Elektron bankinqin təhlükəsizliyi-1
Bankların informasiya təhlükəsizliyi strategiyası digər biznes strukturları və təşkilatların strategiyalarından əsaslı fərqlənir. Bu ilk növbədə bankların fəaliyyətinin ictimai xarakteri və təhlükələrə daha çox məruz qalması ilə bağlıdır. Ona görə bankların informasiya təhlükəsizliyi aşağıdakı spesifik faktorları nəzərə almalıdır.
1 Bank sistemlərində saxlanılan və emal edilən informasiya real pulu ifadə edir. Kompüterdə olan məlumat əsasında ödənişlər aparıla, kredit açıla, pul köçürülə bilər. Aydın məsələdir ki bu informasiyadan qeyri-qanuni istifadə ciddi ziyana səbəb ola bilər.
2. Bank sistemlərində olan informasiya çoxlu sayda insanın maraqlarına toxunur. Bir qayda olaraq bu məlumat məxfidir və bank bu məxfiliyin qorunmasında müştərilərinin qarşısında cavabdehdir.
Ardı →