Рейтинг
+30.93

Ekonomiks

31 üzv, 157 topik

1.7. Prinsip 7

Bəzən dövlət bazara müsbət təsir etmək imkanına malik olur
Adətən, bazar iqtisadi fəaliyyətin təşkilini çox səmərəli koordinasiya edir, lakin bu qaydadan bəzi mühüm kənaraçıxmalar mövcuddur. Dövlə­tin iqtisadiyyata müdaxiləsi iki səbəbdən məqsədyönlüdür: bu səmərəliliyin və bərabərliyin təmin olunmasına yönəldilirsə, yəni dövlət proqramlarının əsas məqsədi ya «iqtisadi piroqun» həcminin ölçülərinin artırılmasından, ya da onun bölüşdürülməsi üsulunun dəyişdirilməsindən ibarət olursa.
«Görünməz əl» adətən, bazarı resursların daha səmərəli bölgüsünə gətirib çıxarır. Lakin bəzən müxtəlif səbəblərə görə «görünməz əl» işləmir. Bazarın öz-özünə resursları səmərəli bölüşdürmək iqtidarında olmaması vəziyyətini təsvir edərkən  iqtisadçılar «bazarın müvəffəqiyyətsizliyi (iflas)» terminindən istifadə edirlər.


Ardı →

1.6. Prinsip 6

Adətən bazar-iqtisadi fəaliyyətin təşkilinin əlve­rişli üsuludur

SSRI və Şərqi Avropada kommunizmin süqutu bəlkə də son yarım əsr ərzində dünyada baş verən ən əhəmiyyətli dəyişiklikdir. Kommunist ölkələ­rində dövlət iqtisadi fəaliyyəti idarə edən, hansı əmtəə və xidmətləri istehsal etmək, hansı miqdarda və bu işlə kimin məşğul olacağı barədə qə­rarlar qəbul edən planlaşdırma mərkəzi kimi çıxış edirdi. Mərkəzləşdirilmiş planlaşdırma yalnız dövlətin iqtisadi fəaliyyətinin bütövlükdə ölkənin çi­çəklənməsini təmin edəcək səviyyədə təşkil etməsi imkanına malik olması haqda nəzəriyyəyə əsaslanırdı.

Ardı →

1.5. Prinsip 5

Hər kəsin xeyrinə ticarət

Yəqin ki, yapon kompaniyalarının dünya bazarında Amerika isteh­salçı­larının əsas rəqibi olması barədə «xəbəri» eşitmisiniz. Bəzi hallarda bu, həqiqə­tən də belədir, axı Amerika və yapon firmaları çoxlu eyni tipli əm­təələr istehsal edirlər. Ford və Tovota avtomobil bazarında alıcılara görə mübarizə edilir, Compaq və Toshiba fərdi kompüterlər bazarında rəqabət aparılır.

Ardı →

1.4. Prinsip 4

Insan stimullara reaksiya verir
Insanın qəbul etdiyi qərarlar adətən mümkün olan xeyir və məsrəf­lərin müqayisəsinə əsaslandığı üçün onlar arasındakı nisbətin dəyişməsi də şübhəsiz, şəxsin qərarlarına təsir göstərəcək. Beləliklə, insan stimullara re­aksiya verir. Məsələn, almanın qiyməti qalxdıqda, o, alma yox, armud al­maq qərarını qəbul edə bilər, ona görə ki, alma daha baha başa gəlir. Meyvə bağlarının sahibləri isə satışlardan əldə etdikləri gəlirlər artdığına görə,  alma məhsulunu yığmaq üçün daha çox muzdlu işçi tutmaq qərarına gəlirlər.


Ardı →

1.3. Prinsip 3

Ağıllı insan son həddə dəyişikliklər terminlərini də fikirləşir
Hər gün rastlaşdığımız problemlərin həlli həmişə bir-birini tam in­kar edən xarakterə malik deyil. Məsələn, nahar vaxtı siz tamamilə yemək­dən imtina etmək və ya qazandakı bütün yeməyi yemək arasında seçim et­mirsiniz, sadəcə olaraq qərara alırsınız ki, bir-iki qaşıq artıq yemək olar, ya yox. Eyni qayda ilə siz məqbul -imtahan sessiyası zamanı tamamilə imta­hanlara hazırlaş­maqdan imtina etmək və ya 24 saat dərsliklərin üzərində çalışmaq arasında deyil, sadəcə olaraq 1 saat teleproqram seyr etmək və ya 60 dəqiqə öz kons­pekt­lərinizi oxumaq arasında seçim edirsiniz.


Ardı →

1.2. Prinsip 2

Xərclər arzu olunanların əldə edilməsi üçün im­tina edilənlərdən ibarətdir
THE COST OF SOMETHING IS WHAT YOU GIVE UP TO GET IT
Insan tərəfindən dərk edilmiş qərarların qəbul edilməsinin seçim zə­ru­ri­liyi fəaliyyətin alternativ variantlarının — xərclərinin və nemətlərinin müqayi­sə­sini tələb edir. Lakin bir çox hallarda xərclər ilk baxışdan görü­ndüyü kimi aşkar deyillər.
Misal üçün, ali məktəbə daxil olmaq barədə abituriyentin qərar qə­bul etmək prosesini nəzərdən keçirək. Onun əldə edəcəyi xeyir, yəqin ki, intellek­tual zənginləşmədən və yaxşı iş əldə etmək perspektivindən ibarət­dir. Lakin xərclər nədən ibarətdir? Təhsilə, dərsliklərə, yataqxanadakı otağa və qidalan­maya görə o, müəyyən məbləğdə pul ödəməli olacaq. Və bunlar kollecdə bir neçə il təhsilə görə tələbənin imtina edəcəklərinin ha­mısı deyil.


Ardı →

1.1. Prinsip 1. Insan seçir

Qərarların qəbul edilməsi barədə ilkin nəticə aşağıdakı kimi dürüst ifadə olunur: «Pulsuz nahar olmur». Ona zəruri olan hər hansı bir əşyanı əldə etmək üçün insan adətən, bu əşyadan az dəyərli olmayan digər əşya­dan imtina etmə­yə məcbur olur. Qərarların qəbul edilməsi bir məqsədin digərinə qarşı qoyul­masını tələb edir.
Ən dəyərli resursunun – vaxtının bölüşdürülməsi problemini həll edən tələ­bəni təsəvvür edək. O, bütün vaxtını evdə iqtisadiyyat dərsliyinin oxun­ma­sına, ya psixologiyanın öyrənilməsinə, ya da bu iki elmin öyrənilməsinə sərf edə bilər. Bir saatı tədris proqramının hər hansı bir fənninin öyrənil­məsinə sərf etdikdə, o, digər sahədə biliklərinin artırılmasına istifadə edə biləcəyi 60 dəqi­qəni itirmiş olur. Təhsilə sərf etdiyi hər saatı o, velosipeddə gəzintiyə çıxmağa, teleproqramları seyr etməyə, istirahətə və ya qonşulu­qdakı kafedə işləməyə sərf edə bilər.
Ardı →