7. istehlak gəlirinin təyini üçün tələbat əyrisinin istifadə edilməsi

Istehlak gəlirinin əmtəəyə tələbat əyrisinə bilavasitə aidiyyəti var. Buna əmin olmaq üçün gətirilən misalın təhlilini davam etdirək və Elvis Preslinin ilk albomuna olan tələbat əyrisini öyrənək.
Alboma olan tələbat cədvəlini tərtib etmək üçün, biz alıcıların pulvermə hazırlığı haqqında məlumatları istifadə edək. 7.1-ci cədvəl məlumatlarına uyğun gələn tələbat haqqında məlumatlar 7.2-ci cədvəldə verilmişdir.
Cədvəl 7.2.


Qiymət, $

Alıcılar

Tələbatın həcmi

100-dən çox

Heç kim

0

80-dən 100-dək

Con

1

70-dən 80-dək

Con, Pol

2

50-dən 70-dək

Con, Pol, Corc

3

50 yaxud ondan az

Con, Pol, Corc, Rinqo

4

Əgər valın qiyməti 100$-dan artıqdırsa, bazar tələbatının həcmi 0-a bərabərdir, çünki tələb edilən məbləğlə ayrılmaq istəyənlər yoxdur. 80$-dan 100$-dək qiymət intervalında tələbatın həcmi 1-ə bərabərdir, çünki tələb olunan məbləği yalnız Con verməyə hazırdır. Qiymət 70$ və 80$ arasında olanda, tələbat həcmi 2-ə bərabərdir, çünki albomu əldə etmək istəyini həm Con, həm də Pol bildirir. Digər qiymətlər üçün də biz bu təhlili davam etdirə bilərik. Beləliklə, istehlakçıların əmtəəyə pul vermək hazırlığı haqqında məlu­mat­lara əsasən, dörd mümkün olan alıcı üçün tələb cədvəli tərtib edilir.
Tələb əyrisi
Tələb cədvəli əsasında tərtib olunmuş əyri 7.1-ci şəkildə verilmişdir. Tələb əyrisi və alıcıların pulvermə hazırlığı arasında olan asılılığı qeyd edin. Hər bir miqdarda tələbat əyrisi ilə təyin olunan qiymət son həddə çatdırılmış alıcının, yəni qiymətin artdığı halda bazarı tərk edən alıcının, pulvermə qabiliyyətini göstərir. 4 alboma bərabər olan təklifin həcminə 50$ bərabər olan qiymət uyğun gəlir - Rinqo bu məbləği verməyə hazırdır (son həddə çatdırıl­mış alıcı). 3 alboma bərabər olan təklifə 70$ təşkil edən qiymət uyğundur, bu məbləği Corc (o, Rinqonun azad olunmuş yerini tutur) verməyə hazırdır.
Tələb əyrisinin köməyilə istehlakçı gəlirinin müəyyən edilməsi

Istehlak gəlirinin təyini üçün biz tələb əyrisini istifadə edə bilərik, çünki o alıcıların mala pulvermə hazırlığını əks etdirir. Istehlak gəlirinin hesablanması üçün 7.2-ci şəkildə verilən tələb əyrisini istifadə edirik. Qrafikdə (a) valın qiyməti 80$-a (yaxud, nisbətən çox) bərabərdir, tələb olunan miqdar – 1-dir. Fikir verin ki, qiymətin üstündə və tələb əyrisi altında  olan düzbucağın sahəsi 20$-a bərabərdir və bir albomu Cona satmaq üçün bundan əvvəl hesabladığımız istehlak gəlirinə dəqiq uyğun gəlir.
Tələb əyrisinin köməyi ilə istehlak gəlirinin təyini (qrafik (b)) malın qiyməti 70$ olan halda istehlak dəyərinin qiymətini göstərir. Bu halda, qiymətdən yuxarıda və tələb əyrisindən aşağıda yerləşən fiqurun sahəsi iki düzbucağın ümumi sahəsinə bərabərdir: yəni Conun 30$-a bərabər olan istehlak gəlirinə və Polun 10$-a bərabər olan istehlak gəlirinə. Ümumi sahə 40$-a bərabərdir və bundan əvvəl hesabladığımız istehlak gəlirinin qiymətinə uyğun gəlir.
Alınan nəticə tələbin bütün əyrilərinə aiddir: tələb əyrisi altında və qiymətin üstündə yerləşən fiqurun sahəsi bazarda istehlak gəlirinin ölçüsünü təyin edir. Iş ondadır ki, tələb əyrisinin hündürlüyü istehlakçı tərəfindən malın dəyərinin dərk edilməsini, onun pulvermə hazırlığını təyin edir. Pulver­mə hazırlığı və bazar qiyməti arasında olan fərq də bir alıcı üçün istehlak gəlirini göstərir. Beləliklə, tələb əyrisi altında və qiymətin üstündə yerləşən fiqurun ümumi sahəsi mal, yaxud xidmət bazarında olan bütün alıcıların istehlak gəlirinin məcmusudur.

0 şərh