Albert Camus - Yad

 Uşaqlığını Əlcəzayirdə keçirdən Albert Kmayu ( Albert Camus ) 1913 – cü ildə Mondovi qəsəbəsində anadan olmuşdur. Olduqcakeşməkeşliuşaqlığı olmuşdur. ( Vərəm xəstəliyi, atasını ölümü, siyasi işlərə baş qoşması, təhsilinin yarımçıq qalması və s. ) Nihilizmin absurd anlayışının əsasını qoymasa da onun inkişafı və yayılmasında olduqca böyük rol oynamışdır. Marksizim – Leninizmə olduqca böyük həvəs göstərmiş və futbolla məşğul olaraq qapıcılıq etmişdir. Dünyada Rudyard Kiplingdən sonra dünyada Nobel mükafatını alan ən gənc yazardır.
Kamyu deyincə ədəbiyyat sahəsində ilk ağlagələn onun 1942-ci ildə nəşr olunan “ Yad ” əsəridir. Mövzusu çox sadədir. Əhvalatdakı hər şey çox qısa zamanda baş verir. Əlcəzairdə, təsadüf nəticəsində bir Ərəbi öldürən orta təbəqədən olanbir fransız, özünün addım-addım ölümə aparan müddəti laqeyd şəkildə izləyir. Roman boyu başqalarının adı xatırlandığı halda əsərin baş qəhrəmanının adını belə öyrənə bilmirik.
Yad...kimdir yad? Bizim kimi olmayanlar? Bizim kimi düşünməyənlər? Bizim kimi geyinib, yeyib içməyənlər? Oxşar xüsusiyyətlər hər zaman insanları birləşdirir nəticədə qruplar yaranır. Cəmiyyət də belədir. Cəmiyyətin başında duranlar isə standartdan fərqlənənləri uzaqlaşdırmaq istəyirlər. İnsanların oxşar xüsusiyyətlərinin çox vaciblik təşkil edən dünyada yaşayırıq.

Povest, cəmiyyətdə yaşaya yaşaya o cəmiyyətə yadlaşmış birisinin həyatını təsvir edir. Həyatının bütün məqamlarıyla bizə yad insanın hansı hisslər keçirdiyini göstərməyə çalışır. Bir insanda insanlığın bütün xüsusiyyətləri var. Sadəcə nisbətləri müxtəlifdir. Olur ki, insan bəzən özünü çox tənha hiss edir. Çox şeyə məna verə bilmir.( Şəxsən məndə bu hallar tez-tez olur.) Olur ki, insan özünü çox fərqli hiss edir, bir birinə oxşayan standart insanlara və onların həyat tərzlərinə gülür. Olur ki, insan bəzən çox peşmançılıq hissi keçirdir, keşkə geriyə qayıdıb daha başqa cür yaşaya bilsəydim deyir. Olur ki, insan yaşadığı cəmiyyətin, dünyanın ədalətini, dəyərlərini, azadlığını, inancını “ sorguluyur ”. Olur ki...
Əsərin baş qəhrəmanı həyata məna verə bilməyən, sevməklə sevməməyi, ölümlə yaşamağı bir birinə bərabər tutan birisidir ( çox guman ki, bu onun özüdür – şəxsi fikrimdir ). Az dostu olan, sevgilisinə səni sevirəm deməyi bacarmayan ( bunu mənasız görən ), anasını  ölümünə kədərlənməyən, hər şeyə öyrəşmək olar fikrini öz həyat fəlsəfəsi edən və bu dünyanın bizə təqdim edə biləcəyi şəffaflıq və mənanın olmadığını müdafiə edən bir insanla qarşı qarşıyayıq. Bu insan ətrafına, hisslərə, gözləntilərə və ən əsası öz özünə özgələşmişdir, yadlaşmışdır. Absurd fəlsəfəsi ona hökmranlıq edir. Dostu Raymonda qarşı təhlükə törədən və Raymondun keçmiş məşuqəsinin qardaşı olan bir ərəbi öldürməklə Cənab Mersonun ( bu onun soyadıdır ) məhkəməsi başlayır. Burda biz iki məhkəmə görürük. Bir tərəfdə olduqca stereotipli cəmiyyətin onun üçün qəti əhəmiyyəti olmayan dəyərləri ona qarşı istifadə edərək onun mühakimə edən məhkəmə. Digər tərəfdə isə Mersonun öz – özünə qarşı olan ( tam olaraq məhkəmə deməzdim ) sanki bəzi şeyləri başa düşmək mənasını ifadə edən oyanış. Sanki ölmədən öncə ölür Cənab Merso. Hər şeyi bir daha xatırlayır və başqa cür düşünə və yanaşa biləcəyini qəbul edir. ( əslinədə ikisinin arasında qalır ) Buna baxmayarq artıq gecdir. Çünki onun üçün atıq edam qərarı verilib. Povestin digər maraqlı hissəsi onun dəfələrlə keşişdən imtina etməsi və sonra onunla olan söhbətidir.
Verilmək istənən mesaj: Həyatın avtomatlaşmış təkdüzən mühitində robotlaşmış insan ölümü rahatlıqla qəbul edir. Əsas olan mənadır amma nə yazarın özü nə də əsərin qəhrəmanı bunu tapa bilmir. Insan oğlu bunu min illərdir axtarır. Bu əzabdan qurtulmaq üçün məncə biz Allaha sığınmalı və ona inanmalıyıq. Ətrafımızdakı gözəllikləri görmək, sevdiklərimizin sevgisini başa düşmək  heç də hamıya nəsib olmur.
Bir neçə saatda oxuya biləcəyiniz amma bir neçə gün düşünəcəyiniz bir kitab.
Səbrinizə görə təşəkkürlər...

Əlavə yazılar üçün: niftiyevibrahim.blogspot.com
 

5 şərh

Aysel218
tesekkurler.men kitablari sevirem,,en chox da dunya edebiyyatini.
ekoibrahim
Buyurun Aysel xanım. Şadam ki, bəyəndiniz)))
Aysel218
Elbette ..Beyenilsin…
Gülnar
+ Bir neçə gün yox, bu məsələlər hər gün məni düşündürür. Düşdüyün mühitə yad olmaq və həmin mühitdən uzaqlaşmağın mümkünsüz olması çox çətindir. "İnsanların oxşar xüsusiyyətlərinin çox vaciblik təşkil etdiyi dünyada yaşayırıq" cümləsi çox doğrudur..Nədənsə insanlar özlərindən fərqli olanı qəbul etmirlər, hətta düşmən bəlliyirlər. Çoxluğun xoşuna gəlmək xərinə düşüncələrini və xarakterini dəyişməyən insan üçün yaşamaq tənha olmaq deməkdir, çünki belə insanı ətraf birmənalı şəkildə qəbul emək istəmir, hətta onu itiham edir.
ekoibrahim

Gülnar xanım razıyam.