Macarıstan öz təhsilinə görə xeyli üstün ölkədir.


azer ismayilov 3

Macarıstan öz təhsilinə görə xeyli üstün ölkədir.

Bugünkü müsahibimiz Macarıstanın paytaxtında yerləşən İnternational Business School (Beynəlxalq Biznes Məktəbi) Universitetində təhsil alan həmyerlimiz Azər İsmayılovdur. O, Macarıstanın təhsil sistemi, oxuduğu universitet və tələbə həyatı barədə olan fikirlərini bizimlə bölüşmüşdür. Həmin müsahibəni oxuculara təqdim edirik.

Təhsil aldığınız univeristet və ixtisasınız haqqında oxuculara məlumat verə bilərsinizmi?Mən Budapeştdə yerləşən International Business School-da  (IBS ) bakalavr pilləsində oxuyuram. Burdakı ixtisasım isə Bisnes və Turizm menecmentidir. Mən bu universitetə sənədlərimi göndərəndə bildirmişdim ki,  Bakıda oxuduğum ixtisası (Business Adminstration) davam etdirmək istəyirəm. Lakin, məndən Bizneslə yanaşı başqa bir ixtisas da seçməyim istənildi. Mən də bizneslə yanaşı turizmi də öyrənməyə qərara aldım. Düşünürəm ki, gələcək perspektivləri və Budapeştin əsl turist şəhəri olduğunu nəzərə alsaq İBS-də bisnes və turizm ixtisasında oxumaq çox yaxşı seçimdir.

-İnternational Business School-un digər universitetlərdən əsas fərqi nədir?

IBS Macarıstandakı ilk 3 ən prestijli və ən keyfiyyətli təhsil verən universitetlərdəndir. Əlavə olaraqda onu bildirmək lazımdır ki, universiteti bitirdikdə İngiltərənin ən nüfuzlu universitetlərindən olan Bukinqem universitetinin də diplomunuda əldə etmiş olacam.

İBS təkcə Macarıstan və Böyük Britaniyada deyil, ö cümlədən Avropa Birliyi və ABŞ-da da akkreditasiya olunub. Bu ali məktəb “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nına da daxildir. Azərbaycanlı tələbələr üçün digər bir üstünlük odur ki, İBS-in Bakıda rəsmi nümayəndəliyi (www.study-hungary.com)  daimi olaraq fəaliyyət göstərir. Nümayəndəliyin işçiləri həm Bakıda, həm də Budapeştdə tələbələrə xidmət göstərirlər. Mən də onların xidmətindən istifadə etmişəm və dostlarımı “Study in Hungary”nin keçirdiyi Macaristanda təhsil sərgisinə getməyi məsləhət görmüşəm. Həm də bu universitetdə beynəlxalq tələbə abı-havası digər universitetlərə nisbətən daha yaxşıdır və burda ingilis dilini mütamadi məşq etdirmək, inkişaf etdirmək üçün əla şərait var.

azer ismayilov 5

-Necə oldu ki, məhz Macarıstanda təhsil almağa başladınız? Bu ölkəyə sizi nə cəlb etdi?

Mən İnternational Business Schhol-a girənə kimi, 2 il Bakıda Qafqaz universitetində təhsil almışam. Mənim çoxdankı arzum idi ki, Avropada bakalavr təhsili alım. Litseyi bitirdikdə əlimdə ingilis dili sertifikatı hesab edilən IELTS nəticəm olsa da və hətta qəbul aldığım universitet olsa da, ölkədən çıxmaqla bağlı viza problemlərimə görə Bakıda qaldım. Sonrakı illərdə isə həmişə keyfiyyətli təhsil verən bir universitet axtarışında idim. İnternetdə IBS haqqında oxudum sonra isə sənədlərimlə ora müraciət etdim. Xeyirlisi ilə etaplardan keçib istədiyim xəyalı reallaşdırdım. Onu da deyim ki, əvvəlki universitetə getmək üçün viza almaqla bağlı problem yaşasam da, Macarıstan viza almaqda heç bir çətinliyim olmadı.-Macarıstan təhsil sistemi ilə Azərbaycan təhsil sistemi arasında əsasən hansı fərqlər və üstünlüklər var?

Hər iki ölkənində təhsilini görən tələbə olaraq deyə bilərəm ki, bu iki ölkə arasında çox fərqlər var. Azərbaycanda bəzi müəllimlər deyə bilərlər ki, xeyr eyni təhsildir, eyni ədəbiyyatlardı və sair. Amma reallığa nəzər salsaq görərik ki, keyfiyyət eyni deyil. Macarıstan öz təhsilinə görə xeyli üstün ölkədir. Azərbaycanda müəllim tələbəyə 40-50 faiz təhsil verib, imtahanda isə 100 faiz bilik tələb edir. Burda isə tam fərqlidi. Müəllim dərsdə nə keçirsə, tələbəyə verdiyi məlumatı da sonda ondan tələb edir.

-İlk dəfə olaraq Macarıstana gələndə bu ölkə sizdə hansı təəssüratları oyatdı?

İlk dəfə Budapeştə gələndə hava limanından şəhərə gələrkən yolları görüb heyfisləndim. Çünki, Avropada hava limanına gedən yollar bizdəki kimi mərmərlənmiş deyil. (gülür…) Şəhərə gələndə isə necə möhtəşəm yer olduğuna şahid oldum. Budapeşt şəhəri özünün geniş yolları, yaşıl parkları və möhtəşəm tarixi abidələri ilə fərqlənir. Şəhəri iki hissəyə bölən Dunay çayı isə şəhərə xüsusi gözəllik verir.

 azer ismayilov 2

-Tələbə həyatı barədə məlumat verə bilərsinizmi? Məsələn, Macarıstanda tələbələr öz asüdə (boş) vaxtlarını necə keçirirlər?

Budapeşt elə bir yerdir ki, burda həm təhsilinə, həm də sosial həyatına vaxt ayıra bilirsən. Həftə içi dərslərinlə məşqul olub, həftə sonunu isə istədiyin kimi əyləncəli keçirə bilərsən. Burda kafelər, restoranlar, müxtəlif atraksionlar və başqa əyləncəli yerlər çoxdu. Hətta istirahət edərkən də Avropa mədəniyyəti özünü göstərir. Hər bir tələbə öz istəyinə və maddi durumuna uyğun əyləncə tapa bilər burda.

 -Xaricdə təhsil almaq istəyən tələbələrə nə məsləhət görə bilərsiniz?Sonda Azərbaycanda təhsil alan tələbələrə demək istərdim ki, fürsətləri varsa təhsillərini Avropada davam etdirsinlər. Çünki, burada keyfiyyətli təhsil və mədəniyyət qazanıb karyera sahibi olmaq şansları yaranır. Macarıstan isə bu baxımdan əla yerdir.

 -Maraqlı müsahibəyə görə təşəkkür edirik.

Təşəkkürlər…

 

Istinad: telebe.az

 

0 şərh