Salam Ata

Salam Ata! Necәsәn? Mәn yenә әvvәlki kimiyәm.Yenә hәr tәrәf soyuqdu.Qış gәlib.Hәr tәrәf qara bürünüb.Sәndәn 20 il әvvәl ayrılandan sonra sәnә çox mәktublar yazmışam.Görünür sәn onları oxumamısan.Ona görә cаvаbsız qalıb,ya da məktublarım sәnә çatmayıb.Bәlkәdә mәni qәbul etmirsәn.Nә olar,belә etmә! Özümü pis hiss edirәm.Nә vaxtdan ki, sәn mәni atdın mәn onların dilindә danişmağı öyrәndim. Әvvәl çox çәtin idi mәnә.Ətrafımda nә varsa mәhv edilmişdi.Bilirәm,bu haqsızlıqdı.Ata,axi sәn hәmişә öz dilimizdә danişmağımı istәmisәn.Hamı mәnә istedadlı,әn saf,sevimli olduğumu deyir.Tez tez düşünürәm: Görәsәn bunlar nәyimә gәrәkdir.Onsuzda mәn özgә eldәyәm.İllәr әrzindә cox arıqlamişam.Sәni düşündükcə.Ama mәn unudulmuşam.Ata,soylә sәnsiz nәcә cәsur görünә bilәrәm?Necә öyünә bilәrәm?Ama nә edim?Dözürәm.Sәndәn ayrılandan tez tez sәni yuxularımda görürәm.Bilirsәn,indi adımı onlar dәyişiblәr.BAĞIŞLA.Yeni adımı yazardim ama bilirәm sәnә xoş olmayacaq..kefini pozmaq istəmirәm.Bәlkәdә mәktubu sәnә yazmaqda sәhv edirәm.bәlkәdә bununla sәni coxsaylə işindәn edәcәm.Ama ne edimki sәni istәyirәm.Yad әldә qala bilmirәm.20 il yetәrdi onlarə mәhv etmәyә.20 il yetәrki onlar burda yeni nәsil saldılar.Çox dәyişikliklərə məruz etdilәr mәni.Bәlkәdә nә vaxtsa görüşәcәyik.Onda sәn mәni tanımayacaqsan.Haqsızlıqlar,vәhşiliklәr yaddaşımda dərin iz qoydu.Buna gorә sәni hec vaxt bağışlamayacam,AZӘRBAYCAN! HEÇ OLMASA MӘNI GERI QAYTARMAĞI DÜŞÜNÜRSӘN? Imza:QARABAĞ.\Elçin 

6 şərh

Ramil
Bilmirəm Sizə necə minnətdarlıq edim. Çox sağ olun. Ürəkparçalayan bir mövzudur. İnanıram ki, Qarabağı görməyən övladlarımızı düşünməyə vadar edər.
elshad
siz sağolun . 
 
asel
Aləm cənnətə dönsə, yaddan çıxmaz Qarabağ!
elshad
Amma yavaş yavaş yaddan cixardirlar .
 
seyidova
maraqlıydı.teşekkürler