Mərkəzi Avropa Universitetinin professoru həmin universitetə tələbə qəbulu barədə müsahibə vermişdir

 
 Julia xanım, zəhmət olmasa oxuculara özünüzü təqdim edərdiniz.
Mən Mərkəzi Avropa Universitetində yerləşən İctimai Siyasət Məktəbinin müqayisəli siyasət üzrəprofessoru və dekan müaviniyəm. İxtisaslaşdığım coğrafi zona Latın Amerikasıdır. Mən təhlükəsizlik, narkotik maddələr, şiddət və gender əsaslı şiddət, inkişaf və ictimai səhiyyə demokratikləşmə və konfliktsonrası yenidənqurma kimi sahələri özündə birləşdirən akademik və siyasi təcrübəni əhatə edən sahələrdə işləmişəm.
 
 Qısaca olaraq 3-4 cümlə ilə Mərkəzi Avropa Universitetini (MAU) necə təsvir edə bilərsiniz?
Mərkəzi Avropa Universiteti (MAU) sosial və humanitar elmlərin yüksək səviyyəli tədrisini təmin edən, araşdırma əsaslı, gənc və inanılmaz dərəcə müxtəlifyönülü təhsil müəssisəsidir. Times Higher Education reytinqində dünya universitetlərinin arasında MAU-nu 7-ci yerdə gördüyümə görə fəxr edirəm. 2011-ci ildə isə MAU-nun daxilində zəruri praktikanın təmin edilməsi məqsədi ilə İctimati Siyasət Məktəbinin əsası qoyulub. Akademik təhsilə əlavə olaraq biz dünya siyasəti dərk etmək üçün fundamental xarakter daşıyan bacarıqların aşılanması məqsədilə təlimlər təşkil edirik.
 
 Macarıstanın və Avropanın digər universitetləri ilə müqayisədə sizin universitetin rəqabət üstünlüyü nədən ibarətdir?
Mərkəzi Avropa Universitetinin bir çox üstünlüyü var. Belə ki, MAU digər universitetlərə nisbətdə kiçik universitetdir – cəmi 1400 tələbəsi var. Bu da bizə imkan yaradır ki, tələbələrin anonim olaraq mövcud olduğu cəmiyyət əvəzinə, tələbələrin bir-birini real həyatda tanıdığı əsl tələbə cəmiyyətinin onlar üçün təşkilini təmin edək. MAU-nin maddi-texniki imkanları dünya səviyyəlidir, yeni kampusumuz – xüsusi olaraq kitabxanamız — əsl incəsənət nümunəsidir və estetik olaraq ecazkardır. Fakültələrin və tələbələrin müxtəlifliyini xüsusilə vurğulamaq istərdim, çünki bu məqam ən müxtəlif yanaşmaların, dəyərlərin və prespektivlərin öyrənilməsi üçün unikal imkan yaradır. Əlbəttə ki bizim Budapeşt kimi canlı və gözəl şəhərdə yerləşməyimiz də əsas üstünlüyümüzdür. Biz Şimal ilə Cənubun, Şərq ilə Qərbin kəsişdiyi beynəlxalq nöqtədə yerləşirik və bu mövqe bizim tələbələrə mühazirə deyən professorların səyahətini, beynəlxalaq konfransların təşkilini asanlaşdırır, həm də qlobal fakültə və tələbə həmrəyliyini təmin edir. Biz qeyri-müəyyən və gözlənilməz bir dünyada yaşayırıq, amma xoşbəxtlikdən Budapeştdə digər ölkələrdəki kimi təhlükəsizliklə əlaqədar hər hansı narahatlıqlarımız yoxdur. Əlbəttə ki, Macar, Avropa və ABŞ universitetlərini rəqib kimi görsək də, eyni zamanda onları elmi araşdırmalarda, təhsildə və biliyin yaradılmasında əməkdaş kimi də qəbul edir və əməkdaşlığı rəqabət qədər əhəmiyyətli hesab edirik.
 
 MAU xarici tələbələrə hansı proqramları təklif edir və tədris dili hansı dildir?
MAU təhsil proqramları ABŞ-da akredetasiyadan keçmiş ingilisdilli təhsil müəssisədir. İctimai Siyasət Məktəbində İctimai siyasət sahəsində bir illik nəzəriyyə əsaslı Magsitratura (MAPP — Masters in Public Policy), ictimai idarəetmə sahəsi üzrə praktika əsaslı iki illik  magistr proqramı (MPA Masters in Public Administration– İctimai idarəetmə üzrə magistratura), ikinci il York və ya Barselonada təhsil imkanı yaradan iki illik Mundus proqramı (MAPP — Masters in Public Policy), doktorantura, eləcə də Qlobal Siyasət Akademiyası tərəfindən təqdim olunan qısamüddətli kurslar təklif olunur. Bundan əlavə olaraq MAU Milliyətçilik elmləri, Gender elmləri, Tarix, Beynəlxalq münasibətlər, Hüquq, Siyasi elmlər, Fəlsəfə, İqtisadiyyat, Ətraf mühit elmləri, Biznes, Orta əsr elmləri, Miras elmləri, Riyaziyyat, Sosiologiya kimi sahələrdə bir və ya iki illik magistratura proqramları, doktorantura, dil təlimi proqramları, sertifikasiya kursları və yay məktəbi proqramları ilə əlaqədar tədrisi təşkil edir.
 
Universitet kampusu haqqında bizə məlumat verə bilərsiniz? Bizdə olan məlumata görə yenicə təmir edilən MAU kampusu bir neçə həftə bundan qabaq tələbələrin istifadəsinə verilib.
Kampus kifayət qədər qeyri-adidir. 2015-ci il RİBA qızıl medeal laureatı O’Donnell və Tuomey firması tərədindən irlandiyalı dizaynerlər tərəfindən dizayn edilib. Belə bir yenidənqurma təhsil, tədris və araşdırmalar üçün davamlı bir məkanın yaradılmasına, universitet və yerli cəmiyyət arasında rahat qarşılıqlı əlaqənin təmin edilməsinə xidmət edir və həm də Budapeşt şəhərində gedən yeniliklərini əks etdirən vitrin rolunu oynayır. Burada 450 oturacaqlı və multimedia laboratoriyasının da olduğu kitabxana, mühazirələr və çıxışlar üçün tam uyğun 400 yerlik auditoriya zalı, beynəlxalq konfrans zalı, texnoloji imkanlarla zəngin obyektlər və tədris otaqları, açıq səma altında yerləşən ictimai kafe və 2000-ə yaxın yerli növ bitkilərin olduğu bağ var. Kafedəki şirniyyatlar da olduqca ləzizdirlər.
 
Tələbələrinizin ödəyəcəyi təhsil haqqı, yataqxana və digər xərclər nə qədərdir?
Bütün dünyada təhsil haqlarının qalxdığı və mübadilə məzənnələrinin qeyri-müəyyən olduğu ərəfədə MAU və İctimai Siyasət Məktəbi  olduqca rəqabətə davamlı təhsil haqqında sahibdir. ABŞ, İngiltərə və Fransada yerləşən rəqiblərimizlə müqayisədə ( harada ki, MAU ilə müqayisədə ödənişlər iki dəfə və bəzən də üç dəfə çox olur ) biz Budapeştdəki xərcləri də nəzərə alaraq ödənilən məbləğin qarşılığında yüksək dərəcədə dəyərli təhsil təklif edirik. Məsələn, orta hesabla Parisdə yerləşən birotaqlı mənzilin kirayəsi 1000 avroya başa gələ bilərsə, universitetə piyada gedə biləcəkləri məsafədə yerləşən ərazidəki evlərə tələbələr 370 avro civarında ödəniş edirlər. Qida və ictimai nəqliyyat da analoji olaraq daha ucuzdur. ABŞ akredetasiyalı iki illik MPA və SPP (School of Public Policy) proqramları kurs işlərinə maliyyə yardımını nəzərdə tutur. Hər iki magistratura ixtisasının MPA (Masters in Public Administration– İctimai idarəetmə üzrə magistratura) və bir illik MAPP-in (Masters in Public Policy – İctimai Siyasət üzrə magistratura) özünün təcrübə proqramlarını mövcuddur. Kurslarımızın keyfiyyətini və karyeraya verdikləri dəstəyi nəzərə alaraq, iki illik MPA proqramı üçün 14,500 avro, MAPP proqramı üçün illik 12.000 avro və Mundus MAPP proqramı üçün illik 11.000 avronun qlobal rəqabət baxımından ən yüksək səviyyədə üstünlük təşkil etdiyini deyə bilərəm.
 
Qarşıdan gələn zaman ərzində — sentyabr və ya hal-hazırda, yeni tədris proqramların təşkili nəzərədə tutulubmu?
MAU kimi İctimai Siyasət Məktəbi də innovasiyalara imza ataraq siyasətdə, intizamda və metodologiyadakı dəyişikliklərə cavab verməyə çalışır. Hazırki niyyətimiz mövcud beş ixtisaslaşma istiqamətini (inkişaf, idarəetmə, təhlükəsizlik, media və kommunikasiya, ali təhsil siyasəti)ictimai siyasət mütəxəssisləri üçün əlavə biliklərlə, məsələn insan hüquqları ixtisaslaşması ilə zənginləşdirməkdir.
 
Tələbələr üçün nəzərdə tutulmuş hər hansı təqaüd və ya endirim imkanlarınız var?
Universitet istedadlı tələbələrin cəlbi üçün çox çalışır və onlara nailiyyələri qarşılığında səxavətli maliyyə yardımları edir. İctimai Siyasət Məktəbində tələbə müxtəlifliyini təmin etmək məqsədilə tələbələrin nailiyyətlərinə, ictimai xidmətə verdikləri təkliflərinə və coğrafi mövqeyinə əsasən tələbələrə təqaüdlər təqdim olunur.
 
Təqaüdlərə müraciət və onların verilməsi üçün kriteriyalar nələrdir?
AMU-də qəbul kriteriyası proqramdan proqrama dəyişsə də, ümumi olaraq tələb olunan sənədlər var (CV, bakalavr dərəcəsi, transkript, rekomendasiya məktubları, xarici dil imtahanı sertifikatları və s.). İctimai Siyasət Məktəbinin MPA proqramına olan müraciətlər zamanı biz niyyət məktubu istəyirik. 2017-ci il, fevral ayının 1-inədək müraciət edənlər avtomatik olaraq maliyyə yardımı müraciət etmiş olacaqlar. Əgər maliyyə yardımı qazana bilsələr tələbə və valideynlər öz pullarına əsaslı şəkildə qənaət edə biləcəklər. 
 
Gündəlik tədris həyatından savayı AMU tələbələrinin sosial həyatını necə təsvir edə bilərsiniz?
Bildirmək istərdim ki, tələbələrimiz təhsilləri ilə əlaqədar o qədər məşğuldurlar ki, Budapeştin mədəni tədbirləri, musiqi festivalları və sərgiləri onlardan yan keçir.  Əslində isə reallıq ondan ibarətdir ki, klublar, idman zalları və təşkil olunan gəzintilər, universitetdən əlavə olaraq şəhərin sosial həyatı, möhtəşəm mədəni, emosional və intellektual ab-havasını özündə əks etdirir.
 
MAU üçün tələbə qəbulunu nəzərdə tutduğu hazırki və yeni hədəf ölkələr hansılardır?
MAU, xüsusilə də İctimai Siyasət Məktəbi üçün bütün dünya hədəfimizdir. Biz dünyanın hər tərəfindən tələbə qəbul etməyə hazırıq. Bizim güclü tərəfimiz tələbələr üçün ictimai siyasət dərslərinin tədrisi üçün fərqli imkanlar təqdim etməyimizlə əlaqədardır. Mədəni və tarixi kontekstləri bilmək çox vacibdir. Effektiv siyasətlərin təşkili, monitorinqi və tətbiqi üçün müəyyən bacarıqlara, malik olmaq lazımdır ki, onları beynəlxalq, özünəməxsus və multikultural sinif otaqlarında öyrənərək və birlikdə işləyərək əldə etmək mümkündür.
 
Sizin həmçinin Azərbaycandan da tələbələriniz olub. Bizim gənclərimiz haqqında təəssüratlarınız necədir?
Birlikdə çalışdığım Azərbaycanlı tələbələr haqqında nə deyə bilərəm? Onlar haqqında düşünəndə ancaq müsbət şeyləri xatırlamağım səbəbi ilə gülümsəyirəm. Onlar həm ali təhsil proqramlarında, həm də profesional inkişaf kurslarında iştirak edən ən çalışqan, diqqətli və məsuliyyətli tələbələrdən olublar. Həmişə aydın görsənib ki, Azərbaycan öz gəncliyini inkişaf etdirmək üçün əlindən gələni edir və bu da öz növbəsində həmin gənclərin güclü profesionallığı, təşəbbüsü və məsuliyyəti ilə nəticələnib.
 
Mərkəzi Avropa Universitetinə qəbul olmaq istəyən azərbaycanlı tələbələr nə etməlidirlər? Azərbaycanlı tələbələrin ora qəbul olması üçün Bakıda müraciət edə biləcəyi hər hansı rəsmi nümayəndəliyiniz varmi?
 
Bəli var. Komandamız Macarıstanda təhsil — Study in Hungary adlanır və onların internet saytı belədir: www.study-hungary.com. Buyurub onların saytını ziyarət edə bilərsiniz.
 

0 şərh