahimi gözləyirdi.Əlində bir dəstə çiçək tutmuşdu

-Təbrik edirəm ...Müharibə bitdi...

-Bitdi...

-Ata yurdunda oldunmu, İbrahim ?

-Oldum ...

-Gözəldimi ?

-Çox gözəldi.

-Bütün olanlar haqında mənə sonra danışarsan.İndi isə arzu edirəm bir də müharibə olmasın.Siz fövqəladə bir iş bacardınız .Qırx dörd gün ərzində ildırım sürəti ilə torpaqlarınızı azad etdiniz. Az itki ilə böyük işlər bacardınız .Sizi seyr etmək, izləmək belə gözəldi.

-Bayraqdarın ,-dostumuzun puaları əfsanəvi bir şey imiş .Ona xüsusi bir təşəkkür borcum var .

-Əslində hamı bu müharibədə təşəkkürə layiqdir, Hörmətli Prezidentlər: Ərdoğan, İlham Əliyev də ,Azərbaycan xalqı da, şəhid ,qazi, əsgər anaları da .           

Və siz – qalib əsgərlər də

-Lui insan öldürmək, o erməni olsa belə ...asan deyil, ikrahedicidir.Hələ ölmüş gənc dostlarının nəşini görmək ...çox əzablıdır.

...Amma kişilər lazım gələndə bunu bacarmalıdı...Vətənini qorumalıdır.

-Qorumalıdır...

-Sən, sizin xalq bunu bacardı ,İbrahim.Daha biz mənim xalqım deyəndə sən də deyə biləcəksən .

-Deyəcəyəm ...Amma müharibədə şəhid olmuş,ağır yaralanmış dostlarım o an gözüm önündə sıraya düzüləcək – onlar öz cavan canlarından Vətən naminə keçdilər...

-Keçdilər...Vətən onları unutmayacaq .Bu gəlişigözəl söz deyil.Onları unutmaq olmaz .

-Onlar ölmədi, İbrahim .Onlar yenə həyata gələcəklər.Bu dəfə başqa şəkildə.

-Bizim dinimizə görə onlar cənnətdə əbədi yaşayacaqlar.Şəhidlər ölmür, Lui. Onlar əbədi yaşayacaqlar.

-Bilirəm, İbrahim .Tanrı çox böyük qurban vermiş insanları həmişə qiymətləndirir .Bunu belə bil .

Bu çox gözəldir .Vətən uğrunda savaşmaq fövqəladə bir şey.

-Bilirəm, Lui .Və bu mənə çox böyük təsəlli verir.Deyəsən yağış yağacaq.

-Yağacaq

-Hərdən təəccüb edirəm ...bu vuruşlarda yağış kəsmədi heç .Xüsusilə Şuşa uğrunda gedən vuruşlarda  elə hey yağdı .Lui  sən bilərsən ...burada  Təbiətin bir mesajı yoxdur ki?

Var, əlbəttə .Təbiətdə heç nə boş-boşuna deyil.Burada bir mesaj vardır.Külək əsirsə bir mənası, dənizlər dalğalanırsa başqa mənası var.Yağış yağırsa ...yenə də bir məna var hər damlada.

 

Göy üzünə baxsana sanki ağlayır.Təbiətə nədən ana deyirlər? O bizim anamızdır .Ölmüş gənc həyatlar ona ağrı verir və o ağlayır. Təbiət hər an, hər an bizi sevir

İbrahim ağlayır...

-Bütün bunlar mənə çox ağrı verir...

-İbrahim sənin gənc dostların ölmədi, inan mənə.Enerji heç vaxt itmir, o bir haldan başqa hala keçir,-bu fizikanın qanunudur.İbrahim dünən olanları, hətta müharibəni anılar kimi xatırlayırsan.Əslində də belədir, bütün olanlar, bizim ömrümüz hüdudsuz zaman axınında bir andır. Bizim həyatlarımız zaman tunelində bir lövhə kimi asılıb qalıb .Biz öləndə də o lövhələr eləcə durur, sağ olanda da .İbrahim bizim dünyadan dərk etdiklərimiz bizə lazım olanlardır.Dərk etmədiyimiz çox müəmmalar var.Onları dərk etməyin, yəqin ki, bizə faydası yoxdur, o üzdən dərk etmirik.Bəzi ateistlər deyir Allah yoxdur, Yaradan yoxdur ...Onların bisavadlılığına heyrət edirəm  Bu boyda dünya Allahsız mövcud ola bilərdimi? Olmazdı.O var və hər şeyi idarə edir.

-Lakin mənim yağış kədərim heç unutulmayacaq kimidir .

-Görürsənmi, İbrahim demək yağışla bağlı həyatında mühüm anılar olacaqmış .Əvvəldən də vardı. Yağışlı havalarda oynadığın yerlər çox uzaqlarda qalmışdı, sənə o xatirələr ağrı verirdi. İndi isə sən yağışlı, küləkli havalarda böyük bir mücadilə apardın, vətən uğrunda  savaşdın, vətən torpaqlarını erməni qəsbkarlarından azad etdin. Bu yağışlı havalarda bəzi dostlarını itirdin. Eyni zamanda sən bu yağışlı havalarda həmişə xəyalında yaşayan ata yurduna, ata-baba evinə qovuşdun.Bunlar əvvəldən sənin taleyində varmış demək.İnsan oğlu belədir əli çatmayan, ünü yetməyən, lakin sevdiyi şeylər  onu kədərləndirir .Kədərlənməyən,  Təbiət hadisələri ilə bağlı müəyyən xatirələrə dalmayan insan heç insan deyil

İbrahim, şəhidlər ölməsə də ayrılıq  , sevgi insan halı. Biz də, Təbiət də qəmlənirik .

İbrahim,hər bir insanın bu dünyada bir görəvi var, missiyası var .Tanrı bizi bu görəv üçün yaradıb .Görəvimizi yerinə yetirdikdə Tanrının sevimlisi oluruq .Əlbəttə ,burada xeyirxah, cahanşümul görəvlərdən söhbət gedir.

-Lui, səncə mən öz görəvimi yerinə yetirdimmi?

-Yetirdin, İbrahim, amma bir hissəsini, sənin hələ yerinə yetirəcəyin  bir çox işlər var.Onları da yerinə yetirməlisən .

-Sən bu yolda mənimlə birlikdə olacaqsanmı ?

-İnşAllah

 

0 şərh