Рейтинг
+50.73

Ədəbiyyat

78 üzv, 567 topik

Ədəbiyyatın ən qısa şah əsərləri

Bəzi yazıçılar bir neçə sözlə böyük bir mənanı təsvir etməyi bacarırlar.

1. Bir dəfə Heminquey cəmi 6 sözdən ibarət istənilən oxucunu təsirləndirəcək bir hekayə yazaca biləcəyinə dair mərc gəlir və o, bu iddiada qalib gəlir:
«Uşaq çəkmələri satılır. Geyilməmiş».

2. Frederik Braun heç vaxt yazılmamış ən kiçik qorxulu hekayəni yazır:
«Yer kürrəsinin ən sonuncu insanı otaqda oturmuşdu. Qapını döydülər...»

3. O. Henri ənənəvi hekayəni təşkil edən — Giriş, kulminasiya, nəticəni ehtiva edən ən kiçik hekayənin yazılması müsabiqəsinin qalibi olmuşdur. 
«Sürücü papiros çəkməyə başladı və benzin çoxmu qalıb deyə, benzin bakının altına baxmaq üçün əyildi. Ölənin (mərhumun) iyirmi üç yaşı var idi».

4. İngilislər də ən kiçik hekayə üçün müsabiqə təşkil etdilər. Lakin müsabiqənin şərtlərinə görə hekayədə kraliça, Allah, seks, sirr kəlmələri iştirak etməliydi. Birinci yeri bu hekayənin sahibinə verdilər:
«Aman, Allah, — kraliça ucadan dedi, — mən hamiləyəm və kimdən olduğunu bilmirəm!»

5. Ən qısa avtobioqrafiya üzrə bir yaşlı fransız qadın qalib oldu.
"Əvvəllər mənim hamar dərim və qırışmış ətəyim (yubkam) var idi, indi isə — tərsinədir". 

Tərcümə və tərtib: Fərid Abdullah.
Davamı →

On nəfərdən biri | Perç Zeytunsyan

Tezliklə gələcəklər…
— Siqaretin var?
— Mən qorxuram … mən ölmək istəmirəm.
— Sakit ol, heç bir şey olmaz.
— Evdə, gizlində bir şüşə viski saxlamışam. Ələ keçirməyiblərsə, müharibə qurtarandan sonra içərəm.
— Mən soruşuram ki, siqaretin var?
— Şəhərdə bir tanışım var, pinəçidir. Müharibədən sonra gedib onun yanında şagird olacağam.
— Saat neçədir?
— Kimdə saat var ki…
Davamı →

Seks hekayəsi yaxud parapsixologiya

O şəkli, yəqin, çoxları görüb. Metroda qatarların divarlarını bəzəyir. Qızla oğlan «Caldion» firmasının dezodorantlarını reklam edir: «So him, So her» .Hər səhər işə gedəndə metroda onlara baxıram.

Cütlüyün üzündə o qədər sevgi və ehtiras var ki, adam gözlərini onlardan çəkə bilmir. Şübhəsiz, kişilər hamısı, mən qarışıq, qıza baxır.
Qız o qədər gözəldir ki, dərisi, sanki, ipəkdəndir.
Ardı →

Cek London-Martin İden

Görkəmli amerika yazıçısı Cek london (Con Qriffit Çeyni) 12 yanvar 1876-cı ildə San-Fransisko şəhərində adandan olmuşdur.
Ədəbiyyatla cididi olaraq 23 yaşından sonra məşğul olmağa başlamışdır.Martin İden romanını isə 1909-cu ildə yazmışdır.
Ardı →

"Qız məktəbində" - "Hüseyn Cavid"

-Quzum, yavrum! Adın nədir?
-Gülbahar.
-Peki,sənin anan, baban varmı?
-Var.
-Nasıl,zənginmidir baban?
-Evet, zəngin, bəyzadə...
-Öyle ise, geydiyin geyim
neyçin böyle sade?
Yoxmu sənin incilərin, altun bilərziklerin?
Söyle, yavrum! Heç sıxılma...
-Var, efendim, var...
Lakin
Müellimem hər gün söylər,
onların yox qiyməti,
Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti.
-Çox doğru söz...
Bu dünyada senin
ən çox sevdiyin kimdir, quzum,
söylərmisən?
Ardı →

Çingiz Abdullayev - bizim əbədi Dronqo

Detektiv janrının yaranması 19-cu əsrin sonunda yaşamış Amerika yazıçısı Edqar Alan Ponun adıyla bağlı olsa da, ümumiyyətlə dünya ədəbiyyatında detektiv, daha doğrusu, kriminal sücetlərdən bundan əvvəl də kifayət qədər istifadə olunmuşdu (hətta bəzi tənqidçilər Dostoyevskinin məşhur «cinayət və cəza» romanını da klassik detektiv hesab edirlər). Lakin orta əsrlərdə istər Avropa, istərsə də Şərq ədəbiyyatında işlənən kriminal sücetlər daha çox macəraçılıq xarakteri daşıdığından, detektiv bir janr kimi tam formalaşa bilməmişdi. Məhz Edqar Alan Podan sonra Avropa ədəbiyyatında detektiv janrının konkret çərçi-vələri, formaları, qayda-qanunları formalaşmağa başlamış, sonrakı iyirmi il ərzində klassik detektiv janrı öz zirvəsinə çatmışdı. Detektiv janrının klassiklərindən sayılan Artur Konan-Doyl, Hilbert Çesterton, Aqata Kristi, Corc Simenon və s. bu kimi yazıçılar öz əsərlərində klassik detektivin bütün qaydalarını dəqiqliklə işləmiş, təcrübədən keçirmiş, yanrın müxtəlif növlərini yaratmışdılar. Yalnız bundan sonra dünya ədəbiyyatında detektiv ədəbiyyat bir janr kimi qəbul olunmuşdu.


Ardı →

Mister çoxbilmiş | Somerset Moem

Maks Keladanı tanımazdan əvvəl ondan xoşum gəlməmişdi. Müharibə yenicə qurtarmışdı deyə, okean laynerləri sərnişinlərlə dolu idi. Kayutlarda yer tapılmırdı. Tanışlıqla iki nəfərlik kayutdan bir yataq yeri ala bilmişdim. Amma kayut yoldaşımın adını öyrənəndə əsəbiləşdim. Yaxından tanımasam da, onun adından da, özündən də zəhləm getdi. Lakin on dörd günü kayutda tək keçirmək də mümkün deyildi (San-Fransiskodan Yokohamaya gedirdim). Əgər bu yol yoldaşımın adı Smit, yaxud Braun olsaydı, bəlkə də daha az əsəbiləşərdim. Amma neyləməli?


Ardı →

Gi de Mopassan-Kəndə səfər

Ən sentimental fransız yazıçısı Gi de Mopassanın «Kəndə Səfər» yazısı ən romantik,ən təsirli povestlərdəndir.İnsan taleyi,insan psixologiyası haqqında çox gözəl bu əsəri oxumaqla heç nə itirməyəcəksiniz.10 dəqiqə sərf etsəniz də,çox güclü təssürat alacaqsınız.


Beş aydan bəri Düfurlar ailəsi xanım Düfur Petrolinin ad günündə Paris ətrafındakı mənzərəli yerlərdən birində nahar etməyi qərara almışdı. Səfəri çoxdan, səbirsizliklə gözləyirdilər, təyin olunmuş günün səhəri hamı erkən qalxmışdı.
Cənab Düfur süd satanın arabasını kirayə götürmüşdü, özü sürürdü. Araba iki təkərli idi, tərtəmizdi. Üst örtüyü dörd dəmir dayağın üzərinə bərkidilmişdi, yanları pərdəli idi, amma pərdələri yığmışdılar ki, ətraf yaxşı görünsün. Təkcə arxa tərəfin pərdəsi yığılmamışdı. Bayraq kimi yellənirdi.
Arvad ərinin yanında oturmuşdu, qırmızımtıl ipək don geymişdi, gözləri gülürdü. Arxada iki kətilin üstündə qoca nənə və gənc bir qız oturmuşdu. Ortada sarı bir oğlan başı da görünürdü. Kətil olmadığından o, arabanın oortasında qıçlarını qatlayıb oturmuşdu, təkcə başı görünürdü. Şan-Elize prospekti ilə gedib, Mayyo qapısını keçəndən sonra ətrafı tamaşa eləməyə başladılar.
Nöyi körpüsünə çatanda cənab Düfur dilləndi:
— Axır ki, kənd yerinə çatdıq.


Ardı →

Üç sual – Lev Tolstoy

Günlərin bir günü padşahın ağlına belə bir fikir gəldi ki, əgər o, həmişə hər şeyi başlamaq üçün doğru zamanı, sözünə güvəniləsi və əksinə uzaq dolanılası  insanları,  ən əsası isə  özü üçün  ən vacib məşğuliyyətin nə olduğunu bilsəydi, öz üzərinə götürdüyü hər işdə müvəffəqiyyət qazanardı.

Bu fikir ağlına gələr-gəlməz o, bütün padşahlığa elan etdi ki, kim ona həyatda atılan hər   addım üçün doğru zamanı, həyatda onun üçün ən vacib insanları  və ən vacib məşğuliyyətin nə olduğunu desə, o şəxsi böyük mükafat gözləyir.
Padşahlığın bütün oxumuş, savadlı adamları padşahın yanına gələrək onun suallarını müxtəlif cür cavablandırdılar.

Birinci suala cavab olaraq bəziləri dedi ki, hər atılan addımın  doğru zamanını bilmək üçün əvvəlcədən gün, ay və illərdən ibarət  bir cədvəl tərtib etmək və ciddi şəkildə cədvələ uyğun yaşamaq lazımdır. Yalnız bu halda, hər şey öz lazımi vaxtında yerinə yetirilə bilər.
Davamı →

"Özüm üçün darıxmışam..."

Ən böyük xəyalı
böyümək olan özüm üçün darıxmışam...
Böyüdüm, kiçilmək istədim,
uşaqlaşmaq
yenə də uşaqlar kimi qəhqəhə çəkib
ürəkdən gülmək istədim...

Ən böyük istəyi
doyunca oynamaq olan özüm üçün
darıxmışam
oynaya-oynaya böyüdüm
anladım ki özüm də bir oyuncaqmışam
Fil olub piyadaları sıradan çıxarmağıma
qürrələnərkən –
Şahmatdakı kimi -
qüdrətli bir əlin oyuncağı olduğunu
anlamamışdım...

Ardı →