Samsung Galaxy S4 Zoom smartfonunun təqdimatı keçirildi

Iyulun 25-də  Samsung IntegralPlus mağazasında Samsung Galaxy S 4 Zoom smartfonunun Azərbaycanda rəsmi təqdimatı keçirildi. Mərasimdə çıxış edən “Samsung Electronics” şirkətinin Qafqaz üzrə baş direktoru cənab Sanq Pil Çan smartfonun özəllikləri haqqında danışdı: “Bu telefonu Azərbaycanda təmsil etdiyimə görə məmnunluq hissi keçirirəm. Telefona baxdıqda ilk olaraq düşünürsən – bu kameradır, yoxsa smartfon?

İnsanların tələbatı günbəgün artmaqdadır. Dostlarla yığışdıqda, kiçik mərasimlərdə, əlamətdar günlərdə şəkil çəkdirmək istəyirik. Bundan başqa, müasir zamanın texniki inkişafı smartfonu da bizim üçün vacib edir. Samsung şirkəti bunların ikisini bir araya gətirən məhsul istehsal etdi. Samsung Galaxy S 4 Zoom bizim ən yeni və deyərdim ki, universal məhsullarımızdandır”. O, smartfonun qeyri-adi dizaynından və məhsulun hər kəs üçün rahat ola biləcəyindən danışdı.

Rəsmi təmsilçinin çıxışından sonra Samsung Galaxy S 4 Zoom smartfonunun funksiyaları haqqında məlumat verildi. Smartfon 10x zoom effektinə malikdir. Zoom effektinin çox olmasına baxmayaraq fotolar keyfiyyətli və dəqiq alınır. Dünyada yeganə telefondur ki, 10 dəfə Zoom effektinə malikdir.

Bu model dünyanı öyrənməyə can atan insan üçün nəzərdə tutulub. Hətta bu telefonda siz təəssüratlarınızı digərləri ilə də bölüşə bilərsiniz. Telefonla danışa-danışa foto çəkib həmin insane  asanlıqla göndərə bilərsiniz. Texniki cəhətdən də əvvəlki modeldən bir çox üstünlükləri vardır.

Zoom ring kameradan çevik istifadə funksiyası ilə bir anda istədiyiniz fotonu çəkə bilərsiniz. Zoom Ring Optik Zoom və Toxunuşlu, Manual Fokus sayəsində şəkil çəkərkən yeni rəqəmsal idarə etmə ilə peşəkar dəqiqliyə nail ola bilərsiniz. 16MP və geniş rəng yelpazası ilə canlı şəkillər çəkəcəksiniz.

Galaxy S 4 Zoom mükəmməl optic funksiyalara malik telefondur.

Smartfon dizayn baxımından da fərqliliyi ilə nəzər cəlb edir. Çox mükəmməl kamera və smartfonu bir arada əldə etmək imkanınız yaranıb.  Sizə bu imkandan faydalanmaq düşür. 


 

2 şərh

AZERBAIJAN123
he sekillerini gormusem.gesengdi
Samir012
çox maraqlı telefondu) kamera və smartfon, nə qədər uğurlu olacağını indiden təxmin etmək asan olmazdı