Tələb və təklifin inflyasiyası

Iqtisadçılar inflyasiyanın aşağıdakı iki tipini bir-birindən fərq­ləndirirlər: 1) Tələbin inflyasiyası, 2) Təklifin inflyasiyası.
Ümumi təklif sabit qalmaqla, ümumi tələb artdıqda qiymətlər dəyişir. Və bununla əlaqədar olaraq tələbin inflyasiyası baş verir ki, onu da ən sadə şəkildə belə ifadə etmək olar: «dövriyyədə az miqdarda mövcud olan əmtəələri satın almaq üçün daha çox pul kütləsi olur».
Lakin ümumi tələblə istehsalın həcmi, məşğulluq və qiymətlər arasındakı nisbətin öyrənilməsi ilk baxışda təsəv-vür olunduğu kimi o qədər də sadə məsələ deyildir.
Ilk dövrlərdə istehlak və investisiya, habelə hökumə-tin sərf etdiyi və xalis ixracla əlaqədar olan ümumi xərclər az olduğuna görə ümummilli məhsul tələb olunan qədər istehsal edilmir, müəssisələrin is­tehsal güclərinin çox hissəsi fəaliyyət göstərmir, işsizlik artır. Ümumi tələb artdıqda isə istehsalın həcmi artır, işsizliyin səviyyəsi aşağı düşür, qiymətlər ya çox az qalxır, yaxud da sabit qalır. Bu, onunla izah edilir ki, fəaliyyət göstərməyən çox böyük miqdarda maddi və əmək ehti­yat­larının istehsala cəlb olunmasına ma-raq artır, mövcud qiy­mət­lərlə on­la­rı istənilən vaxt istifadəyə vermək imkanı meydana çıxır. Bu­nun nəticə­sində məhsul istehsalı çoxalır, qiymətlər isə bahalışmır.
Tələb artdıqda isə iqtisadiyyat tam məşğulluğa və mövcud eh­tiyatlardan tam istifadə olunmasına yaxınlaş-maqla ikinci mərhələyə daxil olur. Lakin qeyd etmək lazım-dır ki, tam məşğulluğa nail olunana qədər də qiymətlər təd-riclə artmağa başlaya bilər. Ona görə ki, isteh­salın miqyası genişləndirildikcə dövriyyəyə cəlb edilən ehtiyatlardan iqtisadiyyatın bütün bölmələrində və sənayenin bütün sahələrində bir­dən-birə, eyni vaxtda istifadə olunmur. Daha doğrusu, sənayenin bir çox sahələrində artıq isthesal gücləri olduğu halda, digərlərində «zəif yerlər» meydana çıxır. Sənayenin bəzi sahələri özünün artıq istehsal güclərindən başqalarına nisbətən daha tez istifadə edirlər. Işçi qüvvəsi bazarlarında tələbin artması nəticəsində işçilərin bəzi kateqo­riyala­rın­dan tam istifadə olunmağa başlayır, onların əmək haqqı yüksəlir. Bun­larla əlaqədar olaraq firmaların istehsal xərcləri də artır və buna görə də onlar qiymətləri qaldırmağa məcbur olurlar.
Əmək bazarında təklifin azalması kollektiv müqavi-lələr bağla­narkən həmkarlar ittifaqının sahibkarlara təsiret-mə imkanlarını geniş­ləndirir və əmək haqqının artırılma-sına nail olmaqda onlara kömək edir. Firmalar tətil hərəka-tından (xüsusilədə iqtisadiyyatın inkişaf et­diyi dövrdə) çəkinərək əmək haqqını artırmağa razı olurlar. Bundan baş­qa, ümumi xərclər artdıqda, firmalar onu, qiymətləri qaldır-maqla istehlakçılardan "çıxarmağa" çalışırlar. Nəhayət tam məşğulluğa nail ol­unduqda, firmalar daha məhsuldar, yəni ixtisaslı peşə sahiblərini muzdla tutmaq məcburiyyətində qalırlar ki, bu da öz növbəsində xərc­lərin və qiymətlərin artmasına səbəb olur. Ikinci dövrdəki inflya­si­yanı bə­zən «vaxtsız» inflyasiya  adlandırırlar. Çünki o, ölkədə tam məş­ğulluq başlananadək meydana çıxır.
Üçüncü dövrə çatdıqda tam məşğulluq iqtisadiyyatın bütün böl­mələrində özünü göstərir. Sənayenin bütün sahələri məhsul istehsa­lının artırılması tələbinə daha cavab verə bilmir. Bu isə o deməkdir ki, milli məhsulun real həcmi ən yüksək həddə çatmışdır və tələbin bundan sonra artması inflyasiyaya doğru aparır. Başqa sözlə, cəmiyyətin is­teh­sal imkanlarından artıq olan ümumi tələb qiymətlərin art­masına səbəb ola bilər. Bu dövrdə tələbin inflyasiyasının başlıca şərtləri aşağı­da­kı­lardır:
1) Əhalinin tələbatının artması. Buna təsir edən əsas amillər isə əmək haqqının və məşğulluğun artmasıdır;
2) Iqtisadi yüksəliş dövründə investisiyaların və bununla əla­qədar olaraq kapital əmtəələrinə olan tələbin artması;
3) Dövlət xərclərinin (hərbi və sosial xərclərin) artması.
Beləliklə, nəzərdən keçirilənlərə əsasən aşağıdakı nəticələri çı­xar­maq olar: qiymətlər sabit qaldıqda (birinci dövr) nominal və real ÜMM eyni sürətlə artır. Lakin «vaxtsız» inflyasiya zamanı (ikinci dövr) nominal ÜMM-i deflyasiya etmək lazımdır. Bu, məhsulun həcmini fi­ziki ifadədə müəyyən etməyə imkan verir. «Xalis» inflyasiya zamanı (üçüncü dövr) nominal ÜMM artır (həm də bəzən çox sürətlə artır), real ÜMM isə dəyişmir.
Xərclərin artması və bazarda ümumi təklifin azalma-sı da in­flyasiyaya səbəb ola bilər. Bunu belə bir faktdan ay-dın görmək olar ki, son illərdə ümumi tələb artıqlığı olmadı-ğı halda, qiymətlərin artdığı dövrlərə təsadüf olunmuşdur. Istehsalın həcmi və məşğulluq azaldığı hallarda da qiymət-lərin artdığı dövrlər müşahidə edilmişdir. Beləliklə, istehsal xərclərinin artması və ya ümumi təklifin azalması ilə əlaqə-dar olaraq baş verən inflyasiya təklif üzrə inflyasiya adlanır.
Xərclərin artması ilə əlaqədar olan inflyasiya öz ifadəsini məh­sul vahidinə düşən istehsal xərclərinin çoxal-masında tapır və aşa­ğıdakı kimi müəyyən edilir:
Məhsul vahidinə düşən xərclər = ümumi xərclər: məhsulun miqdarı
Məhsul vahidinə düşən xərclərin artması mövcud qiymətlərlə fir­manın təklif etdiyi məhsulun və deməli, onun mənfəətinin azalmasına səbəb olur. Bunun nəticəsində bü-tün iqtisadiyyat üzrə təklif olunan əm­təə və xidmətlər azalır, bu isə qiymətlərin bahalaşmasına gətirib çıxarır. Təklif üzrə inflyasiyaya iki başlıca amil təsir edir. Bunlardan biri no­mi­nal əmək haqqının artırılması, digəri isə xammal və mate­rialların, enerji daşıyıcılarının qiymətlərinin bahalaşmasıdır.
Əmək haqqının artırılması nəticəsində baş verən inflyasiya is­tehsal xərclərinin çoxalması ilə əlaqədar olan inflyasiyanın bir nö­vüdür. Bunun başlıca səbəbkarı demək olar ki, həmkarlar ittifaqıdır. Bu, onun­la izah edilir ki, həmkarlar ittifaqları kollektiv müqavilələr vasitə­si­lə nominal əmək haqqı üzərində nəzarəti müəyyən dərəcədə həyata ke­çirirlər. Məsələn, tutaq ki, iri həmkarlar ittifaqları əmək haqqının bö­yük məbləğdə artırılmasını tələb edir və buna nail olurlar. Bununla da onlar həm də həmkarlar ittifaqlarının üzvü olmayan işçilərin əmək haq­qı­nın yeni standartını müəyyən etmiş olurlar. Bütün ölkə üzrə əmək haqqının artırılması, əks təsir göstərən hər hansı bir amillə (məsələn, bir saatda istehsal olunan məhsulun miqdarı) taraz­laşdırılmadıqda məhsul vahidinə düşən xərclər artır. Istehsalçılar buna bazara çıxardıqları əm­təə və xidmətlərin miqdarını azaltmaqla cavab verirlər. Tələb sabit qal­maqla, təklifin azalması isə qiymətlərin art­masına səbəb olur. Bunu əmək haqqının həddindən çox artırılması ilə əlaqədar olaraq baş verən inflyasiya adlandırırlar.
Xərclərin artması ilə əlaqədar olan inflyasiyanın başqa bir nö­vü təklif mexanizminin pozulması nəticəsində baş verən inflyasiyadır. Bu, enerji istehsalına sərf olunan xam-malların qiymətlərinin qəflətən artması ilə əlaqədar olaraq istehsal xərclərinin və deməli məhsulların qiymətlərinin bahalaşması nəticəsində baş verir. Bunu 1973-1974,  1979-1980-ci illərdə və ümumiyyətlə son dövrlərdə enerji daşıyıcı-larının qiymətlərinin qalxıb-enməsindən daha aydın görmək olar. Belə ki, enerji daşıyıcılarının qiymətlərinin artması nə-ticəsində istehsal və məh­sulların daşınması xərcləri  artmış-dır. Bu isə öz növbəsində xərc­lərin çoxalması ilə əlaqədar olan inflyasiyanın sürətlə artmasına səbəb ol­muşdur.
Iqtisadiyyatda elə hallar da olur ki, eyni vaxtda, bir tərəfdən qiy­mətlər artır, digər tərəfdən isə istehsalın həcmi azalır. Başqa sözlə, qiymətlər və məhsul istehsalı müxtəlif istiqamətlərdə dəyişir. Buna staqflyasiya deyilir.
Iqtisadçılar staqflyasiyanın səbəblərini müxtəlif cür izah edir­lər. Buna dair aşağıdakı nöqteyi-nəzərlər diqqəti daha çox cəlb edir:
1) Qeyri-təkmil strukturların mövcudluğu. Belə bir fikir irəli sürülür ki, yaxşı sahmana salınmış bazar mexaniz-minə malik olan iqti­sadiyyatda bəzi əmtəələrin qiymətləri-nin artması başqa əmtəələrin qiy­mətlərinin aşağı düşməsinə səbəb olur. Odur ki, bazar tarazlığına əməl olunmalıdır;
2) Staqflyasiya inhisara və bazarda firmaların hökm-ranlığına səbəb olur. Bu o deməkdir ki, az istehsal edib, baha satmaq inhisarlar üçün daha faydalıdır;
3) Belə bir fikir də geniş yayılmışdır ki, staqflyasiya-nın səbəbi göz­lənilən inflyasiya ola bilər. Başqa sözlə, isteh-sal amillərinin mül­kiy­yətçiləri öz gəlirlərinin inflyasiya nəti-cəsində azalacağından ehtiyat edə­rək xidmətlərin dəyərini artırmağa başlayırlar.

0 şərh