Mərakeş | Corc Oruel
Meyiti restoranın yanından apararkən bir topa milçək masadan uzaqlaşıb, onun arxasınca uçdu, ancaq çox keçmədən geri qayıtdı.
Yas tutan kiçik kütlə — kişilər və oğlan uşaqları, qadınlar yox idi — bir tərəfdən nar piştaxtaları, digər tərəfdənsə taksi və dəvələrlə əhatələnən bazar meydanının içindən keçərkən eyni kədərli mahnını təkrarlayırdılar. Milçəkləri cəlb edən o idi ki, meyiti tabuta qoymurlar, əskiyə bürüyüb kobud taxta xərəyin köməyilə dörd dostunun çiyinlərində aparırlar. Dostlar qəbiristanlığa çatanda iki fut dərinliyində uzununa çuxur qazır, cəsədi ora uzadır və kərpic qırıntılarını xatırladan quru torpaqla üzərini örtürlər. Burada nə başdaşı, nə ad, nə də şəxsin kimliyini bildirən hər hansı işarə var. Qəbiristanlıq — nəhəng, boş bataqlıqdır, sanki atılmış tikinti meydanıdır. Bir neçə ay sonra hətta yaxınlarının harada basdırıldığını belə, tapmaq olmur.
Davamı →