6. Elastiklik və vergiqoyma

ELASTICITY AND TAX INCIDENCE
Hər hansı bir əmtəəyə vergi qoyarkən onun ağırlığı alıcıların və satıcıların üzərinə düşür. Ancaq hansı nisbətdə: 50: 50-yə olan nisbət istisnadır. Gəlin şəkil 6.9-da göstərilən 2 bazarda olan vergiqoymanı nəzərdən keçirək. Hər 2 halda qrafiklərdə tələb və təklifin ilkin əyriləri alıcıların ödədikləri və satıcıların əldə etdikləri məbləğlər arasında verginin əyrisi göstərilib (tələb və təkliflərin yeni  əyriləri yoxdur.Əyrilərin vəziyyətinin dəyişməsi verginin kimdən –alıcılardan və ya satıcıdan alınacağından asılıdır, ancaq bunun heç bir fərqi  yoxdur). Qrafiklərdəki əyrilər tələb və təklifin nisbətinin elastik­liyindən fərqlənirlər.
HOW THE BURDEN OF A TAX IS DIVIDED

Şəkil 6.9-dakı (a) qrafikində çox elastik təklif və nisbi qeyri-elastik tələb olan əmtəə bazarında verginin qoyulması halı göstərilib. Yəni, satıcılar malın qiymətinə qarşı alıcılardan daha həssasdırlar. Qiymətlərə vergi qoyarkən, satıcıların əldə etdikləri qiymət hiss olunmayacaq   dərəcədə azalır. Buna görə, firmaların çəkdiyi ziyan böyük deyil. Əksinə alıcıların ödədikləri qiymət hiss olunacaq dərəcədə artır, deməli, verginin əsas yükü onların üzərindədir.
(b) qrafikində əmtəənin nisbi qeyri-elastik təklifi və çox elastik tələbi olan bazarda vergiqoyma göstərilib. Yəni, alıcılar qiymətə qarşı çox həssasdırlar, satıcılar isə yox.
Vergi qoyularkən istehlakçıların ödədikləri qiymət cüzi artır, satıcıların əldə etdikləri qiymət isə hiss olunacaq dərəcədə azalır. Bu da onu göstərir ki, əsas yük istehsalçıların üzərinə düşür.  
Şəkil 6.9-dakı (a) və (b) qrafiklərində verginin yükünün bölüşməsinin əsas qaydası göstərilib. Verginin əsas yükü daha az elastik olan tərəfə düşür.Nə üçün? Əslində, elastiklik alıcıların və ya satıcıların bazardakı vəziyyəti pisləşərsə, onu tərk etmək arzusu ilə təyin olunur. Tələbin cüzi elastikliyi onu göstərir ki, alıcıların hansısa bir malın alternativini tapa bilmir. Təklifin cüzi elastikliyi  onu göstərir ki, satıcıların malın isteh­sa­lında başqa variantları yoxdur. Əmtəəyə vergi qoyularsa, bazarın seçim imkanına malik olan tərəfi bazarı tərk etmək imkanına malik deyil və deməli, verginin əsas yükü onun üzərinə düşür.

Praktikum
Bahalı mal üçün vergini kim ödəyir? WHO PAYS THE LUXURY TAX?
1990-cı ildə ABŞ-da bahalı əşyalar: - yaxtalar, şəxsi təyyarələr, xəz dərili mallar, zinət əşyaları və bahalı maşın modelləri üçün yeni vergi ha­q­qında qanun qəbul edildi. Onun məqsədi varlı amerikalılara vergi qoy­maqla, büdcənin gəlirini artırmaq idi. Yalnız çox zəngin insanlar belə ekstravaqant əşyalar almaq iqtidarında olduqlarından, həddən artıq bahalı əşyalar üçün vergi qoyulması ilk öncə qanunauyğun qəbul olunur.
Ancaq tələb və təklif qüvvələrinin qarşılıqlı təsiri konqresin nəzərdə tutduğu nəticənin əksinə gətirib çıxardı. Məsələn, gəlin, yaxta bazarına nəzər salaq. Yelkənli qayıqlara olan tələb kifayət qədər elastikdir. Mil­yonçu yaxta almaqdan asanlıqla imtina edə bilər, axı o, həmin pula daha böyük ev ala bilər, Avropada dincələ və ya pulunu varislərinə verə bilər. Yaxtanın təklifi isə əksinə, nisbətən elastikdir, heç olmasa qısa bir müddət üçün. Tərsanələrdə yeni əmtəə istehsalına başlamaq asan deyil, kiçik yelkənli qayıqlar düzəldən fəhlələr bazardakı vəziyyət dəyişdiyinə görə iş yerlərini dəyişdirmək istəmirlər.
Elastik tələbdə və qeyri-elastik təklifdə verginin yükü təchizatçının üzərinə düşür. Yəni, yaxtaya görə verginin yükü fəhlələr və istehsalçı firmaların üzə­ri­nə düşür, çünki təchizatçılar malın qiymətini aşağı salmalı olurlar. Amma tər­sanə fəhlələrini ən çox təmin olunan amerikalılar siyahısına aid etmək olmaz. Beləliklə, bahalı əşyalar üçün olan verginin əsas ağırlığı varlıların yox,  orta sinfin üzərinə düşür.
Bahalı əşyalar üçün qoyulan verginin daha məqsədəyönlü təyin olun­masının qüsurlu olduğu çox tez bir müddətdə aydın oldu və 1993-cü ildə ABŞ-da Konqres bahalı mallar üçün vergi haqqında qanuna xeyli düzəlişlər etməli oldu.

Nəticə
Iqtisadiyyatı 2 növ qanun idarə edir: tələb və təklif qanunu və dövlət tərəfindən müəyyən olunmuş qanunlar. Bu fəsildə biz onların qarşılıqlı əlaqələrini nəzərdən keçirdik. Qiymətlər üzərində nəzarət və vergilər  müx­təlif bazarların ümumi xüsusiyyətləridir. Onların təsiri tez-tez mətbuatda və siyasi dairələrdə müzakirə olunur. Dövlətin iqtisadi rolunu anlayıb qiymətləndirmək üçün biz uzun yol keçməliyik.
Növbəti fəsillərdə biz bir çox dövlət proqramlarını daha ətraflı analiz edəcək, vergilərin əhəmiyyətini daha geniş aspektdə nəzərdən keçirəcəyik. Lakin bu fəslin əsas nəticələri dəyişməz qalır: tələb və təklifin qanuna­uy­ğun­luqları  dövlət siyasətinin analizinin ən ümdə və ən faydalı vasitəsidir.

 

0 şərh