5. Tələb anlayışı və elastikliyin praktiki tətbiqinə dair üç misal

Tələb anlayışı və elastikliyin praktiki tətbiqinə dair üç misal
Taxılın məhsuldarlığının yüksəlməsi haqqında xəbər fermerlərdə həyəcan yarada bilərmi? Nə üçün neft ixrac edən ölkələrin təşkilatları (OPEK) çıxarılan xam neftin qiymətini yüksək səviyyədə saxlaya bilmədilər? Nar­kotiklərə qoyu­lan qadağalar bu əsasda törədilən cinayətkarlığı artırır və ya azaldır? Sizə elə gələ bilər ki, bu sualların heç bir ümumi əlaqəsi yoxdur. Lakin bunların hər biri tələb və təklifin qarşılıqlı fəaliyyət göstərdiyi bazarlara aiddir. Bu suallara cavab vermək üçün biz tələb, təklif və elastikliyin çevik vasitələrindən istifadə edirik.

Məhsuldarlığın yüksəlməsi haqqında xəbər fermerlərdə həyəcan yarada bilərmi? CAN GOOD NEWS FOR FARMING BE BAD NEWS FOR FARMERS?
Bunun üçün fəslin əvvəlində qoyulan məsələyə qayıdaq. Taxıl becə­ril­mə­si üzrə ixtisaslaşdırılmış fermerlərə və taxıl bazarına yeni yüksək məhsul­dar­lı­q­lı taxıl növünün meydana çıxması necə təsir edir? Yadınızdadırsa, bu cür sual­lara cavab tapılması üç addımı birləşdirməlidir (fəsil IV). Birincisi, biz tələb və təklif əyrilərinin dəyişməsinə baxırıq. Ikincisi, biz bu əyrilərin dəyişmə istiqa­mət­­ləri haqqında suala cavab veririk. Üçüncüsü, biz bazar tarazlığındakı dəyişik­liyi əyani təsəvvür etmək üçün tələb və təklif qrafiklərindən istifadə edirik.
Hər şeydən əvvəl, biz belə bir nəticəyə gəlirik ki, buğdanın yeni növü təklif əyrisinə təsir edir. Belə ki, hər hektardan əldə olunan buğdanın həcmi artır və fermerlər hər bir mümkün qiymətdə bazara daha çox buğda çıxarırlar. Başqa sözlə, təklif əyrisi sağa doğru yerini dəyişir. Bu hadisə istehlakçıların hər bir mümkün qiymətdə buğda məhsulları almaq istəyinə heç bir təsir etmə­diyindən, tələb əyrisinin vəziyyəti dəyişmir. Beləliklə, təklif əyrisi S1 vəziyyətindən S2 vəziyyətinə doğru hərəkət edir, buğda satışının miqdarı 100-dən 110-a artır, buğdanın qiyməti isə 3 dollardan 2 dollara düşür (şəkil 5.8.).Buğda bazarında təklifin artımı

Yeni texnologiyanın tətbiq edilməsi ilə buğda təklifi S1-dən S2-yə doğru artır, onun qiyməti isə düşür. Belə ki, buğdaya olan tələb qeyri-elastik olduğundan, satış həcminin 100-dən 110-a yüksəlməsi qiymətin 3 dollardan 2 dollara enməsinə mütənasib deyildir. Fermerlərin satışdan ümumi gəliri 300 dollardan (3 doll.x100) 220 dollara (2 doll.x110) enir.
Yeni texnologiyanın tətbiq olunması fermerlərin vəziyyətində necə əks olunur? Buğdanın qiymətinin onun satışının həcminin hasilinə bərabər olan PxQ kimi müəyyən olunan aqrarçıların satışdan ümumi gəlirində nə baş verdiyinə baxaq. Yeni növ buğda növünün yaranması onun istehsalını artırmağa imkan verir (Q artır), lakin buğdanın hər bir kiloqramının qiyməti azalır (P azalır).

Satışdan ümumi gəlirin artması və ya azalması tələbin elastikliyi ilə əlaqədardır. Real həyatda buğda kimi əsas qida məhsullarına olan tələb adətən qeyri-elastikdir. Çünki bu əmtəələr nisbətən baha deyil və çoxlu əvəzedicilərə malikdirlər. Tələb əyrisinin qeyri-elastikliyi (şəkil 5.8.) məhsulun qiymətinin artmasının satışdan ümumi gəlirin azalması ilə nəticələndiyini göstərir: buğ­danın qiyməti satılmış buğdanın miqdarına nisbətən daha çox azalır. Satışdan ümumi gəlir 300 dollardan 220 dollara qədər azalır.
Əgər yeni texnologiyanın tətbiqi fermerlərin fəaliyyətinin iqtisadi göstə­ri­cilərini pisləşdirirsə, onda nə üçün fermerlər onu tətbiq edirlər? Bu sualın cava­bı rəqabətli bazarın fəaliyyəti ilə əlaqədardır. Belə ki, hər bir fermerə buğ­da bazarının az bir hissəsi məxsusdur, o, buğdanın qiymətini olduğu kimi qəbul edir. Aqrarlar belə hesab edirlər ki, məhsulun istənilən qiymətində buğ­danın yeni növündən istifadə etmək və çox buğda satmaq sərfəlidir. Onun düşüncəsi buğdanın təklifinin artması, məhsulun qiymətinin aşağı düşməsi, hər bir istehsalçının həyat səviyyəsinin aşağı düşməsi kimi əksər fermerlərin gəldiyi nəticədən heç nə ilə fərqlənmir.
Ola bilər ki, bu misalı siz fərziyyə kimi qəbul edəsiniz, lakin bu, XX əsr­də Amerika iqtisadiyyatında baş verən əsas dəyişiklikləri izah etməyə kö­mək edir. Iyirmi il bundan öncə əksər amerikalılar fermalarda yaşayırdı. Kənd tə­sər­­rüfatının inkişafı metodları haqqında elmi biliklər aşağı səviyyədə oldu­ğundan, əksər amerikalılar özlərini və vətəndaşlarını qida məhsulları ilə təmin etmək üçün torpaqda çalışmışlar. Sonralar kənd təsərrüfatı istehsalının texno­logiyasının təkmilləşdirilməsi hər bir fermer tərəfindən istehsal olunan məh­sulun həcminin artmasına səbəb oldu. Qida məhsullarının təklifinin artması onlara olan qeyri-elastik tələblə birlikdə fermerlərin gəlirlərinin azalmasına gətirib çıxardı. Bu da öz növbəsində, aqrar sahədə çalışanları şəhərlərə köç­məyə vadar etdi.
Bu proses aşağıdakı statistik məlumatlarla əyani təsvir oluna bilər. 1950-ci ildə ABŞ-da fermerlərin sayı 10 mln. nəfər və ya əmək qabiliyyətli ölkə əha­lisinin 17%-ni təşkil edirdi. 1993-cü ildə aqrar sahədə çalışanlar 3 milyona qədər ixtisar olundu (əmək qabiliyyətli əhalinin 2%-i). Mövcud dəyişiklik kənd təsərrüfatında əmək məhsuldarlığının əhəmiyyətli artımı ilə əlaqədardır: fer­mer­lərin sayının 70% azalmasına baxmayaraq, 1998-ci ildə taxıl və ət istehsalı 1950-ci ilin səviyyəsindən 2 dəfə yüksək olmuşdur.
Kənd təsərrüfatı məhsulları bazarının təhlili dövlət siyasətinin zahiri təza­hürünü izah etməyə imkan verir: fermerlərə kömək üçün nəzər­də tutulmuş kənd təsərrüfatı proqramları istehsalda istifadə olunan torpaqla­rın ixtisar edilməsini stimullaşdırır. Bu nə üçün baş verir? Bu cür proqramların məqsədi kənd təsərrüfatı məhsullarının təklifini azaltmaqdan və beləliklə, onun qiymətini qaldırmaqdan ibarətdir. Məhsullara olan tələb qeyri-elastik oldu­ğun­dan, fermer­lər bazara az taxıl təklif etməklə, satışdan ümumi gəlir əldə edirlər. Müstəqil olaraq hər bir fermer bazar qiymətini olduğu kimi qəbul etdiyindən, öz sahəsini əkilməmiş qoymağa razı olmaz. Ancaq bütün fermerlər məhsul təklifini azaltsalar, onların hər birinin həyat səviyyəsi yüksələrdi.
Kənd təsərrüfatı texnologiyasının tətbiqini və ya aqrar siyasətin nəticələrini təhlil edərkən yadda saxlamaq lazımdır ki, fermerlər üçün nə yaxşıdırsa, bütövlükdə cəmiyyət üçün də onun yaxşı olması vacib deyil. Əməyə olan tələb fasiləsiz olaraq azaldığından, yeni texnologiyanın tətbiqi fermerlərə mənfi təsir göstərir, lakin qida məhsullarına xərcləri azaltdığı üçün şübhəsiz ki, əhali üçün xeyirlidir. Analoji olaraq, kənd təsərrüfatı məhsullarının təklifinin azaldılmasına yönəldilmiş siyasət istehlakçıların hesabına fermerlərin gəlirlərini artırmağa imkan verir.

Nə üçün OPEK neftin qiymətini yüksək səviyyədə saxlamağa müyəssər olmadı?WHY DID OPEC FAIL TO KEEP THE PRICE OF OIL HIGH?
Son bir neçə on ildə dünya iqtisadiyyatının ən həyəcanlı hadisələri yəqin ki, neft bazarında baş vermişdir. 1970-ci ildə neft ixrac edən ölkələrin təşkilat­ı (OPEK) neftin dünya qiymətini qaldırmaq haqqında qərar qəbul etdilər. Bu da istehsal­çı dövlətlərin gəlirlərini kəskin artırdı. Neftin qiymətinin qaldırılmasının əsas üsulu neftçıxaran ölkələrin əlaqələndirilmiş şəkildə satışa çıxarılan neftin miqdarını məhdudlaşdırılması olmuşdur. 1973-cü ildən 1974-cü ilə qədər olan müddətdə neftin qiyməti (inflyasiya hesaba alınmaqla təshih olunmuş) 50%-dən çox artmışdır. Bir neçə ildən sonra OPEK bu üsulu yenidən təkrar etmişdir: 1979-cu ildə neftin qiyməti 14%, 1980-cı ildə 34% və 1981-ci ildə isə 34% artmışdır, ancaq OPEK ölkələri gördülər ki, neftin qiymətini yüksək həd­də saxlamaq onu qaldırmaq­dan daha çətindir. 1982-1985-ci illərdə neftin qiy­məti ildə 10% azaldı. Bir vaxtlar sıraları sıx olan OPEK üzvləri arasında inam­sızlıq yarandı. 1986-cı ildə onların birgə fəaliyyətlərini əlaqələn­­dir­mək mümkün olmadı və neftin qiyməti 45% aşağı düşdü, 1990-cı ildə neftin qiyməti (inflyasiyanın ümumi səviyyəsi nəzərə alınmaqla təshih olunmuş) 1970-ci ilin səviyyəsinə qayıtdı və 1990-cı illər ərzində qorunub saxlanıldı.

Bu, qısa və uzunmüddətli dövrdə tələb və təklifin dinamikasını əyani təsvir etmək üçün yaxşı misaldır. Qısamüddətli dövrdə neftə olan tələb və təklif nisbətən qeyri-elastikdir. Təklif ona görə qeyri-elastikdir ki, kəşf olun­muş neft ehtiyatlarının miqdarını və onun hasil güclərini sürətlə dəyişmək mümkün olmur. Tələb isə ona görə qeyri-elastikdir ki, neftin qiymətinin dəyiş­məsinə istehlakçıların reaksiyası zəif olur. Məsələn, çoxlu benzin işlədən köhnə avtomobillərin əksər sürücüləri sadəcə olaraq, yanacağa görə daha çox pul ödəyəcəklər. Beləliklə, 5.9. şəklinin (a) qrafikinin göstərdiyi kimi, qısamüddətli dövrdə tələb və təklif əyrisi kifayət qədər dikdir. Neftin təklifinin S1-dən S2-yə qədər dəyişməsi qiymətin P1-dən P2-yə qədər əhəmiyyətli dərəcədə artmasına gətirib çıxarır.Dünya bazarında neftin təklifinin azalması

Neftin təklifi azaldıqda bazarın reaksiyası müvəqqəti şəraitdən asılıdır. Qısa müddət ərzində tələb və təklif nisbətən qeyri-elastikdir [qrafik (a)]. Beləliklə, təklif əyrisi S1 vəziyyətindən  S2-yə doğru dəyişdikdə, neftin qiy­məti əhəmiyyətli dərəcədə artır. Əksinə, uzun müddət ərzində tələb və təklif nisbətən elastikdir [qrafik (b)]. Bu halda, təklif əyrisinin analoji yerdəyişməsi (S1 vəziyyətindən  S2-yə doğru) qiymətin cüzi artımı ilə nəticələnir.
Uzun müddət ərzində vəziyyət köklü surətdə dəyişir. OPEK üzvü olma­yan neft istehsalçılarının qiymətin artmasına reaksiyası neft yataqlarının kəşfi və yeni neft hasilatı güclərinin işə salınması üzrə qüvvələrinin intensiv­ləşdiril­mə­­sindən ibarətdir. Alıcılar isə qiymət artımına məhsulun istehlakını azalt­maq­­la, köhnə səmərəsiz avtomobilləri yeniləri ilə əvəz etməklə cavab ve­rirlər. Beləliklə, 5.9. şəklinin (b) qrafikinin göstərdiyi kimi, tələb və təklif əyrisi uzun ­müddət ərzində daha elastikdir. Uzun müddət ərzində təklif əyrisinin S1 vəziy­yətindən S2-ə doğru yerini dəyişməsi əmtəənin qiymətinin qismən artmasına səbəb olur.
Apardığımız təhlil göstərir ki, OPEK neftin qiymətini nə üçün ancaq qısa ­müddət ərzində saxlaya bilmişdir. Təşkilata daxil olan ölkələrin neft hasi­latını azaltması təklif əyrisinin sola doğru yerdəyişməsinə gətirib çıxarır. Təşki­latın üzvü olan ölkələrin hər biri neft satışını azaltsa da, qısa müddət ərzində qiymətlər o qədər qalxır ki, onların gəliri əhəmiyyətli dərəcədə artır. Əksinə, uzun müddət ərzində tələb və təklif daha elastik olduğundan, təklif əyrisinin üfüqi istiqamətdə yerdəyişməsilə müəyyən olunan təklifin analoji məhdud­laş­ması qiymətin qismən artmasına gətirib çıxarır. Beləliklə, OPEK tərəfindən uzun müddət ərzində qiymətin aşağı salınması az mənfəətlidir.
OPEK bu gün də mövcuddur və əvvəlki kimi müəyyən vaxtlarda neftin təklifini aşağı salmağa və müvafiq olaraq qiyməti artırmağa çalışır. Ancaq neftin qiyməti (inflyasiyanı nəzərə almaqla) 1981-ci ildəki ən yüksək nöqtəsinə qayıda bilmədi. Hazırkı dövrdə bu təşkilatın rəhbərləri başa düşürlər ki, uzun müddətlə müqayisədə qısa müddət ərzində qiymət artımını təmin etmək daha asandır.

Narkotiklərin qadağan olunması onunla əlaqədar olan cinayətləri azaldırmı? DOES DRUG INTERDICTION INCREASE OR DECREASE DRUG-RELATED CRIME?
Müasir cəmiyyətin ən kəskin problemlərindən biri narkotiklərdən gizli istifadə olunmasıdır. Xüsusilə bu, narkomanların həyatını təhlükə altına qoyur və onların ailələrini dağıdır. Başqa nəticə isə ondan ibarətdir ki, narkomanlar bu zəhəri almaq üçün lazım olan pulu əldə etmək məqsədilə cinayətlər törədirlər. Narkotiklərdən gizli istifadəni məhdudlaşdırmaq üçün ABŞ hökuməti hər il milyard dollar sərf edir. Tələb və təklifdən istifadə edərək, narkotiklərin qadağan olunması siyasətini təhlil edək.
Fərz edək ki, hökumət narkotik ilə mübarizə aparan federal agentlərin miqdarını artırır. Qeyri-qanuni narkotiklər bazarında nə baş verir? Adəti üzrə bu suala cavab vermək üçün üç mərhələni təhlil edək. Birinci, tələb və ya təklif əyrisinin yerdəyişməsinə baxaq. Ikinci, yer­də­yiş­mənin istiqamətini müəy­yən edək. Üçüncü, bu yerdəyişmənin əmtəənin tarazlıq qiymətinə və onun tarazlıq həcminin tarazlığına necə təsir etməsinə baxaq.
Narkotiklərin qadağan olunmasında məqsəd onlardan istifadəni azalt­maq olduğundan, onun satıcılara birbaşa təsiri alıcılardan fərqlənir. Hökumət öl­kəyə narkotiklərin daxil olduğu bütün kanalları bağladıqda və qaçaqmal­çı­ların yaxalanmasını aktivləşdirdikdə, narkotiklərin dəyəri artır və deməli, hər bir mümkün qiymətdə onların təklifinin həcmi məhdudlaşır. Hər bir mümkün qiymətdə bu zəhəri almaq istəyən alıcıların miqdarı – narkotiklərə tələb dəyiş­mir. Şəkil 5.10.-dakı qrafikdən (a) göründüyü kimi, narkotiklərin daxil olmas­ının məhdudlaşdırılması təklif əyrisin S1 vəziyyətindən S2 vəziyyətinə doğru ye­rini dəyişir, tələb əyrisi isə dəyişməz qalır. Narkotikin daxil olmasının məh­dud­laşdırılması onlardan istifadəni azaltdığından, narkotiklərin tarazlıq qiy­mə­ti P1-dən P2-yə qədər artır, əmtəənin tarazlıq həcmi Q1-dən Q2-yə qədər azalır.
Bu dəyişiklik narkotiklə əlaqədar olan cinayətlərin miqdarına necə təsir göstərir? Bu suala cavab vermək üçün onların istehlakçılarının ümumi sayın­dakı dəyişikliyə baxaq. Qiymətin artması narkomanların çox az bir hissəsini bu öldürücü vərdişdən ayırır, bu da narkotik maddələrə olan tələbin qeyri-elastik olduğunu göstərir (şəkil 5.10.). Əgər tələb qeyri-elastikdirsə, əmtəənin qiymətinin artması satışdan ümumi gəlirin artmasına gətirib çıxarır. Başqa sözlə, narkomanların narkotik əldə etmək üçün sərf etdikləri pulun  məbləği artır. Cinayət törədərək pul əldə edən narkomanlar daha çox məbləğə ehtiyac duyurlar. Beləliklə, narkotiklərin qadağan olunması narkotikin əldə olunması naminə törədilən cinayətlərin sayının artmasına gətirib çıxara bilər.Narkotikdən gizli istifadənin azalması proqramları

Narkotiklərin qadağan olunması onun təklifini S1-dən S2-yə qədər azaldır [qrafik (a)]. Əgər narkotikə olan tələb qeyri-elastikdirsə, istifadə olunan narkotiklər azaldıqda belə, onların satın alınması üçün narkomanlara lazım olan pulun məbləği artır. Əksinə, narkotiklərin mənfi təsiri haqqında maarifləndirmə proqramları narkotikə olan tələbi D1-dən D2-yə qədər azaldır [qrafik (b)]. Qiymət, istehlak olunan narkotiklər və habelə narkomanlar üçün lazım olan pulun məbləği də azalır.
Narkotiklərin qadağan olunması proqramı tez-tez əks nəticə verdiyindən, bəzi analitiklər problemin həlli məqsədilə alternativ yanaş­malar irəli sürürlər. Siyasətçilər narkotik təklifini məhdudlaşdırmaq əvə­zinə ona olan tələbi azalt­mağa cəhd edə bilərlər. Xüsusilə, insan sağlamlığı üçün narkomanlığın nəticə­ləri haqqında maarifləndirmə proqramları həyata keçirə bilərlər. Bu proqram­lar müvəffəqiyyət qazandığı halda, tələb əyrisi D1 vəziyyətindən D2 vəziyyətinə doğru sola yerini dəyişəcəkdir [şəkil 5.10., qrafik (b)]. Nəticədə, tarazlıq həcmi Q1-dən Q2-yə qədər azalır, əmtəənin tarazlıq qiyməti isə P1-dən P2-yə qədər aşağı düşür. Həmçinin, satışdan əldə olunan ümumi gəlir də (narkotikin qiymə­tinin onun təklif olunan həcminə hasili) azalır. Beləliklə, narkotiklərin qadağan olunması üzrə tədbirlərdən fərqli olaraq, maarifləndirmə proqramları narkotikdən istifadənin azalmasına və bununla əlaqədar cinayətlərin miqda­rının azalmasına kömək edə bilər.
Narkotiklərin qadağan olunmasının tərəfdarları tələbin elastikliyi dəyişə bildiyindən, qısa və uzun müddət ərzində bu cür siyasətin təsirinin müxtəlif olduğunu təsdiq edə bilərlər, çünki tələbin elastikliyi dəyişə bilər. Qiymətlərin yük­səlməsi narkomanların narkotikdən istifadə etməsinə əsaslı təsir göstər­mə­diyindən, qısa vaxt ərzində narkotiklərə tələb qeyri-elastikdir. Ancaq uzun müddət ərzində tələb daha elastik ola bilər, çünki daha yüksək qiymət gənclər arasında narkotiklə eksperimentlərin miq­da­rını azaldır və müəyyən vaxtdan sonra narkomanların sayının azalmasına gətirib çıxarır. Bu halda, narkotik­lərin qadağan olunması qısa müddət ərzində narkotiklə əlaqədar olan cinayət­ləri çoxaldır, uzun müddət ərzində isə onların azalmasına gətirib çıxarır.

Nəticə
Atalar sözündə deyildiyi kimi, əgər tutuquşular «tələb və təklif» söz­lə­rini əzbərləsələr, onlar da iqtisadçı ola bilər. Tələb və təklifin vasitələri iqtisadiy­yata əhəmiyyətli təsir göstərən çox mühüm hadisədir və dövlət proqramlarını təhlil etməyə sizə imkan verir. Bir qədər də keçdikdən sonra siz özünüzü yaxşı iqtisadçı adlandıra bilərsiniz (və ya heç olmazsa, yaxşı təhsil almış tutuquşu).

 

0 şərh