Şeytan

Məni tanıyırsanmı ?
 Sənin sevgilin .
Şeytan .
Səninlə yaşamaqdayam Adəmoğlu.
Yerkən , içərkən , yatarkən və heç bir şeydən xəbərin yox !
Xatırladınmı sənə güldüyüm günü xatırladınmı !?
Hanı cənnətdən uzaqlaşdırılmışdın .
O gündən bəri Tanrın səni xəbərdar edir , və mənim haqqımda nəsihətdə verir .
Sən yalnız məni dinləyirsən .
Allahı sevirsənsə niyə günah işləyirsən ?
Məndən nifrət edirsənsə niyə məni dinləyirsən ?
Və bütün bunlardan sonra ,hələ cənnətə geri dönmək istəyirsən .
Təbii canım!!
Minlərlə ilin təcrübəsinə sahibim .
Aldatma və başdan çıxarmada və sənə gülmədə və hər vaxt bir axmaq olduğunu isbat etdin . Sən bir palçıq parçasısan və həmişə elə qalacaqsan . Səni istədiyim şəklə soxa bilərəm . Sənə hər hansı bir şey edə bilməməmə baxmayaraq , ən çox edə biləcəyəim qulağına iki cüt söz pıçıldamaq . Və dərhal məni dinləyib dediklərimi edəcəksən .Bilirəm ki sənə get və bir bütə tapın desəm rədd edəcəksən . Tanrına qarşı dürüst və dindarmış kimi davranmağa davam edəcəksən .Amma sən ən böyük yalançısan !
İnkarmı edirsən ?
Ətrafındakı hər şeyə tapındırttığımı inkarmı edəcəksən ?
Sən ver qürurun daxil !
Səni pula , seksə xarici görünüşə tapınar hala gətirdim .
Dəyərsiz nə varsa ona tapınar hala gətirdim . Buna tapınmağı sürüklədim .
Atəş , Alov , Zift , Xəstəlik , Diksinmə Məndən bir parça .
Yalnız mənim kefim üçün səni bunun köləsi etdim .
O sənin dərd ortağın ! Mizacına yatır !
Quranda bir ayə yox ki tütün və siqareti qadağan edən . 
Bax !! Sən özünü aldadanın da özüsən ! Mən deyil !
Mən yalnız axmaqlığını cəsarətləndirirəm .
Sən siqareti yandırdığın kimi  mən də səni yandıracağam !
Üzərinə basacağam !
Cənnətə gerimi dönmək istəyirsən ? Ölü bədənimin üzərindən !
Mən lələtləndim və sən də Məni izləmək məcburiyyətindəsən .
Arxanda olacağam və kifayət qədər də vaxtım var . Adəmoğlu .

Şübhə yox ki şeytan sizə düşməndir ,
Elə isə siz də ona düşmən olun ! ( Fatir 6 )

 

 

3 şərh

Fianda
Şeytanın boynuna bu qədər şər atmağ olmaze. Şeytan heçnəyə qadir deyil,sadəcə vəsvəsə verər.bizi idarə etməyə qadir deyil.
elshad
Şeytan günaha səbəbdir günah işləyən isa insan.
kulturoloq
Şeytan insan doğulduğu andan düşməndir!!! Onunla biz hər an mübarizə aparmalıyıq.