26. Amerika iqtisadiyyatında pullar

MONEY IN THE U.S. ECONOMY
Gələcəkdə görəcəyimiz kimi, iqtisadiyyatda tədavül edilən pulların pul kütləsi adlandırılan kəmiyyəti bir çox iqtisadi parametrlərə xeyli təsir göstərir. Lakin nə üçün belə baş verdiyini öyrənməzdən əvvəl biz pulların ümumi kəmiyyətinin nə olduğu sualına cavab tapmalıyıq. Tutaq ki, siz Amerika iqtisadiyyatnda nə qədər pulun tədavül etdiyini öyrənməlisiniz. Öz hesablamalarınıza nəyi daxil edərdiniz?
Aydındır ki, bu göstəriciyə nəğd pullar - əhalinin əlində olan banknotlar və sikkələr daxil olunacaqdır. Nəğd pullar daha  geniş yayılmış tədavül  vasitəsidir. Şübhəsiz ki, onlar pul kütləsinə aiddir.
Bununla belə nəğd  pullar  mal və xidmətləri əldə edə biləcəyiniz yeganə vasitə deyil. Bir çox mağazalar malın ödənilməsində çek qəbul edir. Hər hansı  bir malları alarkən Sizin bank hesabınızda saxlanılan vəsait heç də partmanetinizdəki pullardan geri qalmır. Buna görə də pul kütləsini ölçmək üçün şahidlərin, çeklərin  köməyi ilə işlədə bildikləri vəsaitləri- müddətsiz  depozitləri, bütün tələb  əmanətləri də nəzərə almalısınız.
Tələb  olunanadək əmanətləri nəzərdən keçirməklə yanaşı, əhalinin banklarda və digər maliyyə müəssisələrində açdığı bir neçə digər hesab növlərini də təhlil etməliyik. Bank əmanətçiləri adətən əmanət hesabından pulları almaq üçün çek yaza bilmirlər, lakin onlar zəmanətlərini asanlıqla tələbli  əmanətə köçürürlər. Bundan başqa aktivləri pul bazarının yalnız  qısa müddətli öhdəliklərindən ibarət olan pay investisiya fondlarının (qarşılıqlı fondların) əmanətçiləri də pulları öz hesablarından çekin köməyi ilə çıxara bilərlər.
Amerika kimi  mürəkkəb iqtisadiyyatda pul və qeyri-pul aktiv­lə­rini fərqləndrmək həmişə heç  də  asan olmayıb. Aydındır ki, cibinizdəki xırda pullar pul kütləsinə aiddir, göydələn bina Empire State Building-isə yox. Lakin bu  fərqi misallar  arasında həlli o qədər də aydın olmayan bir çox başqaları durur. Buna görə Amerika iqtisadiyyatında pul kütləsinin qiymətləndirilməsi üçün bir çox göstərici tətbiq edilir.
Cədvəl 26.1.
ABŞ iqtisadiyyatının pul kütləsinin 2 əsas göstəriciləri


Göstərici

1998-ci il  göstəricisi

Tərkibi

 

M1

 

1.092 milyard

Nəğd pullar
Yol çekləri
Tələbatlı əmanət
Yazılmış çek vasitəsi ilə alına bilən digər əmanətlər

 

M2

 

4.414  milyard

M1-ə daxil olan hər şey
Əmanət qoyuluşları
Qısamüddətli depozitlər,
Aktivləri yalnız pul bazarının qısa müddətli öhdəliklərindən ibarət olan qarşılıqlı fondların səhmləri

Cədvəl 26.1.-də M1 və M2 kimi iki  vacib  göstərici  əks olun­muşdur. Onlardan hər biri üçün aktivlərin pul və ya o biri qrupuna aid olan müxtəlif qiymətləndirmə meyarlarından istifadə edilmişdir.

Yaddaş guşəsi

Kredit kartoçkaları, debet kartları və pullar
Ilk baxışda kredit kartoçkaları pul kütləsinin tərkibinə daxil edilməlidir. Belə ki, onlar ən müxtəlif növlü  alış aparmağa imkan verir. Belə halda onları tədavül vasitəsi hesab etmək olmazmı?
Bununla belə kredit kartoçkaları pul kəmiyyətinin bütün göstə­ricilərindən istisna edilir. Səbəb bundadır ki, əslində onlar ödəniş vasitəsini deyil, onun təxirə salınma üsuludur. Siz naharı kredit kartoçkası ilə ödədikdə, faktiki olaraq bunu sizin əvəzinizə onu buraxan bank edir. Bir qədər sonra siz banka naharın dəyərini qaytarmalı olacaqsınız ( yəqin ki faizlərlə).
Kredit kartından istifadəyə görə ödəmə vaxtı çatdıqda siz güman ki, bu məbləği sizin tələbli əmanətinizdən çıxaracaq çeki yazmaqla edəcəksiniz. Bu hesabdakı məbləğ iqtisadiyyatın pul kütləsinin hissəsidir.
Diqqət yetirin ki, kredit kartoçkaları hər hansı bir  malı alarkən  vəsaitləri avtomatik olaraq onun sahibinin bank hesabından silən debet kartlarından əsaslı surətdə fərqlənir.
Debet kartı əldə edilən malın ödənilməsini təxirə salmaqdan daha çox bank hesabına yol tapmağa imkan verir. Bu mənada debet kartı kredit kartından fərqli olaraq çekə daha çox oxşayır. Pulların debet kartı vasitəsi ilə çıxarılması mümkün olan hesablardakı vəsaitlər pul kütləsi göstərici­lərinə aid edilir.
Kredit kartoçkaları kredit formalarından biri kimi nəzərdən keçirilməsə də,  onlar pul sisteminin analizi üçün çox sərfəlidir. Iş burasındadır ki, onların sahibləri bütün hesablarını alış aparıldıqca hərdən bir deyil, ayın axırında bir dəfəlik ödəmə imkanına malikdirlər.  Nəticədə kredit kartları olanlar, güman ki, özlərində kartları olmayandan orta hesabla az pul saxlayırlar. Beləliklə, kredit kartoçkalarının tətbiqi və yayılması əhalinin əlində olan pul kəmiyyətini azaldır.

Federal ehtiyat sistemi
THE FEDERAL RESERVE SYSTEM
Iqtisadiyyat,  məsələn ABŞ iqtisadiyyatı öz kağız pul-sisteminə, nə qədər əmin olsa da o, pul sisteminin idarə edilməsinə görə məsul olan institutsuz keçinə bilmir. ABŞ-da belə institut Federal ehtiyat sistemidir (FES). Əgər siz dollar banknotunun yuxarı hissəsinə baxsanız, görərsiniz ki, o Federal ehtiyat banknotu adlanır. FES- mərkəzi bankın (MB)-ölkənin bank sistemi üzərində nəzarət və iqtisadiyyatda pul kəmiyyətinin tənzimlənməsi üçün yaradılmış institutun nümunəsidir. (Ingiltərə bankı, Alman «Bundes» bankı, Yapon  Bankı)

FES  təşkili
THE FED’S ORGANIZATION
ABŞ-ın Federal ehtiyat sistemi 1914-cü ildə bir neçə kredit müəssisələrinin 1907-ci ildə baş vermiş müflisləşməsindən sonra yaradılmışdır. Bu hadisələr ABŞ konqresini inandırdı ki, ölkəyə milli bank sistemini maliyyə sağlamlığını təmin edə biləcək mərkəzi bank lazımdır. Hazırda FES rəh­bər­liyi yeddi üzvdən ibarət olan prezident tərəfindən təyin edilən və Senat tərəfindən 14 il müddətinə təsdiq edilən idarəedicilər şurası tərəfindən həyata keçirilir.
ABŞ Ali Məhkəmə üzvləri onları siyasətçilərin təsirindən müdafiə edən ömürlük təyinat aldıqları kimi, FES-i idarə edənlər də uzun müddətə təyin olunmalıdır ki, bu da onlara müxtəlif siyasi qüvvələrin təzyiqindən asılı olmayaraq monetar (pul-kredit) siyasətini aparmağa imkan verir.
Idarəçilər şurasının yeddi üzvü arasında əsas sima FES personalına rəhbərlik edən, şuranın iclaslarını aparan və konqresin komitə üzvləri qarşısında FES siyasəti haqqında müntəzəm hesabat verən sədrdir. ABŞ prezidenti sədri dörd il müddətinə təyin edir.
Federal ehtiyat sistemi Vaşinqtonda Federal Ehtiyat Idarəsindən və ölkənin müxtəlif hissələrindəki iri şəhərlərdə yerləşən on iki regional federal ehtiyat banklarından ibarətdir (dollar əskinazına baxsanız onun üzərində banknotu buraxmış FES-in regional adını görərəcəksiniz). Regional bankların prezidentləri direktorlar şurasının üzvləri tərəfindən seçilir ki, onlar da öz növbəsində yerli bank və sahibkarlıq dairələrinin nümayəndələridir.
FES iki qarşılıqlı əlaqəli funksiyanı yerinə yetirir. Bu funk­siya­lardan birincisi bank fəaliyyətinin nizama salınmasından və bank sisteminin yaxşıladırılmasından ibarətdir. Bu fəaliyyət əsasən regional Federal Ehtiyat banklarının səyi ilə həyata keçirilir. Xüsusən, FES hər bir ABŞ bankının maliyyə vəziyyətinə nəzarət edir və qarşılıqlı bank tələb­lərinin uçotunun aparılmasını asanlaşdırmağa kömək edir. Bundan əlavə  FES «banklar bankı» rolunu yerinə yetirir, yəni kreditə ehtiyacı olan banklara kreditlər verir. Banklar çətin maliyyə vəziyyətinə düşəndə və  ya  nəğd pul çatışmamazlığı keçirəndə FES son nəticədə başqa bir yerdə borc ala bilməyənlər üçün kredit verən rolunda çıxış edir.
FES-in ikinci və daha mühüm funksiyası-iqtisadiyyatda pul təklifi adlandırılan pul kəmiyyəti üzərində nəzarətdir. Pul təklifi baxımından qərarların cəmi monetar (pul-kredit) siyasətinin mahiyyətini təşkil edir.
FES-də bu cür qərarlar açıq bazarda əməliyyatlar üzrə komitə tərəfindən qəbul edilir.

Açıq bazarda əməliyyatlar üzrə federal komitə
THE FEDERAL OPEN MARKET COMMITTEE
Federal Ehtiyat sisteminin açıq bazarda əməliyyatlar komitəsi (ABƏFK)
Idarəçilər Şurasının yeddi üzvündən və on iki regional bank prezidentlərinin beşindən ibarətdir (FESABK-nın hər bir iclasında on iki prezidentin hamısı iştirak edir, lakin yalnız beşinin səs hüququ var. Müəyyən vaxtdan sonra regional bankların səs hüququ olan prezident­lə­rinin rotasiyası aparılır. Yeganə istisna Nyu-York regional bankının pre­zidentidir, belə ki, Nyu-York ənənəvi olaraq ABŞ-ın maliyyə mərkəzidir, həm də bütün dövlət istiqrazlarının alışı və satışı bu bankın ticarət mey­danında keçirilir). ABƏFK-in Vaşinqtonda altı həftədə bir dəfə keçirilən iclaslarında iqtisadiyyatın vəziyyəti müzakirə edilir və pul-kredit siya­sətindəki dəyişikliklər nəzərdən keçirilir.
ABƏFK-in tərəfindən qəbul edilən qərarlar MB-yə Amerika iqtisa­diyyatında dolların kəmiyyətini azaltmağa və ya artırmağa imkan verir. Obrazlı desək, dollar banknotlarını çap edə və onları vertolyotdan ölkə üzərinə səpələyə və ya dolları əhalinin partmanetlərindən çıxartmaq üçün nəhəng tozsorandan istifadə edə bilər. Pul təklifini tənzimlənməsi üzrə MB fəaliyyət praktikasının daha mürəkkəb xarakter daşımasına baxmayaraq, vertolyot və tozsoranlarla gətirdiyimiz nümunə monetar siyəsətinin əhəmiyyəti haqqında kifayət qədər adekvat təsəvvür yaradır.
Bu fəsildə biz hələ FES-in pul təklifini bilavasitə necə dəyişdirdiyini hələ müzakirə edəcəyik, lakin hələlik qeyd etməliyik ki, onun başlıca aləti açıq bazarda əməliyyat, yəni dövlət istiqrazlarının alış və satışıdr. (Xatırladaq ki, dövlət istiqrazları dövlətin onları saxlayanlar qarşısında borcunu təsdiq edən qiymətli kağızlardır)
ABƏFK pul təklifini artırmağı qərara alanda, MB dolları çap edir və onları maliyyə bazarlarında əhalidən dövlət istiqrazlarının alışı üçün istifadə edir.
Lazımi sazişlər aparıldıqdan sonra təzə dollarlar əhalinin əlinə keçir. Açıq bazarda ABƏFK -in bu əməliyyatı  pul təklifinin artmasına gətirib çıxarır. Əksinə, FESABK pul kəmiyyətinin azaldılması haqqında qərar qəbul etdikdə FES dövlət istiqrazlarını əhaliyə satır. Açıq bazarda istiqrazların satışından hasil edilən dollarlar dövriyyədən çıxarılır ki, bu da pul təklifinin aşağı enməsinə səbəb olur.
FES-son dərəcə müntəzəm iqtisadi institutudur. Iqtisadiyyatın on prinsipindən birində göstərilir ki, hökumət həddindən çox pul çap etdikdə iqtisadiyyatda qiymətlər artır (I fəsil). Başqa bir prinsip təsdiq edir ki, qısa müddətli perspektivdə cəmiyyət inflyasiya ilə işsizlik arasında seçim etməlidir. ABƏFK–in təsiri də məhz bu prinsiplərin fəaliyyətinə əsaslanır. Gələcək fəsillərdə daha ətraflı tanış olacağımız bir çox səbəblərə görə ABƏFK-nin qəbul etdiyi qərarlar üzün müddətli dövrdə infliyasiyanın surətinə, qısamüddətli dövrdə isə işsizlik və istehsalın səviyyəsinə xeyli təsir göstərir. Buna görə təsadüfi deyil ki, FES sədrini ABŞ-da əhəmiyyətinə görə ikinci sima adlandırırlar.

 

1 şərh

Aysel218
Iqtisadcilar ucun lzimli melumatdir//tesekkurler