Рейтинг
+30.93

Ekonomiks

33 üzv, 157 topik

1.6. Prinsip 6

Adətən bazar-iqtisadi fəaliyyətin təşkilinin əlve­rişli üsuludur

SSRI və Şərqi Avropada kommunizmin süqutu bəlkə də son yarım əsr ərzində dünyada baş verən ən əhəmiyyətli dəyişiklikdir. Kommunist ölkələ­rində dövlət iqtisadi fəaliyyəti idarə edən, hansı əmtəə və xidmətləri istehsal etmək, hansı miqdarda və bu işlə kimin məşğul olacağı barədə qə­rarlar qəbul edən planlaşdırma mərkəzi kimi çıxış edirdi. Mərkəzləşdirilmiş planlaşdırma yalnız dövlətin iqtisadi fəaliyyətinin bütövlükdə ölkənin çi­çəklənməsini təmin edəcək səviyyədə təşkil etməsi imkanına malik olması haqda nəzəriyyəyə əsaslanırdı.

Ardı →

1.5. Prinsip 5

Hər kəsin xeyrinə ticarət

Yəqin ki, yapon kompaniyalarının dünya bazarında Amerika isteh­salçı­larının əsas rəqibi olması barədə «xəbəri» eşitmisiniz. Bəzi hallarda bu, həqiqə­tən də belədir, axı Amerika və yapon firmaları çoxlu eyni tipli əm­təələr istehsal edirlər. Ford və Tovota avtomobil bazarında alıcılara görə mübarizə edilir, Compaq və Toshiba fərdi kompüterlər bazarında rəqabət aparılır.

Ardı →

1.4. Prinsip 4

Insan stimullara reaksiya verir
Insanın qəbul etdiyi qərarlar adətən mümkün olan xeyir və məsrəf­lərin müqayisəsinə əsaslandığı üçün onlar arasındakı nisbətin dəyişməsi də şübhəsiz, şəxsin qərarlarına təsir göstərəcək. Beləliklə, insan stimullara re­aksiya verir. Məsələn, almanın qiyməti qalxdıqda, o, alma yox, armud al­maq qərarını qəbul edə bilər, ona görə ki, alma daha baha başa gəlir. Meyvə bağlarının sahibləri isə satışlardan əldə etdikləri gəlirlər artdığına görə,  alma məhsulunu yığmaq üçün daha çox muzdlu işçi tutmaq qərarına gəlirlər.


Ardı →

1.3. Prinsip 3

Ağıllı insan son həddə dəyişikliklər terminlərini də fikirləşir
Hər gün rastlaşdığımız problemlərin həlli həmişə bir-birini tam in­kar edən xarakterə malik deyil. Məsələn, nahar vaxtı siz tamamilə yemək­dən imtina etmək və ya qazandakı bütün yeməyi yemək arasında seçim et­mirsiniz, sadəcə olaraq qərara alırsınız ki, bir-iki qaşıq artıq yemək olar, ya yox. Eyni qayda ilə siz məqbul -imtahan sessiyası zamanı tamamilə imta­hanlara hazırlaş­maqdan imtina etmək və ya 24 saat dərsliklərin üzərində çalışmaq arasında deyil, sadəcə olaraq 1 saat teleproqram seyr etmək və ya 60 dəqiqə öz kons­pekt­lərinizi oxumaq arasında seçim edirsiniz.


Ardı →

1.2. Prinsip 2

Xərclər arzu olunanların əldə edilməsi üçün im­tina edilənlərdən ibarətdir
THE COST OF SOMETHING IS WHAT YOU GIVE UP TO GET IT
Insan tərəfindən dərk edilmiş qərarların qəbul edilməsinin seçim zə­ru­ri­liyi fəaliyyətin alternativ variantlarının — xərclərinin və nemətlərinin müqayi­sə­sini tələb edir. Lakin bir çox hallarda xərclər ilk baxışdan görü­ndüyü kimi aşkar deyillər.
Misal üçün, ali məktəbə daxil olmaq barədə abituriyentin qərar qə­bul etmək prosesini nəzərdən keçirək. Onun əldə edəcəyi xeyir, yəqin ki, intellek­tual zənginləşmədən və yaxşı iş əldə etmək perspektivindən ibarət­dir. Lakin xərclər nədən ibarətdir? Təhsilə, dərsliklərə, yataqxanadakı otağa və qidalan­maya görə o, müəyyən məbləğdə pul ödəməli olacaq. Və bunlar kollecdə bir neçə il təhsilə görə tələbənin imtina edəcəklərinin ha­mısı deyil.


Ardı →

1.1. Prinsip 1. Insan seçir

Qərarların qəbul edilməsi barədə ilkin nəticə aşağıdakı kimi dürüst ifadə olunur: «Pulsuz nahar olmur». Ona zəruri olan hər hansı bir əşyanı əldə etmək üçün insan adətən, bu əşyadan az dəyərli olmayan digər əşya­dan imtina etmə­yə məcbur olur. Qərarların qəbul edilməsi bir məqsədin digərinə qarşı qoyul­masını tələb edir.
Ən dəyərli resursunun – vaxtının bölüşdürülməsi problemini həll edən tələ­bəni təsəvvür edək. O, bütün vaxtını evdə iqtisadiyyat dərsliyinin oxun­ma­sına, ya psixologiyanın öyrənilməsinə, ya da bu iki elmin öyrənilməsinə sərf edə bilər. Bir saatı tədris proqramının hər hansı bir fənninin öyrənil­məsinə sərf etdikdə, o, digər sahədə biliklərinin artırılmasına istifadə edə biləcəyi 60 dəqi­qəni itirmiş olur. Təhsilə sərf etdiyi hər saatı o, velosipeddə gəzintiyə çıxmağa, teleproqramları seyr etməyə, istirahətə və ya qonşulu­qdakı kafedə işləməyə sərf edə bilər.
Ardı →

30. Məcmu təklifin hərəkətinin nəticələri

Məcmu təklifin hərəkətinin nəticələri
Fərz edək ki, iqtisadiyyat uzunmüddətli müvazinət səviyyəsindədir. Bəzi firmalarda qəflətən xeyli miqdarda istehsal xərcləri artmışdır. Məsələn, ştatların kənd təsərrüfatında olan hava şəraiti taxıl mədə­niy­yə­tinin bir hissəsini korlamışdır, deməli, istehsal xərcləri artmışdır və yaxud deyək ki, Yaxın Şərqdə müharibə xam neftin ixracını saxlamışdır. Burada istehsal xərclərinin artması neft məhsullarında olacaqdır.
Istehsal xərclərinin makroiqtisadi səviyyədə artmasının hansı nəticələri ola bilər? Qiymətlərin verilmiş səviyyəsinin hər anında firma az miqdarda əmtəələr və xidmətlər təqdim edir. Deməli, qısamüddətli məcmu təklif əyrisi sola meyl edəcək, yəni bu əyri AS1 vəziyyətindən AS2 vəziy­yətinə (şəkil 30.9.) keçəcəkdir. Konkret hadisələrdən asılı olaraq uzun­müddətli məcmu tələb əyrisi qalxıb-enə bilər, lakin fikrimizin sadə olması üçün fərz edək ki, onun vəziyyəti dəyişmir.
Şəkil 30.9. Məcmu təklifin arzuolunmayan hərəkəti
Məcmu təklif əyrisinin sola hərəkətini müşahidə etmək imkanımız vardır. Qısamüddətli dövr üçün iqtisadiyyat məcmu tələb əyrisi boyunca – A nöqtə­sindən B nöqtəsinə hərəkət edir. Istehsal olunan məhsulun həcmi isə Y1-dən Y2-yə düşəcəkdir, qiymət səviyyəsi isə P1-dən P2-yə qalxacaqdır. Iqtisadiyyatda staqnasiya müşahidə olunur (istehsalın həcminin enməsi) və eyni vaxtda inflyasiya baş verəcəkdir (qiymətlərin qalxması). Iqtisadiyyatın belə vəziyyətinə staqflyasiya da deyilir.
Belə bir hadisə şəraitində siyasətçilər nə edə bilərlər? Problemin sadə həlli yoxdur. Bir imkan vardır ki, heç nə etmək lazım deyil. Belə bir şəraitdə əmtəələrin istehsalı və xidmətlərin qalığı məhv olma səviyyəsində, yəni Y2 vəziyyətində qalacaqdır. Nəhayət, iqtisadiyyat özü-özünə müalicə edəcəkdir, yüksək səviyyəli istehsal xərclərində dəyişiklik yaranacaqdır, əmək haqqı və əmtəələr və xidmətlər üzərində olan qiymətlər dəyişəcəkdir. Istehsalın aşağı və işsizliyin ən yuxarı səviyyəsində işçilərin əmək haqqı aşağı düşəcəkdir. Bunun da nəticəsində istehsal xərcləri aşağı düşəcək və təklif olunan məhsulların həcmi artacaqdır. Vaxt keçdikcə qısamüddətli məcmu təklif əyrisi AS1 vəziyyətinə qayıdacaqdır, qiymətlər aşağı düşəcək və istehsal öz təbii səviy­yəsinə yaxınlaşacaqdır. Uzunmüddətli dövr üçün iqtisadiyyat A nöqtəsinə qayıdacaqdır, məcmu tələb əyrisi uzunmüddətli məcmu təklif əyrisini kəsəcəkdir.
Dövlət xadimləri monetar və vergi siyasətindən istifadə edərək alternativ variant axtaracaqlar. Qısamüddətli məcmu təklif əyrisinin qarış­masının nəticələrini aradan qaldırmaq üçün kompensasiyadan (əvəzini ödəmə) istifadə edəcəklər (şəkil 30.10.), belə ki, məcmu tələb əyrisi AD1-dən sağda olan AD2-də yerləşəcəkdir. Belə bir şərait daxilində iqtisadiyyat A nöqtəsindən C nöqtəsində yerləşəcəkdir, istehsal öz təbii səviyyəsində qalacaqdır, qiymətlər isə artaraq P1-dən çıxıb P3-də yerləşəcəkdir? Belə bir şəraitdə deyirlər ki, siyasətçilər «məcmu təklif qarışığının altında yer­ləşəcəklər»? Çünki onların hərəkəti istehsal xərclərinin qiymət səviyyəsinin həmişə artmasında ifadə ediləcəkdir.
Məcmu təklifin arzuolunmaz vəziyyətə uyğunlaşması
Beləliklə, biz iki mühüm nəticəyə gəlirik.
— məcmu tələb əyrisinin qarışmasına təsir edən amillər stabilləşmə yaradacaqlar – iqtisadi durğunluq (istehsalın enməsi) və inflyasiya (qiymətlərin artması) uyğunlaşdırılacaqdır;
— siyasətçilərin məcmu tələbə təsiri imkanı məhdudlaşdırılmışdır, onlar eyni vaxtda qeyri-sağlam olan hər iki amillərin nəticəsi ilə siyasətçilər bacarmayacaqlar.
Nəticə: məcmu tələb və məcmu təklif modelinin məcmusu
Biz bu fəsildə iki məqsədə nail olduq. Birinci, biz qısamüddətli iqtisadi fəaliyyətin qalxıb-enməsi problemini müzakirə etdik. Ikincisi, bu fluk­tua­siyanı izah edən – məcmu tələb və məcmu təklif modelinə baxdıq. Sonrakı fəsillərdə bu modellərin hər bir elementini biz təhlil edəcəyik.
Qısamüddətli iqtisadi fluktuasiya modeli nə cür yaradılmışdır. Əhəmiyyətli dərəcədə müsbət xarici effekt özünü göstərir. 1929-1933-cü illərdə «böyük depressiya» zamanı ABŞ ÜDM-nun real həcmi 30% aşağı düşmüşdür. Işsizliyin səviyyəsi isə 3%-dən 25%-ə qədər artmışdır. Iqtisad­çılar və siyasətçilər ressesiyanın səbəblərini başa düşmürlər və bu hadisədən çıxmaq üçün onlar yollar axtarırdılar.
1936-cı ildə Con Meynard Keynsin məşhur «Məşğulluğun, faiz və pulun ümumi nəzəriyyəsi» adlı əsəri nəşr olundu. Bu əsərində o, çalışırdı ki, iqtisadi fluktuasiyanın qısamüddətli səbəblərini və Böyük tənəzzülün səbəblərini izah etsin. O, belə hesab edirdi ki, durğunluğun və tənəzzülün əsas səbəbi əmtəələrin və xidmətlərin məcmu tələbdə deyildir, əsas səbəb əmtəələr və xidmətlər məcmu tələbin uyğun gəlməməsidir. C.M.Keyns belə bir nəticəyə gəlirdi ki, klassik iqtisadi nəzəriyyədə müstəsna hal kimi iqtisadi siyasətin uzunmüddətli nəticələri təhlil edilir.
Uzun kəsik müddətinə iqtisadi təhlil bizim istiqamətimizi çaşdırır. Bu məşhur sözü də, o, belə izah edirdi ki, həyata uzunmüddətli bir dövr kimi baxsaq, səhv etmiş olarıq. O zaman biz həyatda olmayacağıq, ölə­cəyik. Iqtisadçılar iqtisadiyyata uzunmüddətli bir dövr kimi baxırlar, onlar çalışırlar ki, sadə məsələlər həll etsinlər, lakin bu məsələlər heç kimə lazım deyil. Biz isə əslində episentrin mərkəzindəyik, tufanın qurtarmağını və okeanın sakitləşməsini gözləyirik.
C.M.Keynsin ideyaları siyasətçilərə və iqtisadçılara lazımdır. Dünya iqtisadiyyatı işsizliyin yüksək səviyyəsindən xeyli əzab çəkmişlər. C.M.Keyns belə bir siyasət təbliğ edirdi ki, hökumət ictimai işləri maliy­yə­ləş­dir­məklə yanaşı məcmu tələbi artırmalıdır. Sonrakı fəsildə biz pul-kredit və maliyyə-büdcə siyasətinə təsir edən məcmu tələbin elementlərini tədqiq edəcəyik. Sonrakı fəsildə verəcəyimiz təhlil Con Meynard Keynsin əsərlərinə əsaslanır.
Davamı →