Dövlətin kredit siyasəti

Pul-kredit siyasətinin mərkəzində pul haqqında nəzə-riyələr du­rur. Bunlar özlərində, pulun və dövlətin yeritdiyi pul-kredit siyasətinin iqtisadiyyata təsirini əks etdirirlər. Lakin problemin aydınlaşdırıl­ması­na iki yanaşma metodu diqqəti daha çox cəlb edir. Bunlardan biri mo­dernləşdirilmiş Keyns nəzəriyyəsi, digəri isə monetarizmdir. Onların ikisi də pul üzrə təklifin dəyişməsinin nominal ÜMM-in dəyişmə-sinə təsirini etiraf etsələr də, məsələni müxtəlif mövqelərdən qiymətləndi­rir­lər. Belə ki, Keynsçilər pul-kredit siyasətinin faiz dərəcələrindən, mone­ta­ristlər isə pul üzrə təklifdən ibarət olduğunu deyirlər.
Keynsçilərin fikrincə bazar iqtisadiyyatı qeyri-sabit sistemdir. Ona görə də dövlət müxtəlif vasitələrdən istifadə etməklə, iqtisadiyyatı, o cümlədən pul-kredit münasibət-lərini tənzimləməlidir. Pul üzrə təklifin dəyişməsinin səbəbi faiz dərəcələrinin dəyişməsidir. Bu isə öz növbə­sində inves-tisiyaya olan tələbin dəyişməsinə gətirib çıxarır. Monetar siya­sət iqtisadiyyatın sabitləşdirilməsində fiskal və ya büdcə siyasəti qə­dər faydalı deyildir.
Lakin XX əsərin 70-ci illərində Keyns məktəbində böhran baş­layır və bunun nəticəsində iqtisadi nəzəriyyədə neoklassik istiqamət, o cümlədən onun müasir forması olan monetarizm üstünlük qazanır.
Müasir monetarizmin tanınmış nümayəndəsi, Nobel mükafatı laureatı M. Fridmendir. Monetarizm nəzəriyyə-sinə görə bazar iqtisa­diy­yatı daxilən sabit sistemdir. Mənfi hallar ona görə baş verir ki, döv­lət iqtisadiyyata yersiz müdaxilə edir. Ona görə də bu müdaxilə mini­muma endiril-məlidir.
M. Fridmenin özünə gəldikdə isə o, uzun müddətli monetar si­ya­sətlə tarazlaşdırılmış «pul qaydaları» ideyasını irəli sürmüşdür. Bu­nun mahiyyəti ondan ibarətdir ki, dövlət tədavüldə olan pul kütləsinin daim artmasını müdafiə etməlidir. Bu artımın kəmiyyətini onun fik­rincə aşağıdakı bərabərliklə müəyyən etmək olar:
 

Burada: ∆M–pulun orta illik artımını (uzun  müddət  üçün,  %-lə); ∆Y–ÜMM-in orta illik artımını (uzun müddət üçün %-lə); ∆P -  gözlənilən inflyasiyanın orta illik artımını, (gözlənilən inflyasiyanın orta illik artım sürətini hesabla-dıqda inflyasiyanın ümumi səviyyəsindən dövlətin, həmkar-lar ittifaqlarının fəaliyyəti ilə əlaqədar olan inflyasiya çıxılır) göstərir.
M.Fridmenin monetar qaydaları tədavüldə olan pul kütləsinin artımına ciddi nəzarət olunmasını — (illik 3-5 % olmaqla) nəzərdə tutur. Məhz pul kütləsinin belə artımı iqti-sadiyyatda işgüzar fəallığı artırır. Onun fikrincə tədavüldə olan pul kütləsi il ərzində 3-5 %-dən çox artdıqda inflyasiya baş verir, bu həddən az olduqda isə ÜMM-in artım sürəti aşağı düşür.
M. Fridmenin «pul qaydaları» keçən əsrin 70-ci illə-rinin axır­la­rında ABŞ və Böyük Britaniyanın (reyqanomika və tetçerizm) pul-kre­dit siyasətinin əsasını təşkil etmişdir.
Pul-kredit siyasətinin müasir nəzəri modelləri də vardır. Onlar Keynsçilik və monetarizmin ən səmərəli ün-sürlərinin birləşmiş variant­la­rıdırlar. Başqa sözlə, hər nəzə-riyyədən ən səmərəli ünsürlər seçilmiş və onlardan istifadə edilmişdir. Hazırda uzun müddətli dövrdə pul-kredit siyasə-tində monetar yanaşmalar üstünlük təşkil edir. Bununla bir-likdə, dövlət ən çevik iqtisadi manevretmədə faiz dərəcələ-rinin bilavasitə təsi­rindən istifadə olunmasından imtina et-mir, əksinə ondan hərtərəfli ya­rarlanır.
Göründüyü kimi, dövlət özünün pul-kredit siyasətin-də konkret şəraitdən asılı olaraq hər iki nəzəriyyənin ünsür-lərindən istifadə edir.
Dövlətin pul-kredit siyasəti dedikdə onun pul təda-vülü və kre­dit sahəsində həyata keçirdiyi tədbirlər nəzərdə tutulur. Bu siyasətin əsas məqsədi kredit bazarı və pul tədavülünə nəzarət etməkdən, habelə inflyasiyaya qarşı fəal mübarizə aparmaqla, mövcud iqtisadi şəraiti tən­zimləmək və sağlamlaşdırmaqdan ibarətdir.
Pul-kredit siyasəti ya kreditin və pul emissiyasının stimul­laş­dırılmasına, yaxud da onların ləngidilməsi və məh-dudlaşdırılmasına yö­nəldilir. Bunlardan birincisinə kredit ekspansiyası, ikincisinə isə kredit restriksiyası deyilir.
Istehsalın səviyyəsi aşağı düşdükdə və işsizlik artdıq-da mərkəzi banklar kredit verilməsini genişləndirmək və faiz dərəcəsini aşağı sal­maq yolu ilə mövcud vəziyyəti canlan-dırmağa çalışırlar. Iqtisa­diyyatın yüksəlməsi isə əksəriyyət hallarda «birja ehtirasları»nın, möh­təkirliyin, qiymətlərin, müxtəlif sahələr arasında uyğunsuzluqların artması ilə mü­şayiət olunduğuna görə mərkəzi banklar kredit verilməsini məhdud­laş­dır­maq, faiz dərəcələrini artırmaq, ödəniş vasitələri emis­siyasını azalt­maq və s. köməyilə vəziyyətin «alovlanması»nın qarşısını alırlar.
Dünya təcrübəsində tədavüldə olan pul kütləsinin tənzim­lən­məsində aşağıdakı vasitələrdən istifadə olunur: 1) Açıq, yəni qiymətli kağızlar bazarında aparılan əməliyyat-lar; 2) Diskont siyasəti, yəni kom­­mersiya banklarının verdikləri kreditlər üzrə faiz dərəcələrinin tən­zim­lənməsi; 3) Məcburi ehtiyatların yaradılması normativlərinin dəyiş­di­­rilməsi. Bu tədbirləri görməkdə məqsəd tədavüldə olan pul kütləsini azaltmaq və ya artırmaqdan ibarətdir.
Müasir dövrdə tədavüldə olan pul kütləsinin tənzim-lənməsinin başlıca vasitələri qiymətli kağızlar bazarında aparılan əməliyyatlardır. Bunun mahiyyəti ondan ibarətdir ki, mərkəzi bank dövlət qiymətli kağızlarını kommersiya banklarından ya satın alır, ya da onlara satır, qabaqcadan elan olunmuş, yaxud da bazar qiymətləri ilə aksept və kre­dit əməliyyatlarını yerinə yetirir. Pul bazarında pul kütləsi artıqlığı mü­şahidə olunduqda mərkəzi bank dövlət qiymətli kağızlarını açıq bazara çıxarır. Bu zaman onların bazar qiymtləri aşağı düşür, faiz dərəcələri və alıcılarda onları satın almağa maraq isə artır. Bu, onların ehtiyat he­sab-larındakı qalığın azalmasına gətirib çıxarır. Pul bazarında pul kütləsi azlıq etdikdə isə mərkəzi bank pul üzrə təklifin genişləndi­ril­mə­sinə yönəldilən siyasət yeridir. Başqa sözlə, mərkəzi bank digər banklar­da və əhalidə olan qiymətli kağızları satın alır və bununla da onlara olan tələbi artırır. Nəticədə qiymətli kağızların bazar qiymətləri yüksə­lir, faiz dərəcələri aşağı düşür, bu da onların «gözdən düşməsinə» səbəb olur. Banklar və əhali dövlət qiymətli kağızlarını həvəslə satdıqlarına görə mərkəzi bankın ehtiyat hesabın-dakı qalıq artır.
Diskont siyasəti kreditin tənzimlənməsinin ən qədim meto­du­dur. Bu metoddan XIX əsrin ortalarından başlaya-raq geniş istifadə edilir. Onun meydana gəlməsi mərkəzi bankın kommersiya banklarının kreditoruna çevrilməsi ilə əlaqədardır. Belə ki, mərkəzi banklar kom­mer­siya bankları-nın götürdükləri kreditlər üzrə uçot (diskont) dərəcə­lə­rini artırmaqla, onları digər kredit müəssisələrindən borc götürməyin zərərli olduğuna inandıra bilmişlər. Bu, bank ehtiyatlarının tamam­lan­masını çətinləşdirmiş, uçot dərəcə-lərinin yüksəlməsinə və nəticə etiba­ri­lə kredit əməliyyatla-rının azalmasına səbəb olmuşdur.
Bu siyasətdən istifadə edilməsi XIX əsrin axırları, XX əsrin əvvəllrində daha geniş miqyas almışdı. Belə ki, keçən əsrin 30-40-cı illə­rində mərkəzi banklar C.M.Keynsin təklif etdiyi «ucuz pullar», yəni aşağı faiz dərəcələri ilə kredit verilməsi siyasəti yeritmişlər. Ingiltərədə 1932-ci ildən 1951-ci ilədək uçot (diskont) dərəcəsi 2%, ABŞ-da 1937-1948-ci illərdə 1% səviyyəsində olmuşdur.
Faiz dərəcələrinin aşağı müəyyən olunmasında ikinci dünya müharibəsindən sonra xəzinədarlığın imtiyazlı şərt-lərlə maliyyələş­di­ril­məsi böyük rol oynamışdır. XX əsrin 50-ci illərindən etibarən ölkə­lərin çoxunda uçot siyasətindən istifadə olunması yenə də fəallaşmışdır. Ha­zırda xarici ölkə-lərdə uçot dərəcələri 2-15% arasında tərəddüd edir.
Kommersiya bankları üçün icbari ehtiyat normativ-lərinin müəy­yən edilməsi bir tərəfdən, bankın öz maliyyə öhdəliklərini ödəyə bilmək qabiliyyətinin yaxşılaşmasına təsir edirsə, digər tərəfdən, bu normalar, investisiyaların məhdudlaşdırılması «amili» kimi çıxış edir. Başqa sözlə, bu normaların dəyişməsi bank ehtiyatlarına birbaşa təsi­retmə üsuludur. Bu metoddan ilk dəfə 1933-cü ildə ABŞ-da istifadə edilmişdir.
Pul-kredit siyasətinin seçmə metodlarından da istifadə edilir ki, bunlara da aşağıdakılar aiddir: 1) Kreditin ayrı-ayrı növlərinə nəzarət edilməsi. Bu üsuldan əksəriyyət hallarda birjaların qiymətli kağızlarını satın almaq, habelə ipoteka və istehlak kreditlərinə nəzarət etmək üçün istifadə olunur; 2) Riskin və bank əməliyyatlarının tənzimlənməsi. Çox­saylı hökumət sənədlərində (qanunlarda, təlimatlarda, göstəriş­lər­də, di­gər hüquqi–normativ sənədlərdə) əsas diq-qət riskə və bank əmə­liyyat­larının etibarlılığına verilir. Sə-ciyyəvi haldır ki, bankların fəa­liyyəti ilə bağlı risketmə borc alanın maliyyə vəziyyətinə qiymət vermək yolu ilə deyil, bankın xüsusi vəsaiti ilə verilmiş kredit arasındakı nisbətlə mü­əyyən edilir.
Ölkəmizdə bazar münasibətlərinə keçid dövrünün əv-vəllərində iqtisadiyyatınmızda mövcud olan ağır iqtisadi böhranın aradan qal­dı­rılması üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Bunları görməkdə əsas məqsəd inflyasiyanın cilovlanması və dövlətin az müdaxiləsi ilə bazar iqtisadiy-yatının əsaslarının yaradılmasından ibarət olmuşdar. Bu problemlərin həll edilməsi mexanizmi büdcənin qeyri-infl-yasiya mən­bə­ləri hesabına maliyyələşdirilməsinə, güzəştlərin azaldılması və son nəticədə ləğv edilməsinə, pullu hərrac-larda özəlləşdirmənin aparıl­masına, MDB dövlətləri ilə bəzi ittifaqlardan, xüsusilə də vahid pul məkanından çıxmağa yönəldilmişdi. Bütün bunlar özünün qismən müs­bət nəticələ­ri­ni vermişdir.
«Banklar və bank fəaliyyəti haqqında» və «Azərbay-can Res­publikasının Milli Bankı haqqında» Azərbaycan Resupblikasının qa­nun­larına uyğun olaraq ölkəmizin pul-kredit siyasətinin əsas isti­qa­mət­ləri Azərbaycan Respubli-kası Nazirlər Kabineti ilə qarşılıqlı əlaqə şəra­itində Azər-baycan Resublikasının Milli bankı tərəfindən işlənib hazır­lanır.
1990-cı illərin ikinci yarısında Azərbaycan Respub-likasında pul-kredit siyasətinin formalaşmasının əsasında aşağıdakı makroiqti­sadi məqsədlərə nail olunması durmuş-dur:
1) Maliyyə sabitliyinin ya­ra­dılması və bu sahədə əldə edilmiş nəticələrin möhkəmləndirilməsi;
2) In­flyasiyanın sürətinin azaldılması;
3) Iqtisadi subyeklərin formalaş­maq-da olan şəraitə uyğunlaşdırılması üçün əlverişli mühit yara-dılması;
4) Mil­li valyutanın məzənnəsinin möhkəmləndi-rilməsi;
5) Iqtisadiyyat­da nominal və real faiz dərəcələrinin azaldılması;
6) Ölkənin tədiyə ba­lan­sının müsbət saldosu-nun təmin edilməsi;
7) Qeyri-inflyasiya iqtisadi ar­tım meyli-nə nail olunması və onun möhkəmləndirilməsi.
Azərbaycan Respublikası Milli Bankının pul-kredit siyasətinin əsas vəzifəsi isə ölkəmizin milli valyutasının – manatın sabitliyini təmin etməkdən və onu qoruyub saxlamaqdan ibarətdir.
Bu vəzifənin yerinə yetirilməsinin zəruri şərtləri  aşa-ğıda­kı­lardır:
1) Pul emissiyası üzərində sərt nəzarətin həyata keçirilməsi;
2) Çevik idarə olunan valyuta məzənnəsi siyasə-tinin yeridilməsi;
3) Ba­zar mexa­nizm­lərinin daha da inkişaf etdirilməsi və təkmilləşdirilməsi;
4) Pul-kredit siyasətinin başlıca vəzifələrindən olan milli bankın apar­dığı əməliyyat-lara görə faiz dərəcələrindən məqsədyönlü istifadə edil­məsi.
Görülən tədbirlərin nəticəsində ölkəmizdə maliyyə və pul tə­da­vülünün sağlamlaşdırılması və iqtisadiyyatın sabit-ləşdirilməsi sahə­sində bir sıra nailiyyətlər qazanılmışdır. Əgər 1994-cü ildə ölkəmizdə inflya­siya səviyyəsinin 1760% olduğunu, hazırda bir o qədər də təhlükəli olmadığını ya­da salsaq bu sahədə nə kimi nailiyyət qazanıldığı aydın olar.
Bütün bunlar onu göstərir ki, ölkəmizdə yeridilən pul-kredit siyasəti öz bəhrələrini verir və gələcəkdə iqtisa-diyyatımızda müşahidə olunan çatışmazlıqların aradan qaldırılması bəzi problemlərin həll edil­məsinə, mövcud imkanlarımıza uyğun gələn həyat səviyyəsinə nail ol­mağa imkan verən sosial yönümlü bazar iqtisadi sisteminin for­malaş­masına şəarait yaradacaqdır.

0 şərh