Dünya ədəbiyyatından ən unudulmaz roman qəhrəmanları
1. Raskolnikov / “Cinayət və Cəza” – Fyodor Dostoyevski
Dostoyevskinin (rus: Фёдор Михайлович Достоевский) “Cinayət və cəza” romanının qəhrəmanı Peterburq Universitetinin Hüquq fakültəsində təhsil alan Rodion Romanoviç Raskolnikov maddi imkansızlıqlar ucbatından universitet təhsilini yarıda buraxmağa məcbur qalmışdır. Əslində, digər tələbələr kimi əsilzadə ailələrin uşaqlarına dərs verərək və anasının böyük çətinliklər içində ona göndərdiyi bir neçə rublla universiteti bitirənə qədər dolanan Raskolnikov həyatındakı problemlərə birdən-birə son qoymaq arzusundadır. Qurtuluşunu planladığı bir cinayətdə görən Raskolnikov Alyona İvanovna adında sələmçi yaşlı bir qadını öldürür, məqsədi onun pullarını almaqdır. Şəhərin iyrənclikləri, iqtisadi çətinliklər, həyatındakı insanların ona olan gözləntiləri Raskolnikovu bu cinayəti törətməyə vadar edir. Cinayəti törətdikdən sonra böyük bir ruhi sarsıntı keçirən və həyatı vicdan əzabı ilə keçən Raskolnikov törətdiyi cinayətin ictimai yönünü əsas götürən bir düşüncə yaradır.
Davamı →