Kafka, vəəd edilən torpaq və inqilab

Çünki heç vaxt tələyə düşmədi. Əvvəla bunu bildirməliyik ki, onunla eyni dövrdə yaşamış yazarların əksəriyyətindən fərqli olaraq nə etmək istədiyini bilirdi. Məqsədi yazar olmaq idi. Arzuladığı yazarlığın ona gözlədiyi məmnuniyyəti verməyəcəyini anladığı halda, yazmaqdan heç vaxt əl çəkmədi. Ədəbiyyatın onu məyus etdiyini deyə bilmərik. Əlçatan digər məqsədlərlə müqayisədə ədəbiyyat heç vaxt onu məyus etmədi. Vəəd edilən torpaq Musa üçün nə idisə, ədəbiyyat da Kafka üçün o idi.
Kafka Musa haqqında belə deyir:Kafka
…”Vəəd edilən torpağı, ölümündən bir gün əvvəl görə biləcəyi fikri inandırıcı deyil. Bu əzəmətli baxış bucağı insan həyatının tamamlanmamış bir andan başqa bir məna kəsb etmədiyini göstərir: çünki bu cür həyat (vəəd edilmiş torpağı gözləməsi) sonsuza qədər davam edə bilər və bu bir andan başqa bir şey olmaya bilər. Musanın Kənana çata bilməməsinin səbəbi ömrünün qısa olması deyil, insan ömrü olmasıdır”.
Kafkanın münasibəti yalnızca yaxşı olanın deyil, məna baxımından boş olan bütün hədəflərin ucaldılmasına qarşı çıxmaqdır. İstənilən hədəf, zaman ölçüsü içərisində ümidsizdir; suda olan balıq, kainatın hərəkətindəki digər nöqtələr kimi: çünki söhbət insan həyatından gedir.
Kafkanın fikirləri 1 2 3 4 5 6 kimi kommunist idealogiyaya əks bir fikir ola bilər mi? Kommunizm hər şeydən əvvəl fəaliyyətdir, dünyanı dəyişdirən fəaliyyət. Hədəf, zamanla nəzərdə tutulan məqsəd üçün hal-hazırki fəaliyyəti özünə tabe edir. Bu nöqteyi nəzərdən, kommunizm heç bir çətinlik yaratmır. Bütün bəşəriyyəti indiki vaxtda müəyyən bir hədəf istiqamətində hazır vəziyyətə gəlir. Heç kim məqsədin dəyərinə şübhə etmir və sonda heç kim səlahiyyəti ələ keçirməyə çalışmır.
Geriyə sadəcə mənasız bir tərəddüd qalır: özümüzü inandırırıq ki, fəaliyyətin içində yer almaq yaşamağımıza mane olmur.
Fəaliyyətin tək qayğısı, hədəflənən məqsəddir. Hədəflər niyyətlərə görə dəyişir, lakin onların müxtəlifliyi, hətta müxalifliyi daima fərdi zövqün irəliləyə biləcəyi sahələr yaradır. Əgər daha əlverişli bir fürsətdən söhbət gedmirsə, yalnız əqli sağlamlığı yerində olmayan insanlar konkret hədəfə yönəlməyə bilərlər. Kafkanın ifadə etmək istədiyi fikir budur: Musa gülünc vəziyyətə salındı, çünki ona göndərilən vəhyə görə, hədəfə çatdığı an ölməli idi. Kafka dərhal mülahizə verərək əlavə edir: Musanın məyusluğunun əsas səbəbi “insani həyat” yaşamasıydı. Məqsədə çatmaq zaman içində başqa bir ana ertələnir, lakin zaman məhduddur. Sadəcə bu belə Kafkanın hədəfi bir tələ olaraq görməsi üçün yetərliydi.
 
Dünya ədəbiyyatının korifeylərindən sayılan Avstriya yazıçısı Frans Kafkanın insanın ruhuna qə­dər işləyən vahiməli və absurd üslubu olub. Bu mənada, onun həyat və yaradıcılığı haqqında bə­zi faktlar böyük maraq do­ğurur.

  1.  Frans Kafka Praqada doğul­muş, əsasən, alman dilində ya­zıb-yaratmış yəhudi mənşəli Avstriya yazıçısıdır.
  2.  Qəssab nəvəsi olan Kafka ömrü boyu ət yeməyib.
  3.  Özünü aciz və qapa­lı apardığına görə uşaqlıqda onu qeyri-adi uşaq və dəli kimi qəbul ediblər. Yazıçı deyirdi: "Ədəbiyyatdan başqa hər şeyə nifrət edirəm. Qonaq getmək mənim üçün darıxdı­rıcıdır. Doğmalarımın kədəri­ni, sevincini paylaşmaq mənə dəhşətli dərəcədə cansıxıcı gə­lir. Kiminləsə söhbət məni vacib, ciddi və orijinal şeylər düşün­məkdən məhrum edir".
  4.  Frans Kafka adı indi Praqanın ən önəmli simvollarından biri sa­yılır.
  5.  Kafka gəncliyində təsəvvür edilməyəcək dərəcədə tənha olub. O, valideynləri, xüsusən də qəddar atası ilə heç cür dil ta­pa bilmirdi. Atasına yazdığı məktubda belə bir cümlə var: «Sənin ucba­tından özümə olan inamımı da itirib günah qazandım».
  6.  Yazıçı bir müddət bədbəxt hadisələrlə bağlı sığorta bölməsində adi, darıx­dırıcı ofis işçisi olub ki, bu da onu daha böyük ümidsiz­liyə və bədbinliyə yuvarladıb.
  7.  Kafka hissləri ilə borcları ara­sında qalan insan olub. Bir yandan özünü onu hüquqşünaslığa bağlamış valideyn­lərinə borclu bilir, digər tərəfdən də yazı­çılığa can atırdı. O, gündəlik­lərində belə yazırdı: "Əzab dolu ikili həyat yaşayıram. Məni bundan ancaq dəlilik xilas edə bilər".
  8.  Kafka həyatı boyu müxtəlif xroniki xəstəliklərə – vərəm, başağrısı, yuxusuzluq, qəbizlik və başqa xəstəliklərə mübtəla olub.
  9.  Yazıçının yaradıcılığın­da əsas bədii çalar meta­metafora, yəni ikiqat bənzətmədir. Məhz metametafora onun əsərlərinə böyüklük, absurdluq, də­rinlik və faciəlilik gətirir.
  10.   Ağır xəstəlik keçirdiyi zaman Frans Kafka dostu Maks Broddan heç kəsin xəbəri olmayan romanları da daxil olmaqla onun bü­tün əlyazmalarını yandırmağı xahiş edir. Lakin dostu nəin­ki əlyazmaları məhv etmir, hətta onları nəşr etdirir. Beləliklə, məhz dostu Brodun sayəsində Kafkanı bütün dünya tanıdı.
  11.  Ölümündən sonra şöhrət tap­mış romanları ilə yanaşı, Kafkanın sağlığında qiymətini almayan hekayələri də az deyil.
  12.  Səhhətindəki problemlərlə bağlı Kafka 40 yaşına qədər yaşayacağına inanmırdı.
  13.  Şəxsi sarsıntı və yaşantıları­nın əks olunduğu hekayələri ona qorxularına qalib gəl­məkdə kömək edib.
  14.  Ölümündən sonra çap edilmiş üç romanı – «Ameri­ka», «Məhkəmə» və «Qəsr» əsərləri yarımçıqdır.
  15.  İyul ayının 3-də doğulan yazı­çı iyunun 3-də vəfat edib.
  16.  Xaraktercə melanxolik ol­masına baxmayaraq, dostla­rı Kafkanın qeyri-adi yumor hissini xüsusi qeyd ediblər. Hətta onlar Kafkanı «məcli­sin gözü» adlandırırdılar. Al­man nəşrlərindən biri Kafkanın Çarli Çaplinə oxşarlığını qeyd edib. Yazıçı, dostlarından birinə belə yazmışdı: «Mən şənlənməyi də bacarıram, buna şübhəniz ol­masın».
  17.  Mürəkkəb ailə münasibətləri səbəbindən Kafka evlənməyib. Düzdür, o, bir neçə dəfə nişanlansa da, hər də­fə bir bəhanəylə qarşı tərəflə münasibətə son qoyub.

Mənbə: Georges Bataille – “Ədəbiyyat və şər” kitabı
 

0 şərh