KİŞİ VƏ QADIN

Kişilər – daha şüurlu varlıqdır… Qadın – ideallar arasında ən yüksəyidir… Kişi – beyindir. Qadın – qəlb… Beyin – işıq saçır, qəlb – sevgi bəxş edir. İşıq – dölləndirir, sevgi – can verir. Kişi – zəkası ilə güclüdür. Qadın – göz yaşlarıyla. Zəka – inandırır. Göz yaşları – heyrətləndirir… Kişi istənilən igidliyə qabildir. Qadın, ilk növbədə, əzabkeşliyə… İgidlik – məşhurlaşdırır. Əzabkeşlik – ucaldır… Kişi – koddur, Qadın – İncil. Kod – ixlas edir, İncil – kamilləşdirir… Kişi – düşünür, qadın – arzulayır. Düşünmək – çənədə çuxura malik olmaqdır. Arzulamaq – başın üzərində çələngin olması deməkdir… Kişi – uçan qartaldır. Qadın – oxuyan bülbül. Uçmaq – səmada hakim olmaq üçün. Oxumaq – qəlbi fəth etməkdən ötrü. Və nəhayət!.. Kişi torpağın qurtardığı yerdədir. Qadın – səmanın başladığı yerdə.

© Viktor Hüqo

1 şərh

pascal

Oxudum, niyəsə bunu xatırladım...

Bir oğlan kitab satan qadına yaxınlaşıb, lağ etmək məqsədilə: — Xanım qız, sizdə «Kişilər evin rəisidir» adlı kitab var? — deyə soruşur.

Xanım gülümsəyərək cavab verir: - Təəssüf ki, biz nağıl kitabı satmırıq. :)