24. Real və nominal ÜDM

REAL VERSUS NOMINAL GDP
Beləliklə, ÜDM -a istehsal olunan bütün əmtəə və xidmətlərin bazar qiyməti daxil edilir. Əgər bir il üzrə onların istehlak göstəricisi yüksələrsə bu­nun iki izahı ola bilər: (1) iqtisadiyyatda istehsalın artımı müşahidə olunur; (2) əmtəə və xidmətlər daha baha qiymətlərlə satılmağa başla­mışdır.
Iqtisadçılar ÜDM-un artımını təhlil edərkən hər iki səbəbin təsirlərini dürüst müəyyənləşdirməyə və qiymətlərin artmasından asılı olmayaraq istehsalın əslində nə qədər artdığını müəyyən etməyə cəhd göstərirlər. Bunun üçün «Bu il istehsal olunan əmtəə və xidmətlərin dəyəri keçən ilin qiymətləri ilə hesablanarsa, onun göstəricisi nəyə bərabər olacaqdır?» fərziyyə xarakterli suala cavab verməyə imkan verən real ÜDM-un göstəricisindən istifadə olunur. Belə yanaşma qısa dövr ərzində iqtisadi artımın müqayisəli təhlilini etməyi imkan verir.
Real ÜDM-un müəyyənləşdirilməsini daha yaxşı başa düşmək üçün aşağıdakı hesab misalını nəzərdən keçirək:
Hesab misalı
Yalnız iki növ əmtəə: hot-doq və hamburger istehsal edən xəyali iqtisadiy­yatın fəaliyyətinin nəticələrini əks etdirən cədvəl 21.2-yə nəzər yetirək. Cədvəldə 2001, 2002 və 2003-cü illərdə əmtəə vahidinin satış qiymətləri və onların buraxılışının həcmi barədə məlumatlar əks olunmuşdur.
Cədvəl 21.2.
Real və nominal ÜDM

 

Illər

Istehsalın həcmi və qiymətlər

Hot-doqun qiyməti, $

Hot-doq istehsalının həcmi

Hamburqerlərin  qiyməti, $

Hamburqer istehsalının həcmi

2001

1

100

2

50

2002

2

150

3

100

2003

3

200

4

150

 

Nominal ÜDM-un hesablanması

2001

(biri 1$-dan x 100 hot-doq ) + (biri 2$-dan x 50 hamburqer) = 200$

2002

(biri 2$-dan x 150 hot-doq ) + (biri 3$-dan x 100 hamburqer) = 600$

2003

(biri 3$-dan x 200 hot-doq ) + (biri 4$-dan x 150 hamburqer) = 1200$

 

Real ÜDM-un hesablanması (Bazis ili 2001)

2001

(biri 1$-dan x 100 hot-doq ) + (biri 2$-dan x 50 hamburqer) = 200$

2002

(biri 1$-dan x 150 hot-doq ) + (biri 2$-dan x 100 hamburqer) = 350$

2003

(biri 1$-dan x 200 hot-doq ) + (biri 2$-dan x 150 hamburqer) = 500$

 

ÜDM-un deflyatorunun hesablanması

2001

($200 / $200 x 100) = 100

2002

($600 / $350 x 100) = 171

2003

($1200 / $500 x 100) = 240

Məhsulların əldə olunmasına çəkilən xərclərin ümumi məbləğini hesab­lamaq üçün hər növ məhsul miqdarının uyğun olaraq həmin məhsulun birinin qiymətinin göstəricisinə hasillərinin cəmini tapmaq lazımdır. Belə ki, əgər 2001-ci ildə uyğun olaraq  biri 1 $ və 2 $-a satılan 100 hot-doq və 50 hamburger istehsal olunmuşdursa, bu zaman əhalinin onların əldə olunmasına çəkilən xərcləri 200$ -dan ibarət olmuşdur. Mövcud qiy­mətlərdə ifadə edilmiş istehsal olunmuş əmtəə və xidmətlərin dəyərinin belə göstəricisi nominal ÜDM adlanır.
Cədvəldə nominal ÜDM-un 2001-ci ildə 200 $-dan 2002-ci ildə             600 $-a və 2003-cü ildə 1200 $-a qədər artması barədə məlumatlar  veril­mişdir. Nominal ÜDM-un artımına müəyyən dərəcədə məhsul bura­xılı­şının artımı və müəyyən dərəcədə qiymətlərin dəyişməsi səbəb olmuşdur.
Qiymətlərin səviyyəsindən asılı olmayaraq istehsal olunan məhsulun həcminin qiymətləndirilməsi üçün bazis adlanan müəyyən dövrün sabit qiymətlərilə hesablanan yaradılmış əmtəə və xidmətlərin dəyərini əks etdirən real ÜDM anlayışından istifadə edəcəyik. Beləliklə, bazis dövrünün qiymətlərindən istifadə müxtəlif illərin məhsul buraxılışı həcminin kəmiyyətcə müqayisəsinə imkan yaradacaq.
Göstərdiyimiz misalda bazis ili kimi 2001-ci ili qəbul edərək və hot-doq, hamburgerlərin məhsul buraxılışının uyğun həcmlərinə onu vurmaqla 2001, 2002 və 2003-cü illərdə real ÜDM-un göstəricisini müəyyən edəcəyik. Nəti­cədə 2001-ci ildə 200 $-dan, 2002-ci ildə 350 $-a və 2003-cü ildə 500 $-a  qə­dər ÜDM-un real artımını müəyyən edəcəyik, bu isə məhsul buraxılışı həc­minin ümumi artmasını göstərir, çünki müqayisə eyni qiymətlərlə aparılmışdır.
Beləliklə, nominal ÜDM mövcud qiymətlərlə, real ÜDM isə bazis dövrün qiymətlərilə istehsal olunmuş əmtəə və xidmətlərin ümumi dəyərini əks etdirir. Real ÜDM –un göstəricisi qiymətlərin dəyişməsinin təsirinə məruz qalmadığı üçün onun istehsalın artımının ölçülməsi üçün istifadə etmək olar.
Iqtisadiyyatın səmərəlilik səviyyəsinin müəyyənləşdirilməsi üçün ÜDM-un müxtəlif hesablanma üsullarını nəzərdən keçirdik. Real ÜDM-a əmtəə və xidmətlərin istehsalının faktiki həcmi daxil olduğu üçün o, iqtisadiyyatın əhalinin təlabatını ödəmək imkanlarını nominal ÜDM-a nisbətən daha çox əks etdirir. Lakin söhbət istehsalın artımında dəyi­şikliklərdən gedirsə, adətən əvvəlki dövrlə müqayisədə real ÜDM-un dəyişməsinin faizlə ifadə olunmuş göstəricisi istifadə olunur.

ÜDM-un  deflyatoru
THE GDP DEFLATOR
Nominal və real ÜDM-un köməyilə qiymətlərin mövcud səviyyəsinin bazis dövrünün qiymətlər səviyyəsinə münasibətini əks etdirən daha bir mühüm iqtisadi göstəricini — ÜDM-un deflyatorunu hesablamaq müm­kündür.  Başqa sözlə desək, ÜDM-un  deflyatoru istehsal həcmlərinin deyil, qiy­mətlərin nisbi dəyişməsini xarakterizə edir.  O, aşağıdakı kimi hesablanır:
ÜDM-un  deflyatorunu = (Nominal ÜDM / Real ÜDM ) x 100
Düstur nə üçün ÜDM-un  deflyatorunun məhz qiymət dəyi­şik­lik­lərini əks etdirdiyini aydın göstərir – istehsal həcimlərində dəyi­şik­lik­lər olmadan əmtəə və xidmətlərin dəyərlərində istənilən dəyişikliklər yalnız real deyil, nominal ÜDM-un göstəricisinə təsir göstərir. 
Bizim misalda ÜDM-un  deflyatorunun hesablanması Cədvəl 21.2-də verilmişdir. O, 2001-ci ildə 100-ə, 2002-ci ildə 171-ə bərabər olmuşdur. Bu o deməkdir ki, nəzərdən keçirilən dövr ərzində qiymətlər 71% artmışdır.
ÜDM-un  deflyatorundan başqa istehlak qiymətləri indeksi adlanan qiymətlərin artımını ölçən digər  göstərici mövcuddur. Onun haqqında sonrakı fəsildə söhbət açacağıq.

Oxşar məqalələr

0 şərh