Oyuncaq satışı saytı

Çoxlarımızın evində körpə var, ya da yaxın gələcəkdə körpə olacaqJ
Körpə olan evdə isə oyuncaqların olması mütləqdir. Oyuncaqlar uşağın həm fiziki, həm də əqli inkişafını sürətləndirir, onların fantaziyasını genişləndirir.
Pedaqoqlar deyir ki, uşağın böyüməsində onun validenylərdindən sonra ikinci əsas rolu məhz oyuncaqlar tutur.

Yaşına uyğun oyuncaq seçilsə, körpənin zəka inkişafına böyük təkan vermiş oluruq. Uşağın ad günündə də oyuncaqdan yaxşı hədiyyə tapmaq çətindir.
Bəs yaxşı,oyuncağı hardan və necə almalı?

Valideynlər üçün böyük problem olmuş yaxşı oyuncaq seçiminin həlli yolu tapıldı. Artıq Azərbaycanda oyuncaqların online ticarəti üçün sayt açılıb – bigbraintoys.az

ən yaxşı oyuncaq saytı

BigBrainToys – ingiliscədən tərcümədə böyük beyin oyuncaqları deməkdir. Bu saytda uşaqların erkən inkişafı üçün intellektual oyuncaqlar satılır. Konstruktorlar, pazllar, rəsm çəkmək üçün aksesuarlar və s. uşaqların sağlam böyüməsinə şərait yaradır. Əcaib kuklalar, keyfiyyətsiz mişkalar, heç 40 yaşlı adamın belə qura bilməyəcəyi konstruktorlar, uşağın ağzına gedəndə ziyan verəcək detallara artıq son demək vaxtıdır. Qoy uşaqlarımız ağıllı böyümək üçün inkişaf etdirən oyuncaqlar alsın.

Saytda həm qızlar,həm oğlanlar, həm də müxtəlifyaş qrupları üçün fərqli oyuncaqlar var. Çatdırılma xidməti çox yaxşı işləyir. Qiymət məsələsi də ürəkaçandır: oyuncaqların dəyəri münasibdir.

Bigbraintoys oyuncaq seçimi üçün ən yaxşı saytdır. Azərbaycanda daha çox belə saytların olması ümidilə.

 

0 şərh