Matador Alvora Munera

Bu foto matador Alvora Muneranın karyerasına son qoydu. Belə ki, yarışın son mərhələsində müvazinatını itirən Alvora yıxılır, öküzün ona yaxınlaşdığını gördükdə qorxulu sonun yaxışlaşdığını hiss edir. Lakin öküz ona heç nə etmir. Yarışdan sonra matador açıqlamasında belə deyir: "Öküz gözlərimin içinə baxırdı, bəli sadəcə baxırdı, hər heyvanda olduğu kimi onun gözlərində də məsumluq var idi, ürəyimdə ədalətin hıçqıraraq ağladığını eşitdim. Bəlkə də bağışlanardım, lakin etiraf edə bilmədim. Özümü dünyanın ən vəhşi məxluqu kimi hiss edirdim." Bundan sonra Alvora Munera hər çıxışında öküz yarışlarının əleyhinə olduğunu bildirir.
 

11 şərh

BaRLeLiTa
Deyilənə görə öküzlər rəngləri seçmə qabiliyyətinə malik deyilər,hər hansı bir rəngli parçanı alıb önünə tutsan öküz onun üzərinə gedəcək (bunun rənglə heç bir əlaqəsi yoxdu).Beynimizdə formallaşmış bu fikir isə tamamı ilə yanlışdı,öküz qırmızı rəngi görən kimi üstünə cumur və ya buna oxşar nəsə.

Öküz yarışlarıdı,xoruz döyüşdürməsidi,itlərin nəbilim bir-birləriynən qarpışmasıdı,anlamıram insanların nəyinə gərəkdir ki??
İki heyvanı bir birləriynən döyüşməyə vadar edirlər,özləridə qıraqdan baxıb əylənirlər,(əyləncədə nə əyləncə).
Matadorun bunu bir gün anlaması əlbətdə ki,çox sevindirici haldı.

elshad
Fantanın bir reklamı var idi  antonyo qirmizi geyinmisen. Maraqlı reklam idi. bir deyim var deli qirmizi rengle qara rengi sevir.
pascal
Şüursuz dediyimiz heyvanlardan insana ibrət dərsi. İnsanları qandırmaqçün bu öküz daha neyləsin..? :)
Ferbara
Bunu dünən facebook sosial şəbəkəsindəki bir səhifədə paylaşıldığını gördüm. :)
elshad
Təsadüfə bax mən də facebookda gördüm burda paylaşmaq qərarına  gəldim və paylaşdım. Sizin üçün də təkrar oldu .Təkrar biliyin anasıdır :)   (facebookda xoşuma gələn bir paylaşım olsa kayzendə yenədə paylaşacam .)
Ferbara
Buna yerində saymaq deyilir.
elshad
heç kəs 2 ci dəfə saymaq məcburiyyətində deyil. Keçən səfərdə yazmışdım Facebook məşhurdu deyə Facebookdakı paylaşımların Kayzendə paylaşılmamalı fikri səhvdir.
heyatin-ellerinde

Heyvanları incitməklə nə zövq alırlar anlamıram. Rənglə bağlı mən də eşitmişdim öküz qırmızı rəngi seçə bilmir. Pişiklər isə ətrafı boz rəngdə görür
Sanki pul qazanmaq üçün başqa çıxış yolu yoxdur.
Yenə də bir insanın daha bunu anlaması sevindiricidir.

WinRar
Bu öküzün artıq boyun hissəsinə iti alət sancıblar. Şəkilə baxın. Öküz ölüm ayağındadır.
tarixci1919
Niyə belə deyirsiz, insanlar getdikcə təkamülə doğru gedirlər. Əvvəllər Romada qladiatorları yarışdırırdılar. İndi yəqin insan həyatı daha qiymətli hesab olunub ki, heyvanlara keçiblər. Allahın yaratdıqlarından axı nə istəyirlər, bilmirəm. Bir də ki, elshad, maraqlı məlumatları kayzendə paylaşmağa davam edin, çünki Facebookda olmayanlar da var. Çox sağolun.
WinRar
İndi qladiator yarışlarını 8 bucaqdan ibarət UFC yarışları tutub, hansı ki, ölümə imza atıb burada qaydasız şəkildə döyüşürsən, və qıraqda olanlar sənin döyüşüvə pul qoyurlar.