Рейтинг
+9.32

Ekologiya

17 üzv, 8 topik

Ekoloji çirklənmə və bədbinik

Çirkli hava, bədbinliyin əsas səbəblərindən biridir. Araşdırmalara görə, ekoloji çirkliliklə bədbinlik arasında əlaqə var.

Kanadalı tədqiqatçılar havanın çirkliliyi və insanların bədbəxtliyi arasında əlaqə olduğunu kəşf ediblər. Onların verdiyi məlumatlara görə,


Davamı →

Kiçik və orta bizneslərin nəzərinə

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “EU4Environment” layihəsi çərçivəsində “Azərbaycanda resurs səmərəliliyi və daha təmiz istehsal” (RSDTİ) fəaliyyəti üzrə pilot şirkət olmaq və RSDTİ metodologiyasının Azərbaycanda tətbiq edilməsində iştirak etmək istəyən kiçik və orta istehsal müəssisələri maraqlarını ifadə etməyə dəvət edilir.


Davamı →

Kainatda baş verən hadisələrin sirri

Əsrlər öncə astronomlar səmanı müşahidə etmək üçün sadə teleskopdan istifadə edirdilər. O dövrdə insanlar göy cisimlərinin hərəkətini izləsələr də, onların quruluşu, mənşəyi, inkişafı və orada baş verən hadisələr barədə heç nə deyə bilmirdilər.
Müasir dövrdə alimlər kainatı tədqiq etmək üçün rəsədxanalarda müxtəlif cihazlar vasitəsilə göy cisimləri üzərində müşahidələr aparırlar. Hazırda göy cisimlərini müşahidə etmək üçün daha da təkmilləşdirilmiş müxtəlif teleskoplardan istifadə olunur.
Davamı →

Ekoloji tarazlıq

Ekoloji tarazlığın pozulmasının nəticələri hansılardır? Onun qorunması və bərpası üçün hansı tədbirlər görülür?
Təbiət öz-özünü tənzimləmə gücünə malikdir. O, təbii proseslər və qanunauyğunluqlar əsasında yaranmış, uzunsürən təkamül prosesində inkişaf etmişdir. Təbiətdə baş verən təbii proseslərlə yanaşı, ali varlıq olan insanın təbiətə göstərdiyi təsir də Yer kürəsinin ahəngini, tarazlığını pozmuşdur. Bu bütün tarix boyu müşahidə edilsə də, son dövrlərdə daha çox nəzərə çarpır.
Ekoloji tarazlığın pozulmasına həm təbii, həm də texnogen xarakterli hadisələr səbəb olur.
Davamı →

“Plastik” asılılıqdan necə qurtulaq?

Yer kürəmizin çirklənməsində plastik məmulatların payı kifayət qədər çoxdur. İnsanın ətraf mühitə atdığı bütün tullantıların 10%-ini plastik kütlədən hazırlanan əşyalar təşkil edir. Onun parçalanıb yox olması üçün 500 hətta 1000 il gərəkdir. Plastik kütlədən hazırlanan məmulatlara oyuncaqlar, butulkalar, bağlamalar, bazarlıq çantaları, birdəfəlik boşqablar, stəkanlar, şirə borucuqları, birdəfəlik çəngəl-qaşıqlar və daha nələr aiddir. Bütün bu plastik əşyalar ailə daxilində külli miqdarda istifadə edilməkdədir.

Plastikin səbəbilə insan və heyvanat aləminin sağlamlığı təhlükədədir. Bu məmulatlar insanlarda müxtəlif xəstəliklərə əsas səbəb olub, hər il milyonlarla su quşları, 100 minlərlə dəniz məməlilərini məhv edir.

Bütün yaratdığı problemlərə görə ABŞ, Birləşmiş Krallıq, Meksika, Birma, Banqladeş, Rvanda, Avstraliyanın bir neçə şəhərlərində plastik bazarlıq çantalarının istifadəsi qəti qadağandır. Plastik fəlakətin qarşısını almaq üçün müxtəlif sahənin mütəxəssisləri müxtəlif yollar düşünməkdədirlər.
Davamı →

Ekologiya və biz

Hər dəfə meşəyə göbələk yığmağa gedəndə, yaxud dəniz kənarında təmiz hava almağa və ya günəş vannası qəbul etməyə yollananda ətrafda böyük miqdarda plastik əşyalardan ibarət zibilliklərə rast gəlirik.


Bu ürəkbulandıran mənzərələri müşahidələrdən sonra hər dəfə təəccüblənməkdən özümüzü saxlaya bilmirik: bu qədər təbiətə məsuliyyətsiz yanaşmaq olarmı? İstirahətimizə mənfi çalar qatan bu mənzərədən sonra təbiətə etinasız yanaşanları tənbeh etməyə başlayarıq. Amma özümüz də heç düşünmürük ki, plastik qablardan və torbalardan istifadə etməklə təbiətə zərbə endiririk. Çünki plastik qabların tullantı kimi «səyahəti» uzun illər davam edir.


Ardı →

Ekologiya elmi haqda

Ekologiyanın əsas tədqiqat obyekti orqanizm səviyyəsindən yüksək olan canlı sistemlərdir. Populyasiya, biosenoz, biosfer. Bu elm orqanizmlərin əmələ gətirdiyi birliklərin öz aralarındakı və ətraf mühitin cansız komponentləri ilə qarşılıqlı əlaqəsini öyrənir. Ekologiya sözünü ilk dəfə 1858-ci ildə Q.D. Toro işlətmiş, 1866-cı ildən sonra alman bioloqu E. Hekkel bu anlayışı geniş yaymış və inkişaf etdirmişdir. Hekkel orqanizmi təbii sığınacaq yerində, yəni öz “evində” öyrənməyi ekologiya hesab etmişdir. Daha sonralar uzun müddət ekologiya biologiya sözünün dar mənasında işlənmişdir. Yalnız gərgin mübahisəli inkişaf yolu keçdikdən sonra müasir ekologiya formalaşmışdır. Orqanizmlərin həyat tərzini və orqanizmdən yüksək canlı sistemləri öz aralarında və ətraf mühitin cansız komponentləri ilə qarşılıqlı əlaqədə öyrənən elm ekologiya adlanır.
Ardı →

Ozon qatı

Ozon qatı Günəşdən gələn ultrabənövşəyi şüaları udur, onların Yer səthinə çatmasına mane olur. Ozon qatının dağılmasında “antropogen faktorun” rolu daha çox elmi-dairələrdə təhlükə mənbəyi kimi müzakirə olunur. İnsanın təsərrüfat fəaliyyəti nəticəsində atmosferdə ozondağıdıcı maddələrin (ODM) miqdarı daha da artmaqdadır.
Havanın qütblərə doğru aktiv axını ilə əlaqədar ozonun tərkibinin ən böyük qiyməti Kanada, Şimali Avropa və Rusiyanın Arktikaya yaxın hissəsində qeyd olunur. Ulduzlu yaya qədər orta en dairələr üzərində ozonun konsentrasiyası yüksək səviyyədə qalır. Belə meteoroloji şəraitin və böyük miqdarda kimyəvi aktiv xlorun olması Antarktika qitəsi üzərindəki ozon qatının dağılmasına səbəb olur.
Davamı →