1778 Letters of me and my wife - Mənim və arvadımın 1778 hekayəsi

Həkim bizə bir il vaxt vermişdi amma biz birlikdə ikinci payızı qarşıladıq. O   proqnozlarında yanılmışdı. “
“Mən istəmirəm ki, sən mənim həyatımı uzadmaq üçün istəmədiyin işi görməyə məcbur olasan”
“Mən yazmağı dayandıra bilmirəm. Bu gündəlik dua kimidir”
“-Həkim, mənim arvadıma ağrı kəsicilər verin. O ağrılardan əziyyət çəkir.
-Ağrı kəsicilər onun ağrısını dayandıracaq amma o bütün günü yatmalı olacaq. Ona görə də yoldaşınız onlardan imtina edib.Çünkü bu zaman onun üçün çox dəyərli olan hekayələrinizi oxuya bilməyəcək”
Yuxarıdakı sitatlar Mənim və arvadımın 1778 hekayəsi filmindəndir. Axır vaxtlar ancaq Yapon romantik,dramatik və melodramalarını yükləyib baxıram. Qərb romantikası və ya dramı artıq mənim üçün çox standartdı. Bir məsələ var ki, mən əvvəllər monqoloid irqini heç sevməzdim. Yapon filmləri bunu məndə dəyişdi.
Filmdəki kişi qadın münasibətlərinə heyran qaldım. Əşşi filmdi də deyirsiz elə bil. Buna baxmayaraq bir-birini sözün həqiqi mənasında başa düşən iki insan əsl ailə anlayışını izah etdilər mənə.
Saku elmi – fantastik hekayələr, romanlar yazan yazıçı, Sityan (arvadı) isə onun ilk, daimi,sədaqətli oxucusudur. Əvvəllər isə Sityan sadəcə ərinin kölgəsi idi. Onun ədəbi rahatlığını,sükutunu qoruyur, kaprizlərinə dözür və  Sakunun yazdıqlarını hamıdan birinci oxuyurdu. Beləcə adi həyat ağır xəstəlik nəticəsində dağılır və Saku düşünməyə başlayır: Mən bundan sonra arvadım üçün nə edə bilərəm? Bax beləcə 1778 ədəd hekayə yarandı. Bu hekayələr onları birləşdirdi və Sityan dünyadan sanki rahat və tam razı halda getdi. Saku yazdıqlarında tez-tez başqa dünyalardan və zamanda səyahətlərdən yazırdı. Məncə bu da təsadüfi deyil artıq o bundan sonra arvadını yazılarında axtaracaq.
“ – Kimsə bilir bu qəribə adam kimdir?
-   Bu adam yazıçıdır. Onun arvadı ölümcül xəstədir və o da ona hər gün bir hekayə yazır.

əlavə yazılar üçün:
niftiyevibrahim.blogspot.com
 

0 şərh