Рейтинг
+50.73

Ədəbiyyat

80 üzv, 740 topik

Ədəbiyyatın ən qısa şah əsərləri

Bəzi yazıçılar bir neçə sözlə böyük bir mənanı təsvir etməyi bacarırlar.

1. Bir dəfə Heminquey cəmi 6 sözdən ibarət istənilən oxucunu təsirləndirəcək bir hekayə yazaca biləcəyinə dair mərc gəlir və o, bu iddiada qalib gəlir:
«Uşaq çəkmələri satılır. Geyilməmiş».

2. Frederik Braun heç vaxt yazılmamış ən kiçik qorxulu hekayəni yazır:
«Yer kürrəsinin ən sonuncu insanı otaqda oturmuşdu. Qapını döydülər...»

3. O. Henri ənənəvi hekayəni təşkil edən — Giriş, kulminasiya, nəticəni ehtiva edən ən kiçik hekayənin yazılması müsabiqəsinin qalibi olmuşdur. 
«Sürücü papiros çəkməyə başladı və benzin çoxmu qalıb deyə, benzin bakının altına baxmaq üçün əyildi. Ölənin (mərhumun) iyirmi üç yaşı var idi».

4. İngilislər də ən kiçik hekayə üçün müsabiqə təşkil etdilər. Lakin müsabiqənin şərtlərinə görə hekayədə kraliça, Allah, seks, sirr kəlmələri iştirak etməliydi. Birinci yeri bu hekayənin sahibinə verdilər:
«Aman, Allah, — kraliça ucadan dedi, — mən hamiləyəm və kimdən olduğunu bilmirəm!»

5. Ən qısa avtobioqrafiya üzrə bir yaşlı fransız qadın qalib oldu.
"Əvvəllər mənim hamar dərim və qırışmış ətəyim (yubkam) var idi, indi isə — tərsinədir". 

Tərcümə və tərtib: Fərid Abdullah.
Davamı →

Mən yazıyam (esse)

Mən yazıyam. Yazılmışam. Qələmin mürəkkəbi sərf olunub mənə. Ya da XXI əsrdi, yəqin klavişlərə yazılmışam. Hər halda artıq yazıyam.

Özümü çox vacib varlıq hesab edirəm. Ən azı ona görə ki, siz mənim hesabıma  minillər əvvəlindən xəbərdar ola bilirsiz. Mən olmasam fikirlərinizi sizin səsiniz yetməyən yerlərə çatdırmağınız mümkün olmayacaq. Mən elə bir əhəmiyyətli varlığam ki, bütün qanunlardan, qaydalardan, məxfi sənədlərdən xəbərdaram. Dövlət işlərinin hamısını bilirəm. Hətta insanların şəxsi həyatlarından da xəbərim var.

Mən bəzilərinin gündəliyi, bəzilərinin ürəyindəkiləri çatdırdğı vasitəyəm. Mən, bəzən düşünülüb, lakin deyilməyə cürət edilməyən fikirlərəm. Mən sizin beyninizəm, düşündüklərinizəm. Mən hekayələr, esselər, məqalələr, məktublaram. Hətta romanlar, epopeyalar da mənəm.

Hə, indi gördüz ki, mən nə qədər əhəmiyyətliyəm. Amma məndən öz miskin fəaliyyətləri üçün istifadə edənlər də var. Mən, yüzlərlə, bəlkə minlərlə və bəlkə də daha artıq müharibənin səbəbkarıyam. Mən olmasam hökmdarların mənasız yazışmaları olmazdı, mən olmasam həmin hökmdarlar bir-birini hədələyə bilməzdilər. Mən olmasam xəritələr olmazdı. Dünya hissələrə bölünməzdi. Mən dünyanın ölkələrə bölünməsinə səbəb olmuşam. Mən ölkələrin bölgələrə parçalanmasına səbəb olmuşam. Ən dəhşətlisi mən, bəzən bir ölkənin iki yerə bölünməsinə səbəb olmuşam.


Ardı →

Qılınca qalxanımız var, bəs iynəyə?

Agalar MəmmədovQılınca qalxanım var, iynəyə yoxdu.
Adamı iynələyə-iynələyə öldürmək olar. Adamı iynə-iynə, incə-incə, sanca-sanca məhv etmək olar.
Adama iynə ilə gor qazmaq olar, quyu qazmaq olar.
“İynə ilə gor qazmaq”ın mənası xəlbirlə su daşımaq kimi boşa gedən nəticəsiz əməklə məşğul olmaq deyil. İynə ilə gor qazmaq başqasına ölümü iynə-iynə hazırlamaqdır. İynə ilə gor qazmaq cəza deyil, xəyanətdi.
“Torba tikən” alət olub iynə həmişə. Quyu qazmamışdan qabaq tor, tələ hörüb iynə. Biz bəzən sözlərimizlə iynələrik, bəzən baxışlarımızla, bəzən incə bir hərəkətimizlə. İynə kimi göz “ucu” ilə baxar, iynələrik, ağız “ucu” ilə dindirər, iynələrik. “Sümüksüz”, “tikansız” adam olmaq iynəsiz olmaqdır.
(Qədim insan iynəni ilk dəfə balıq sümüyündən, tikandan düzəldib.) İynə oxdan qədimdi.
“İynə-iynə, ucu düymə, yarıl-yırtıl, su iç qurtul”. İynələnmiş adamın acığından partlamasına təsəllidi bu. Yəni, di dur, atıl-düş, su iç, acığın ötsün, deyir. Çünki iynə elə batırır ki, uda da bilmirsən, unuda da,
dillənə də.
Biz də iynəyə çatmaz, çuvalduz da, ox da. “İynənin işini çuvalduz görməz” deyiblər. “İynə saplamaq” iynəyə sap keçirmək deyil, əksinə, iynəni kiminsə qəlbinə saplamaqdır.
Ardı →

Sehrli pencək | Dino Buzatti

Yaxşı geyinməyi xoşlasam da adətən başqalarının geyimlərinin düzgün tikilib-tikilmədiyinə o qədər fikir vermirəm. Amma bir axşam, bir ziyafət zamanı Milanda bir evdə tanıdığım, qırx yaşlarında görünən bir kişi paltarının sadə gözəlliyi ilə tam mənada çevrəsinə işıq saçırdı.
Kim olduğunu bilmirdim, ilk dəfəydi qarşılaşırdım,tanış edildiyimiz zaman bu vəziyyətlərdə həmişə olduğu kimi adının mənasını başa düşə bilməmişdim.Amma gecə boyunca bir ara yan-yana düşdük və bir az danışdıq. Seçkin, mədəni bir insana bənzəyirdi, amma yenə də bir kədərlə çevrələnmişdi. Bəlkə də ölçüsüz bir yaxınlıqla- Tanrı qüsurumu bağışlasın- onun platarını öydüm və dərzisinin kim olduğunu belə soruşdum.
Adamın üzündə, bu sualı gözləyirmiş kimi qəribə gülümsəmə yarandı. «Demək olar ki, heç kim tanımır,»-dedi, «amma usta bir dərzidir.Ürəyi istəyəndə işləyir.Üç-beş müştərisindən başqa heç kimə tikməz..»
— Görəsən mənə də?..."
Davamı →

"Çörəyin daşdan çıxırsa." - Ramiz Rövşən


Çörəyin daşdan çıxırsa,

Qab-qacağı neyləyirsən?

Bir məclisdə yerin yoxsa,

Qanacağı neyləyirsən?

Şaxta canından keçəndə,

Səni doğrayıb biçəndə, -

Üzün-gözün kül içində,

Bu ocağı neyləyirsən?

Dön, sağına-soluna bax;

Hamı ağıllı, sən axmaq,

İndən belə adam olmaq

Gecdi axı,neyləyirsən?!...


Davamı →

Mutant | Eduard Limonov

O zamanlar Jiqulin qul alverçisi kimi bir şey idi, yəni gənc, gözəl və təndürüst qızların alveri ilə məşğul olurdu. Restoranları, barları gəzib xoşagəlimli qızları seçir, özü ilə Parisə gətirir və Model agentliklərinə satırdı. Onlar hər dəfə Parisə gələndə adətən müvəqqəti olaraq mənim apartamentimdə qalırdılar. Yox, mən öz qonaqpərvərliyimə görə faiz almırdım, qapılarımı onların üzünə geniş açmağımın səbəbi isə hədsiz maraq və havayı seks ümidi idi…
O xanım mənim qapımın ağzında peyda olanda əynində şərq üslubunda, çox əcaib naxışlı bir şalvar və hündürdaban çəkmə vardı. Şalvarının parçası açılmış günəbaxan şəkilləri ilə dolu idi. Çiyninə cins gödəkcəsini keçirmişdi. Gödəkcənin yaxalığına tökülmüş formasız saç kütləsi köhnə mebel rəngində idi. Ondan toz və əsgər iyi gəlirdi. Arxasından isə onun çantalarını daşıyan gəncin balaca, qırmızı sərsifəti görünürdü.
— Mən Salliyəm – o, özünü təqdim etdi.


Ardı →

«Paris Notr-Dam kilsəsi»| Viktor Hüqo

Viktor Hüqo yaşadığı dövr haqqında düşüncələri bəşər tarixinin ümumi konsepsiyası və yazdığı romanda hadisələrin cərəyan etdiyi on beşinci əsr haqda təsəvvürləri ilə yaxından səsləşirdi. Roman “Paris Notr-Dam kilsəsi” adlandırılır və 1831-ci ildə işıq üzü görür. “Paris Notr-Dam kilsəsi” 1820-ci ildə fransız ədəbiyyatında əsası qoyulan ənənənin davamı oldu. Romanda isə diqqət tarixçinin unutduğu və ya əhəmiyyət vermədiyi məsələlər üzərində cəmlənir.


Ardı →

Çingiz Abdullayev - bizim əbədi Dronqo

Detektiv janrının yaranması 19-cu əsrin sonunda yaşamış Amerika yazıçısı Edqar Alan Ponun adıyla bağlı olsa da, ümumiyyətlə dünya ədəbiyyatında detektiv, daha doğrusu, kriminal sücetlərdən bundan əvvəl də kifayət qədər istifadə olunmuşdu (hətta bəzi tənqidçilər Dostoyevskinin məşhur «cinayət və cəza» romanını da klassik detektiv hesab edirlər). Lakin orta əsrlərdə istər Avropa, istərsə də Şərq ədəbiyyatında işlənən kriminal sücetlər daha çox macəraçılıq xarakteri daşıdığından, detektiv bir janr kimi tam formalaşa bilməmişdi. Məhz Edqar Alan Podan sonra Avropa ədəbiyyatında detektiv janrının konkret çərçi-vələri, formaları, qayda-qanunları formalaşmağa başlamış, sonrakı iyirmi il ərzində klassik detektiv janrı öz zirvəsinə çatmışdı. Detektiv janrının klassiklərindən sayılan Artur Konan-Doyl, Hilbert Çesterton, Aqata Kristi, Corc Simenon və s. bu kimi yazıçılar öz əsərlərində klassik detektivin bütün qaydalarını dəqiqliklə işləmiş, təcrübədən keçirmiş, yanrın müxtəlif növlərini yaratmışdılar. Yalnız bundan sonra dünya ədəbiyyatında detektiv ədəbiyyat bir janr kimi qəbul olunmuşdu.


Ardı →

On nəfərdən biri | Perç Zeytunsyan

Tezliklə gələcəklər…
— Siqaretin var?
— Mən qorxuram … mən ölmək istəmirəm.
— Sakit ol, heç bir şey olmaz.
— Evdə, gizlində bir şüşə viski saxlamışam. Ələ keçirməyiblərsə, müharibə qurtarandan sonra içərəm.
— Mən soruşuram ki, siqaretin var?
— Şəhərdə bir tanışım var, pinəçidir. Müharibədən sonra gedib onun yanında şagird olacağam.
— Saat neçədir?
— Kimdə saat var ki…
Davamı →

Kitablar haqqında ən maraqlı faktlar

1) Yer üzündə ən qədim kitab “Prissanın papirusu”dur. O, bizim eradan əvvəl 3350-ci ildə yazılıb. Təbii ki, kitabı Fiv şəhərindəki piramidalardan birində tapıblar. Papirusun məzmunu bu gün də tamamilə aktual olan bir mövzuya həsr olunub. Bu, nəsillərin konfliktidir. Papirusun müəllifi gənclərin əxlaqsız, tənbəl və tərbiyəsizliyindən şikayətlənir. Göründüyü kimi, beş min ildən də artıq bir müddət ərzində heç nə dəyişməyib. 

2) Ədəbiyyatşünaslar Şekspirin əsərlərində işlənən “sevmək” sözünü sayıblar. Bu söz sənətkarın əsərlərində 2259 dəfə, ”nifrət” sözü isə cəmi-cümlətani 229 dəfə işlənib.   

3) Ən darıxdırıcı kitabların siyahısına “Hərb və sülh”, “Cinayət və cəza”, “Uliss”, “Əl-kimya” və “Harri Poter və Od Qədəhi” əsərləri daxildir.  

4) Kitaba görə ən böyük qonorarı şair Oppian alıb. O, iki poemasının – “Balıq ovu” və “Ov” – hər sətrinə bir qızıl sikkə Qazanıb. Kitabdakı sətirlərin ümumi sayı iyirmi min idi. Pul Roma imperatoru Mark Avrelin tərəfindən ödənilib.

5) Dünyada ən çox oxunan kitaba gəldikdə isə birinci yeri “Bibliya” tutur, ümumi tirajı – 6 milyard nüsxədir. İkinci yer  Mao Tszedunun sitatlarınındır. Üçüncü yer isə hələ ki “Üzüklər şahzadəsi”nə məxsusdur.  


Ardı →