Рейтинг
+30.93

Ekonomiks

33 üzv, 157 topik

Iqtisadi nəzəriyyənin tədqiqat metodları

Iqtisadi hadisələrin mahiyyətinə varmaq, onların inki­şaf qa­nun­larını dərk etmək və fəaliyyət mexanizmini aşkara çıxarmaq yalnız el­mi cəhətdən əsaslandırılmış tədqiqat metodlarından istifadə olun­duq­da mümkündür.
Elmi metod-gerçəkliyin öyrənilməsini, təbiət və cəmiyyət ha­di­sə­lərinin dərk olunmasına yanaşılmasını, elmi tə­fək­kür qaydalarını və ob­yektiv aləmin qanunauyğun­luq­larını əks etdirən üsul və vasitələrin toplusudur.
Hər bir elm kimi, iqtisadi nəzəriyyənin də özünəməx-sus spesifik tədqiqat metodları vardır. Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, iqtisadi problemləri öyrənmək məqsədilə onların haqqında faktlar top­­lanır. Buna təsvir və ya empi­rik metod deyilir. Bundan sonra fakt­la­ra əsasən iqtisadi prinsiplər müəyyən olunur ki, bu da iqtisadi təhlil ad­la­nır. Deməli, iqtisadi nəzəriyyə özünün predmetini öyrənmək üçün təh­lil metodundan geniş istifadə edir. Təhlil zamanı obyekt tərkib his­sə­lə­ri­nə ayrılır, onlar ayrılıqda hərtərəfli öyrənilir, tamın daxilində hər bi­ri­nin yeri və rolu aydınlaşdırılır.


Ardı →

Iqtisadi qavrama və iqtisadi təfəkkür

Iqtisadi təfəkkür iqtisadi şüurun ünsürlərindən biri olmaqla, in­san­ların mənəvi fəaliyyətlərinin başlıca tərkib hissəsidir. O, insanların ət­raf aləmi, burada baş verən iqti­sadi hadisə və prosesləri dərk etmə­lə­ri­nin xüsusi formasıdır. Başqa sözlə, iqtisadi təfəkkür insanların istehsalın qanunauyğunluqlarını anlayışlar və onların arasındakı mən­tiqi əlaqə və asılılıqlar vasitəsilə özlərinin şüurlarında əks et­dir­mə­lə­ri deməkdir. Beləliklə, iqtisadi təfəkkür – insanların sosial-iqtisadi mü­na­sibətlərə və onların inkişaf qanuna-uyğun­luq­larına dair baxışları sis­temidir.
Iqtisadi təfəkkürün obyektini, onun subyektindən fərq­lən­dir­mək lazımdır. Iqtisadi təfəkkürün obyektini iqtisadi münasibətlər təşkil edir. Onun  subyekti isə istehsalı təşkil və idarə edən insanlardır. Iq­ti­sa­di təfəkkürün xarak-teri və məzmunu bir sıra amillərdən-cəmiyyət hə­ya­tı­nın sosial şə­raitindən, sinfi mənsubiyyətdən, istehsalın və əmək təşki­li­n­in vəziyyətindən, kollektivdə formalaşan qarşılıqlı müna­sibətlərdən, məi­şət qayğıların­dan və s. asılıdır.


Ardı →

Iqtisadi nəzəriyyənin vəzifələri və öyrənilməsinin zəruriliyi

Iqtisadi nəzəriyyənin öyrənilməsinə vaxt ayırmağa, buna əmək sərf et­məyə dəyərmi? Bu suala tanınmış iqtisadçı Con Meynard Keyns (1889-1946) belə cavab vermişdir: «Iqtisadçı­ların və siyasi xadimlərin ide­­yaları… düşünül-düyündən daha böyük əhəmiyyətə malikdir. Dün­ya­nı məhz onlar idarə edirlər. Özlərini intellektual təsir imkanlarına malik olan əməli iş adamları hesab edənlər keçmişin hər hansı bir iq­tisad­çı­sı­nın quludur».
Bunun nə dərəcədə həqiqətə uyğun olduğunu əsas-landırmaq üçün iqtisadi nəzəriyyənin yerinə yetirdiyi vəzifələri nəzərdən keçirək.
Hər bir elm kimi iqtisadi nəzəriyyə də müəyyən vəzifələri ye­ri­nə yetirir. Onun başlıca vəzifələrindən biri cəmiyyətin iqtisadi həya­tın­da baş verən hadisə və prosesləri öyrənmək və aydınlaşdırmaqdan iba­rət­dir. Bu, onun idrak funksiyasıdır.
Davamı →

Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin predmeti

Bəşəriyyət meydana gəldiyi gündən insanlar həm təbiə­tin, həm də cəmiyyətin sirlərini öyrənməyə çalışmışlar. Indi ha­mı­ya məlumdur ki, elmlə, incəsənətlə, siyasətlə məş­ğul olmazdan əvvəl, yemək şeylərinə, paltara, ayaqqabıya, yanacağa, mən­zilə və başqa nemətlərə malik olmaq la­zım­­dır. Buradan ay­dın olur ki, yaşamaq üçün ən zə­ru­ri nemətlər istehsalı insan cəmiyyəti həyatının əsasını təşkil edir. La­kin bu nemətlər insanlara hazır halda verilmir. On­la­rı in-sanların özləri, həm də bir-birilərindən ayrılıqda, təkbə­tək deyil, qruplar, kollektivlər şəklində, yəni   birlikdə istehsal edirlər. Bu məqsədlə, onlar möv­cud təbii və maddi ehtiyatlardan–mineral xam­mal eh­tiyatları, işçi qüvvə­si, idarəet­mə bacarığı, maşın və ava­dan­lıq­lar, torpaq və s.isti­fa­də edirlər. Lakin iqtisadi ehtiyatların məhdud miqdarda olması is-tənilən qədər nemətlər istehsal etməyə və ideal cəmiyyət ya-ratmağa imkan vermir. Çünki cəmiyyətin tələbatı sonsuzdur və o, is­tehsal imkanlarına nisbətən daha sürətlə artır. Bu isə mütləq mə­na­da nemətlər bolluğunun yaradılmasını qeyri-mümkün edir.


Ardı →

32. Antiinflyasiya siyasətinin məsrəfləri

THE COST OF REDUCING INFLATION
1979-cu ildə neftin qiymətinin 2 -ci qəfil qalxmasından və dünya iqti­sa­diy­yatında təklifin müvafiq şok dəyişikliyindən sonra 2 ay əvvəl FES-in sədri vəzifəsinə təyin edilmiş Pol Volker cavab tədbirləri barədə qərar qəbul etdi. Milli pul sisteminin qoruyucusu kimi o, başa düşürdü ki, yalnız bir çıxış yolu var —  antiinflyasiya siyasəti. Pol Vorker FES-nin tabeçiliyində olan alət­lərin (pul kütləsinin idarə olunması) inflyasiyanın sürətini azalt­ma­ğa imkan verəcəyinə şübhə etmirdi. Lakin qısamüddətli dövrdə an­ti­inflyasiya siyasətinin məsrəfləri nədir? Bu suala cavab vermək çox çətin idi.


Ardı →

32. Gözləmələr və qısamüddətli Fillips əyrisi

EXPECTATIONS AND THE SHORT-RUN PHILLIPS CURVE
Ilk baxışda M.Fridmen və E.Felps tərəfindən uzunmüddətli dövrdə inflyasiya və işsizlik arasında əks asılılığın mövcudluğunun inkar edilməsi əsassız görünür. Onların iddiaları nəzəriyyəyə, P.Samuelson, R.Solou və A.Fillips tərəfindən təsbit olunan inflyasiya və işsizlik arasındakı əks asılılıq isə faktiki məlumatlara əsaslanırdı. Nə üçün biz mənfi meyllə xarakterizə olunan «daim cavan» Fillips əyrisi mövcud olduğu halda şaquli Fillips əyrisinin «quru nəzəriyyəsinə» inanmalıyıq? A.Fillips, P.Samuelson və R.Solounun kəşfi pulların neytrallığı haqda klassik nəticəni təkzib etmirmi?
M.Fridmen və E.Felps bu tip sualların qanunauyğunluğunu gözəl başa düşürdülər və buna görə də onlar özləri klassik makroiqtisadi nəzə­riyyə ilə Böyük Britaniya və ABŞ-da Fillips əyrisinin mənfi meyli barədə faktiki məlumatların barışıq üsulunu təklif etdilər.
Davamı →

32. Təbii səviyyə nəzəriyyəsini yoxlamaq məqsədi ilə təbii eksperiment

Beləliklə, 1968-ci ildə M.Fridmen və E.Felps belə bir nəticəyə gəldilər ki, siyasətçilər Fillips əyrisinə əsaslanaraq işsizliyin səviyyəsini aşağı salmaq naminə yüksək inflyasiyaya razı olsalar, onların qələbəsi labüd olacaq.

Inflyasiyanın sürətindən asılı olmayaraq işsizliyin son nəticədə təbii səviyyəyə qayıtması haqda fikir təbii  səviyyə nəzəriyyəsi adlanır. Bir neçə il sonra pul-kredit və maliyyə-büdcə siyasətlərinin aparılmasına cavabdeh olan dövlət xadimləri özləri də istəmədən bu nəzəriyyənin doğruluğuna inanmağa imkan verən eksperiment həyata keçirdilər. Təcrübələr ABŞ iqtisadiyyatı üzərində keçirilirdi.


Ardı →

32.3 Gözləmələr və qısamüddətli Fillips əyrisi

EXPECTATIONS AND THE SHORT-RUN PHILLIPS CURVE
Ilk baxışda M.Fridmen və E.Felps tərəfindən uzunmüddətli dövrdə inflyasiya və işsizlik arasında əks asılılığın mövcudluğunun inkar edilməsi əsassız görünür. Onların iddiaları nəzəriyyəyə, P.Samuelson, R.Solou və A.Fillips tərəfindən təsbit olunan inflyasiya və işsizlik arasındakı əks asılılıq isə faktiki məlumatlara əsaslanırdı. Nə üçün biz mənfi meyllə xarakterizə olunan «daim cavan» Fillips əyrisi mövcud olduğu halda şaquli Fillips əyrisinin «quru nəzəriyyəsinə» inanmalıyıq? A.Fillips, P.Samuelson və R.Solounun kəşfi pulların neytrallığı haqda klassik nəticəni təkzib etmirmi?
M.Fridmen və E.Felps bu tip sualların qanunauyğunluğunu gözəl başa düşürdülər və buna görə də onlar özləri klassik makroiqtisadi nəzə­riyyə ilə Böyük Britaniya və ABŞ-da Fillips əyrisinin mənfi meyli barədə faktiki məlumatların barışıq üsulunu təklif etdilər.
Davamı →

31. Sıxışdırma effekti

THE CROWDING-OUT EFFECT
Multiplikator effekti onu nəzərdə tutur ki, maliyyə-büdcə siyasətinin nəticəsi dövlət xərclərinin həcminin dəyişməsi ilə müqayisədə məcmu tələbin daha çox artması ola bilər. Lakin dövlətin iqtisadi siyasəti əks istiqamətdə fəaliyyət göstərən effektlə də müşayiət oluna bilər. Dövlət xərclərinin artması əmtəə və xidmətlərə tələbi stimullaşdırır. Lakin o, eləcə də faiz dərəcəsinin yüksəlməsinə gətirib çıxarır. Bunun nəticəsi isə əmtəə və xidmətlərə tələbin azalması olur. Büdcə ekspansiyası nəticəsində faiz dərəcəsinin artması ilə meydana çıxan tələbin azalması sıxışdırma effekti adlanır.


Ardı →

32.2 Uzunmüddətli Fillips əyrisi

THE LONG-RUN PHILLIPS CURVE
1968-ci ildə iqtisadçı Milton Fridmen “American Economy Review” jur­nalında «Pul kredit siyasətinin rolu» adlı məqaləsini dərc etdirdi. Onun işi 2 hissədən ibarət idi: «Pul kredit siyasəti nə etməyə imkan verəcək» və «Monetar siyasətdən nəyi gözləməyə dəyməz». M.Fridmen iddia edirdi ki, pul-kredit siyasətinin alətləri -yalnız qısamüddətli zaman kəsiyi istisna olmaqla Fillips əyrisinə uyğun gələn inflyasiyanın və işsizliyin səviy­yə­lə­rinin kombinasiyalarını əldə etməyə imkan vermir. Təxminən bununla eyni vaxtda digər iqtisadçı Edmund Felpis inflyasiya və işsizliyin uzunmüddətli əlaqəsini inkar edən əsəri meydana çıxdı.
M.Fridmen və E.Felpsin mühakimələri makroiqtisadiyyatın klassik prinsiplərinə əsaslanırdı. Yada salaq ki, klassik nəzəriyyədə pul kütləsinin həcminin böyüməsi inflyasiyanın əsas amili kimi nəzərdən keçirilir. Eyni zamanda klassik nəzəriyyə iddia edir ki, pul təklifinin artması real göstəricilərə təsir göstərmir, sadəcə qiymətləri və nominal gəlirləri proporsional olaraq dəyişir.
Davamı →