Gözəl cavablar .

Sənətdən Anlamaq

Picassonun sərgisində, bir qadın, tablolardan birini məşhur rəssama göstərərək;
- Mən bu şəkildən heç bir şey anlamadım, deyər.
Picasso soruşar:
- Siz Çincə bilirsinizmi xanım?
Bu suala qadının, xeyr deməsi üzərinə isə Picasso bu cavabı verər:
- Amma Çincəni 1 milyarddan çox  insan danışır və anlayır.


50 Qızıl

Məşhur xəttatlardan Şövqü Əfəndiyə, rəsmi bir binanın qapısına bir kitabə yazdırmışlar idi. Məşhur xəttata bu yazıdan ötəri on qızıl verdilər. Şövqü Əfəndi, bu pulu qəbul etmədi. Saray Ağası, Şövqü Əfəndiyə: "Bu yazını on dəqiqədə yazdın, on qızıl yetər", dəyincə Xəttat Şövqü əfəndi gülərək: "Xeyr, Ağa həzrətləri mən bu yazını on dəqiqədə deyil, tam əlli ildə yazdım. Əlli qızıl istəyərəm." dedi. Saray Ağası istəyi Padşaha çatdirimca, Padşah: "Ustad diləyində haqlıdır. O əlli sənədə yetişmişdir. Əlli qızıl verin." deyə əmr buyurdu.


Qarışqa və Balıqlar

Afrikanın ucsuz-bucaqsız torpaqlarında yaz yağmurlarıyla meydana gəlib, yaz istisində yox olan "keçici" göllər vardır. İşdə bu qolların meydana gəlməsinə şahid olan yerlilərin bir sözü :
" Göldə sular yüksəlincə balıqlar qarışqaları yeyər, sular çəkilincə də qarışqalar balıqları"
Yəni üstünlük bu gün qarışqadadırsa sabah balığa keçə bilir; ya da tam tərsi… Qarışqa ya da balıq olmanın təmin etdiyi üstünlüyə sevinmək özümüzü aldatmaqdan kənar bir məna daşımır, çünki kimin kimi yeməyini gerçəkdə "suyun hərəkəti" təyin edir.


Əhəmiyyətli Olan Gözəl yaşamaq.

Amerikalı piyanist və bəstəkar Eubie Blake öldüyündə 104 yaşında idi. Blake 102 yaşındaykən televiziyada bir danışıq edirdi. Soruşdular: "102 yaşında olmaq, necə bir duyğu?"
Blake cavablandırdı:
"Yaşın çox dadı yox. Yaşamanın dadını çıxartmaq gözəl…"


Sənət Atəşi

Məşhur aktyor Bert Lahra rejissorlar:
"Saçların dümağ oldu. Artıq yaşlandın. Kədərlinik bu rolu sənə vərə bilməyəcəyik…" demişlər.
Aktyor, özünə güvənən bir üslubla cavab vermiş və rolu almış:"damın qarlı olması evin içində atəş olmadığı mənasını verməz…"

0 şərh