Yaşadığın hər anın qiymətini bil

Bir zamanlar, litseyi bitirib universitetə girməyi cox istəyirdim;
Sonra,cox istəyirdim universitet bitsin, işə başlayım deyə!
Deyərkən, evlənim, uşaqlarımın olmasını cox istəməyə başladım . . .
Uşaqlarım oldu, onlar lap cox istəməyə düşünməyə başladım.
Böyüsünlər, yaxşı gələcəkləri olsun deyə həvəslə işləməyə başladım;
An gəldi, cox istədim təqaüdə çıxmaqı !
Dedim öz özümə!!!
İndi, cox qocalmışam
Və fərqinə vardım ki,
Yaşamağı unutmuşum!!!
Nə olar sən də özünə etmə bunu!!!
Yaşadığın hər anın qiymətini bil,
Hər gününü yaxşi yaşa...

Ey,
dost!!...
.
Pul qazanmaq üçün sağlamlığımızdan oluruq...
Sonra də, sağlamlığımı geri qazanmaq üçün pulumuzdan oluruq;
Heç ölməyəcəkmiş kimi yaşayıb,
Heç yaşamamış kimi ölürük....


11 şərh

sirius

Eflatundan soruşublar ki, heyatda seni teeccublendiren nedir?cavab verib ki 2 şey: uşaq olarken boyumeyi azulamagimiz ve boyudukden sonra uşaq olmaq istemeyimiz....biz insanlar ya kecmişi ya da geleceyimizi duşunerek heyatimizi yaşayiriq,bununla da BUGUNUMUZU elden vermiş oluruq....ELAA HEKAYEDİ DUŞUNMEYE DEYER,COX SAGOL...

Spectator
niye mes Settar Behlulzadenin wekli??
elshad
xoşuma gələn şəkil olduqu uçun.
lili95
he mene de maraqlidi
Spectator
Senetgarimizin heyanin nece kecdiyini yeqin bilirsen:)
_BUMERANQ_

Hekayə, B.Vahabzadənin «Səadət nədir?» şeirini xatırlatdı.


SƏADƏT NƏDİR?


Səadət nə demək?...-bu suala mən


Özümü çox yordum, tapa bilmədim.


Səadət nə demək?...bir tələbəykən,


Məktəbi axıra vurmaqdır — dedim.


 


Məktəbi bitirdim, işə də girdim


Səadət budurmu? Yox bu deyilmiş!


Böyük dahiləri oxuyub gördüm


Çoxları sevgini səadət bilmiş.


 


Sevdim! Gecə -gündüz yandım şam kimi


İztirab...Göz yaşı...Min qan, min qada


Tapmadım yenə də səadətimi,


Eşqin əzabları şirin olsa da...


 


Evləndim,həsrətə son qoymaq üçün,


Qurtardı o şirin iztirablar da.


İndi də qayğılar artdı günbəgün


Dedim:-Ay səadət, hardasan, harda?


 


Səadət üfüqmüş...əl çatmaz ona,


Aydın görünsə də o, bizə gendən.


Arzular sığışmır onun yoluna,


Səndən uzaqlaşır yeridikcə sən.


 


Seyr edib yaxını, gah da uzağı


Bir az seçə bilim qaranı ağdan.


Yaxşı görmək üçün uca bir dağı.


Gərək sən baxasan ona uzaqdan.


 


Bəlkə də səadət elə budur. bu:


«Hardasan, hardasan,gəl-gəl»- deməkdir.


Bəlkə də səadət ömrümüz boyu


Nəyisə...gözləmək...hey gözləməkdir.


 


Tapdım səadəti dara düşəndə,Alıb öz gücümü xəyallarımdan.


Kiməsə...nəyəsə...hardasa...mən də.


Gərək olduğumu bildiyim zaman.


 


Çıraq ol! Nurunu artır günbəgün


Hər yerdə həyatın boz zülmətini.


Məncə, çıraq olub başqalarıyçün


Yananlar tapıbdır səadətini!

elshad
oxşarliq çoxdur.
Renka

HEC OLMEYEKMIW KIMI YAWAYIB
HEC YAWAMAMIW KIMI OLURUK…  
COX DERIN MENALI CUMLEDIR

Shabnam_Ilham
Həmişə bu cür məsləhətləri öz böyüklərimizdən eşidirik… Ancaq çox vaxt eşidirik sadəcə, lakin əməl etməyə qalanda ya təxirə salırıq, ya da qualqardına vururuq. Nə yalan deyim mən də bu cür fikirləşirəm, əvvəl Universitetə daxil olum, Universitetə daxil oldum indi də bitirməyi fikirləşirəm. İşləyim, işləyirəm amma təqaüd haqqında hələ fikiləşməmişəm :) Belə belə deyəsən mən də həyatın maraqlı anlarını yaşaya bilməyəcəm..:( Təbii ki hər şey öz əlimizdədi, yaxşı və yaxud pis yaşamaq :)
HeRa_Queen
bəlkə də həyatın quruluşu belədir standart olaraq ardıcıl şəkildə bu sadalanları edirik… həyatımızı dəyişmək öz əlimizdədir nədənsə bunu unuduruq sanki bu dünyada əbədi qalacaqmışıq kimi… kimlərinsə həyatımıza məna qatmasını gözləməkdənsə bunu özümüz edib həyatımıza rəng qatmağı üstün tutmalıyıq :)