Ciyərin yansın

Yığıldı uğrunda tökdüyüm yaşlar
Al götür  vicdansız ruhun yuyunsun
Hər günüm həsrətin zülmüylə başlar
Ahımı layiq oldun ciyərin yansın

Bilsəydim duyğuya yer yox dinində
Əl pəncə durmazdım xəyalin önündə
Qapqara yas tutdum ad günündə
Sevincmi yox etdin ciyərin yansın

Doğuşdan sevgiyə eşqə meyldim
Kimsənin lütfünə möhtac deyildim
Bir sənə diz çökdüm sənə əyildim
Canıma tax etdin ciyərin yansın

Sən incə ağrımdın vərəmdim sənə
Aləmə haramdım, hərəmdim sənə
Eşqinlə alovlanan, kərəmdim sənə
Əslidən çox etdin ciyərin yansın

Düşsəm də qalxaram tutma əlimdən
Qürurum mərhəmət ümmaz zalımdan
Qarğış çıxmaz idi şair dilimdən
Səbrimi tükətdin ciyərin yansın

Sinəni örtsün bu onmaz yara
Həyatın boyunca kölgəmi ara
Deyilmi sən mənim üzümü quru
Saçımı ağ etdin ciyərin yansın.

0 şərh