Where the Wild Things Are ( Arkadaşım Canavar )


Uşaqlar üçündür. Nağıldır. Boş şeydir. Vaxt itkisidir....Bəlkə yanaşma tərzini dəyişək? Başqa prizmadan baxaq? Bəlkə pəncərənin üzərində olan buxarı silib, mənzərəyə tamaşa edib həzz alaq? İstəyirsiz? Yox? Onda oxumağa davam eləmə. Axı sən böyüksən. :)  Davam eliyirsən? Ok onda mən də davam eliyirəm. :)
Nağıllar üçün darıxanlara.....
Çoxdandı belə səmimi və mehriban filmə baxmırdım. Bu filmlə siz balaca bir uşağın fikirlərini və dünyaya baxışını görə bilərsiz. Ya da xatırlaya bilərsiz. Uşaqlıq illəri insan üçün çox vacibdir. Uşaqlıqda alınan psixoloji travmalar və qazanılan təcrübələr insanı həyatının sonuna qədər izləyir. Eləcə də uşaqlıq dövründə bizə danışılan  nağılların da öz mənası və əhəmiyyəti var. Ümumiyyətlə mən insanın çox dəyişmədiyini hesab edirəm. Uşaqlıq dövründə insanın formalaşması yetkinlikdə də özünü göstərir. Filmin ilk dəqiqələrindən mən özümə tanış olan mənzərələr gördüm: Kaprizli, yalnız, diqqət çəkmək istəyən və güclü fantaziyası və arzuları olan uşaq. O çox darıxır. Yalnızdır. Oynamaq istəyir. ( bu günün ən aktual problemlərindən biri: uşaqlarla valideyinlərin ünsiyyəti, vaxt keçirməsi problemi ). Anasıyla və bacısıyla münasibətləri pisləşir. Bezir və evdən qaçır. Hara? Öz daxili dünyasına. Uydurduğu və ora ki, orda kral olmaq istəyir.Hər birisinin özünə məxsus xasiyyəti və vərdişləri olan ayıya bənzər yekə məxluqlarla rastlaşır və onların həyatına daxil olur. Şəxsən mənə elə gəlir ki o məxluqlar insan xasiyyətini əmələ gətirən müxtəlif faktorlardır. Məsələn:İnam, sevgi, qorxu, yalnızlıq və s. Kimdəsə bu məxluqlardan biri böyükdür, aktivdir kimdə isə başqa bir məxluq böyükdür. Sürrealist, uşaq vasitəsiylə böyüklərə xitab edən və eyni zamanda da uşaqlara da xitab edən bir filmdir. Filmdə əlbəttə zəif də olsa psixoloji və fəlsəfi söhbətlər də var. Filmə məhz fəlsəfi və psixoloji nöqteyi nəzərdən baxanda çox gözəl məqamları sezmək mümkündür. Biz hamımız nə vaxtsa uşaq olmuşuq. Biz çox vaxt böyükləri başa düşməmişik. Elə böyüklər də bizi. Sanki bu vəziyyətdən bezən uşağın maceralarını əks etdirən filmdir. Mənim də sevdiyim anlayışlardan olan və çox vaxt uşaq təfəkkürünün məhsulu olan: xəyali dünya, xəyali dost və s. anlayışılarını xatırladım. 19 yaşım var. Bəlkə də mən nağıllar dünyasını tam tərk etməmişəm ona görə film mənə maraqlı gəldi. Film dərin həqiqət və absurd arasında olan sərhəddə yerləşir. Ona görə filmə fikir bildirmək kifayət qədər çətindir.

Fimin potensial auditoriyasına isə bunları aid edərdim:
  • Daxilində uşaq yaşayan insanlar
  • Psixoanalizlə maraqlananlar
  • Hər şeyi fəlsəfi baxış tərzi ilə dəyişdirib özününküləşdirən
  • Melomen və kinomenlər ( Filmdə çox gözəl soundtracklar var )
  • Yalnz ( Tənha) keçmiş uşaqlıq dövrünü yada salmaq istəyənlər
Filmdə elə məqamlar da var ki, sözsüzdür yəni kəliməsizdir. Əgər siz də elə məqamları yaşamısınızsa başa düşəcəksiniz. Mən bəlkə də filmin bütüm epizodlarını başa düşmədim amma başa düşdüyüm “ sözsüz ” epizodlar da kifayət qədər oldu. Çox insan filmdən ciddi bir şey başa düşməsə də mən çox şey gördüm və yadda saxladım. Film sadə görünə bilər amma öz uşaqlığıyla müqayisə edən hər kəs özündən nə isə tapacaq bu filmdə. Unuda bilməyəcəyim bir film.

əlavə məqalələrim üçün: niftiyevibrahim.blogspot.com

0 şərh