Ruslan Mollayev " Mauzer "

            Açıq şabalıdı rəngdə saçları az qədər də uzansaydı çiyninə tam çatardı. Kök, yumru üzlü bu qadını deyəsən həbsxanada, müsahibə alanda görmüşdüm. İndi qarşımda dayanıb əlindəki tapançayla məni nişan alır, aramızda on beş metr məsafə olar, mənim də əlimdə onun silahındandı.
Atəş açılır, üzərimə doğru gələn gülləni görürəm, çatar – çatmaz güllədən yayınıb cavab atəşi açıram, hədəfdən yan keçir. Qadının növbəti atəşi ilk güllədən daha sürətlidir, bu dəfə də yayına bilirəm. Baş nahiyyəsini nişan alıram, güllə sinəsinə tərəf uçub paltarına yapışır, sanki çörəkdəndi, ya uzaqdan elə görünür; bir qədər də stulların ayağına vurulan keçəyə bənzəyir… Qadın atəş açmağa davam edir…
Bu qadın qoca dünyadı dostum, hər gün sənə atəş açır, yayına bildiyin qədər qədərini yaşayırsan, sənin atəşin isə hədəflərindir…



14 fevral 2019 cı il
 

0 şərh