2. İqtisadçı kimi düşünmək

IQTISADÇI KIMI FIKIRLƏŞIN (THINKING LIKE AN ECONOMIST

Hər bir elm yalnız özünəməxsus dildən istifadə edir və bu zaman müəyyən düşüncə tərzi tələb olunur. Riyaziyyatçılar aksiomalar, inteq­rallar və vek­torlar; psixoloqlar eqoistlik, xudpəsəndlik, uyğunsuzluq və s. haqqında; hüquqşünastlar  – məhkəmə orqanlara, qanun pozuntuları, məhkəmə iş­lərinin aparılması haqqında danışırlar.
Iqtisadçılar da istisnalıq təşkil etmirlər. Tələb, təklif, elastiklik, rəqa­bət üstünlüyü kimi anlayışlar iqtisadiyyatla məşğul olan mütə­xəs­sislərin dilindən düşmür. Sonrakı fəsillərdə siz çox sayda yeni an­layışlarla tanış olacaq və iqti­sadçıların başqa mənalarda işlətdikləri bir sıra tanış ifadələrlə rastlaşacaqsınız. Ola bilsin ki, ilk anlarda siz yeni dili tam anlamayasınız. Lakin siz onun dəyərliliyinə, iqtisadi düşünmə tərzinin mə­nimsəmə qabiliyyətinə və sizi əhatə edən dünyaya baxmağa kömək etməsinə dönə-dönə inanacaqsınız.
Bu kitabın əsas məqsədi – iqtisadi düşünmə tərzinə yiyələnməkdə kömək etməkdir. Əlbəttə, bir gecədə riyaziyyatçıya, psixoloqa, hüquqşü­nasa çevril­mək imkanına malik olmadığımız kimi, iqtisadi düşünmə tərzini öyrən­mək üçün də müəyyən vaxt tələb olunur. Bizim kitab nəzəriyyələr və təcrübələr kombi­nasiyasını özündə əks etdirməklə, sizə öz dünya görüşləri­nizi dəyişməyə gözəl imkanlar verəcəkdir.
Iqtisadi nəzəriyyənin mahiyyətinə varmaqdan öncə, iqtisadçının sizi əhatə edən dünyanı necə qəbul etdiyini bilmək əhəmiyyətlidir. Bu fəsil metodol­o­giyaya həsr olunmuşdur. Iqtisadi dünyaya baxış başqalarından nə ilə fərqlənir? Iqtisadçı kimi fikirləşmək nə deməkdir?

Iqtisadçı alim kimi(THE ECONOMIST AS SCIENTIST)
Iqtisadçılar predmetin tədqiqinə elmi obyektivlik baxımından ya­naşmağa cəhd edirlər. Onlar iqtisadiyyatı öyrənməyə bir çox cəhətdən fi­ziklərin materi­yaya, bioloqların isə həyatın sirlərinə yanaşdıqları kimi ya­naşırlar. Onlar nəzə­riy­yələri işləyib hazırlayır, faktiki məlumatları toplayır, bundan sonra onları nəzəri konsepsiyaların təsdiq və ya təkzibolunma ba­xımından təhlil edirlər.
Iqtisadiyyatı öyrənməyə başlayanlara iqtisadiyyatın nəzəri təlimin pred­meti ola bilməsi qəribə gələ bilər. Xüsusilə də, iqtisadçılar tədqiqatda cihaz­lar­sız, yaxud da teleskopsuz keçinirlər. Amma elmin mahiyyəti özünü elmi metod­­­la yorulmadan işləməkdə və bizim dünyanın quruluşunun nə­zəri izahı­nın yoxlamasında tapır. Tədqiqatın elmi metodu həm iqtisad­çıların, həm fizik­lərin, eləcə də bioloqların ümumi silahıdır. Albert Eynşteyn demişdir: «Elm gün­dəlik düşüncənin cövhərindən başqa bir şey deyildir». Dahi fizikin fikri ekonomiks kimi sosial elmlərə aid olduğu halda, biologiya kimi təbii elmlərə də aiddir və bizlərdən çoxumuz təəssüf ki, cəmiyyətə alim gözü ilə baxa bilmirik.
Ona görə də, gəlin, elmi məntiqin bəzi üsullarının iqtisadiyyata tətbiqi üzərində dayanaq.

Elmi metod: müşahidə, nəzəriyyə, yenə də müşahidə (THE SCIENTIFIC METHOD: OBSERVATION,THEORY, AND MORE OBSERVATION)
XVII əsrin məşhur alim və riyaziyyatçısı Isaak Nyuton bir dəfə özünə belə bir sual verir, nə üçün alma həqiqətən alma budaqdan düşür? Belə çıxır ki, «uşaq» sualına cavab axtarışı təkcə almanın budaqdan düşməsinə deyil, kainatın digər istənilən iki obyektinə tətbiq edilə bilən qravitasiya (faydalı qazıntıları saflaşdırmaq üsulu) nəzəriyyəsinin işlənmə­sinə gətirib çıxarmışdır. I.Nyutonun nəzəriyyəsinin sonrakı sınaqları göstərdi ki, o, çox hallarda əla təsir edir. Lakin bir qədər sonra A.Eynşteyn qeyd etdi ki, bu, heç də bütün hallarda olmur. Amma qravitasiya nəzə­riyyəsinin müşahidəsi müvəffəqiyyətlə sübut etdi ki, bu real faktdır və bu gün onu əvvəllər olduğu kimi dünyada bütün tələbələr – fiziklər öyrənirlər.
Real həyat uğrunda nəzəriyyə və müşahidənin sıx əlaqəsi iqtisad el­minə də xasdır. Belə təsəvvür et ki, iqtisadçı qiymətin sürətlə artdığı bir öl­kədə yaşayır. Belə şəraitdə tamamilə mümkündür ki, o, inflyasiyanı izlədiyi müşahidələr nəti­cəsində onun (infilyasiyanın) baş verməsi nəzəriyyəsini iş­ləyib hazırlasın. Yəni, əmtəə və xidmətlərin qiymətlərinin artım sürətinə müvafiq olaraq, dövlət daha çox pul buraxdıqda, inflyasiya baş verir (oxucu bilir ki, bu, ekonomiksin on prinsipindən biridir). Öz konsepsiya­sını yoxlamaq üçün iqtisadçı dünyanın müxtəlif ölkələrində qiymət və pu­lun miqdarı haqqında olan məlumatları top­la­yır və təhlil edir. Bu zaman tədavüldə pulun miqdarının artması bütün hallarda qiymətin yüksəlməsinə gətirib çıxarmırsa, onda alim özünün inflya­siya haqqında nəzəriyyəsindən şübhələnməyə başlayır. Əgər pulun miqdarının artma sürəti bütün dünya ölkələrində inflyasiya ilə möhkəm surətdə bir-birinə uyğun gəlirsə, iqtisadçı öz ağlının nəticələrini təsdiqləmiş olur.
Baxmayaraq ki, iqtisadçılar da başqa alimlər kimi nəzəriyyə və müşa­hi­də­lərdən istifadə edirlər, amma öz tədqiqatçılıq fəaliyyətlərində maneə­lərlə rast­laşır və bu da onların qarşısında duran vəzifələri əhəmiyyətli şə­kildə çətinləş­dirmiş olur. Biz iqtisadiyyatda aparılan praktik ekspe­riment­ləri nəzərdə tutu­ruq. Qravitasiyanı öyrənən fiziklər öz nəzə­riyyələrini yoxlayarkən heç bir cəzaya məruz qalmadan bütün laboratoriya qab-qa­cağını və əlaltı material­larını sındıra bilər. Infilyasiyanı öyrənən iqtisadçıya isə sadəcə olaraq məlumat toplamaq xatirinə milli monetar siyasətlə «sınaq aparmağa» icazə verilmir. Iqtisadçılar həyatın təkamülünü öyrənən astro­nomlar, yaxud bioloqlar kimi adətən elə məlumatlarla işləy­irlər ki, həyat özü onlara bunu «təklif» edir.
Iqtisadçılar laboratoriya təcrübələri imkanlarının olmamasından həyatın irəli sürdüyü təbii eksperimentlərə daha ciddi diqqət yetirirlər. Ya­xın Şərqdə aparılan müharibə neft «axınının» qarşısını kəsən zaman, bütün dünyada karbohidrogen xammalının qiyməti kəskin surətdə yüksəlməyə başladı və bu da neft və neft məhsulları istehlak edən ölkələrdə həyat sə­viyyəsinin aşağı düşməsinə gətirib çıxardı. Yaranmış vəziyyətdən çıxış yolu axtarmaq siyasətçiləri çətinləşmiş problemlə üz-üzə qoydu.
Yaxın Şərq böhranı isə iqtisadçı alimlərə imkan verdi ki, müharibə qurtardıqdan bir çox illər sonra əsas təbii  resursların dünya iqtisa­diy­ya­tına mümkün olan təsirini öyrənsinlər. Bu kitabda biz çoxlu faktiki təc­rübələri araşdırırıq. Bunun əhəmiyyəti onunla müəyyən edilir ki, onlar bizə iqtisadiyyatın «dünənki gününə» nəzər salmağa imkan verir. Daha əhəmiy­yətlisi odur ki, bu, müasir iqtisadi nəzəriyyələri suallarla ay­dınlaşdırmağa və qiymətləndirməyə imkan verir.

Fərziyyənin rolu(THE ROLE OF ASSUMPTIONS)
Əgər siz fizikdən soruşsanız ki, binanın onuncu mərtəbəsi səviyyəsin­dən qopan mərmər üzlük parçasının yerə çatmasına nə qədər vaxt tələb olunur, o, bu suala mində bir saniyə dəqiqliyi ilə cavab verə bilər. Lakin əvvəlcədən xəbərdar edir ki, onun hesablaması o şərtlə düzgün ola bilər ki, qopan daş vakuumda olsun. Məsələ ondadır ki, bina hava ilə əhatədədir, düşən mərmər parçasının hərəkətinə ləngidici təsir göstərir. Fizik qeyd etməyi unutmamalıdır ki, havanın düşən mərmər parçasına təsiri o qədər cüzidir ki, onun son sürətinə təsiri əhəmiyyətsizdir. Fərziyyə ondan ibarətdir ki, üzlük parçası havasızlıq mühitində düşür, ona görə də suala verilən cavaba ciddi təsir etmədən məsələnin həllini əhəmiyyətli dərəcədə sadələşdirir.
Iqtisadçılar da fərziyyəni həmin səbəblər üzrə edirlər. Belə ki, fərziyyə dünyanı dərk etməyi asanlaşdırır. Məsələn, beynəlxalq ticarəti öyrənərkən belə bir fərziyyə məqsədəuyğundur ki, dünya yalnız iki ölkədən ibarətdir və onlar­dan hər biri iki növ əmtəə istehsal edir. Aydındır ki, dünya miqya­sında iki yüz ölkə var və onlardan hər biri minlərlə növ əmtəələr istehsal edirlər. Lakin nəzərdə tutsaq ki, təkcə iki ölkə və iki növ əmtəə mövcud­dur, onda biz imkan tapırıq ki, diqqətimizi əsas amillər üzərində cəmləşdi­rək və az əhəmiyyətli məsələlərdən uzaq olaq. Iki ölkə, iki əmtəə istehsalı olan uydurulmuş dünyada beynəlxalq ticarəti təhlil edərkən, biz yaşadığı­mız və daha mürəkkəb olan dünyada ölkələr arasında mübadiləni yüksək səviyyədə başa düşürük.
Fizika, biologiya və istərsə də iqtisadi nəzəriyyələrdə elmi düşünmə tərzinin incəliyi fərziyyənin düzgün seçilməsindən ibarətdir. Hesab edək ki, biz onuncu mərtəbədən düşən mərmər parçasının enməsinə yox, futbol topuna baxırıq. Fərziyyə yalnız sərbəst düşən daşın hərəkətinə təsir edən qravita­siya­nın tamamilə özünü doğruldan qüvvəsindən getdiyi halda, topun enmə trayektoriyasının öyrənilməsinə tətbiq edilə bilməz.
Iqtisadçılar da fərqli süallara cavab axtararkən, qeyd etdiyimiz müxtəlif fərziyyələr edirlər. Belə hesab edək ki, biz dövlətin tədavüldə pu­lun miqdarını dəyişəcəyi halda iqtisadiyyatda nə baş verəcəyini bilmək istəyirik. Təhlilin mühüm tərkib hissəsi qiymət reaksiyasına baxılmasından ibarətdir. Iqtisadiy­yat­da bir çox qiymətlər sabitdir (ABŞ-da jurnalların qiyməti, məsələn, bir neçə ildən bir dəyişir). Qiymətin bu xüsusiyyətini bilə­rək, biz müxtəlif vaxt kəsiklərində siyasi qərarların təsirinin öyrənilməsi zamanı müxtəlif fərziyyələr edəcəyik. Qısamüddətli vaxtlarda onların təsirini öyrənərək hesab edirik ki, qiymətlər çətin ki, əhəmiyyətli şəkildə dəyişsin və biz onların ciddi müəyyənləş­dirilməsi haqqında süni təxminlərə baxa bilərik.
Lakin qiymətin uzunmüddətə dinamikasını təhlil edərkən, biz bütün qiymətlərin elastikliyini fərz edirik. Eləcə də, fizik mərmər parçasının və topun hündürlükdən düşməsini öyrənərkən müxtəlif fərziyyələr edir. Iqtisadçılar qısa­müd­dətli və uzunmüddətli vaxtlarda pulun miqdarının dəyişməsinin qiymətlərə təsirini təhlil edərkən müxtəlif fərziyyələrə söykə­nir.

 

0 şərh