8. Vergiqoyma xərcləri
Ardı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Tələb əyrilərinin növləri
Adətən iqtisadçılar tələb əyrilərini onların elastikliyinə uyğun olaraq təsnifi edirlər. Əgər elastiklik 1-dən yuxarıdırsa, əmtəəyə olan tələb elastik kimi qiymətləndirilir. Yəni, faiz ifadəsində əmtəənin miqdarının dəyişməsi faiz ifadəsində onun qiymətinin dəyişməsindən nisbətən yüksəkdir. Tələbin elastikliyi 1-dən aşağı olduqda, tələb qeyri-elastik adlanır. Başqa sözlə, əmtəənin miqdarının dəyişməsi onun qiymətinin dəyişməsindən nisbətən aşağıdır. Əgər elastiklik 1-ə bərabərdirsə, əmtəənin miqdarı onun qiymətinin dəyişməsinə tam uyğun olaraq dəyişir və tələb vahid elastiklik kimi xarakterizə olunur.
Tələb anlayışı və elastikliyin praktiki tətbiqinə dair üç misal
Taxılın məhsuldarlığının yüksəlməsi haqqında xəbər fermerlərdə həyəcan yarada bilərmi? Nə üçün neft ixrac edən ölkələrin təşkilatları (OPEK) çıxarılan xam neftin qiymətini yüksək səviyyədə saxlaya bilmədilər? Narkotiklərə qoyulan qadağalar bu əsasda törədilən cinayətkarlığı artırır və ya azaldır? Sizə elə gələ bilər ki, bu sualların heç bir ümumi əlaqəsi yoxdur. Lakin bunların hər biri tələb və təklifin qarşılıqlı fəaliyyət göstərdiyi bazarlara aiddir. Bu suallara cavab vermək üçün biz tələb, təklif və elastikliyin çevik vasitələrindən istifadə edirik.
Məhsuldarlığın yüksəlməsi haqqında xəbər fermerlərdə həyəcan yarada bilərmi? CAN GOOD NEWS FOR FARMING BE BAD NEWS FOR FARMERS?
Iqtisadi hadisələrin mahiyyətinə varmaq, onların inkişaf qanunlarını dərk etmək və fəaliyyət mexanizmini aşkara çıxarmaq yalnız elmi cəhətdən əsaslandırılmış tədqiqat metodlarından istifadə olunduqda mümkündür.
Elmi metod-gerçəkliyin öyrənilməsini, təbiət və cəmiyyət hadisələrinin dərk olunmasına yanaşılmasını, elmi təfəkkür qaydalarını və obyektiv aləmin qanunauyğunluqlarını əks etdirən üsul və vasitələrin toplusudur.
Hər bir elm kimi, iqtisadi nəzəriyyənin də özünəməx-sus spesifik tədqiqat metodları vardır. Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, iqtisadi problemləri öyrənmək məqsədilə onların haqqında faktlar toplanır. Buna təsvir və ya empirik metod deyilir. Bundan sonra faktlara əsasən iqtisadi prinsiplər müəyyən olunur ki, bu da iqtisadi təhlil adlanır. Deməli, iqtisadi nəzəriyyə özünün predmetini öyrənmək üçün təhlil metodundan geniş istifadə edir. Təhlil zamanı obyekt tərkib hissələrinə ayrılır, onlar ayrılıqda hərtərəfli öyrənilir, tamın daxilində hər birinin yeri və rolu aydınlaşdırılır.
CONFUSION AND INCONVENIENCE
Təsəvvür edin ki, biz ictimai rəyin araşdırılmasını aparmışıq və bu zaman belə bir sual vermişik: «Əgər bu il 1 metrin uzunluğu 100 sm-ə bərabərdisə, onda, sizin fikrinizcə, gələn il o nə qədər ola bilər?». Görünür, bu sualı ciddi qəbul edənlər cavab verərlər ki, 1 metrin uzunluğu əvvəlki kimi 100 sm təşkil edəcək. Ona görə ki, onun dəyişilməsi həyatın mənasız çətinləşdirilməsinə gətirəcək.
UNIONS AND COLLECTIVE BARGAINING
Əmək haqqı və əmək şəraiti ilə bağlı iş verənlərlə danışıqların aparılması ilə məşğul olan əməkçi təşkilatları həmkarlar ittifaqları adlanırlar. Amerika fəhlə və qulluqçularının 16%-nin hazırda həmkarlar təşkilatlarının üzvü olduqlarına baxmayaraq keçmişdə bu təşkilatlar ABŞ-ın əmək bazarında əhəmiyyətli rol oynamışlar. Belə ki, 1940-1950-ci illərdə həmkarlar ittifaqları təşkilatlarının fəaliyyətinin ən yüksək zirvədə olduğu illərdə bütün işçilərin üçdə biri həmkarlar ittifaqlarının üzvü idilər. Həmkarlar ittifaqları bir çox Avropa ölkələrinin həyatında mühüm yer tuturlar. Isveç və Danimarka kimi dövlətlərin əməkçilərinin 75%-i bu təşkilatların üzvüdürlər.
Istehlak gəlirinin əmtəəyə tələbat əyrisinə bilavasitə aidiyyəti var. Buna əmin olmaq üçün gətirilən misalın təhlilini davam etdirək və Elvis Preslinin ilk albomuna olan tələbat əyrisini öyrənək.
Alboma olan tələbat cədvəlini tərtib etmək üçün, biz alıcıların pulvermə hazırlığı haqqında məlumatları istifadə edək. 7.1-ci cədvəl məlumatlarına uyğun gələn tələbat haqqında məlumatlar 7.2-ci cədvəldə verilmişdir.
Vergilər
Dövlətin bütün idarələri – ABŞ-ın Vaşinqtondakı federal hökumətindən və ştatlardakı dövlət orqanlarından başlayıb, kiçik şəhərlərdəki yerli hakimiyyət orqanlarına kimi – ictimaiyyət üçün lazımi məqsədlər həyata keçirmək məqsədilə lazım olan resursları artırmaq üçün vergilərdən istifadə edirlər. Vergilər iqtisadi siyasətin əsas alətidir. Onların bizim həyatımıza göstərdiyi təsir müxtəlif və birmənalı deyil. Vergi sisteminin öyrənilməsi bizim bir neçə müraciət edəcəyimiz mövzudur.Bu fəsildə biz vergilərin iqtisadiyyata təsirini öyrənmək sahəsində ilk addımları atırıq.
GDP AND ECONOMIC WELL-BEING
Fəslin əvvəlində ÜDM-u cəmiyyətin iqtisadi rifahının ən mükəmməl göstəricisi kimi xarakterizə etmişdik. Indi isə bu anlayışla yaxından tanış olduqdan sonra yeni mövqelərdən belə qiymətləndirmənin nə qədər həqiqətə uyğun olduğunu görmək imkanını əldə etmiş oluruq.
Məlum olduğu kimi ÜDM həm əmtəə və xidmətlər istehsalçılarının gəlirlərinin ümumi məbləğini, həm də bunların ödənilməsinə yönəldilmiş xərclərin ümumi məbləğini əks etdirir. Beləliklə, ÜDM-un adambaşına düşən kəmiyyəti ölkənin abstrakt sakininin orta gəlir və xərclərini xarakterizə edir və onun rifahının ölçüsü kimi çıxış edir.
DEADWEIGHT LOSS AND TAX REVENUE AS TAXES VARY
Vergitutmanın səviyyəsi tez-tez dəyişir. Siyasətçilər yerli, federal və ya ştat səviyyəsində daim hər hansı bir verginin artırılması və ya digər vergi dərəcəsinin azaldılması imkanlarını nəzərdən keçirirlər. Biz vergilərin dəyişməsi zamanı geri qayıtmayan itkilər və vergi daxilolmaları ilə əlaqədar nə baş verdiyini nəzərdən keçirək. Şəkil 8.6-da çox da böyük olmayan, orta və iri həcmli vergilərin geri qayıtmayan itkilərin səviyyəsinə təsiri əks olunmuşdur. (burada tələb və təklif əyriləri dəyişməz götürülmüşdür). Geri qayıtmayan itkilərin həcmi — bazarın həcmini onun optimal səviyyəsindən də aşağıya salan vergilərin təsiri nəticəsində satıcıların və alıcıların ümumi qazanclarının azalması tələb və təklif əyriləri arasında yerləşən üçbücağın sahəsinə bərabərdir.
Çox da yüksək olmayan vergilər üçün qrafikdə (a) geri qayıtmayan itkiləri əks etdirən üçbucağın sahəsi nisbətən kiçikdir. Lakin vergi çoxaldıqca ((b) və (v) qrafikləri) geri qayıtmayan itkilər də çoxalır.