Macarıstanın ən böyük kampusa malik dövlət universitetinin proqram direktoru ilə müsahibə

2_Kassai camp Zöld hullá m3

Macarıstanın ən böyük kampusa malik dövlət universitetinin proqram direktoru ilə müsahibə 

1. Zəhmət olmasa, özünüzü bizim oxuculara təqdim edin.

Mən, Laslo Kozma (László Kozma), Macarıstanın Debreçen Universitetində (ingiliscə “University of Debrecen”, macarca “Debreceni Egyetem”) qeyri-tibb ixtisasları üzrə Proqram Direktoruyam. Əsas vəzifəm bu proqramları əcnəbi tələbələr arasında təbliğ etməkdir, ona görə də təhsil sərgilərində tez-tez iştirak edirəm. Bundan əlavə mən müntəzəm olaraq qəbul imtahanları keçirmək və istedadlı tələbələrlə görüşmək üçün xaricə səfərlər edirəm. Həmçinin, ali məktəbə qəbul prosesində əhəmiyyətli rolum var. 

2. Debreçen Universitetini 3-4 cümlə ilə necə təsvir edərdiniz? 

Bizim universitet Macarıstanın ən nüfuzlu ali məktəblərindən biridir və “Research Excellence” (Tədqiqat Mükəmməlliyi) titulunu daşıyır. Universitetin tarixi 16-cı əsrdən başlayır. Hazırda 30 000-dən çox tələbə burada təhsil alır ki, onlardan 3600 nəfəri dünyanın 82 ölkəsindən olan əcnəbi tələbələrdir. Biz Macarıstanda ən çox tədris proqramı təklif edən ali məktəbik, hazırda 35 proqramımız var və onların sayı ilbəil artır. 

3. Sizin ali məktəbin digər Macarıstan və Avropa universitetləri ilə müqayisədə üstünlükləri hansılardır?

Tədqiqat yönümlü ali məktəb olmağımız, yeni müasir təchizatlarımız, yüksək səviyyəli təhsil səviyyəsinə nail olmağımız səbəbindən ali məktəbimizin diplomu əmək bazarında yüksək dəyərə malikdir. Tələbələrimiz seçilmiş ixtisasa uyğun bütün bacarıqlara yiyələnirlər və kiçik tələbə şəhəri Debreçendə əsl gənclik həyatından zövq alırlar. Əlavə olaraq, təhsil haqları və yaşayış xərcləri münasibdir, aşağı xərclərlə tələbələr kampusun fantastic gözəl mühitində oxuya bilərlər. 

4. Debreçen Universiteti xarici tələbələrə hansı proqramları təklif edir və tədris dili hansı dildir?

Tələbələrin ¾-ü tibblə əlaqədar proqramlarda təhsil alırlar, ən məşhurları Tibb və Stomotologiyadır. Bu proqramlar bizim ali məktəbdə ilk dəfə olaraq 25 il əvvəl əcnəbi tələbələrə ingilis dilində təklif olunmağa başladı. Sonralar biz ingiliscə digər proqramları da xarici tələbələrə açıq elan etdik və hazırda bir çox ixtisaslar üzrə hazırlıq, bakalavr, magistratura və doktorantura pillələri üzrə proqramlar təklif edirik. Məsələn, biznes, informasiya texnologiyaları, mühəndislik, kənd təsərrüfatı, musiqi, hüquq, sosial elmlər və s. Xüsusən çoxsaylı mühəndislik proqramlarımız var: biokimya mühəndisliyi, mülki mühəndislik, kimya mühəndisliyi, elektrik mühəndisliyi, mexanika mühəndisliyi, mexatronika mühəndisliyi və s. Bununla bərabər tibblə bağlı əczaçılıq, fizioterapiya, ictimai səhiyyə kimi ixtisaslarımız bir neçə il öncə açıldı. Əlbəttə ki, əcnəbi tələbələrə tədris olunan proqramlarda hər şey ingiliscədir. 

5. Universitetin kampusu barədə bizə məlumat verə bilərsinizmi?

Cəsarətlə deyə bilərik ki, bizim əsas kampusumuz Mərkəzi Avropada ən gözəl kampusdur. Gözəl parkla əhatə olunmuş eleqant tarixi binalar və yeni modern tikililər təhsil almaq və yaşamaq üçün çox əladır. Akademik həyatdan əlavə xeyli mədəni və əyləncəli tədbirlər tələbələrin kampus həyatını maraqlı edir. İdmansevərlər də bizim ali məktəbi seçdiklərinə heç zaman peşman olmayacaqlar, çünki biz demək olar ki, bütün idman növləri üçün lazım olan təchizata malikik. 

6. Əcnəbi tələbələr üçün təhsil haqları, yataqxana qiymətləri və yaşayış xərcləri nə qədərdir?

Təhsil haqları proqramlardan asılı olaraq dəyişir, hər akademik təhsil ili üçün bakalavrda 5500 ABŞ dollarından başlayır və tibb ixtisasında 16000 ABŞ dollarına çatır. Kampusda bir neçə yataqxana var, onların qiymətləri də otaqların keyfiyyəti və təchizatından asılı olaraq dəyişir. Təhsil haqqından əlavə olaraq tələbələrin adətən hər akademik tədris ili üçün yataqxana xərcləri də daxil olmaqla təxminən 6000 ABŞ dolları xərci çıxır. 

7. Yaxın gələcəkdə – bu sentyabrda yeni proqramlar təklif edəcəksinizmi?

İldən-ilə biz yeni proqramları xarici tələbələrə açıq elan edirik, bu il də 2 yeni magistratura proqramımız olacaq: Beynəlxalq və Avropa Biznes Hüququ və Molekulyar Biologiya. Gələn il daha 2 magistratura proqramını təklif etməyi planlaşdırırıq: Mexatronika və Biotexnologiya. 

8. Tələbələriniz üçün təqaüd proqramları və ya endirimləriniz varmı?

Universitetimiz hazırda əcnəbi tələbələrə təqaüdlər təklif etmir, lakin ikinci ildən etibarən akademik göstəricilərinə əsasən ən yüksək nəticəsi olan 20 % tələbəmizə 20 % endirim təklif edirik. Həmçinin Macarıstan hokumətinin yeni “Stipendium Hungaricum” təşəbbüsü istedadlı xarici tələbələrə Macarıstanda təhsil almaq üçün təqaüdlər təklif edir. Digər təqaüd imkanını isə Vişegrad Fondu (Visegrad Fund) təklif edir. Aydın məsələdir ki, bu təqaüdlər yalnız yüksək səviyyəli tələbələr üçündür. 

9. Hazırda Debreçen Universitetinə tələbə qəbulu üçün yeni hədəf ölkələri hansılardır?

Əvvəl qeyd etdiyim kimi bizim 4 qitədən xeyli ölkədən tələbələrimiz var. Əksəriyyəti Nigeriyadandır, daha sonrakı yerlərdə isə İsrail, İran, Səudiyyə Ərəbistanı, Çin və s. gəlir. Yeni hədəflər isə Qafqaz, Mərkəzi Asiya ölkələri, Orta Şərq və Körfəz ölkələridir. 

10. Siz Azərbaycandan tələbələr qəbul etməyə başlamısınız. Azərbaycanlı tələbələriniz barədə təəssüratlarınız necədir?

Azərbaycanda bizim ali məktəbin təbliğatı yenicə başladığı üçün azərbaycanlılarla bağlı təcrübəmiz hələ azdır. Biz ölkənizdə təhsil sərgilərində iştirak etməyi və sosial media üzərindən təbliğat aparmağı planlaşdırırıq. 

11. Azərbaycanda tələbə qəbulu üzrə nümayəndəliyiniz varmı?

Bəli, var və “Study in Hungary” adlanır. Onların www.study-hungary.com veb-səhifəsinə baş çəkməyə dəyər. 

2_élettudományi8k_1Picture 12_díszudvar16_12_Kassai camp Zöld hullá m32_OT-birds_view2_12_park

0 şərh