6. Vergilər ekonomiksdə (tələb və təklif konteksti)

Vergilər
Dövlətin bütün idarələri – ABŞ-ın Vaşinqtondakı federal höku­mətindən və ştatlardakı dövlət orqanlarından başlayıb, kiçik şəhərlərdəki yerli hakimiy­yət orqanlarına kimi – ictimaiyyət üçün lazımi məqsədlər həyata keçirmək məqsədilə lazım olan resursları artırmaq üçün vergilərdən istifadə edirlər. Vergilər iqtisadi siyasətin əsas alətidir. Onların bizim həyatımı­za göstərdiyi təsir müxtəlif və birmənalı deyil. Vergi sisteminin öyrənilməsi bizim bir neçə müraciət edəcəyimiz mövzudur.Bu fəsildə biz vergilərin iqtisadiyyata təsirini öyrənmək sahəsində ilk addımları atırıq.
Təsəvvür edin ki, yerli icra hakimiyyəti ildə bir dəfə dondurma bayramı keçirməyi qərara alır. Bu bayramda parad, atəşfəşanlıq və şəhər məmurlarının çıxışları olacaq. Bu tədbiri həyata keçirmək üçün yerli orqanlar dondurma satışına vergi qoymağı qərara alır – 1 pay dondurma üçün 0.50$. Şəhər idarə orqan­larının bu elanı 2 rəqib qrupu “oyatdı”. Milli Dondurma Isteh­salçıları Təşkilatı iddia edir ki, onun üzvləri güclü rəqabət şəraitində yaşamaq uğrunda mübarizə aparırlar və bu da o deməkdir ki, yeni vergini alıcılar ödəməlidirlər. Amerika Dondurma Istehlakçıları Assosiasiyası bəyan edir ki, alıcılar onsuz da güclə dolanırlar və vergini satıcılar ödəməlidirlər. Şəhər meri razılaşma əldə etməyə çalışaraq təklif edir ki, verginin yarısını satıcılar, o biri yarısını isə alıcılar ödəsinlər.
Tərəflərin təkliflərini analiz etmək üçün biz sadə, ancaq gizli mənası olan sualı verməliyik: Dövlət əmtəəyə vergi qoyduqda, onun əsas ağırlığı kimin üzərinə düşür? Istehlakçıların, ya istehsalçıların? Və yaxud, əgər alıcılar və satıcılar vergini birgə ödəyirlərsə, onların hər birinin üzərinə düşən yükü (bölgü­nü) nə təyin edir? Yerli orqanlar vergiqoymanın bölgüsünü qanunla təyin edə bilərmi ? Bu merin təklif etdiyi kimi, yoxsa digər fundamental iqtisadi qüvvələrin təsiri ilə formalaşır? Iqtisadçılar əhalinin müxtəlif qrup­larının və istehsalçıların üzə­rinə düşən vergi yükünü öyrənərkən, “Vergi yükünün bölüşdürülməsi” termi­nindən istifadə edirlər.

Alıcılara vergi qoyulması və bazarın fəaliyyətinin nəticələri
Əvvəlcə biz alıcılardan əmtəə üçün alınan vergilərə nəzər salaq. Fərz edək ki, yerli hakimiyyət orqanları alıcıların 1 pay dondurma üçün dövlətə 0.50$ vergi vermək haqqında qanunu qəbul edirlər. Qəbul olunan yeni vergiyə dondurma alıcılarının və satıcılarının münasibəti necə olacaq? Bu suala cavab vermək üçün biz tələb və təklifin analizinin 3 addımını ataq (IV Fəsil):
1.verginin tələb və təklif əyrilərinə təsir etdiyini həll edirik;
2.əyrilərin səmtini təyin edirik;
3.əyrilərin hərəkətinin bazar tarazlığına göstərdiyi təsiri nəzərdən keçiririk.
Aydındır ki, yeni vergi dondurmanın tələbinə də təsir göstərir. Təklif əyrisinə o, təsir etmir. Belə ki dondurmanın istənilən qiymətində şirniyyat təc­hizatçılarının fikrincə, dəlilləri dəyişməzdir. Alıcılar isə bütün hallarda don­dur­ma alarkən, dövlətə vergini (satıcılara isə dondurmanın qiymətini) verməli­dirlər. Beləliklə, yeni vergi dondurmaya olan tələbin əyrisinin dəyişməsinə aparır.
Əyrinin istiqamətini təyin etmək heç də çətin deyil. Alıcıların ödə­dik­ləri vergi dondurmaya olan tələbatı azaldır, istənilən qiymətdə isteh­lak­çılara daha az miqdarda dondurma lazım olur. Nəticədə tələbi göstərən əyri şəkil 6.6-da göstərildiyi kimi, sola tərəf hərəkət  edir (və ya müvafiq olaraq aşağı enir).
Bizim nəzərdən keçirdiyimiz bu halda əyrinin istiqamətini daha dəqiq təyin edə bilərik. 0.50$ vergisi alıcılardan alındığından, onlar üçün dondur­manın qiyməti bazarda olan qiymətdən 0.50$ artıqdır. Məsələn, əgər dondur­manın bazar qiyməti 2$-sa, alıcılar üçün olan effektiv qiymət 2.50$-dır. Vergi­ləri əlavə etməklə alıcıları dondurmanın ümumi qiyməti maraqlandırır. Əslin­də olduğundan fərqli olaraq, onlar bazar qiymətlərinə uyğun 0.50$ baha­sına, özlərinə lazım olan miqdarda məhsul əldə edirlər. Başqa sözlə, istənilən qiymətdə dondurmaya olan tələbat dəyişməsin deyə, onun bazar qiyməti 0.50$-a azalmalıdır ki, verginin təsirini kompensasiya etsin. Beləliklə, vergi tələbi göstərən əyrini aşağı salır. Verginin miqdarı – 0.50$ qədər D1 vəziyyə­tindən D2 vəziyyətinə düşür.
Alıcıların ödədikləri vergi

Verginin təsirini analiz etmək üçün dondurma bazarında ilkin ta­raz­lığı yeni ta­razlıq ilə müqayisə edək. Dondurmanın tarazlı qiyməti 3$-dan 2.80$-ə düşür, onun tarazlı miqdarı isə 100-dən 90-a dəyişir (şəkil 6.6). Yeni tarazlıqda sa­­­tıcılar az miqdarda dondurma satdıqları, alıcılar isə daha az pay məhsul əl­də etdikləri üçün verginin qoyulması dondurma bazarının ölçülərini ixtisar edir. 
Indi gəlin, verginin qoyulması məsələsinə qayıdaq: faktiki olaraq, vergini kim ödəyir? Dövlət formal olaraq alıcıların ödədikləri vergi şəklində pul əldə edir, ancaq verginin yükü həm alıcıların, həm də satıcıların üzərinə düşür. Ba­zar qiyməti 3$-dan 2.80$-a düşdüyündən, sa­tı­cılar verginin təyin olun­madı­ğı dövrdən 0.20$ az pul əldə edirlər. Beləliklə, verginin qoyulması təchizatçı-fir­maların vəziyyətinə mənfi təsir göstərir. Vergi həddinin müəy­yən­ləş­dirilməsi alıcıların vəziyyətinə də neqativ təsir göstərir. Buradan belə nəticə çıxır:
- vergilər bazarın fəaliyyətini “dondururlar”. Əmtəələrə vergilərin qo­yul­ma­sı ona gətirib  çıxarır ki, yeni tarazlıq şəraitində satılmış malların həcmi azalır.
-vergi yükü alıcı və satıcıları bir-birindən uzaqlaşdırır.Yeni tarazlıq şərai­tin­də alıcılar əldə etdikləri mallara görə daha böyük məbləğdə pul ödəyirlər, satıcılar isə daha az qazanc əldə edirlər.

Satıcılardan alınan vergi və bazarın fəaliyyətinin nəticələri 
HOW TAXES ON SELLERS AFFECT MARKET OUTCOMES

Indi gəlin təchizatçıdan alınan vergini müzakirə edək. Fərz edək ki yerli orqanlar satılan hər 1 pay dondurma üçün 0.50$ vergi təyin edir. Verginin qoyulmasının nəticəsi necə olacaq?
Bu zaman vergi ilk növbədə dondurmanın təklifinə təsir göstərəcək. Müm­kün olan hər bir qiymətdə ona olan tələbin həcmi və həmçinin tələbi gös­tə­rən əyrinin vəziyyəti dəyişməz qalır. Satıcılardan alınan vergi dondur­ma­nın satışının xərclərini artırır, bu da mümkün olan qiymətdə malın təklifinin azal­masına aparır və təklifi göstərən əyri sola hərəkət edir (və müvafiq olaraq, yuxarı).
Biz əyrinin vəziyyətini daha dəqiq təyin etmək imkanına malikik. Don­durmanın hər bir bazar qiymətində onun səmərəli olan qiyməti vergini ödə­dikdən sonra təchizatçıların əldə etdikləri puldur.Vergi qoyulmamışdan əvvəl 0.50$ az. Məsələn, əgər 1 pay dondurmanın bazar qiyməti 2$-sa, firmalar üçün malın səmərəli qiyməti 1.50$-dir. Bazar qiyməti nə olursa olsun, satıcılar dondurmanı elə satacaqlar ki, guya onun qiyməti əslində olduğundan 0.50$ azdır. Istehsalçıların malı istənilən miqdarda tədarük etmələri üçün bazar qiyməti (vergini kompensasiya etmək üçün) 0.50$ artıq olmalıdır. Beləliklə, (şək.6.7) təklifi göstərən əyri S1 vəziyyətindən S2 vəziyyətinə verginin miqdarı qədər (0.50$) yuxarı hərəkət edir.
Satıcılara qoyulan vergi(A TAX ON SELLERS)

Bazar ilkin tarazlıq vəziyyətindən yenisi ilə əvəz olunduqda, don­durmanın tarazlı qiyməti 3$-dan 3.30$-a qədər artır. Dondurmanın tarazlı həcmi isə 100 paydan 90 paya qədər azalır. Verginin qoyulması yenə də dondurma bazarının həcminin azalmasına gətirib çıxarır. Həm alıcılar, həm də satıcılar verginin ağırlığını (yükünü) bölüşdürürlər. Bazar qiyməti artdığına görə alıcılar hər paya görə 0.30$ artıq pul ödəyirlər. Satıcılar vergiyə görə artıq pul alırlar, ancaq dondurmanın qiyməti (vergi ödədikdən sonra) 3$-dan 2.80$-a qədər azalır.
Şəkil 6.6 və 6.7-nin müqayisəsi zamanı biz qəribə bir nəticəni əldə edirik: vergilər alıcı və satıcılar üçün eynidir. Hər iki halda vergi alıcıların ödədikləri və satıcıların əldə etdikləri qiymətin fərqidir. Alıcıların ödədikləri və satıcıların aldıqları qiymət üçün verginin qədəri, kimdən alınmasından asılı olmayaraq, eynidir. Bütün hallarda vergi tələb və təklifin əyrilərinin vəziyyətini dəyişir və yeni tarazlıqda verginin yükünü həm istehlakçılar, həm də istehsalçılar bölüşdürürlər. Alıcı və satıcı üçün verginin fərqi ondadır ki, pulu dövlətə onlardan hansı ödəyir.   
Bu 2 verginin hər mağazada 0.50$ qədərindəki vergini xüsusi qablarda toplamaqla daha asanlıqla başa düşə bilərik. Dövlət alıcılara vergi qoyarkən, onlar hər dəfə 1 pay dondurma alarkən, 0.50$-ı o qablara qoymalıdırlar. Əgər dövlət vergini istehsalçılara qoyarsa, dondurmanın qablara doldurulmasını satıcı öz üzərinə götürür. Bu 0.50$-ın istər birbaşa, istərsə də dolayı yolla alıcı tərəfindən ödənilməsinin fərqi yoxdur. Bazarda yeni tarazlıq vəziyyəti yaranana kimi alıcılar və satıcılar verginin alınma üsulundan asılı olmayaraq, onun yükünü bərabər daşıyırlar.

Praktikum
Amerika Konqresi əmək haqqının vergi yükünü ədalətli  bölüşdürmək iqtidarındadırmı? 
CAN CONGRESS DISTRIBUTE THE BURDEN OF A PAYROLL TAX?

Maaş alarkən yəqin ki, hiss etmisiniz ki, çıxılan vergiyə görə sizin əlinizə aldığınız məbləğ azdır. Işləyən amerikalının ödədiyi vergilərdən biri də FICA-dır (Federal Sığorta  ödəniş Aktı). Federal hökümət FICA vergisindən alınan gəliri yaşlı amerikalılara göstərilən tibbi xidmətlər proqramına, tibbi və sosial sığortanın maliyyələşməsinə xərcləyir. FICA əmək haqqından tutulan vergi növündən biridir. 1995-ci ildə FICA-nın 1 fəhlənin hesablanmış əmək haqqından tutulan məbləği 15.3% təşkil edirdi.

Sizin fikrinizcə, əmək haqqına qoyulan verginin yükünü kim daşıyır: firmalar və ya işçilər? ABŞ Konqresi  müvafiq qanun qəbul edərkən, vergi yükünü bərabər bölüşdürməyə çalışır. Qanuna görə, FICA vergisinin yarısı firmanın gəlirindən, digər yarısı isə işçilərin əmək haqqından tutulur. Əmək haqqından tutulan məbləğ  kompaniyanın işçisinin şəxsi töhfəsidir. 
Bizim vergiqoyma üzrə apardığımız analizlər göstərir ki, qanun­vericilər çətin ki, vergi yükünü bərabər bölüşdürə bilirlər. Bu tezisi aydınlaş­dırmaq üçün gəlin, əmək haqqından tutulan vergiyə əmtəəyə qoyulan vergi nöqteyi-nəzərindən baxaq. Burada, əmək əmtəə, əmək haqqı isə onun qiy­mətidir. Əmək haqqına qoyulan verginin əsas xüsusiyyəti işçiyə firma tərə­findən təyin olunan və onun əlinə aldığı əmək haqqı arasındakı orta vəziy­yətdən ibarətdir. Əmək haqqına vergi təyin olunmadıqda, işçilərin aldıqları məbləğ azalır, firmaların ödədikləri pul məbləği isə artır(şəkil 6.8) 
Əməkhaqqına vergi (A PAYROLL TAX)
Nəticədə, işçilər və firmalar vergi yükünü qanunvericilərin tələb etdikləri nisbətdə bölüşdürmürlər. Qanunvericilər vergini ancaq işçilərdən və ya fir­malardan topladıqda da biz oxşar nəticəni əldə edəcəyik.
Bizim nəzərdən keçirdiyimiz nümunə göstərir ki, ictimai diskussiya zamanı vergi yükünün bölünməsi məsələsi nəzərdən qaçır. Qanunvericilər verginin alıcı və ya satıcı tərəfindən ödənilməsini təyin edə bilərlər, lakin onlar vergi yükünün ədalətli bölünməsini təyin etmək imkanında deyillər, çünki o, daha çox tələb və təklif qüvvələrinin nisbətindən asılıdır.
 

0 şərh