3. Qarşılıqlı iqtisadi asılılıq və ticarətin gətirdiyi gəlirlər

Qarşılıqlı iqtisadi asılılıq  və ticarətin gətirdiyi gəlirlər (INTERDEPENDENCE AND THE GAINS FROM TRADE)

Ən adi bir səhər. Siz oyanır, ağır-ağır mətbəxə keçirsiniz, Floridada yetiş­miş portağallardan hazırlanmış bir stəkan şirə və bir fincan Braziliya qəhvəsi süzürsünüz. Səhər yeməyi zamanı siz Yaponiyada istehsal olunmuş televizorun ekranından Nyu-Yorkdan yayımlanan xəbərlər proqramı seyr edirsiniz. Siz parçası Corciya ştatında yetişmiş pambıqdan hazırlanmış, Tailandda tikilmiş cinsləri geyinirsiniz. Siz dərslərə tərkib hissələri dünyanın bir neçə ölkəsində hazırlanmış maşında gedirsiniz. Universitetin oxucu zalında siz Kanadada istehsal olunmuş kağızda Texas şirkəti tərəfindən çap edilmiş və Massaçusetsdə yaşayan müəllif tərəfindən ya­zılmış iqtisadiyyat haqqında dərsliyi vərəqləyirsiniz.
Hər bir gün siz hər şeyə rəğmən, dünyanın müxtəlif ölkələrində yaşayan çoxlu sayda insanların əməyinin və xidmətlərin nəticələrindən istifadə edirsiniz. Həmin insanlardan çoxunu siz heç görməmisiniz və heç vaxt da tanımayacaqsınız. Bu cür qarşılıqlı asılılıq Yer sakinlərinin minilliklər boyu  bir-biri ilə ticarət əlaqəsində olduğuna görə mümkün olub. Əməyinin bir hissəsi sizə lazım olan mallara və xidmətlərə qoyulmuş insan, heç də mərdliyə və ya sizin rifahınızı təmin etmək istəyinə, onun hərəkətləri nəyi isə sizin istəyinizlə hazırlayıb sizə «mavi kənarlı qabda» təqdim etməyi əmr edən hansısa bir hakimiyyət orqanının sərəncamına əsaslanmır. Minlərlə insan sizi və digər istehlakçıları özləri istehsal etdiyi mal və xidmətlərlə təmin edir, bu onun müqabilində onlar özlərinə lazım olanı bir əldə edirlər.
Gələcək fəsillərdə biz görəcəyik ki, iqtisadiyyat ən müxtəlif insanların – kasıbların və varlıların, istedadlı və istedadsızların, xoşxa­siy­yət­lilərin və zalımların, alicənabların və alçaqların fəaliyyətini uy­ğun­laşdırır. Bizim tədqiqatımızın başlanğıc nöqtəsi – iqtisadi qarşılıqlı ası­lılıqdır. Ekonomiksin on prinsipindən birində deyi lir ki, ticarət onda iştirak edən bütün tərəflər üçün qazanclıdır. Bu fəsildə biz bunu daha ətraflı müzakirə edəcəyik. Insanlar qarşılıqlı əlaqədən konkret olaraq nə əldə edirlər? Onlar niyə bir-birindən asılı olmağa razılıq verirlər?

Müasir iqtisadi rəmz (A PARABLE FOR THE MODERN ECONOMY)
Gəlin ən sadə iqdisadiyyatın modelini nəzərdən keçirək. Təsəvvür edin ki, iki insan – ranço sahibi və fermer mal-qara bəsləyir və kartof becərir. Hər birinin nahar masasına yalnız öz əməyinin məhsulları gəlir, birində bu ət, digərində kartofdur.
Təsəvvür edək ki, ranço sahibi və fermer bir-biri haqqında eşitmək belə istəmirlər. Lakin bir neçə aylıq ət menyusundan – qızardılmış, suda bişmiş, şişdə qızardılmış, hisə verilmiş, duzlanmış ətlə qidalandıqdan sonra heyvandar qərara gəlir ki, özünə kifayət yeknəsəqliyə dəymir. Yalnız  kartof püresi, suda bişmiş, qızardılmış kartofla qidalanan fermer yəqin ki, onunla razılaşar. Aydındır ki, ticarət onların masalarını zənginləşdirə bilər və onlar özlərini qızardılmış kartoflu qamburqerlərlə «nazlandıra» bilərlər.
Bizim tərəfimizdən nəzərdən keçirilən ssenari ən sadə üsulla göstərir ki, ticarət bizim hər iki personajımıza sərfəlidir. Fermerin və heyvandarın ikinci məhsulun, lakin daha yüksək xərcli olan, istehsalına imkanı olduğu halda onlar analoji gəlirləri əldə edirlər. Təxmin edək ki, fermerin bir neçə öküzü peyda oldu, lakin onun səyləri ət kiloqramında ifadə edilmiş istənilən nəticəni vermir. Təsəvvür edək ki, ranço sahibi kartof yetişdirmək istəyir, lakin onun torpağı ona qarşı olan qayğının cavabını verə bilmir. Aydındır ki, həm əkinçi, həm də heyvandar üçün onların daha yaxşı edə bildiyi sahədə ixtisaslaşma və istehsal olunan məhsulla  mübadilə, yəni ticarət əlaqəsi daha əlverişli olardı.
Lakin aqrarlardan hansınınsa hər iki fəaliyyət sahəsində daha da ixtisaslaşdığı hallarda, ticarətin gəlirləri daha az olacaq. Təsəvvür edək ki, ranço sahibi heyvanları fermerdən daha yaxşı bəsləyə və kartofları becərə bilir. O, ayrılmalıdırmı? Yoxsa ticarət üçün əsaslar hələ də mövcud olur? Bu suallara cavab vermək üçün fermer tərəfindən qərarların qəbuluna təsir edən faktorlara baxmaq lazımdır.

0 şərh