António de Salazar – diktatorun iqtisadi yolu

Antonio de Salazar öz diktatura yoluna universitetdən akademik məzuniyyət götürdükdən sonra başlamışdı. Bu zaman o ölkədə hakimiyyəti ələ keçirmiş general Gomeş da Koştanın təklifini qəbul edərək maliyyə naziri vəzifəsinə təyin edilir. O andan etibarən isə təqribən 40 il ərzində Koimbri universitetinin rektorundan məzuniyyətin uzadılmasını xahiş edirdi.

Salazar öz fəaliyyətinin başlanğıcında qəti olaraq maliyyə fəaliyyəti ilə kifayətlənirdi: bir il ərzində büdcə kəsri prefisit ilə əvəzlənir. 1932-ci ildə isə Portuqaliyanın milli valyutası olan eskudo dünyanın ən dayanıqlı valyutalarından birinə çevrilir. Salazarın populyarlığı iqtisadi uğurları sayəsində artmağa başlayır. O baş-nazir vəzifəsinə keçdikdə isə vətəndaşların siniflərə və partiyalara bölünmədiyi “korporativ dövlət” yaradacağını vəd etdi. Bu korporasiyalar sahibkarları, menecerləri və işçiləri birləşdirməli və dövlət vasitəsilə “ümumi rifah” naminə kənd təsərrüfatı və siyasət məsələlərini həll etməli idi.

O iqtisadi sabitlik yolunda kiçik biznesi qurban verməli olur. Ölkədə rəqabətin qarşısını almaq üçün bir sıra tədbirlər görülür: belə ki, dövlət lisenziyasına sahib olmayan kiçik sahibkarların heç bir perspektivi qalmırdı. Hətta 1960-cı ildə ölkəyə gələn əcnəbi kapital axını da tək iri şirkətlər üçün sərfəli idi. Ölkə tədricən aqrar-sənaye mövqeyinə keçirdi. Lakin iqtisadi artım bir çox halda işçilərin, kəndlilərin və müstəmləkə əhalisinin əməyinin istismar edilməsi sayəsində əldə edilmişdi.

Salazarın idarə paradoksu ondan ibarət idi ki, iqtisadi nöqteyi-nəzərdən Portuqaliya əvvəllər heç vaxt belə sürətlə inkişaf etməmişdi. Lakin əhalinin həyat səviyyəsi Avropada ən aşağı səviyyələrdən biri olaraq qalırdı. Salazar tərəfindən yaradılan və həyat qabiliyyətinə malik olmayan iqtisadiyyat onun 1970-ci ildə dünyasını dəyişməsindən cəmi 4 il sonra tənəzzül edir.
 

0 şərh