ALLAH`la insan arasındakı dialoq...

Dedim: Çox tənhayam.
Dedi: Mən ki sənə çox yaxınam. ("Bəqərə",186)


Dedim: Bilirəm SƏN mənə yaxınsan, amma mən SƏNDƏN uzağam. Kaş ki mən də SƏNƏ yaxın ola biləydim.
...Dedi: Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində RƏBBİNİ yad et. ("Əraf", 205)



Dedim: Bu da SƏNİN köməyini istəyər.
Dedi: ALLAHIN sizi bağışlamasını istəməzsinizmi? ("Nur", 22)


Dedim: Əlbəttə ki, məni bağışlamağını çox istəyirəm.
Dedi: (Elə isə) RƏBBİNİZDƏN bağışlanmağınızı diləyin və ONA tövbə edin. Həqiqətən, RƏBBİM (bəndələrinə) rəhm edəndir, (onları çox) sevəndir! ("Hud", 90)



Dedim: Çox günahkaram, bu qədər günahla mən nə edim?
Dedi: Məgər onlar bilmirlər ki, ALLAH qullarından tövbə qəbul edər, sədəqə (zəkat) alar. Və ALLAH tövbələri qəbul edəndir, rəhmlidir?! ("Tövbə", 104)


Dedim: Dəfələrlə tövbə edib tövbəmi pozdum, artıq üzüm qalmadı.
Dedi: Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi böyük olan (ALLAHDIR)! Ondan başqa heç bir ALLAH yoxdur. ("Ğafir", 3)


Dedim: Bu qədər günahım var, hansının tövbəsini edim?!
Dedi: ALLAH bütün günahları bağışlayandır. ("Zumər", 53)


Dedim: Yəni gəlsəm, yenə məni bağışlayarsanmı?
Dedi: Axı günahları ALLAHDAN başqa kim bağışlaya bilər? ("Ali-İmran", 135)



Dedim: Nə qədər gözəlsən ALLAHIM! Bilmirəm bu sözlərin qarşısında nə üçün içim içimə sığmır və şam kimi yanmağa başlayıram, Səni çox sevirəm.
Dedi: Şübhəsiz ki, ALLAH tövbə edənləri və təmizlənənləri sevir. Birdən:
“İLAHIM və RƏBBİM, mənim SƏNDƏN başqa kimim var”, -dedim. O da: “ALLAH ÖZ bəndəsinə kifayət deyilmi?” ("Zumər", 36) - dedi.



Dedim: SƏN ki məni bu qədər çox sevirsən və mənə qarşı bu qədər həlimsən mən nə edə bilərəm?
Dedi: Ey iman gətirənlər! ALLAHI çox zikr edin! Onu səhər-axşam təqdis edib şəninə təriflər deyin! (Sübh,zohr,esr, sam və isa namazlarını qılın!). Sizi zülmətdən nura çıxartmaq üçün mələkləri ilə birlikdə sizə mərhəmət bəxş edən Odur. (Və ya: mələkləri də Ondan sizin bağışlanmağınızı dilərlər!). ALLAH möminlərə rəhm edəndir! ("Əhzab", 41-43)
ALLAHım günahlarımı bağışla İNŞALLAH....
 

4 şərh

sirius
BƏZƏN HƏYATDA ELƏ ANLAR OLUR Kİ,BeLƏ YAZİLARİ OXUMAGA BOYUK EHTİYYAC DUYURSAN...STİMUL VERİCİ MÜQƏDDƏS SOZLƏRDİ… YERLƏŞDİRDİYİNİZ UCUN COX SAGOLUN…
umud600
Əllərinizə sağlıq! Çox təsirlidir. Allahı hiss edən qəlbdir.İlahi həqiqətlər də zəkadan qəlbə deyil, qəlbdən zəkaya doğru gedər.
Old_Baku_
İnsan övladı heç bir zaman dünyada özünü tək hiss edə bilməz..Çünki ona şah damarından yaxın olan «Allah»-ı var ....ALLAH-ın bəndəsinə olan sevgisi ananın övladına bəslədiyi sevginin 3 mislidir....Artıq özünüz fikirləşin…
elshad

SİZLƏR SAĞOLUN .