Рейтинг
+50.73

Ədəbiyyat

80 üzv, 740 topik

"Yenidən Başlamaq Mümkün Olsaydı" kitabından mənalı sitatlar | Marc Levy

 Fransanın məşhur yazıçılarından biri olan Mark Levi əsərləri 30-dan çox xarici dilə tərcümə olunmuşdur və yüksək tirajlarla satılır.

«Yenidən Başlamaq Mümkün Olsaydı» kitabı haqqında

DİQQƏT SPOILER VAR!
Endryu Stilman “New York Times” qəzetində özünə parlaq karyera yaratmış istedadlı jurnalistdir. Onun məqalələri böyük rəğbət doğurub və bu, həmkarları arasında həsəd yaradır.


Davamı →

Yunus Əmrə haqqında maraqlı faktlar

Keçən il vəfatının 700 illiyi beynəlxalq miqyasda qeyd olunan dahi türk şairi və mütəfəkkiri Yunis Əmrənin bütün dünyada ən çox oxunan və sevilən Şərq şairlərindən biri olduğu hamımıza yaxşı məlumdur. Onun yubiley ilinin öz vaxtında YUNESKO tərəfindən “Yunis Əmrə–Sevgi ili” kimi elan edilməsi də məhz böyük ozan yaradıcılığının ümumbəşəri əhəmiyyətindən və miqyasından qaynaqlanır.

Davamı →

Mikayıl Müşfiqin güllələnməsinin əsl səbəbi

Müşfiqin anım günü ərəfəsində yazı gözləyirdim. Anım günü keçdi, yazı gəlmədi. Dünən isə poçtuma Türkiyənin Kayseri şəhərindən Ərciyəs Universitetinin II kurs tələbəsi İlhami Koçun Müşfiqlə bağlı yazdığı məqalə daxil oldu. Müşfiq barədə Türkiyədə və Türkiyə türkcəsində qələmə alınmış bu yazı "Ədəbiyyat qəzeti«nin diqqətindən kənarda qala bilməzdi.

Davamı →

Ədəbiyyatımızı əruzdan xilas etmək lazımdır

Azərbyacan şairi Mirzə Ələkbər Sabirin 1910-cuildə Salman Mümtaza verdiyi ilk və yeganə müsahibəsini təqdim edir.
1910-cu ilin iyun ayında mən Bakıya gəlmişdim və Bakıdan da Tiflisə gedəcəydim. Burada təsadüfi olaraq ikinci dəfə Sabirlə görüşə bildim. Bu da Aşqabaddan 1893-cü ildə ilk dəfə Sabirlə görüşdüyümüz tarixdən 17 il sonra idi...

Davamı →

Kənan Hacı - Ağrı dodaqlanmayan saitlər şəklində... Ötmüş zaman üçün remeyk

Bu faylı açdığım vaxtdan yarım saat keçib, ilk cümləni indi yazdım. Gün ərzində ilk siqaretimi yandırıram, tüstü həmişəkindən fərqli olaraq acı və yandırıcı olur. Can ağrısı adamın ağzından qalın saitlər şəklində çıxır: aaa, ıııı… Belə anlarda ağıla ancaq sait səslər gəlir. Gecənin səssizliyində bu dodaqlanmayan saitlər zəif iniltiyə çevrilir, səsboğucu silah kimi adamı öldürür. Ağrını içində boğursan, yanındakı adamın yuxusunu pozmaq istəmirsən.Elə insanlar var ki, ağrı onların ağzı, burnu, saçı kimi anadangəlmə olur. Bu ağrı onlarla birgə doğulur və onlarla birgə də dünyasını dəyişir.
Dərddi, ağrıdı, kədərdi, ayrılıqdı, bunlar dodaqlanmayan məfhumlardır. İnsan həmişə ağrıyan yerinə tərəf əyilir, ağrı insanın ən zəif nöqtəsidir. Mənim ağrım anadangəlmədir, müalicəsi yoxdu. Anadangəlmə xəstəliklərin müalicəsi olmur.

Davamı →