Tələbin elastikliyi və ona təsir edən amillər

Firmalar istehsal etdikləri məhsulların miqdarını və onların quru­lu­şunu planlaşdırarkən hökmən həmin məhsullara olan tələbin hansı amillərdən asılı olduğunu nəzərə almalıdırlar.
Əvəzedici məhsullar istehsal edən və onları nisbətən aşağı qiymət­lər­lə satan firmaların fəallığının artması, habelə məhsulların qiymətlə­rinin yüksəlməsi nəticəsində digər şərtlər sabit qalmaqla, əmtəə və xid­mət­lərə olan tələbin azalması, firmaların buraxdıqları məhsullara olan tələbin ümumiyyətlə azalmasına gətirib çıxara bilər.
Lakin təkcə tələbin istiqamətinin yox, həm də kəmiy-yətinin öyrə­nilməsi olduqca böyük əhəmiyyətə malikdir. Bir kəmiyyətin başqa bir kəmiyyətin dəyişməsinə təsiretmə reaksi­yasının ölçüsünə, yaxud da başqa bir kəmiyyətin dəyişməsinə təsir edən kəmiyyətin təsir reaksiyasına elastiklik deyilir. Fikrimizi bir qədər də sadələşdirsək, deyə bilərik ki, elastiklik dedikdə hər hansı bir iqtisadi kəmiyyətin 1% dəyişməsinin başqa bir iqtisadi kəmiyyətin neçə faiz dəyişməsinə səbəb olacağı nəzərdə tutulur. Buna tələbin qiymətə görə elastikliyi, yaxud da tələbin qiymət elastikliyi deyilir.
Qiyməti P, tələbin kəmiyyətini Q ilə işarə etsək, tələbin qiymətə görə elastikliyinin düsturunu aşağıdakı kimi yazmaq olar:

Burada: DQ-tələbin kəmiyyətinin dəyişməsini, (%-lə); DP-qiymət­lərin dəyişməsini, (%-lə); P-indekslər sistemində elastikliyin qiymətlərə görə nəzərdən keçirildiyini göstərir; Ep-tələbin qiymətə görə elastik­liyidir.
Qeyd etmək lazımdır ki, bütün əmtəələr üçün təbii qiymətə görə elastiklik əmsalı mənfi kəmiyyətdir. Bunu belə bir faktdan aydın gör­mək olar ki, adətən əmtəələrin qiymətləri aşağı düşdükdə onlara olan tələb artır və əksinə, qiymətlər bahalandıqda tələb azalır… Məsələn, əgər «OMO» yuyucu tozunun qiymətinin 5% aşağı salın­ması, ona olan tələbin 10% artmasına səbəb olmuşdursa, elastiklik gös­təricisi (əmsalı) mənfi 2-yə bərabər olur. Yəni:

Tələbin qiymətə görə elastikliyi göstəricisinin mütləq kəmiyyəti 1-dən böyük olduqda, bu, nisbi elastiklik tələbi və ya tələbin nisbi elas­tik­liyi adlanır. Başqa sözlə, bu o deməkdir ki, qiymətlərin dəyişməsi tə­lə­bin kəmiyyətində böyük dəyşikliklərə gətirib çıxarır.
Elastiklik əmsalı 1-ə bərabər olduqda buna fərdi elastiklik deyilir və söhbət yeganə elastiklikdən gedir. Bu zaman da qiymətlərin dəyiş­məsi tələbin kəmiyyətinin dəyişməsinə gətirib çıxarır. Burada çox mü­hüm olan iki halı nəzərə almaq lazımdır. Birinci halda, alıcıların əm­təə­ləri satın aldıqları yalnız bir qiymət mövcud ola bilər. Bu zaman qiymə­tin istənilən qədər qaldırılması və ya aşağı salınması alıcını həmin əmtəə­ləri satın almaqdan imtina etməyə, yaxud da tələbin qeyri-məhdud art­masına gətirib çıxarır. Bu zaman tələb mütləq mənada elastikdir və həm də elastiklik göstəricisi sonsuzdur. Məsələn, şəhər bazarlarında ayrı-ayrı şəxslər tərəfindən satılan pomidor mütləq elastikliyə malikdir. Lakin pomidora olan bazar tələbi qeyri-elastikdir. Ikinci hal mütləq mə­nada elastik olmayan tələbə aiddir, yəni qiymətlərin dəyişməsi öz ək­sini tələbin kəmiyyətində tapır. Buna xəstənin yan keçə bilmədiyi ayrı-ayrı dərman növlərinə olan tələbi misal göstərmək olar.

Bəs, tələbin qiymətlərə görə elastikliyi necə ölçülür? Bunun üçün tələbin kəmiyyətinin dəyişməsinin (faizlə) qiymətlərin dəyişməsinə (faizlə) olan nisbətini müəyyən etmək lazımdır.

Buradan aydın olur ki, elastiklik əmsalı təkcə əmtəələrin qiymətlə­ri­nin, onların həcminin və aralarındakı nisbətin dəyişməsindən (tutaq ki, artmasından) deyil, həm də faktiki qiymətlərindən asılıdır.
Tələbin elastikliyinə müxtəlif amillər təsir edir ki, bunlardan biri də bazarda əvəzedicilərin olmasıdır. Bazarda eyni tələbatı ödəyən müx­təlif məhsullardan nə qədər çox olarsa, alıcının qiyməti elastiklik qiy­mətindən yüksək olan məhsulların hər hansı birindən imtina etmək im­kanı da bir o qədər yüksək olur.
Tələbin qiymətə görə elastikliyinə təsir edən başlıca amillərdən biri də vaxt amilidir. Qeyd etmək lazımdır ki, uzunmüddətli dövrə nisbətən qısa müddətli dövr elastikliyə az meyllidir. .

Tələbin elastikliyindəki fərq, həmçinin istehlakçı üçün hər hansı bir əmtəənin əhəmiyyətlilik dərəcəsi ilə izah olunur. Belə ki, ən zəruri tələbat malları üçün tələb elastik deyildir, istehlakçının həyatında baş­lı­ca rol oynamayan məhsullara olan tələb isə adətən elastikdir.İqtisad elmində qarşılıqlı elastiklik anlayışı da vardır. Bu göstəri­cidən hər hansı bir əmtəənin qiymətinin dəyişməsinin başqa bir əmtəəyə olan tələbin dəyişməsinə təsirini müəyyən etmək üçün istifadə olunur.
Qarşılıqlı elastiklik əmsalının əhəmiyyəti nəzərdən keçi-rilən hansı məhsulların bir-birini qarşılıqlı surətdə tamam-laması və ya əvəz etməsindən asılıdır.
Əmtəələr bir-birini əvəz edəndirlərsə, qarşılıqlı elastik-lik əmsalı müs­bət işarəli olur. Məsələn, kərə yağın qiyməti-nin bahalanması mar­qa­rinə olan tələbin artmasına, təndir çörəyinin qiymətinin aşağı düşməsi, çörəyin digər növlərinə olan tələbin azalmasına gətirib çıxarır.

Elastikliyi qiymətləndirmək üçün təkcə qiymət deyil, başqa iqtisa­di dəyişənlər də seçilə bilər. Belə iqtisadi dəyişənlərdən biri gəlirlərdir. Gəlirlərə görə elastiklik əmtəəyə olan tələbin dəyişməsinin istehlak­çıla­rın gəlirlərinin dəyişməsinə olan nisbəti kimi hesablanır.
Bu göstəricidən istifadə etməklə, hər hansı bir əmtəənin normal (gəlirlərin artması tələbin artmasına səbəb olduqda) və ya aşağı (gəlir­lə­rin azalması tələbin azalmasına səbəb olduq­da) əmtəələr kateqori­yası­na aid olduğunu müəyyən-ləşdirmək olur.

0 şərh