5. Tələbin elastikliyi

Tələbin elastikliyi THE ELASTICITY OF DEMAND
Tələb determinantlarına baxarkən biz qeyd etdik ki, alıcıların gəlirləri artdıqda, əvəzləyici əmtəələrin qiyməti yüksəldikdə və ya bir-birini tamamlayan məhsulların qiyməti aşağı düşdükdə, istehlakçılar daha aşağı qiymətlə çox miqdarda əmtəə əldə etmək istəyirlər. Biz həmçinin, tələbə kəmiyyət tərəfindən deyil, keyfiyyət tərəfindən baxdıq, onun miqdarının yox, həcminin dəyişməsi istiqamətində təhlil apardıq. Iqtisadçılar tələbi müəyyən edən amillərin dəyişməsinə tələbin reaksiyasını ölçərkən, elas­tiklik konsepsiya­sından istifadə edirlər.

Tələbin qiymət elastikliyi və onun determinantları THE PRICE ELASTICITY OF DEMAND AND ITS DETERMINANTS
Tələb qanunu təsdiq edir ki, əmtəənin qiymətinin aşağı düşməsi tələbin həcmini artırır. Tələbin qiymətə görə elastikliyi tələbin həcminin əmtəənin qiymətinin dəyişməsinə olan reaksiyasını müəyyən edir. Əgər qiymət dəyişdik­də tələbin həcmi əhəmiyyətli dərəcədə dəyişərsə, əmtəəyə olan tələb elastik adlanır. Əksinə, qiymət dəyişdikdə tələbin həcmi nəzərə­çar­pma­yacaq ölçüdə dəyişərsə, tələb qeyri-elastik adlanır.
Əmtəəyə olan tələbin elastik və qeyri-elastik olmasını nə müəyyən edir? Hər bir əmtəəyə olan tələb istehlakçıların istəyindən daha çox asılı olduğun­dan, qiymət elastikliyi insanın istəyini formalaşdıran bir çox iqtisadi, sosial və psi­xoloji amillərlə müəyyən olunur. Bununla belə, təc­rübəyə əsaslanaraq, tələ­bin qiymət elastikliyini müəyyən edən bəzi ümumi qaydaları göstərə bilərik.
Ən zəruri məhsullar və zinət əşyaları.Necessities versus Luxuries Ən zəruri əmtəələrə olan tələb tələbin qiymət elastikliyinin aşağı, zinət əşyalarına olan tələb isə elastikliyin yük­sək olması ilə xarakterizə olunur. Tibbi xidmətin qiyməti daim yük­səldikdə belə xəstələr həkimə müraciət etməyi çətin ki, azaltsınlar. Əksinə, yaxtanın qiymətinin artması tələbin həcmini əhəmiyyətli dərəcədə azaldar. Səbəb ondan ibarətdir ki, əksər insanlar həkimə getməyə bir zərurət kimi, yaxtaya sahib olmağa isə cah-calal kimi baxırlar. Əlbəttə, bizim məhsulları ən zəruri əmtəə­lərə və zinət əşyalarına aid etməyimizi onların daxili keyfiyyətləri deyil, istehlak əhəmiyyəti müəyyən edir. Möhkəm sağlamlığa malik olan həris dəniz gəzintisi həvəskarı üçün qeyri-elastik tələblə ən zəruri əşya yelkənli qayıqdır, yüksək elastikliklə xarakterizə olunan israfçılıq isə həkimə getməkdir.
Bir-birini əvəz edən yaxın əmtəələrin mövcudluğu.Availability of Close Substitutes Bir-birinə yaxın olan əmtəələr daha elastik tələblə fərqlənir, çünki istehlakçılar heç bir çətinlik çəkmədən bir məhsulun yerinə digərindən istifadə edə bilirlər. Məs: bir-birini asan əvəz edə bilən məhsullar kərə yağı və marqarindir. Marqarinin dəyəri dəyişmədiyi halda kərə yağının qiymətinin cüzi artması onun satış həcmini əhəmiyyətli dərəcədə azaldacaq. Əksinə, yaxın əvəzedicisi olmayan yumurtaya olan tələb yəqin ki, yağa olan tələbə nisbətən az elastikdir.
Bazarın müəyyən olunması. Definition of the Market Əmtəəyə olan tələbin elastikliyi hər bir bazarın hüdudlarını bizim müəyyən etməyimizdən asılıdır. Məhdud bazar bir-birini əvəzləyən əmtəələrin asan tapıldığı geniş bazarla müqayisədə tələbin daha elastikliyi ilə seçilir. Məs: geniş əmtəə kateqoriyası kimi qida məhsulları əvəzləyiciləri olmadığından, praktiki olaraq qeyri-elastik tələbə malikdir. Məhdud əmtəə kateqoriyasına aid olan dondurma isə başqa desert məhsulları ilə asan əvəz oluna bildiyindən, daha elastik tələbə malikdir. Daha məhdud kateqoriyaya aid olan vanilli dondurma tamamilə elastik tələblə xarakterizə olunur, çünki dondurmanın başqa növləri praktiki olaraq onun təkmilləşmiş əvəzləyicisidir.
Müvəqqəti mənzərə.Time Horizon Uzun vaxt kəsiyində əmtəələrin qiymətinə görə tələbin elastikliyinin əhəmiyyəti yüksəlir. Benzinin qiyməti qalxdıqda ona olan tələb ilk aylarda bir qədər azalır, müəyyən vaxtdan sonra insan daha qənaətcil avtomobil alır, tez-tez ictimai nəqliyyatdan istifadə edir və ya iş yerinə yaxın yerə köçür. Bir neçə il ərzində benzinə olan tələbin dinamikasına baxdıqda görürük ki, onun istehlakı əhəmiyyətli dərəcədə azalmışdır.

Qiymətə görə tələbin elastikliyinin hesablanması COMPUTING THE PRICE ELASTICITY OF DEMAND
Iqtisadçılar tələbin qiymət elastikliyini faiz ifadəsində tələbin həcminin dəyişməsinin faiz ifadəsində qiymətin dəyişməsinə nisbəti kimi hesab­la­yırlar.

Fərz edək ki, 1 stəkan dondurmanın qiyməti 2,00 dollardan 2,20 dollara qalxmışdır, indi ayda 10 stəkan deyil, 8 stəkan dondurma alırsız. Biz faizlə ifadə olunmuş qiymətin dəyişməsini hesablayaq.

Uyğun olaraq, faiz ifadəsində dondurmaya olan tələbin həcmini dəyişməsini müəyyən edirik.

Bu halda qiymətə görə tələbin elastikliyi təşkil edəcəkdir:

Bizim misalda qiymətə görə tələbin elastikliyi 2-dir. Bu o deməkdir ki, tə­lə­­bin həcminin dəyişilməsi əmtəənin qiymətinin dəyişməsindən 2 dəfə çoxdur.

 

Beləliklə, əmtəəyə olan tələbin həcmi onun qiymətinə əks mütə­na­sibdir, faiz ifadəsində tələbin həcminin dəyişməsi həmişə faiz ifadəsində qiymətin dəyiş­məsinə əksdir. Bizim misalda faiz ifadəsində əmtəənin qiymətinin dəyiş­məsi müsbət 10% (qiymətin artması), faiz ifadəsində tələbin həcminin dəyişməsi mənfi 20% (tələbin azalması) təşkil edir. Bu səbəbdən də qiymətə görə tələbin elastikliyi bəzən mənfi ədəd hesab olunur. Bu kitabda biz təcrü­bədə ümumi qəbul olunmuş qaydanı əsas götürərək, qiymət elastikliyini müsbət ədəd hesab edəcəyik (riyaziyyatçılar bunu mütləq qiymət adlan­dırar­dılar). Belə bir şəraitdə qiymətə görə tələbin elastikliyinin böyük əhəmiyyəti qiymət dəyişkənliyi ilə müqayisədə tələbin həcminin daha çox dəyişməsinə mütənasibdir.

0 şərh